Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar!

Bu gözəl hadisə, uzun fasilədən sonra Ağdam rayonuna təbii qazın verilməsi münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Doğrudan da, bu, çox əlamətdar və tarixi hadisədir. İlk növbədə, ona görə ki, 15 ildən sonra Ağdama, Quzanlı qəsəbəsinə təbii qazın verilməsi bərpa olundu.

Bildiyiniz kimi, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində bu bölgəyə təbii qazın verilməsi dayandırılmışdır. Uzun fasilədən sonra biz buna nail olduq və bu gün bu gözəl hadisəni birlikdə qeyd edirik. Digər tərəfdən, bu gün ona görə əlamətdardır ki, məhz bu gün Azərbaycanın bütün rayonları təbii qazla təmin olunur. Azərbaycanın tarixində ilk dəfə olaraq, işğal altındakı rayonlar istisna olmaqla, hər bir rayona təbii qazın verilməsinə nail ola bilmişik. Beləliklə, ölkədə qazlaşdırma prosesinin növbəti mərhələsinə qədəm qoymuşuq. İndi bu proses çox sürətlə gedir, Azərbaycanın bütün rayonlarına təbii qazın verilməsi təmin olunur. Gələcək illərdə yeni məntəqələrə - yeni qəsəbələrə, kəndlərə qaz xətlərinin çəkilişi nəzərdə tutulur. O cümlədən, Ağdam rayonunun digər kəndlərində 2009-cu ildə növbəti qazlaşdırma tədbirləri görüləcəkdir.

Bu hadisə bir daha onu göstərir ki, bizim verdiyimiz bütün vədlər, qəbul edilmiş qərarlar, proqramlar həyatda öz əksini tapır. Biz sizinlə keçən dəfə bu ilin əvvəlində, Quzanlı Olimpiya İdman Kompleksinin açılışında görüşmüşdük. O vaxt mən göstəriş vermişdim ki, Ağdam rayonuna təbii qazın verilməsi tezliklə bərpa olunsun. Qısa müddət, bir neçə ay ərzində biz buna nail ola bilmişik. Bunu etmək üçün yeni xətlər çəkilib, yeni infrastruktur obyektləri tikilibdir. Bu gün bu gözəl hadisəni biz birlikdə qeyd edirik. Bütün başqa istiqamətlərdə qəbul edilmiş qərarlar vaxtlı-vaxtında yerinə yetirilir. Biz yaxşı xatırlayırıq ki, bu ilin əvvəlində Olimpiya İdman Kompleksinin açılışında bərabər iştirak edirdik. Bu kompleks ən yüksək səviyyəyə, ən yüksək dünya standartlarına cavab verir. Bütövlükdə, aparılan işlər və gələcəkdə nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində bu bölgədə böyük canlanma olacaqdır.

Buraya qaz xəttinin çəkilməsi ilə həm insanların yaxşı yaşamasına şərait yaranacaq, həm də iqtisadi potensialın genişlənməsinə əlavə imkan olacaqdır. Mən çox istəyirəm ki, Ağdam rayonunun inkişafı daha da sürətlə getsin. Bildiyiniz kimi, bu məqsədlə müxtəlif tədbirlər görülür, əlavə vəsait ayrılıbdır. Burada abadlıq işləri aparılır, yeni müəssisələrin yaradılması prosesi gedir, sosial obyektlərin, məktəblərin, tibb məntəqələrinin tikintisi davam etdirilir. Bütün bunlar insanlar üçündür, onların rahatlığı üçündür. Azərbaycanın hər bir yerinə və xüsusilə işğaldan əziyyət çəkən bölgələrə daha da böyük diqqət göstərilməlidir. Bütün sosial problemlər öz həllini tapmalıdır, bütün infrastruktur layihələri uğurla icra edilməlidir. Buraya qaz xəttinin çəkilişi çox əlamətdar hadisədir.

Bir daha demək istəyirəm, bu onu göstərir ki, biz qarşımızda duran bütün problemləri uğurla həll edirik. Azərbaycanın hərtərəfli inkişafı artıq reallıqdır. Bizim regionlarımızda gedən işlər, aparılan islahatlar, quruculuq-abadlıq işləri bütün bölgələrə yeni imkanlar gətiribdir. Canlanma müşahidə olunur, böyük infrastruktur layihələri icra edilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində 700 mindən çox yeni iş yeri açılmışdır. Bütün bunlar Azərbaycanın qeyri-neft sektorunun inkişafına çox böyük təkan verir və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox vacib addımdır. Növbəti illərdə məhz bu sahəyə daha da böyük diqqət göstəriləcəkdir. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişafı - bütün bu görülən və görüləcək tədbirlər ölkəmizi daha da gücləndirəcəkdir.

Təbii ki, və əminəm, Azərbaycanın neft siyasəti bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün biz neft siyasətinin gözəl nəticələrini müxtəlif aspektlərdə görürük. Azərbaycanın artan iqtisadi potensialı, Neft Fondumuzda yığılan böyük vəsait, qaz xətlərinin çəkilməsi, yeni elektrik stansiyalarının tikilməsi, elektrik xətlərinin çəkilməsi, Azərbaycanın güclü neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi və bunun nəticəsində yaşadığımız regionda mövqelərimizin möhkəmlənməsi prosesi - bütün bunlar bizim uğurlu neft siyasətimizlə bağlıdır. Bu siyasət ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə başlanmışdır və bu gün uğurla davam etdirilir. Bu sahədə qarşımızda duran bütün vəzifələr icra olunmuşdur. Azərbaycan tam şəkildə öz təbii sərvətlərini işə salıb və xalqın milli maraqları əsasında bu siyasəti davam etdirir.

Bu gün mən məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbənin açılışında iştirak edirdim. O qəsəbənin tikintisi də məhz Dövlət Neft Fondunun hesabına mümkün olmuşdur. Bütövlükdə, Neft Fondundan məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üçün 500 milyon manatdan çox vəsait ayrılıbdır. Son illər ərzində bütün çadır şəhərcikləri ləğv edilib, onların yerinə yeni gözəl qəsəbələr salınıbdır. O qəsəbələrdə bütün lazımi şərait var.

Eyni zamanda, neft siyasətimiz Azərbaycanın müstəqil siyasətini daha da gücləndirir. Çünki biz tam əminik ki, ölkəmiz öz daxili resurslarına əsaslanaraq istənilən məsələni həll edə bilər. Bizim başqa ölkələrdən asılılığımız yoxdur. Əlbəttə ki, beynəlxalq maliyyə qurumları ilə çox uğurlu əməkdaşlığımız var və bu, davam edir. Ancaq bununla bərabər, biz xarici kreditlərdən də asılı deyilik. Yəni biz öz gücümüzə istinad edirik, arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq və ölkəmizi inkişaf etdiririk. Bu inkişaf özünü bütün sahələrdə - ölkəmizdə gedən quruculuq-abadlıq işlərində, regionların inkişafında, yeni iş yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında, yeni müəssisələrin işə düşməsində, idxalın azalmasında, yerli istehsalın artmasında göstərir. Biz bu gün özümüzü əksər kənd təsərrüfatı məhsulları ilə təmin edirik və indi ərzaq təhlükəsizliyini tam şəkildə təmin etmək üçün əlavə tədbirlər görülür. Təkcə keçən il görülmüş tədbirlər nəticəsində Azərbaycanda taxıl istehsalı 400 min ton artıbdır. Növbəti illərdə daha da böyük artım olması və kəndlilərə əlavə güzəştlərin verilməsi nəzərdə tutulubdur.

Yəni sosial məsələlərin həlli, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və bununla bərabər köklü iqtisadi islahatların aparılması, infrastruktur layihələrin icra olunması - bütün bunlar Azərbaycanın reallıqlarıdır. Ölkəmiz uğurla inkişaf edir. Bizim ölkədə yaşanan iqtisadi artım heç bir başqa ölkədə yoxdur. Təkcə bu il deyil, son 4 il ərzində iqtisadi artım sürətinə görə Azərbaycan dünyada lider ölkədir. Bu yaxınlarda Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanı dünya miqyasında bir nömrəli islahatçı ölkə kimi bəyan edibdir. Yəni bütün bunlar onu göstərir ki, bizdə iqtisadi islahatlar çox sürətlə və müasir səviyyədə gedir. Əlbəttə ki, iqtisadi islahatlar siyasi islahatları da daha da irəlilətməyə imkan yaradır. Bizim insanlarımızın həyat səviyyəsi yaxşılaşır, ölkəmizin imkanları genişlənir və ölkə çox sürətlə inkişaf edir, dünya birliyinə inteqrasiya edir və qarşıda duran vəzifələr icra olunur.

Son beş il ərzində 1500-dən artıq məktəb, tibb müəssisəsi tikilibdir. Yəni bütün bunları sadalamaq üçün bir neçə saat vaxt lazımdır. Sadəcə olaraq, onu demək istəyirəm ki, hər bir bölgənin inkişafına böyük diqqət göstərilir. Xüsusilə, bir daha demək istəyirəm ki, erməni işğalından əziyyət çəkən rayonların inkişafı prioritet məsələdir.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan dövləti öz səylərini göstərir və göstərməkdə davam edəcəkdir. Biz məsələnin həlli üçün müxtəlif tədbirlər görürük, həm danışıqlarda iştirak edir, həm də bu məsələnin həlli ilə məşğul olan vasitəçi ölkələrlə əlaqələrimiz var. Amma bununla bərabər, o da aydındır və əminəm ki, bizim öz gücümüz məsələnin həllində həlledici rol oynayacaqdır. Beynəlxalq hüquq normaları bu əsası bizə verir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Dağlıq Qarabağ daxil olmaqla, bütün Azərbaycan torpaqları azad edilməlidir və işğalçı qüvvələr işğal olunmuş torpaqlardan geri çəkilməlidir. Bunu həm beynəlxalq birlik tələb edir, Birləşmiş Millətlər Təşkilatı və başqa təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar, həm də, sadəcə, məntiq tələb edir, həqiqət tələb edir. Bu münaqişədə biz haqlıyıq, zərərçəkən tərəfik. Ona görə biz tələb edirik ki, torpaqlarımız işğalçılardan azad edilsin və öz siyasətimizdə həmişə bu gün olduğumuz kimi qətiyyətli olacağıq. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur, olmayıb və olmayacaqdır. Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçılardan azad edilməlidir, bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Ondan sonra isə Dağlıq Qarabağın statusu müzakirə oluna bilər, müəyyən edilə bilər. Ancaq bu status Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bu, bizim prinsipial mövqeyimizdir. Bu mövqe bütün dünyaya bəllidir, vasitəçilərə bəllidir, Ermənistan tərəfinə bəllidir. Sadəcə olaraq, biz hələ gözləyirik ki, Ermənistan tərəfi reallıqlarla hesablaşmalı olacaqdır. Bölgədə yaranmış yeni vəziyyətlə bağlı öz hərəkətində düzəlişlər edəcəkdir və özünə aid olmayan torpaqlardan könüllü şəkildə geri çəkiləcəkdir. Hələ ki, bizdə belə ümidlər var. Bu ümidlərin son müddət ərzində güclənməsi prosesi müşahidə olunur, müəyyən bəyanatlar verilir, bəzi təkliflər irəli sürülür. Biz isə bütün bunları izləyirik, təhlil edirik, öz fikrimizi bildiririk və bildirəcəyik.

Biz gözləyirik ki, Ermənistan işğal olunmuş torpaqlardan öz xoşu ilə, könüllü surətdə çəkilsin və məsələ sülh yolu ilə həll edilsin. Əgər bu olmasa, onda bölgədə vəziyyət heç vaxt sabitləşməyəcəkdir. Əgər bu olmasa, Ermənistan bundan sonra da təcrid edilmiş vəziyyətdə yaşayacaqdır və Azərbaycanın üstünlüyü günü-gündən daha da artacaqdır.

Bu gün Ermənistanla Azərbaycanı müqayisə etmək mümkün deyildir. Torpaqlarımız işğal olunan zaman bizim aramızda o qədər də böyük fərq yox idi, hətta xaricdən müdaxilələr nəticəsində Ermənistanın hərbi potensialı bizimkindən daha da güclü idi. İndi bu mənzərə tamamilə dəyişilibdir. Bu gün Azərbaycan həm iqtisadi, həm hərbi cəhətdən Ermənistandan bir neçə dəfə üstündür. Bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından bir neçə dəfə böyükdür. Bizim büdcə xərclərimiz onlarınkından təxminən 5-7 dəfə çoxdur. Bizim hərbi xərclərimiz onların bütün dövlət xərclərinə bərabərdir və bu proses bundan sonra da davam etdiriləcəkdir. Bizdə həm uğurlu iqtisadi islahatlar aparılıb, həm siyasi islahatlar aparılıb, həm demokratikləşmə prosesi sürətlə gedir, insan haqlarının qorunması işində çox mühüm tədbirlər görülür. Bizim güclü neft siyasətimiz var, təbii ehtiyatlarımız var, güclü ordumuz var. Əgər Ermənistana baxsaq, biz orada bunların heç birini görə bilməyəcəyik. Ölkə öz işğalçı siyasəti nəticəsində özünü dünyadan və bölgədən təcrid edibdir. Cənubi Qafqazda yaşanan son hadisələr bir daha onu göstərdi ki, hansı ölkə istənilən böhranlı vəziyyətdə özünü necə apara bilər və bu böhranlı vəziyyətdən necə çıxa bilər.

Azərbaycan vətəndaşları, Azərbaycan iqtisadiyyatı və bütövlükdə ölkəmiz Cənubi Qafqazda son aylarda yaşanan hadisələri hiss etmədi. Bizim vətəndaşlarımız heç bunu hiss etmədilər. Nə üçün? Çünki bizim güclü iqtisadiyyatımız var. Bizim iqtisadiyyatımız öz daxili resurslarına əsaslanır. Bizim çox müdrik, düşünülmüş və xalqın milli maraqları üzərində qurulmuş siyasətimiz var. Ona görə Azərbaycan bu bölgədə sabitləşdirici amil kimi öz mövqelərini daha da möhkəmləndirir. Bölgədə gedən proseslərlə bağlı bizimlə məsləhətləşmələr daha da sürətlə aparılır və maraqlı olan bütün dövlətlər - istər regional, istər qeyri-regional dövlətlər Azərbaycanla bu məsləhətləşmələri davam etdirmək niyyətindədir. Əlbəttə ki, biz də buna müsbət yanaşırıq.

Düzdür, bizim iqtisadi cəhətdən müəyyən dərəcədə ixrac imkanlarımız məhdudlaşdırılmışdı. Ancaq Azərbaycan iqtisadiyyatı bunu hiss etmədi, Azərbaycan vətəndaşları bunu hiss etmədilər. O ki, qaldı Ermənistana, bu bölgədə yaşanan böhran onlara çox ciddi təsir göstərdi. Hər tərəfdən özünü təcrid olunmuş vəziyyətə salan ölkənin gələcək perspektivləri də qeyri-müəyyəndir. Əgər öz qonşuları ilə normal münasibətlər qurmasa, əgər öz işğalçı siyasətindən əl çəkməsə, onda Ermənistanın gələcək inkişaf imkanları çox böyük şübhə altına düşəcəkdir. Bizim isə həm iqtisadi imkanlarımız, coğrafi vəziyyətimiz, siyasi mövqeyimiz, həm də bölgədə artan nüfuzumuz və əlbəttə ki, ordu potensialımız tam əminliklə deməyə əsas verir ki, biz istədiyimizə nail olacağıq.

Sadəcə olaraq, mən istəyirəm ki, bu məsələ sülh yolu ilə həll edilsin, yenidən müharibə başlamasın. Ancaq əgər bütün bu danışıqlarda müzakirə olunan məsələlər öz həllini tapmasa, əlbəttə, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu, bizim daxili işimizdir. Heç kim bu işə müdaxilə edə bilməz və heç kim Azərbaycanı öz haqlı yolundan, siyasətindən döndərə bilməz. Biz müstəqilliyi ona görə qazanmamışıq ki, müstəqillik şərti xarakter daşısın. Bizim müstəqilliyimiz tam şəkildə təmin olunubdur. Bu bizə imkan verir ki, Azərbaycan müstəqil siyasət aparsın. Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, bu siyasətin çərçivələrini müəyyən edir. Bizim bütün təşəbbüslərimiz, atdığımız siyasi addımlar Azərbaycan xalqının milli maraqlarına söykənir. Budur bizim əsas güc mənbəyimiz. Mən şübhə etmirəm ki, Azərbaycan xalqının iradəsi nəticəsində və gələcəkdə görüləcək tədbirlər nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqdır. Beynəlxalq hüquq normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtilə öz həllini tapacaqdır. Əlbəttə ki, biz bu məsələnin həlli üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Bir daha demək istəyirəm ki, biz daha da güclü olmalıyıq. İqtisadi potensialımızı daha da gücləndirməliyik. Bu bölgədə də gedən gözəl abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün əlavə tədbirlər nəzərdə tutulubdur.

Gələn il regionların sosial-iqtisadi inkişafı üçün növbəti proqram qəbul ediləcəkdir. Bu proqramda bu vaxta qədər həll olunmamış bütün məsələlər öz əksini tapacaqdır. Növbəti beş il üçün konkret, çox ciddi proqram ortaya qoyulacaq ki, bu da hər bir rayonun, hər bir bölgənin inkişafında əsas rol oynayır.

Əziz dostlar, mən bu gözəl hadisə münasibətilə, uzun fasilədən sonra Ağdam rayonuna təbii qazın verilməsi münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Sağ olun.

X X X

Dövlətimizin başçısı Ağdam rayon Ağsaqqallar Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Prezidentin fərdi təqaüdçüsü Sədrəddin Ələsgərovla və rayon ictimaiyyətinin digər nümayəndələri ilə görüşüb söhbət etdi, ölkəmizin və Ağdam rayonunun tərəqqisi naminə onlara uğurlar arzuladı.

Bununla da Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri başa çatdı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir