Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli İslam Abduqəniyeviç!

Hörmətli qonaqlar,

əziz dostlar!

Bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində olduqca əlamətdar gündür. Bu gün Özbəkistan Prezidenti, Azərbaycan xalqının böyük dostu İslam Abduqəniyeviç Kərimov Azərbaycana rəsmi səfərə gəlmişdir.

Biz bu səfərə çox böyük əhəmiyyət veririk və şadıq ki, səfər böyük uğurla keçir. Əminəm ki, bu səfərin nəticələri və imzalanmış sənədlərdə əksini tapmış qərarların yerinə yetirilməsi münasibətlərimizin hərtərəfli inkişafı üçün yeni şərait yaradacaqdır. Biz bunda çox maraqlıyıq və çox istəyirik ki, münasibətlərimizin hərtərəfli inkişafı, həyatımızın bütün sahələrini əhatə etməsi üçün gələcəkdə də bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar, nəqliyyat, energetika sahələrində fəal əməkdaşlıq edək. Bunun üçün bütün imkanlar var.

Əvvələn, bu, əsrlər boyu həmişə sülh və həmrəylik şəraitində yaşamış xalqlarımız arasında olan ənənəvi qardaşlıq münasibətləridir. Bu, həm də mədəniyyətlərimizin, ənənələrimizin, habelə dilimizin ümumi olmasıdır, çünki bir-birimizi tərcüməçisiz başa düşürük. Bütün bunlar indi - müstəqil dövlətlərimizin fəal və dinamik inkişaf etdiyi, öz siyasi və iqtisadi potensiallarını möhkəmləndirdiyi, Mərkəzi Asiya və Qafqaz regionunda mühüm rol oynadığı bir vaxtda münasibətlərin inkişafı üçün möhkəm bazadır.

Beləliklə, əminəm ki, regionumuzdakı inteqrasiya prosesləri, Mərkəzi Asiyada və Qafqazda, Xəzər hövzəsində regional əməkdaşlıqla bağlı proseslər xeyli dərəcədə bizim münasibətlərimizin uğurla inkişafından asılı olacaqdır. Bizi böyük tarix birləşdirir, lakin gələcəkdə bizi qarşılıqlı əlaqələrin, kooperasiyanın səviyyəsinin yüksəldilməsinə yönəldilmiş yeni layihələr, nəqliyyat layihələrinin həyata keçirilməsində birgə layihələr, müştərək iştirak gözləyir. Başqa sözlə, yaşadığımız regionda əməkdaşlığın uğurlu inkişafını, xeyli dərəcədə həm də bizim münasibətlərimizin uğurlu olması müəyyənləşdirəcəkdir.

Bugünkü səfər və aparılmış danışıqlar bir daha təsdiq edir ki, ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərin çox geniş dairəsini - ikitərəfli münasibətləri, regional siyasəti, Qafqazda baş verən prosesləri, yeni çağırışları, yeni təhdidləri, bizi narahat edən və həlli tələb olunan məsələləri müzakirə etdik. Belə bir ümumi fikrə gəldik ki, dialoq, işbirliyi və qarşılıqlı surətdə faydalı əməkdaşlığın potensialını artırmaq yolu ilə bir çox problemləri həll edə bilərik. Biz buna köklənmişik. İndi bunun üçün bütün şərait var: Özbəkistanın artmaqda olan iqtisadi potensialı, maliyyə imkanları, habelə bizim ölkəmizdə gedən və müstəqilliyimizi möhkəmləndirən, müstəqil siyasət yeritməyə imkan verən müsbət proseslər.

Yəqin ki, ölkələrimizə əminliklə aid edə biləcəyimiz bir çox digər cəhətlər sırasında müstəqil siyasət xəttini, ölkələrimizin və xalqlarımızın milli mənafelərinin qorunmasında, habelə regionda baş verən proseslərlə münasibətdə ardıcıl və prinsipial siyasəti də vurğulamaq olar.

Mən çox şadam ki, biz bu gün Azərbaycanı çox yaxşı tanıyan, onu sevən və Azərbaycanda sevilən əziz qonağımız İslam Abduqəniyeviç Kərimovu qəbul edirik. Tam məsuliyyətlə deməliyəm ki, ölkələrimiz arasındakı müasir münasibətlərin əsasını xalqlarımızın iki böyük lideri - İslam Kərimov və Heydər Əliyev birgə problemlərin həllində səylərimizin birləşdirilməsi işində fəal əməkdaşlığa başlayanda qoymuşlar. Onlar ölkələrimizin dövlətçiliyinin əsasını qoymuşlar, sabitliyi, davamlı inkişafı təmin etmişlər. Onların rəhbərliyi altında ölkələrimiz sübut etmişlər ki, nəinki müstəqil yaşaya, həm də milli mənafelərini uğurla təmin edə, regional proseslərdə əhəmiyyətli rol oynaya bilərlər.

Müasir dövrdə münasibətlərimiz məhz bu müsbət məqam üzərində qurulur və daha da genişləndirilir. Bugünkü gün, imzalanmış sənədlər və ən başlıcası, münasibətlərimizin ruhu bunu təsdiq edir. Bütün bunlar - həm forma, həm ruh, həm də qarşılıqlı anlaşma xalqlarımızın yaxınlaşmasına kömək edir. Əlbəttə ki, həm də özbək xalqının böyük oğlu, mütəfəkkir şair Əlişir Nəvainin sabah açılacaq abidəsi. Bu, həm özbək xalqının böyük oğlunun xatirəsinə ehtiram əlamətidir, həm də bizim münasibətlərimizin xarakterini göstərir.

Mən bu badəni Özbəkistan Prezidentinin sağlığına, qardaş özbək xalqının tərəqqisi, ölkələrimiz və xalqlarımız arasında dostluğun şərəfinə qaldırmaq istəyirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib