Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Əziz dostlar,

Əziz bacılar və qardaşlar! Mən sizin hamınızı ürəkdən

salamlayır və bu gün bu gözəl xəstəxananın açılışı münasibətilə ürəkdən təbrik edirəm. Yeni, gözəl xəstəxanaların açılışı artıq Naxçıvanda gözəl ənənəyə çevrilibdir. Artıq Vasif Talıbov qeyd etdi ki, son müddət ərzində Naxçıvanda 30-dan çox səhiyyə obyekti açılmışdır. Onların hamısı yüksək keyfiyyətlə tikilib, yüksək standartlara cavab verir. Çox sevindirici haldır ki, bütün rayonlarda, Naxçıvanın bütün rayonlarında gözəl, yeni, müasir tibb ocaqları tikilir. Burada quraşdırılan avadanlıq ən yüksək səviyyəyə layiqdir. Həm həkimlər üçün, iş üçün, gözəl şərait var, həm də xəstələrin müalicəsi üçün bütün şərait var. Bax, budur, bugünkü Azərbaycanın inkişafı. Azərbaycanın hər bir bölgəsində sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Çox sevindirici haldır ki, Naxçıvanda da bu sahəyə böyük diqqət göstərilir, sosial məsələlərin həllində böyük uğurlar əldə edilibdir. Yeni xəstəxanalar açılır, yeni məktəblər, sosial obyektlər tikilir, bir sözlə, insanları narahat edən məsələlər həll edilir, insanlara lazım olan bütün işlər görülür. Bu, bir də onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Sosial siyasət hər bir ölkənin ümumi inkişaf potensialını göstərir. O ölkələr ki, inkişaf edib, güclü iqtisadi potensiala malikdir, təbii ki, orada sosial məsələlərə də diqqət göstərilir. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sosial məsələlər tezliklə öz həllini tapsın və Naxçıvanın timsalında biz bunu görürük. Burada həm sosial sahəyə diqqət göstərilir, həm də iqtisadi inkişaf çox sürətlə gedir, - siz bunu yaxşı bilirsiniz, - yeni müəssisələr, fabriklər, zavodlar açılır, quruculuq işləri aparılır. Naxçıvanın büdcəsi ildən-ilə artır və bu imkan verir ki, muxtar respublikada bütün quruculuq-abadlıq işləri yüksək keyfiyyətlə aparılsın.

Bildiyiniz kimi, mən hər il Naxçıvana gəlirəm, vəziyyətlə tanış oluram. Hər dəfə yeni obyektin açılışında iştirak edərkən mən çox sevinirəm, qürur hissi keçirirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvanda belə gözəl işlər görülür. Bu gün bütün Azərbaycanda sosial və iqtisadi inkişafın sürətlə getməsi artıq bütün dünya üçün aydın olan bir məsələdir. Azərbaycanın iqtisadi potensialının artması, enerji təhlükəsizliyi sahəsinə verdiyi töhfələr, bütövlükdə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi - bunlar artıq reallıqdır. O cümlədən Azərbaycanın bütün bölgələrində, xüsusilə Azərbaycanın əsas hissəsindən ayrı olan Naxçıvanda bu məsələlərin həlli xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, biz Naxçıvanın enerji təhlükəsizliyini təmin etdik və indi bu sahədə heç bir problem yoxdur. Burada yeni tikilən və əvvəl tikilmiş və bərpa olunan elektrik stansiyalarının fəaliyyəti nəticəsində indi Naxçıvan özünü elektrik enerjisi ilə tamamilə təmin edir və hətta elektrik enerjisinin bir hissəsini qardaş Türkiyəyə ötürür. Eyni zamanda, bildiyiniz kimi, uzun fasilədən sonra Naxçıvana təbii qazın verilməsi bərpa olunmuşdur və hazırda qazlaşdırma prosesi çox sürətlə gedir. İlk növbədə,1970-80-ci illərdə, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qazlaşdırılmış bölgələrə qaz verilməsi bərpa olunubdur. Sonrakı mərhələ isə əvvəllər qazlaşdırılmayan bölgələrə, kəndlərə, qəsəbələrə qaz verilməsinin təmin olunması idi. Deyə bilərəm ki, bu istiqamətdə artıq böyük işlər görülüb və yəqin ki, yaxın zamanlarda Naxçıvanda qazlaşdırmanın səviyyəsi təxminən 100 faizə çatacaqdır. Onu qeyd etmək istəyirəm ki, ən inkişaf etmiş və qazla zəngin olan və qazı böyük həcmdə ixrac edən ölkələrdə bu səviyyə haradasa, 60 faiz civarındadır. Azərbaycanda, bütövlükdə, qazlaşdırma 80 faiz səviyyəsinə qalxıbdır və bu proses davam etdirilir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan əhalisi təbii qazla maksimum dərəcədə təmin olunsun.

Naxçıvanın enerji təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edir. Çünki buraya birbaşa Azərbaycandan qazın verilməsi hələ ki, mümkün deyildir. Bildiyiniz kimi, İran İslam Respublikası ilə əldə edilmiş razılaşmaya görə, biz mübadilə yolu ilə qaz təminatını təmin etdik, bunun müqabilində Astaradan, Azərbaycandan İrana təbii qaz verilir. Naxçıvanın gələcək iqtisadi inkişafı üçün bu, çox böyük əhəmiyyət kəsb edən məsələdir. Çünki elektrik enerjisi, qaz təchizatı hər bir ölkənin inkişafını şərtləndirir. Hamımız yaxşı xatırlayırıq, - xüsusilə naxçıvanlılar, - keçən qış çox sərt keçmişdir və belə olan halda, müəyyən müddətdə İrandan təbii qazın verilməsi dayandırılmışdı və insanlar burada əziyyət çəkirdilər. Ona görə gələcəkdə bu halların qarşısının alınması üçün mən qərar qəbul etdim ki, Naxçıvanda ayrıca qaz anbarları tikilsin. Dövlət Neft Şirkətinə göstəriş verilibdir, işlər gedir. Qışda əgər təchizatda hanısısa problem yaranarsa, yaz-yay aylarında anbarlara vurulan qazdan istifadə etmək mümkün olacaqdır. Bu, böyük bir işdir, yəni həm maliyyə baxımından, həm də bunun texniki çətinlikləri kifayət qədər çoxdur. Amma biz bunu edirik hava şəraitindən, yaxud da idxaldan asılı olmayaraq, Naxçıvana qaz fasiləsiz verilsin. Bütün bunlar həm insanların normal yaşaması üçün, həm də muxtar respublikanın inkişafı üçün lazımdır.

Muxtar respublikada iqtisadi inkişaf sürəti çox yüksəkdir. Burada yaradılan yeni müəssisələr, yeni obyektlər, əlbəttə ki, əlavə enerji mənbəyini tələb edir və biz də bunu təmin edirik. Gələcəkdə Naxçıvanın və muxtar respublikanın bütün rayonlarının inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.

Ordu quruculuğu prosesi burada çox sürətlə gedir. Bu məsələyə də çox böyük əhəmiyyət verilir. Bilirsiniz ki, bütövlükdə, Azərbaycanda ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bu gün Azərbaycanda hərbi sahəyə ayrılan xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Biz bunu edirik, çünki müharibə şəraitində yaşayırıq və hər an torpaqlarımızı hərbi yolla azad etməyə hazır olmalıyıq. Bu baxımdan bu sahədə görülən işlər, əlbəttə ki, bizi qane edir, gələcəkdə isə daha da böyük işlər görülməlidir. Ancaq Naxçıvanın təhlükəsizliyi, müdafiə potensialının möhkəmlənməsi xüsusi əhəmiyyət kəsb edir, çünki siz burada düşmənlə üz-üzəsiniz. Son illər ərzində Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmləndirilib, Naxçıvan özünü müdafiə etməyə qadirdir. Gələcəkdə Naxçıvanın hərbi potensialının inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Bu isə, əlbəttə ki, müdafiə potensialını daha da böyük dərəcədə təmin edəcəkdir.

Bir sözlə, əziz dostlar, muxtar respublikanın inkişafı üçün həm yerli rəhbərlik, həm mərkəzi hökumət nə lazımdırsa edir və bundan sonra da edəcəkdir. Bu siyasət bizə ulu öndər Heydər Əliyevdən qalıbdır. Onun fəaliyyəti, siyasəti nəticəsində bütün ölkə inkişaf edib, o cümlədən bütün dövrlərdə. O, həmişə deyirdi ki, Naxçıvana daim xüsusi diqqət göstərilməlidir. Naxçıvan Azərbaycanın qədim diyarıdır, qədim torpağıdır, strateji əhəmiyyətə malikdir və mən çox şadam ki, burada işlər yaxşı gedir.

Bütövlükdə, ölkəmizdə bütün sahələrdə inkişaf göz qabağındadır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası başa çatır, indi yeni proqram üzərində işləyirik. Əminəm ki, növbəti beş ildə hər bir kəndin, hər bir qəsəbənin problemi həll ediləcəkdir. Hər halda, Dövlət proqramında bu məsələlər qeyd olunacaqdır. Azərbaycanda iqtisadi inkişaf, əlbəttə ki, bundan sonra da uzun illər davam edəcəkdir. Biz iqtisadi artım baxımından üç ildir ki, dünyada ən sürətlə inkişaf edən ölkəyik. Bu sürəti saxlamalıyıq, iqtisadiyyatımızı şaxələndirməliyik ki, Azərbaycanda bütün iqtisadi sektorlar inkişaf etsin.

Bu gün səhər Bakıda 15-ci ənənəvi Xəzər neft, qaz sərgi və konfransının açılışı oldu. Konfransda bu vaxta qədər enerji sahəsində, neft-qaz sahəsində görülən işlər təhlil edildi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla davam etdirilən Azərbaycanın yeni neft strategiyasının nəticələri qeyd olundu. Bütün bu inkişafın - bu gün artan büdcənin, artan iqtisadiyyatın, sosial məsələlərin həllinin təməlində o illərdə ulu öndərin rəhbərliyi ilə neft strategiyasının başlanması dayanır. O vaxt, 1990-cı illərin ortalarında, çox gərgin geosiyasi vəziyyətdə Azərbaycana bütün tərəflərdən təzyiqlər edilirdi. Amma ulu öndər cəsarətli, uzaqgörən addımları atdı, öz prinsipiallığını, uzaqgörənliyini, müdrikliyini bir daha nümayiş etdirərək, neft strategiyasının başlanmasına nail ola bildi və bu gün biz onu uğurla icra edirik. Demək olar ki, qarşıda duran bütün vəzifələr icra olunubdur. Bu bizə imkan verir ki, sosial məsələlərin həllinə daha da böyük diqqət göstərək, belə gözəl xəstəxanalar tikək, iqtisadi inkişaf sürətlə getsin. Bütün bunlar maliyyə imkanlarına söykənir. İndi isə Azərbaycanın maliyyə imkanları çox genişdir. Biz son 4-5 il ərzində dövlət xərclərimizi 10 dəfədən çox artırmışıq. Bu gün icmal büdcə təxminən 16 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və bizə imkan verir ki, quruculuq işləri, infrastruktur layihələri, sosial məsələlərin həlli ilə daha da ciddi məşğul olaq. Bundan sonra Azərbaycanın imkanları daha da genişlənəcəkdir. Bizim iqtisadi islahatlarımız, siyasi islahatlarımız, dünya birliyinə inteqrasiya siyasətimiz və dünya birliyinə öz töhfələrimiz, xüsusilə enerji təhlükəsizliyi baxımından edilən töhfələr Azərbaycanın beynəlxalq nüfuzunu qaldırır, beynəlxalq mövqelərini möhkəmləndirir. Biz güclü ölkə qururuq, biz müstəqil ölkə qururuq, biz ulu öndər Heydər Əliyevin yolu ilə gedirik.

Keçən ay ulu öndərin 85-ci ildönümü, yubileyi Azərbaycanda geniş qeyd olunmuşdur. Bütün Azərbaycan xalqı o illəri təhlil edərkən bir daha gördü ki, Azərbaycanın inkişafında, müstəqilliyinin möhkəmlənməsində, qorunub saxlanmasında, bugünkü vəziyyətə gətirilib çıxarılmasında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Əgər o, 1993-cü ildə Naxçıvandan Bakıya qayıtmasaydı, Azərbaycan öz dövlət müstəqilliyini itirə bilərdi. Düzdür, biz hamımız yaxşı xatırlayırıq ki, Naxçıvan üçün ən çətin anlarda Heydər Əliyev burada naxçıvanlılarla bərabər ağır, çətin şəraitdə muxtar respublikanı böhrandan çıxara bilmişdir, erməni qəsbkarlarına tutarlı cavab verilmişdir, Naxçıvanın ərazi bütövlüyü müdafiə olunmuşdur. Baxmayaraq ki, Naxçıvan hər tərəfdən mühasirə şəraitində yaşayırdı və o vaxtkı mərkəzi hökumət çalışırdı ki, Naxçıvanda vəziyyət gərginləşsin, pisləşsin. Çünki onlar istəmirdilər ki, Heydər Əliyev kimi güclü şəxsiyyət Azərbaycanın siyasi səhnəsində fəaliyyət göstərsin. Onlar razı idilər ki, ermənilər gəlib Naxçıvanı işğal etsinlər, nəinki, Heydər Əliyev burada fəaliyyət göstərsin. Amma naxçıvanlılar həmişə olduğu kimi, öz mərdliyini göstərdilər. Həm ermənilərə tutarlı cavab verdilər, onları yerində oturtdular, həm də o vaxt Azərbaycan rəhbərliyi tərəfindən burada dövlət çevrilişi etmək istəyən qüvvələrin cavabını verdilər. Heydər Əliyevin ətrafında sıx birləşərək, onun rəhbərliyi altında Naxçıvanı böyük bəlalardan qurtara bildilər. Biz hamımız xatırlayırıq ki, 1993-cü ildə naxçıvanlılar Heydər Əliyevi buradan Bakıya buraxmaq istəmirdilər və mən bilirəm ki, o da Naxçıvandan böyük narahatlıqla ayrılmışdı. Ancaq o da lazım idi. O vaxt Bakıya gəlməsəydi, bu gün Azərbaycanın müstəqilliyindən söhbət gedə bilməzdi. Ümumiyyətlə, Azərbaycanın gələcəyini təsəvvür etmək mümkün deyildi. Bir adam, ulu öndər hansı ki, nə ordusu var idi, nə dəstəsi var idi, müdrikliyi, təcrübəsi və Azərbaycan xalqının ona olan hədsiz inamı sayəsində ölkəmizi o bəlalardan qurtardı və bu gün Azərbaycan dünya miqyasında önəmli ölkəyə çevrilibdir. Biz dünyada böyük hörmətə malikik, bölgədə liderlik mövqelərimizi möhkəmləndirmişik. Artıq heç kimin buna şübhəsi yoxdur. Biz bölgənin lideriyik, liderliyi möhkəmləndiririk, gücləndiririk və gələcəyə nikbinliklə baxırıq.

Mən bu gözəl gündə, əziz dostlar, bu gözəl xəstəxananın açılışı münasibətilə bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Gələcəkdə belə xəstəxanaların sayı çox olacaq, qarşıda duran bütün vəzifələr uğurla icra olunacaqdır. Sizə cansağlığı və bütün naxçıvanlılara yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

######
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb