Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli Dmitri Anatolyeviç!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

İcazə verin, Prezident Dmitri Anatolyeviç Medvedev başda olmaqla Rusiya Federasiyasının nümayəndə heyətini bir daha ürəkdən salamlayım və səfərin nəticələrindən çox məmnun olduğumu bildirim.

Biz çox şadıq ki, Rusiya Prezidenti özünün ilk rəsmi səfərlərindən birini bizim ölkəmizə etmişdir. Biz bunu dostluq əlaməti kimi, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirdiyimiz münasibətlərin yüksək səviyyəsinin ifadəsi kimi qiymətləndiririk.

Xalqlarımız arasında münasibətlərin çoxəsrlik tarixi var. Xalqlarımız yüzilliklər boyu sülh, dostluq, əməkdaşlıq şəraitində yaşamış, həmişə fəal qarşılıqlı əlaqə saxlamışlar. Çox xoşdur ki, Sovet İttifaqı dağılandan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər, xüsusən indiki mərhələdə, 2000-ci illərdən başlayaraq çox dinamik, konstruktiv şəkildə inkişaf edir. Bu əlaqələr səmimi, mehriban qonşuluq və dostluq münasibətlərinə əsaslanır.

Bugünkü səfər buna parlaq sübutdur. Bu gün biz ikitərəfli maraq doğuran məsələləri müzakirə etdik, əvvəlki uğurlarımızı təhlil etdik. Əlbəttə, münasibətlərin gələcək perspektivlərini müzakirə etdik ki, bu da çox əhəmiyyətli məqamdır. Xüsusən ona görə ki, Azərbaycan və Rusiya Xəzər dənizi regionunda və Qafqaz regionunda baş verən proseslərə təsir göstərən ölkələrdir. Ona görə də regionda gələcəkdə yaranacaq vəziyyət ölkələrimiz arasında səmimi qarşılıqlı əlaqələrdən, səylərimizi əlaqələndirməkdən, təhlükəsizliyin möhkəmləndirilməsi naminə fəal işləməkdən, əməkdaşlıqdan, iqtisadi və humanitar inkişafdan çox asılı olacaqdır.

Bu gün biz böyük razılıq hissi ilə qeyd edirik ki, kifayət qədər geniş əhatəli münasibətlərimizin gündəliyinin bütün bəndləri üzrə tam anlaşma var, bizim yanaşmalarımız eynidir. Başa düşürük ki, bizim münasibətlərimiz indiyə qədər olduğu kimi, bundan sonra da səmərəli və dinamik inkişaf etməlidir.

Bu gün müzakirə edilən mövzular arasında regional təhlükəsizlik, regional əməkdaşlıq, enerji təhlükəsizliyi məsələləri, energetika sahəsində əməkdaşlıqla bağlı mövcud layihələr, gələcək üçün potensial layihələr vardır ki, bunlar da ölkələrimizi daha sıx birləşdirəcək və qarşılıqlı əmtəə dövriyyəsini daha da artırmağa, nəqliyyat, kommunikasiyalar, texnologiyalar, təhsil və humanitar sahədə əməkdaşlığı genişləndirməyə imkan verəcəkdir. Bu gün praktik olaraq bütün istiqamətlər üzrə qazanılmış uğurlar təhlil olunmuş və gələcəyə aparan yollar müəyyən edilmiş, dialoqun intensivləşdirilməsi və bütün planlarımızın sürətlə həyata keçirilməsi barədə müvafiq strukturlara konkret tapşırıqlar verilmişdir.

Əlbəttə, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər kifayət qədər çoxsahəlidir. Lakin mən humanitar sahədə əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Şübhə yoxdur ki, əmtəə dövriyyəsi artır, biz yeni sahələri əhatə edən qarşılıqlı əməkdaşlığın potensialını genişləndiririk. Lakin ölkələrimiz arasında gələcək münasibətlərin əsasını, müstəqil Azərbaycan və müstəqil Rusiya şəraitində böyüyən və püxtələşən gələcək nəsillərin formalaşdıracağı münasibətlərin əsasını əlbəttə, humanitar sahə təşkil edəcəkdir. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq başqa ölkələr üçün nümunə sayıla bilər.

Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox qayğıkeş münasibət bəsləyirlər. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır və biz bunu regionda şəraitin tarixi inkişaf amili kimi qiymətləndiririk. Eyni zamanda, elə bir amil hesab edirik ki, müstəqillik əldə olunduqdan sonrakı 17 ildə ölkəmizdə elə vəziyyət yaranmışdır ki, burada yaşayan bütün millətlərin nümayəndələri özlərini rahat, sərbəst hiss edir, bir böyük ailə kimi dolanırlar. Ölkəmizdə millətlərarası sülh və konfessiyalararası dialoq bizim uğurlu inkişafımızın əsasıdır. Heç şübhəsiz ki, Qafqazda ən böyük icma və Azərbaycanda yaşayan icmalardan ən böyüyü olan rus icması bu baxımdan çox mühüm rol oynayır. Azərbaycanda rus teatrı fəaliyyət göstərir, Moskva Dövlət Universitetinin filialı yaradılır, tədrisin rus dilində aparıldığı 300-dən çox məktəb var, rus dilində çoxsaylı, Sovet İttifaqı dövründə olduğundan daha çox qəzet çıxır.

Mən bunları təkcə əldə edilmiş uğurları bir daha vurğulamaq üçün deyil, həm də ölkələrimiz arasında münasibətlərin ruhunu bir daha ifadə etmək üçün deyirəm. Bizim çox yaxşı əlaqələrimiz, qarşılıqlı iqtisadi münasibətlər, siyasi dialoq, neft-qaz, nəqliyyat və s. sahələrdə konkret layihələrimiz ola bilər. Ümumiyyətlə, bu istiqamətdə səylərin artmasını müşahidə edirik və gələcəkdə bu səyləri artırmaq ümidindəyik. Lakin mən hesab edirəm ki, xalqlarımızın mənəvi yaxınlığı, səmimi münasibətlər, qonşuluq münasibətləri heç də az əhəmiyyəti olmayan amillərdir. Hər şeydən əlavə, Rusiya və Azərbaycan həm də qonşu ölkələrdir. Qonşular arasında münasibətlər heç də arzu edilən kimi olmur. Biz bunu öz regionumuzun və daha geniş coğrafi məkanın tarixindən bilirik.

İndiki halda mən hesab edirəm ki, ölkələrimizin münasibətləri qonşular arasında, böyük ölkə ilə coşğun inkişaf edən ölkə arasında, vaxtilə bir dövlətdə yaşamış və hazırda iki müstəqil dövlət kimi öz münasibətlərini dostluq, mehriban qonşuluq, qarşılıqlı kömək, qarşılıqlı dəstək və hüquq bərabərliyi əsasında quran ölkələr arasında münasibətlərə nümunə ola bilər.

Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. Bir daha demək istəyirəm, nəinki mən, Azərbaycanın bütün ictimaiyyəti bu faktı çox yüksək qiymətləndirmişdir ki, Azərbaycan Rusiya Prezidentinin səfər etdiyi ilk ünvanlardan biridir. Əminəm ki, bu əlaqələr gələcəkdə də intensiv davam edəcək və ölkələrimiz arasında, xalqlarımız arasında münasibətlərin inkişafına xidmət edəcəkdir.

Mən bu badəni Rusiya Prezidenti Dmitri Anatolyeviç Medvedevin sağlığına, dost Rusiya dövlətinin tərəqqisi şərəfinə, Azərbaycan ilə Rusiya arasında dostluq şərəfinə qaldırmaq istəyirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib