Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əvvəlcə mən cənab Prezident Saakaşviliyə və bütün gürcü dostlarımıza zirvə görüşünü əla təşkil etdiklərinə və səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycan GUAM-da sədrliyə başladığı Bakıdakı son zirvə görüşündən sonra biz önəmli işlər yerinə yetirmişik.

Biz regional əməkdaşlıq, regionda təhlükəsizlik məsələləri, enerji əməkdaşlığı, nəqliyyat, humanitar fəaliyyət sahələrində sıx işləyirik və bütün sahələrdə praktiki nəticələr görürük.

Biz Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı ölkəmizin BMT-nin Baş Məclisində irəli sürdüyü qətnaməyə verdikləri dəstəyə görə GUAM-ın üzv ölkələrinə və digər dostlarımıza minnətdarlığımızı bildiririk. Ümumiyyətlə, ölkələrimizin ərazi bütövlüyünə beynəlxalq ictimaiyyətin və region ölkələrinin verdiyi dəstək çox vacibdir. Ümid edirik ki, ölkələrimizdə mövcud olan münaqişələr beynəlxalq hüquq və ölkələrimizin ərazi bütövlüyü prinsipi əsasında həll olunacaqdır. Bu, münaqişələrin həll olunmasının yeganə yoludur.

Münaqişələrin bizim üçün çox böyük siyasi, iqtisadi, sosial və mənəvi ağırlıq olması faktına baxmayaraq, Azərbaycan uğurlu inkişaf yoluna nail olub. İqtisadi nailiyyətlər və sosial problemlərin həlli sahəsindəki nəticələr ölkəmizdə tamamilə yeni vəziyyət yaradır. Biz dostlarımız və tərəfdaşlarımızla regional əməkdaşlıq üzərində sıx işləyirik. Bu gün biz Xəzər dənizi-Qara dəniz-Baltik dənizi regionları arasında enerji, daşıma sahələrində və yaxud siyasi sahədə regional əməkdaşlıq üçün çox yaxşı perspektivlərə malikik. İqtisadi münasibətlərimiz genişlənir. Bütün bunlar gələcək əməkdaşlıq üçün çox yaxşı əsaslar yaradır.

Əlbəttə ki, enerji dəhlizlərinin yaradılması regionların bir araya gətirilməsi istiqamətində atılmış əsas addım oldu. Bu gün biz həmin əməkdaşlığın praktiki nəticələrini görürük. Odessa-Brodı-Qdansk boru kəməri layihəsi uğurla irəliyə doğru aparılır. Ümid edirik ki, bu ilin payızında Bakıda keçiriləcək enerji sammitində biz əməkdaşlığın ilk əməli nəticələrinin şahidi olacağıq.

Azərbaycan özünün neft və qaz hasilatını artırır, neft və qazı dünya bazarlarına çatdıran bütün boru kəmərlərindən istifadə edir. İstehsalçı ölkələr ilə istehlakçı ölkələr arasında maraqların tarazlığı səmimi regional əməkdaşlıq üçün ilkin şərtdir. GUAM nümunəsi və zirvə görüşlərimizdə qonaqlarımızın tez-tez iştirakı maraqların tarazlığının mümkünlüyünü aydın şəkildə nümayiş etdirir. Dostluq, tərəfdaşlıq və strateji baxışlara əsaslanan həmin maraqlar tarazlığı davamlı və uzunmüddətli uğura zəmin yarada bilər.

Bu gün biz daşıma məsələləri üzərində çalışırıq. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi bütün region ölkələri üçün əlavə imkanlar yaradacaqdır. Bu, nəinki bizim ölkələrimizi, o cümlədən Asiya ilə Avropanı bir-biri ilə birləşdirəcək dəmir yolu xətti olacaqdır. Ona görə biz ölkələrimizdə qlobal transmilli enerjidaşıyıcılarının nəqli layihələri, siyasi dəyişikliklər, demokratikləşmə sisteminin, güclü siyasi sistemin yaradılması üzərində uğurla işləyirik. Biz forumlarımızda iştirak edən ölkələrə, ölkə başçılarına minnətdarıq. Onlar təşəbbüslərimizə verdikləri fəal dəstəklə bütün təşəbbüslərimiz üçün münasib şərait yaradırlar. Bu gün Polşa və Litva prezidentləri aramızdadır. Biz Polşa-Litva təşəbbüsü sayılan Krakov təşəbbüsünü belə bir xüsusi formatda birgə irəli sürdük. Bu gün, həmin format uğurla inkişaf etdirilir. Əminəm ki, gələcəkdə onun iştirakçıları daha çox olacaqdır.

Ümumiyyətlə, hesab edirəm ki, keçən ilin iyun ayında keçirilmiş sonuncu zirvə görüşü və Vilnüsdəki yubiley görüşümüzdən sonrakı dövr əməkdaşlığımız üçün çox faydalı və uğurlu olmuşdur. Çox şadam ki, Azərbaycanın sədrliyi dövründə birillik müddət üçün planlaşdırılan bütün nəticələr əldə olunmuşdur.

Bu gün biz məmnunluq hissi ilə sədrliyi Gürcüstana təhvil veririk. Əminəm ki, Gürcüstanın sədrliyi ölkələrimiz və tərəfdaşlarımız arasında münasibətlərin daha da genişlənməsinə və əməkdaşlığın dərinləşməsinə imkan yaradacaqdır.

Çox sağ olun.

X X X

Sonra Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ çıxış etdi, GUAM-a sədrliyi dövründə göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirdi, Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğuladı. GUAM çərçivəsində əməkdaşlıqdan danışan Gürcüstan Prezidenti bildirdi ki, GUAM ölkələri ərazilərindəki münaqişələrin həlli çox vacibdir. Regionun daha da inkişafı baxımından bu münaqişələr yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ukrayna Prezidenti Viktor YUŞŞENKO çıxışında GUAM-a sədrlik dövründəki işlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. Qeyd etdi ki, son vaxtlar GUAM-ın fəaliyyəti daha da genişlənmişdir. GUAM ölkələrinin qarşılıqlı ticarət dövriyyəsinin həcminin artması buna əyani sübutdur. Ukrayna Prezidenti enerji dəhlizlərinin reallaşmasında Azərbaycanın əhəmiyyətini xüsusi vurğuladı.

GUAM məkanındakı münaqişələrin həllinə toxunan Ukrayna Prezidenti, bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd etdi. V.Yuşşenko bəyan etdi ki, Ukrayna Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü dəstəkləyir.

Moldovanın daxili işlər naziri Valentin MEJİNSKİ, Litva Prezidenti Valdas ADAMKUS, Polşa Prezidenti Lex KAÇİNSKİ, Çexiyanın xarici işlər naziri Karel Şvartzenberq, Rumıniyanın, Yaponiyanın, Beynəlxalq Avtonəqliyyat İttifaqının, MDB İcraiyyə Komitəsinin nümayəndələri də iclasda çıxış etdilər.

X X X

Sonra GUAM zirvə görüşünün sənədləri imzalandı.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib