Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar!

Əziz füzulililər!

Bu gün Füzuli rayonunun həyatında çox gözəl bir gündür. Uzun

fasilədən sonra Füzuli rayonuna - Horadiz şəhərinə təbii qazın verilməsi bərpa olunubdur. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Horadiz şəhərinə təbii qazın verilməsi çox əlamətdar bir hadisədir. O, bir daha onu göstərir ki, Azərbaycan dövləti istənilən vəzifəni uğurla icra edə bilər. Yəqin ki, xatırlayırsınız, keçən dəfə aprel ayında biz sizinlə burada görüşəndə mən demişdim ki, yaxın zamanlarda Horadizə təbii qazın verilməsi bərpa olunacaqdır. Bu gün bu gözəl hadisəni biz birlikdə qeyd edirik.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1993-cü ildə Füzuliyə təbii qazın verilməsi dayandırılmışdı. Bildiyiniz kimi, bütövlükdə Füzuli rayonu işğal altına düşmüşdü. Ondan sonra Azərbaycan Ordusu rayonun bir hissəsini işğalçılardan azad etmiş və həmin ərazilərdə quruculuq, bərpa işləri başlanmışdır. Bu gün Horadiz şəhərinin timsalında biz Azərbaycanın uğurlu inkişafını görürük. Bu gün işğal altında olan bütün şəhərlərimizi, bütün infrastrukturu gələcəkdə bərpa edəcək və məcburi köçkün soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün bütün şəraiti yaradacağıq. Bu alovlanan məşəl bizim qələbəmizin simvoludur, rəmzidir.

Ümumiyyətlə, Füzuli rayonunun inkişafına çox böyük diqqət göstərilir, burada abadlıq-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır. Bildiyiniz kimi, Müalicə-Diaqnostika Mərkəzinin tikintisi başlanmışdır, Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir, burada yeni qəsəbələr tikilmişdir. O qəsəbələrdə yaşamaq üçün, işləmək üçün bütün imkanlar var. 2004-cü ildə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət proqramı qəbul olunmuşdu, 2007-ci ildə o proqrama əlavələr edilmişdir. Beləliklə, proqramın icrası nəticəsində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olunub və onların yerinə gözəl, müasir qəsəbələr tikilmişdir. Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti bundan sonra da davam etdiriləcək, işğaldan əziyyət çəkən bütün vətəndaşlara normal şəraitin yaradılması üçün əlavə tədbirlər görüləcəkdir.

Mən çox şadam ki, işğalçılardan azad olunmuş ərazilərdə indi bizim soydaşlarımız məskunlaşırlar. Mənə verilən məlumata görə, Füzuli rayonunda 70 minə qədər vətəndaş yaşayır və əminəm ki, gələcəkdə onların yaşayış səviyyəsi daha da yaxşılaşdırılacaqdır. Çünki təbii qazın verilməsi, müasir infrastuktur obyektlərinin tikintisi, yaxın vaxtlarda tikintisinə başlanacaq idman kompleksi - bütün bu işlər rayonun inkişafına xidmət göstərir. Bütövlükdə son illər ərzində Azərbaycandakı inkişaf bunu deməyə əsas verir ki, istənilən məsələ uğurla icra olunacaqdır.

Azərbaycanın uğurlu neft strategiyası davam etdirilir. 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış və bu gün davam etdirilən bu strategiyanın əlamətlərini indi yanan bu məşəldə biz görürük. “Şahdəniz” qaz yatağının işə düşməsi, “Azəri-Çıraq” neft yataqlarının işlənilməsi, müxtəlif neft-qaz kəmərlənin tikintisi nəinki Azərbaycanın iqtisadi qüdrətini artırır, eyni zamanda, insanların yaşaması üçün yaxşı şərait yaradır.

Biz uğurlu neft strategiyasının icrası nəticəsində öz iqtisadi imkanlarımızı böyük dərəcədə artırmışıq. Azərbaycan iqtisadi baxımdan son dörd il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir. Bunu biz ölkəmizin rayonlarının inkişafında, abadlaşan şəhərlərin timsalında görürük, Azərbaycanda aparılan islahatların timsalında görürük. Eyni zamanda, uğurlu neft strategiyamız imkan verir ki, Azərbaycanda qazlaşdırma prosesi sürətlə getsin. Son illər ərzində görülmüş tədbirlər nəticəsində bir sıra rayonlara təbii qazın verilməsinə nail ola bilmişik. İndi Azərbaycanda qazlaşdırmanın səviyyəsi 84 faizdir, növbəti illərdə bu, daha da artacaqdır. O cümlədən Füzuli rayonunun qazlaşdırılması davam etdiriləcəkdir. Bu gün biz qazlaşdırmanın birinci mərhələsini qeyd edirik, növbəti illərdə daha çox abonentə təbii qazın verilməsi nəzərdə tutulubdur.

Yəni bütün bunlar bir daha onu göstərir ki, bizim çox güclü iqtisadi siyasətimiz, enerji siyasətimiz var və sosial siyasətimiz var. Hər bir ölkənin inkişafı üçün vacib olan bütün bu amillər Azərbaycanda cəmləşib və bizim uğurlu inkişafımızı təmin edir. İqtisadi güc olmasa heç bir layihəni icra etmək mümkün olmayacaqdır. Eyni zamanda, iqtisadi islahatlar zamanı bəzən insanların yaşayış səviyyəsi aşağı düşür. Bu da təbiidir və başqa ölkələrin tarixində biz bunu görmüşük. Köklü, əsaslı islahatlar aparılan dövrdə, adətən, sosial məsələlər daha da pisləşir. Amma Azərbaycanda biz bunun əksini görürük. Bizim həm iqtisadi islahatlarımız çox uğurlu və cəsarətlidir, həm də güclü sosial siyasətimiz var. Bu sosial siyasət özünü müxtəlif istiqamətlərdə göstərir - insanların həyat səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, infrastruktur obyektlərinin yaradılması, sosial obyektlərin, məktəblərin, xəstəxanaların tikintisi. Bütün bunlar indi Azərbaycanın hər bir bölgəsində, o cümlədən Füzuli rayonunda reallıqdır. Mən əminəm ki, bizim gələcək inkişafımız uğurlu olacaq və qarşıya qoyduğumuz bütün məsələləri uğurla icra edəcəyik. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurla icra olunması və demək olar, başa çatması bir daha onu göstərir ki, bizim düşünülmüş siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət göstərir və bu, uğurlu siyasətdir.

Ümumiyyətlə, son illər ərzində Azərbaycan çox böyük və şərəfli yol keçmişdir və əldə edilmiş bütün uğurları sadalamaq üçün çox vaxt lazımdır. Bununla bərabər, problemlər də mövcuddur. Bax, bu problemlərin həlli üçün biz bütün səylərimizi göstərməliyik. Azərbaycanın çox dinamik inkişaf templəri var. Bununla bərabər, gələcəkdə də sosial məsələlərin həlli nəzərdə tutulur. İnfrastuktur obyektlərinin tikintisi, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatına dəstək, qaçqın-köçkün soydaşlarımızın yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması və onların məşğulluğunun artırılması - bütün bu işlər diqqət mərkəzindədir. Güclü iqtisadi potensial bizə imkan verir ki, bu məsələləri daha da sürətlə, qısa zaman ərzində həll edək. Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatlarımız artır. Bir daha demək istəyirəm ki, bütün bunun təməlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı illərin ortalarından başlanmış uğurlu neft strategiyası durur. Təsəvvür etmək çətindir, əgər o vaxt bu strategiya həyata keçirilməyə başlanmasaydı, yəqin ki, Azərbaycanın vəziyyəti indiki kimi ola bilməzdi.

Biz bu gün tam şəkildə müstəqil siyasət aparmaq iqtidarındayıq.

Biz bölgədə öz mövqelərimizi möhkəmləndiririk. Əlbəttə ki, bunu etmək üçün, ilk növbədə, iqtisadi güc lazımdır, müstəqillik lazımdır. Müstəqil siyasət aparmaq, eyni zamanda, iqtisadi imkanlardan asılıdır. Güclü, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr, əlbəttə ki, müstəqil siyasət apara bilər və Azərbaycan artıq o ölkələrin sıralarına daxil olubdur. Bizim iqtisadi imkanlarımız artır, biz ancaq və ancaq öz gücümüzə istinad edirik, Azərbaycanda görülən bütün işlər Azərbaycan xalqının zəhməti hesabına baş veribdir.

Biz bütün istiqamətlərdə siyasətimizi elə aparmışıq ki, daxili resurslara istinad edək. Bizim təbii ehtiyatlarımız var, uğurlu neft strategiyamız var. Biz nəinki özümüzü təmin edirik, həm də başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm rol oynayırıq. Bütün bu amillər Azərbaycanın həm bölgədə, həm də dünyada mövqelərini daha da möhkəmləndirir. Bu, bizə lazımdır, hər bir ölkəyə lazımdır. Hər bir ölkə istəyir ki, onun bölgədəki mövqeləri daha da möhkəm olsun, təsir imkanları daha da güclü olsun və öz milli maraqlarının təmin edilməsi üçün yaxşı şərait olsun. Bizə bu, bəlkə də, başqa ölkələrdən daha çox lazımdır. Çünki bizim topraqlarımız işğal altındadır. Biz bölgədə öz mövqeyimizi möhkəmləndiririk və əminəm ki, dünyada Azərbaycanın önəmi artdıqca, torpaqlarımızın işğalçılardan azad edilməsinə böyük töhfə vermiş oluruq. Bizim qarşımızda duran ən böyük vəzifə budur. Bütün başqa vəzifələr Azərbaycanda uğurla icra edilir. Əsas məsələ torpaqlarımızın işğalçı qüvvələrdən azad edilməsidir. Bunu etmək üçün biz güclü olmalıyıq, güclü iqtisadiyyat yaratmalıyıq və yaradırıq. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Xalqla iqtidar arasında birlik var, bizim siyasətimiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığımız siyasət və atdığımız addımlar xalq tərəfindən dəstəklənir. Biz ordu quruculuğuna çox böyük diqqət göstəririk və bundan sonra da diqqət göstərəcəyik.

Azərbaycanın bölgədəki mövqeləri möhkəmləndikcə bizim təsir imkanlarımız artır. Biz çox geniş nəqliyyat imkanlarına malikik. Bu, həm coğrafi vəziyyətdən irəli gəlir və eyni zamanda, bizim siyasətimizin nəticəsidir ki, Azərbaycanı çox önəmli və əvəzolunmaz beynəlxalq nəqliyyat dəhlizinə çevirmişik.

Əlbəttə, Ermənistanla Azərbaycan arasında olan fərq böyüyür. Deyə bilərəm ki, bu uçurum daha da genişlənir. Bizim iqtisadi imkanlarımız, valyuta ehtiyatlarımız, büdcə xərclərimiz və siyasi çəkimiz Ermənistanla müqayisə oluna bilməz və bu həlledici dəyişikliyi biz son illər ərzində əldə etmişik. Biz çox sürətlə inkişaf etdik və çox sürətlə də inkişaf edəcəyik. Azərbaycanın təbii sərvətləri uzun illər, onilliklər bundan sonra da dövlətçiliyimizin güclənməsinə xidmət göstərəcəkdir. Əminəm ki, bizim torpaqlarımızın işğalçı qüvvələrdən azad olunmasında da həlledici rol oynayacaqdır.

Tam əminliklə deyə bilərəm ki, indi danışıqlar prosesində müşahidə olunan müəyyən müsbət irəliləyişlər məhz bizim gücümüzün artırılması nəticəsində baş verir. Biz nə qədər güclü olsaq, bu məsələ öz həllini o qədər tez tapa bilər. Çünki məsələnin həlli üçün bütün imkanlar var. Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir. Biz dəfələrlə müxtəlif beynəlxalq təşkilatlarda bu məsələni qaldırmışıq və səsvermə nəticəsində Azərbaycanın haqlı olduğu bir daha təsdiq edilibdir. Bütün dünya Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıbdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi bütün dünya tərəfindən tanınıbdır. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması artıq bütün beynəlxalq birlik, o cümlədən məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri tərəfindən dəstəklənir.

Yəni sadəcə olaraq, Ermənistan rəhbərliyi öz vəziyyətini dərindən təhlil edərək, cəsarətli və müdrik addım atmalıdır. Bu da ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün torpaqlardan qeyd-şərtsiz çıxarılmalı, bizim soydaşlarımız o torpaqlara qayıtmalıdırlar, bölgənin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülməlidir. O ki qaldı, Dağlıq Qarabağın hüquqi statusuna, bu məsələ gələcəkdə müzakirə oluna bilər. Biz bu müzakirəyə açığıq və dəfələrlə bəyan etmişik ki, dünyada mövcud olan ən mütərəqqi təcrübəni tətbiq edə bilərik, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. Bunun kənarında heç bir başqa variant müzakirə olunmur, bunun kənarında heç bir başqa məsələnin həlli mümkün deyildir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və mən şübhə etmirəm ki, biz öz torpaqlarımızı azad edəcəyik. Çox istəyirəm ki, bunu sülh yolu ilə edək və biz buna çalışırıq. Baxmayaraq ki, uzun illər ərzində danışıqlar heç bir nəticə vermir. Ancaq son aylar ərzində, - siz də yəqin ki, bunu izləyirsiniz, - müəyyən ümidverici məqamlar da üzə çıxır. Biz bu yeni vəziyyəti təhlil etməliyik, müşahidə etməliyik və görməliyik ki, bu səslənən fikirlər, Ermənistan tərəfindən səslənən bəzi sülhməramlı və realist fikirlər nə dərəcədə səmimidir. Əgər bu fikirlər doğrudan da səmimidirsə, əminəm ki, biz qısa müddət ərzində məsələnin həllinə nail ola bilərik. Yəni ki, qısa müddət ərzində Ermənistanın işğalçı qüvvələri bizim torpaqlarımızdan çəkiləcəkdir. Əgər yox, bu, sadəcə olaraq, bir taktiki gediş, yaxud da ki, Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti aldatmaq üçün növbəti cəhddirsə, onda Azərbaycan dövləti öz prinsipial siyasətini davam etdirəcək və öz iqtisadi, siyasi və hərbi gücünün artırılması işində əlavə və çox ciddi tədbirlər görəcəkdir.

Əziz dostlar, mən istəyirdim ki, siz bu gözəl gündə doğma Qarabağ torpağında bu məsələ ilə bağlı bir daha mənim fikirlərimi, mövqeyimi eşidəsiniz, biləsiniz. Mən dəfələrlə ölkə daxilində və xaricdə müxtəlif tədbirlərdə Azərbaycanın mövqeyini ifadə etmişəm. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur, heç bir geriyə addımlar yoxdur. Biz beynəlxalq hüququn tərəfdarıyıq, Azərbaycanın bütün işğal olunmuş torpaqları azad olunmalıdır və bu işdə biz öz siyasətimizi davam etdirəcəyik. Dağlıq Qarabağ məsələsinin həlli üçün, torpaqlarımızın işğalçılardan azad olunması üçün nə lazımdırsa, Azərbaycan dövləti edəcəkdir.

Bu gözəl gündə, bu gözəl hadisə münasibətilə mən bir daha sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm. Arzu edirəm ki, bu məşəl həmişə yansın və bizim uğurlu yolumuzu həmişə işıqlandırsın. Azərbaycanın çox gözəl imkanları, çox gözəl gələcəyi var. Azərbaycan xalqı bilir haraya gedir, biz bilirik inkişaf istiqamətlərimiz nədir. Bizim inkişaf istiqamətlərimiz dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının rifah halının yaxşılaşması və ölkədə bütün mövcud olan problemlərin həllidir. Bu işdə sizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram.

Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir