Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyini qeyd edirik. Bu gözəl gündə ulu öndərin həyat və fəaliyyətini yenidən təhlil edərkən bir daha görürük ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir.

1993-cü ildə Azərbaycan xalqının tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra o demişdir: “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!”. Doğrudan da, 1993-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin hərtərəfli inkişafında, Azərbaycanın o ağır, çətin vəziyyətdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu vardır.

Heydər Əliyev haqqında çoxlu kitablar, elmi əsərlər, publisistik əsərlər yazılmışdır, məqalələr, təhlillər dərc olunmuşdur. Dünyanın aparıcı siyasi və ictimai xadimlərinin onun haqqında dedikləri sözlər hamımıza bəllidir. Nadir şəxsiyyət Azərbaycan xalqının inkişafı üçün misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev çox istedadlı bir insan idi. Onun istedadı bütün sahələrdə özünü göstərirdi. Əgər o, siyasətçi olmasaydı, çox gözəl alim ola bilərdi, filosof ola bilərdi. Nəzəri baxışları, fəlsəfi tezisləri və təhlilləri onun dünyagörüşünü, nə qədər müdrik insan olduğunu göstərirdi.

Heydər Əliyev Azərbaycan tarixini, ədəbiyyatını çox gözəl bilirdi. O, çox gözəl ədəbiyyatşünas, yazıçı ola bilərdi. Bildiyiniz kimi, onun rəssamlıq sənətinə böyük həvəsi var idi və gənc yaşlarından rəssamlıqla məşğul olurdu. Onun çəkdiyi rəsmlər göstərir ki, bu insan doğrudan da, böyük istedad sahibi idi. Uşaqlıq, gənc yaşlarında Naxçıvanda məktəbdə oxuyarkən teatrda tamaşalarda çıxış edirdi və onu da deməliyəm ki, ancaq baş rollarda və qəhrəmanlar obrazında. Onun həm xarici görünüşü, həm də daxili aləmi bunu diktə edirdi, səhnədə yalnız müsbət personajları oynayırdı. Bütün bunları ona görə deyirəm ki, bu istedadlı insan istənilən sahədə böyük zirvələrə çata bilərdi. Əgər o, siyasətlə yox, başqa sahə ilə məşğul olsaydı, o sahədə də ən yüksək zirvələri fəth edəcəkdi.

Heydər Əliyev çox cəsarətli insan idi. O, həlledici anlarda öz müdrikliyi və cəsarəti sayəsində xalqımızı ağır bəlalardan qurtara bilmişdir. Onun həm hərbi xidmətdə olduğu zaman, - o vaxt çox mötəbər döyüş ordenləri ilə təltif edilmişdi, - eyni zamanda, müstəqil Azərbaycanın rəhbəri kimi atdığı addımlar, vaxtında atdığı cəsarətli addımlar Azərbaycan xalqının inkişafına, Azərbaycanın bugünkü gözəl inkişafına xidmət edirdi.

Bir sözlə, Heydər Əliyev haqqında bir çıxışda böyük təhlil aparmaq çox çətindir. Onu deyə bilərəm ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi rəhbəri olmuşdur. Xalqımızın, ölkəmizin ən çətin, ən həlledici anlarında onun sözü, qətiyyəti, qəbul etdiyi qərarlar bu gün Azərbaycanın uğurla inkişaf etməsi üçün çox böyük rol oynayır.

1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbər vəzifəsinə seçiləndə respublikanın iqtisadiyyatı çox bərbad vəziyyətdə idi. İndi bunu bəlkə də bəziləri xatırlamır, ancaq statistik göstəricilərdən biz bunu görürük. Bütün müttəfiq sovet respublikaları arasında Azərbaycan ən axırıncı yerdə idi. Həm ümumi daxili məhsul istehsalı baxımından, həm də inkişaf baxımından bütövlükdə Azərbaycan 1960-cı illərdə SSRİ-də geridə qalmış respublika kimi tanınmışdı. Demək olar ki, iqtisadiyyat çox məhdud idi, sənaye potensialı əslində yox idi və respublikanın gələcəyi də mərkəzi fondlardan daha çox asılı idi. Yəni Azərbaycan özü-özünü təmin edə bilən respublika deyildi.

Ancaq Heydər Əliyevin rəhbərliyi altında bu illər ərzində görülən işlər 1982-ci ildə ona gətirib çıxardı ki, Azərbaycan SSRİ-də ən qabaqcıl respublika idi. Həm iqtisadi inkişaf baxımından, sənaye istehsalı baxımından, həm də bütün göstəricilər baxımından. Azərbaycanda ictimai proseslər başqa respublikalardan böyük dərəcədə fərqlənirdi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda böyük quruculuq, abadlıq işləri aparılmışdır. Məhz o illərdə bu gün də müstəqil Azərbaycana xidmət edən güclü sənaye potensialı yaranmışdı. Azərbaycan sənaye respublikasına çevrilmişdi. Bu gün Azərbaycanın neft-qaz sektoru üçün əvəzsiz olan infrastruktur məhz Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə yaradılmışdır. Əgər o vaxt o infrastruktur yaradılmasaydı, müstəqillik dövründə böyük neft-qaz layihələrinin icrası ən azı 10 il, bəlkə də, 15 il gecikə bilərdi. 1994-cü ildə Azərbaycan xarici investorları ölkəmizə dəvət edəndə artıq burada çox güclü infrastruktur var idi. O infrastruktur məhz Heydər Əliyevin vaxtında yaradılmışdır.

Yəni 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycanın keçdiyi yol inkişaf yolu olmuşdur. Həm kənd təsərrüfatında, həm sənaye potensialının möhkəmlənməsində, həm də respublikanın mədəni həyatında böyük nailiyyətlər əldə edilmişdi. Azərbaycanı tanımağa, Azərbaycana hörmət etməyə başlamışdılar. O illərdə Azərbaycanda çox güclü iqtisadi potensial yaradılmışdı.

Biz onu da qeyd etməliyik ki, 1982-ci ildə Heydər Əliyev Siyasi Büroya üzv seçiləndən və Moskvada işə başlayandan sonra Azərbaycanda vəziyyət getdikcə, yavaş-yavaş tənəzzülə uğramağa başlamışdı. Həm iqtisadi inkişaf baxımından, həm də respublikada ictimai proseslər mənfi istiqamətdə cərəyan edirdi və nəticədə bu, çox böyük çətinliklərə, böyük fəlakətlərə gətirib çıxarmışdı.

Heydər Əliyevin siyasi nüfuzu, Azərbaycanda onun rəhbərliyi altında aparılan böyük quruculuq işləri xalqın ona böyük məhəbbətinin yaranmasına səbəb olmuşdu. O münasibət 1993-cü ildə də həlledici olmuşdu. Çünki o illərdə Azərbaycan xalqı böyük fəlakətlərlə üz-üzə qalanda məhz öz liderinə üz tutub onu yenidən Azərbaycana dəvət etmişdi. Ancaq 1982-ci ildən 1990-cı illərə qədər və ondan sonrakı illər ərzində Azərbaycanda həm ictimai-siyasi proseslər narahatlıq doğururdu, həm də ölkənin imkanları yavaş-yavaş daralırdı. Baxmayaraq ki, 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyevin qərarları və təşəbbüsləri ilə Azərbaycanın hərtərəfli inkişafı üçün bir neçə vacib qərarlar qəbul edilmişdi. O, Moskvada işləyərkən, əlbəttə, bütün Sovet İttifaqının iqtisadiyyatına cavabdehlik daşıyırdı. Ancaq, eyni zamanda, - bunu hamı yaxşı bilir, - o, beş il ərzində məhz Azərbaycanın inkişafı üçün, Azərbaycanda yeni müəssisələrin yaranması üçün, Azərbaycana mərkəzi fondlardan daha artıq sərmayənin gətirilməsi üçün çox çalışırdı. Həmin illərdə nəzərdə tutulmuş proqramlar əgər o, siyasi hakimiyyətdən gedəndə dayanmasaydı, onların Azərbaycanın bugünkü potensialına da böyük köməyi olardı. Ancaq 1987-ci ildə o, müxtəlif səbəblər üzündən siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Əlbəttə, burada şəxsi-qərəzlik məqamları kifayət qədər idi.

Heydər Əliyev çox parlaq şəxsiyyətdir, müstəqil şəxsiyyətdir. Baxmayaraq ki, 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycana rəhbərlik etdiyi dövrdə Sovet İttifaqında ümumiyyətlə, bütün sistem böyük dərəcədə mərkəzləşdirilmiş idi, yenə də onun təşəbbüsləri, bəzi hallarda rəsmi həddə olan, Azərbaycan çərçivəsində olan düzəlişlər onun müstəqilliyini göstərirdi. Bəziləri bu müstəqilliyi qəbul etmək istəmirdilər, bəziləri buna qısqanclıqla yanaşırdılar. Amma o, bir insan kimi müstəqil idi. O, azad insan idi. O, heç vaxt öz iradəsinin ziddinə heç bir addım atmazdı. Əgər o, hansısa qərarla razılaşmırdısa, heç vaxt o qərarı dəstəkləməzdi. Bunun nəticəsində və başqa amillər nəticəsində o, 1987-ci ildə Siyasi Bürodan uzaqlaşdırıldı. Beləliklə, onun hakimiyyətdən getməsi Azərbaycanda vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdı. Bu iki hadisənin arasında birbaşa bağlılıq var. İlk növbədə, ondan sonrakı rəhbərlər 1993-cü ilə qədər bəziləri səriştəsizlik, bəziləri isə xəyanət üzündən Azərbaycanı fəlakətə sürükləyirdilər. Azərbaycanı parçalanma ərəfəsinə gətirib çıxarmışdılar. O illərdə Azərbaycanda gedən proseslər məhz bu böhranı şərtləndirən amillər olmuşdur.

O, 1987-ci ildə hakimiyyətdən gedəndən təxminən iki həftə sonra erməni separatçıları Dağlıq Qarabağın Azərbaycandan ayrılması haqqında ilk dəfə məsələ qaldırdılar. Özü də xarici mətbuatda. Erməni lobbisinin SSRİ-dəki fəal üzvləri, onların böyük əksəriyyəti o vaxt SSRİ-nin rəhbəri Qorbaçovun ətrafında birləşmişdilər. Demək olar ki, Qorbaçovun ətrafı böyük dərəcədə ermənilərdən ibarət idi. Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasında o separatçıların, millətçilərin, Azərbaycana, Azərbaycan xalqına düşmən kimi baxan insanların da böyük rolu olmuşdur. Çünki onlar bilirdilər ki, Heydər Əliyev nə qədər Moskvada, Kremldə oturur, Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi heç vaxt qaldırıla bilməz. Əfsuslar olsun ki, Azərbaycanda bəzi milli xainlər də ona qarşı erməni millətçiləri tərəfindən mərkəzə ünvanlanmış anonim məktublara qoşulmuşdular. Onların da bu işlərdə əli olmuşdur. Nəticədə Azərbaycanda rəhbərliyə gəlmiş insanlar respublikanı idarə edə bilməmiş və faktik olaraq, mərkəzi hakimiyyətin vassallarına çevrilmişdilər. Düzdür, Azərbaycan 1987-ci ildə müstəqil deyildi. Ancaq buna baxmayaraq, respublikanın kifayət qədər imkanları var idi ki, milli məsələlərdə müəyyən dərəcədə öz prinsipiallığını, müstəqilliyini göstərsin və başqa respublikalar kimi, mərkəzi hakimiyyətə öz iradəsini diktə etsin. Əfsuslar olsun ki, bu, belə olmadı və Azərbaycanın yavaş-yavaş tənəzzülə uğraması başladı və nəticədə qanlı Yanvar hadisəsi baş verdi.

Qanlı Yanvar hadisəsi Azərbaycan xalqına qarşı ən böyük cinayətlərdən biridir. Bu cinayəti mərkəzi hakimiyyət öz vətəndaşlarına qarşı törətmişdir. Buraya yeridilən qoşunlar günahsız dinc insanları qətlə yetirmişdir. Yüzdən artıq insan qətlə yetirilmiş, yüzlərlə adam yaralanmış, itkin düşmüşdür. Yenə də o ağır anda Heydər Əliyev, - baxmayaraq ki, o vaxt təqaüddə idi və mən bunu yaxşı bilirəm, ümumiyyətlə, 1987-ci ildən onun siyasətlə məşğul olmağa heç bir marağı olmamışdır, - Azərbaycan xalqına qarşı bu təcavüzə dözə bilmədi. Baxmayaraq ki, o vaxt Sovet İttifaqının və Kommunist partiyasının kifayət qədər böyük gücü var idi, hələ Sovet İttifaqının dağılmasına iki il qalırdı. O vaxt heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı nə vaxtsa dağılacaqdır.

Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mərkəzi hakimiyyəti, Qorbaçovu, Kommunist partiyasını açıq ittiham etdi. Açıq bildirdi ki, bu, Azərbaycan xalqına qarşı edilən cinayətdir. Ondan sonra nə oldu - biz hamımız yaxşı bilirik. Bundan sonra ona qarşı həm kommunist mətbuatında böyük kampaniya başlanmışdı, həm də təftiş orqanlarına göstəriş verilmişdi ki, Heydər Əliyevin fəaliyyəti araşdırılsın və o, cəzalandırılsın. Onu da deyə bilərəm, - bunu ictimaiyyət bilir, mən bu işlərin içində olan bir adam kimi deyirəm, - o vaxt Heydər Əliyevin həbsi haqqında planlar hazırlanmışdı və artıq hər şey buna doğru gedirdi. Bu, bir daha onu göstərir ki, Heydər Əliyev əyilməz iradə sahibi idi, prinsipial və əsl vətənpərvər insan idi. O, təqaüddə idi, daim təzyiqlər və nəzarət altında idi və bəlkə də, onun yerində başqası olsa, deyərdi ki, bu, mənim işim deyildir.

Ancaq Heydər Əliyev üçün başlıcası Azərbaycan xalqının maraqları idi və o, ədalətsizliyə dözə bilmədi. Azərbaycan xalqına qarşı törədilən cinayətə dözə bilmədi, öz səsini ucaltdı və onun səsi bütün dünyaya yayılmışdı. Bütün dünya mətbuat orqanları onun Daimi nümayəndəlikdəki mətbuat konfransında dediyi sözləri yaymışdı. Beləliklə, bu hadisə dünyada daha da geniş yayıldı. Əgər o olmasaydı, qapalı bir dövlət olan Sovet İttifaqı, bəlkə də, o vaxt bunu böyük dərəcədə ört-basdır edə bilərdi.

Bundan sonra, təbii ki, ona qarşı təzyiqlər güclənmişdi və Moskvada qalmaq təhlükəli idi və o, doğma Vətənə, Azərbaycana üz tutdu. Ancaq Azərbaycanın o vaxtkı rəhbərləri birbaşa cinayətkar kommunist və Qorbaçov rəhbərliyinin əlaltıları idilər və imkan vermirdilər ki, Heydər Əliyev Bakıda qalsın. O, Bakıda küçəyə gəzintiyə çıxmışdı. Dərhal böyük izdiham yarandı, insanlar onun arxasınca getməyə başladılar. O, haraya gedir, insanlar onun arxasınca gedir və bu kütlə böyüyürdü. Bu, o vaxtkı rəhbərləri narahat etmişdi. Polisləri göndərmiş və Heydər Əliyevə xəbərdarlıq etmişdilər ki, siz burada qanunsuz mitinq keçirməyin. O da demişdi ki, mən mitinq keçirmirəm, sadəcə olaraq, öz doğma şəhərimdə gəzintiyə çıxmışam.

Yəni biz bu hadisələri xatırlayarkən bir daha görürük ki, ədalətsizliyin, əsassız ittihamların və haqq-ədalətə qarşı hərəkətin heç vaxt uğurlu nəticəsi ola bilməz.

Heydər Əliyev məcbur oldu, doğulduğu Naxçıvana getdi və orada naxçıvanlılar onu Ali Məclisin sədri vəzifəsinə seçdilər. O illərdə ilk dəfə olaraq, Azərbaycanda üçrəngli bayraq məhz Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Məclisinin qərarı ilə onun binasında ucaldıldı. O vaxt bu, Bakıda sovet Azərbaycanının bayrağı altında oturanlar üçün də böyük bir dərs oldu. Onda Sovet İttifaqı dağılmamışdı, Azərbaycan müstəqil deyildi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Heydər Əliyev Naxçıvanda dövlət bayrağı elan etmişdi. Naxçıvanda, Azərbaycanın ayrılmaz hissəsində üçrəngli bayraq dövlət bayrağı elan olunmuşdu. Ondan sonra, Sovet İttifaqı dağılandan sonra burada, Bakıda da bu bayraq ucaldıldı və indi o, Azərbaycanın dövlət bayrağıdır.

Naxçıvanın erməni qəsbkarlarından xilas edilməsində Heydər Əliyevin çox böyük rolu olmuşdur. O, Naxçıvanı qorudu və Ermənistan tərəfindən bütün silahlı basqınların qarşısı alındı, düşmən yerində oturduldu. Naxçıvanın hüdudlarını qoruya bildi. Baxmayaraq ki, Naxçıvan, demək olar, mühasirədə idi, çünki sərhədin böyük hissəsi Ermənistanladır. Heydər Əliyevin həm siyasi səriştəsi, təcrübəsi, həm qətiyyəti, həm də cəsarəti sayəsində bütün naxçıvanlılar səfərbər olunmuşdu və doğma diyarı qoruya bildilər.

Azərbaycanda 1993-cü ildə böhran yarananda, bundan əvvəl Heydər Əliyevi Naxçıvanda hakimiyyətdən devirmək istəyənlər - o vaxtkı Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin rəhbərləri məcbur olub onu Bakıya dəvət etdilər. Ona görə yox ki, Azərbaycanın xilasının yalnız Heydər Əliyevlə bağlı olduğunu anladılar. Ona görə ki, onların özlərinin həyatı təhlükə qarşısında idi. Çünki onlara qarşı edilən hərəkətlər onları təşvişə salmışdı - bəziləri qaçıb gizlənmişdilər, bəziləri isə öz vəzifələrini dondurmuşdular. 1993-cü ildə Azərbaycanda yaşanan böhran, əslində, gənc Azərbaycan Respublikasının müstəqilliyinə son qoya bilərdi. Biz bu acı tarixi artıq bir dəfə - 1920-ci ildə yaşamışdıq. O vaxt da cəmi iki il ərzində Azərbaycan müstəqil respublika kimi yaşaya bildi, ondan sonra süqut etdi.

1993-cü ildə eyni vəziyyət təkrarlana bilərdi. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində bunun qarşısı alındı, böhrana son qoyuldu, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi və ölkə inkişaf etməyə başladı. 1993-2003-cü illər bizim hamımızın yaxşı xatirindədir: sabitlik və inkişaf illəri, Azərbaycanın dirçəliş illəri, Azərbaycanın xarici mövqelərinin möhkəmlənməsi illəri, neft müqavilələrinin imzalanması illəri. Bu gün Azərbaycanın uğurlu inkişafında o vaxt Heydər Əliyev tərəfindən atılmış addımlar müstəsna rol oynayır. Bu gün bizim dövlət büdcəmiz, icmal büdcə 16 milyard dollara yaxındır. Nəyin hesabına?! Məhz 1994-cü ildə bu salonda imzalanmış “Əsrin müqaviləsi”nin icrası hesabına. Azərbaycan dünya üçün böyük həcmdə qaz ixrac edən ölkəyə çevrilibdir. Nəyin hesabına?! Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə “Şahdəniz” müqaviləsinin imzalanması hesabına. Yəni belə misallar çoxdur, istənilən sahədə - istər iqtisadi, sosial, xarici siyasət sahəsində, istərsə də qaçqınların və məcburi köçkünlərin yeni şəraitlə, yeni qəsəbələrlə təmin olunması sahəsində vardır. Bütün istiqamətlərdə Heydər Əliyevin fəaliyyəti Azərbaycanı inkişaf etdirdi, onun müstəqilliyini möhkəmləndirdi. Bu gün biz gələcəyə inamla baxırıq. Bu gün Heydər Əliyevin siyasi xətti davam etdirilir.

Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində və seçkilərdən sonra andiçmə mərasimində demişdim ki, Azərbaycanın gələcək uğurları Heydər Əliyevin siyasəti ilə bağlıdır. Bu siyasətə alternativ yoxdur. Yalnız bu siyasət Azərbaycanı uğurlu gələcəyə aparacaqdır. Həyat və bizim fəaliyyətimiz, Heydər Əliyevin davamçılarının fəaliyyəti bunu sübut etdi. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. Son dörd il ərzində iqtisadiyyatımız 96 faiz artmışdır. Yoxsulluq 49 faizdən 16 faizə düşmüşdür. 600 mindən çox yeni iş yerləri açılmışdır və dövlət büdcəsi 10 dəfədən çox artmışdır. Biz buna Heydər Əliyev siyasi xəttinə sadiqliyimiz hesabına nail ola bilmişik. Azərbaycanın uğurlu gələcəyi, Azərbaycanın güclü inkişaf etmiş ölkəyə çevrilməsi, - buna artıq heç kimdə şübhə yoxdur - Heydər Əliyevin siyasi xətti ilə bağlıdır. Biz, onun davamçıları bu siyasətə sadiqik və bundan sonra əlimizdən gələni edəcəyik ki, Azərbaycan daha da inkişaf etsin, qüdrətli və inkişaf etmiş ölkəyə çevrilsin.

Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. 1987-ci, 1990-cı, 1991-ci illərdəki müvəqqəti məğlubiyyət, əslində, məğlubiyyət deyildi. Əslində, o, yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi.

Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq o, bizim ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır!

X X X

Xatirə gecəsi geniş konsert proqramı ilə başa çatdı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb