Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli cənab Prezident, əziz qardaşım!

Hörmətli Hayrünnisa xanım!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mən bu gün qardaşım, Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı hörmətli Abdullah Gülü Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz!”.

Biz çox şadıq ki, Siz Cümhurbaşqanı kimi ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Bu, bir daha onu göstərir ki, bizim aramızda olan dostluq, qardaşlıq münasibətləri ən yüksək zirvədədir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Çox şadıq ki, Siz yenidən Azərbaycandasınız, amma indi Cümhurbaşqanı kimi ölkəmizə səfər edirsiniz. Bu gün apardığımız danışıqlar, söhbətlər bir daha onu göstərir ki, bizim münasibətlərimiz sürətlə inkişaf edir, bütün sahələri əhatə edir. Münasibətlərin gələcəyi də çox parlaqdır, çox ümidvericidir.

Bizim xalqlarımız əsrlər boyu bir yerdə olmuşdur, bir-birinə dəstək olmuşdur, bir yerdə yaşamışdır. Ancaq Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra, təbii ki, bu münasibətlər yeni pilləyə qalxmışdır. Müstəqilliyimizin ilk illərindən Türkiyənin qayğısını, dəstəyini hiss edirik. Xüsusilə müstəqilliyimizin ilk illərində bu dəstək bizim üçün çox vacib idi, bəzi hallarda həlledici idi.

Son 16 il ərzində Türkiyə-Azərbaycan münasibətləri daim inkişaf etmişdir və bu gün bir daha demək istəyirəm ki, bizim aramızda olan əlaqələrin, bəlkə də, dünyada analoqu yoxdur. Mən dünyada ikinci belə ölkələr tanımıram ki, həm etnik mənsubiyyət baxımından, həm tarixi köklər baxımından, həm də xalqlararası dostluq, qardaşlıq baxımından və siyasi maraqlar baxımından bir-birinə bu qədər yaxın olsun. Bu, bizim gücümüzdür. Bu, bizi birləşdirir. Mən əminəm ki, bu gün apardığımız danışıqlar, imzalanmış sənədlər gələcək əməkdaşlığımız üçün perspektivlər, yeni üfüqlər açır. Əməkdaşlığın yeni sahələri açılacaqdır.

Mən çox şadam ki, Sizinlə bərabər bu gün Azərbaycana böyük nümayəndə heyəti gəlmişdir. Eyni zamanda, iş adamlarından ibarət böyük nümayəndə heyəti gəlmişdir. Sabah keçiriləcək Türkiyə-Azərbaycan biznes forumu iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm addım olacaqdır. Bu sahələri inkişaf etdirmək üçün istənilən imkanlar var. Bu gün Türkiyə ilə Azərbaycan çox dinamik inkişaf edən ölkələrdir. İqtisadi baxımdan ölkələrimiz ən çətin, böhranlı anlarını geridə qoyub və bu gün iqtisadi cəhətdən sürətlə inkişaf edir.

Türkiyədən Azərbaycana qoyulan sərmayələr, burada Türkiyə iş adamlarının fəaliyyəti bizi çox sevindirir. Bizim aramızda olan iqtisadi münasibətlərdə yenilik ondan ibarətdir ki, artıq Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına böyük həcmdə sərmayələr qoyulmasına başlamışdır. Mən bilirəm ki, bu addımlar Türkiyə dövləti və hökuməti tərəfindən dəstəklənir. Əminəm ki, biz qarşılıqlı yatırımlarla, qarşılıqlı ticarətin inkişafı ilə bir-birimizin gücünü daha da artıracağıq.

Biz ölkələrimiz üçün, bölgə üçün və dünya üçün əhəmiyyətli layihələri uğurla icra edirik. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi xalqlarımızın tarixi nailiyyətidir. Ondan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi bundan az əhəmiyyət daşımır. Bu layihələr ölkələrimizin uzunmüddətli siyasi və iqtisadi maraqlarını təmin edəcək, bizim aramızda olan işbirliyini daha da gücləndirəcəkdir və bütün bölgə, dünya üçün yeni enerji mənbəyinin üzə çıxması deməkdir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərində fəal iştirak edir. Biz bu işləri Türkiyə ilə bərabər görürük. Bu nəhəng layihələri yalnız və yalnız birgə səylərlə icra edə bilərik. Burada Türkiyə-Azərbaycan işbirliyi, dostluğu, qardaşlığı real nəticələrə gətirib çıxarıbdır. Bu, bizim istəyimizdir, niyyətimizdir. Mən əminəm ki, bu böyük transmilli layihələr uzun illər bundan sonra da ölkələrimizin inkişafına öz töhfəsini verəcəkdir.

Bunların ardınca yeni layihələr üzə çıxır. Biz indi nəqliyyat infrastrukturunun birləşməsi ilə məşğuluq. Bu da Türkiyə və Azərbaycanın təşəbbüsü ilə həll olunan məsələdir. Tarixi İpək yolunun bərpası, Azərbaycanın Türkiyə ilə dəmir yolu ilə birləşməsi, eyni zamanda, Türkiyənin Orta Asiya ilə birləşməsi, Orta Asiyanın Avropa ilə birləşməsi həm iqtisadi, həm də siyasi layihələrdir. Eyni zamanda, bu layihələr türkdilli dövlətlər arasında olan əməkdaşlığı daha da möhkəmləndirəcəkdir. Buna da çox böyük ehtiyac var. Biz bu əməkdaşlığa çox böyük ümidlərlə baxırıq.

Keçən il Antalyada türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün uğurlu keçməsi belə deməyə əsas verir. Gələn il isə bu zirvə görüşü Azərbaycanda keçiriləcəkdir. Biz diaspor təşkilatlarının fəaliyyətini gücləndirməklə birgə tədbirlər keçiririk. Türkiyə və Azərbaycan diaspor təşkilatlarının qurultayı keçirilmişdir. Bir neçə gündən sonra Bakıda Türkiyə və Azərbaycan cəmiyyətlərinin və qurumlarının qardaşlıq, əməkdaşlıq və işbirliyi qurultayı keçiriləcəkdir. Bütün bu amillər həm ölkələrimizdə yaşayan insanları, həm də xaricdə yaşayan soydaşlarımızı birləşdirir və bizim gücümüzü artırır. Biz isə güclənməliyik, öz mövqelərimizi müdafiə etməliyik. Bizim işimiz haqq işidir. İstər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində, istər Kipr probleminin ədalətli və Birləşmiş Millətlər Təşkilatı planı çərçivəsində həllində, istərsə də Türkiyənin terrora qarşı mübarizədə, PKK terrorçu təşkilatına qarşı aparılan əməliyyatlarda - bütün bu işlərdə haqq-ədalət bizim tərəfimizdədir. Sadəcə olaraq, biz öz siyasətimizi elə aparmalıyıq ki, milli maraqlarımızı müdafiə edək, bizə qarşı edilən əsassız ittihamları rədd edək. Biz də bunu edirik.

Xüsusilə bu yaxınlarda Amerika Konqresinin Xarici əlaqələr komitəsində çıxarılmış ədalətsiz qərarı biz qətiyyətlə pisləyirik. Biz bunu açıq şəkildə bəyan etmişik və mən bir daha demək istəyirəm ki, erməni lobbisinin, Ermənistanın təxribatçı fəaliyyəti nəticəsində dünyada bizə qarşı - Azərbaycana və Türkiyəyə qarşı böyük kampaniya aparılır. Bu kampaniya bizi ləkələmək, tarixi həqiqətləri təhrif etmək və beynəlxalq ictimai rəyi çaşdırmaqdan ibarətdir. Biz buna hazırıq və bundan sonra da birgə səylərlə bütün yalançı təbliğatı ifşa etməliyik, haqq-ədaləti bərpa etməliyik. Əminəm ki, birgə səylərimiz, Türkiyə və Azərbaycan dövlətlərinin güclənməsi bütün bu məsələlərdə bizə yardımçı olacaqdır.

Biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Artıq 16 ildir müstəqil dövlətlər kimi bütün beynəlxalq aləmdə, təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu dəstək mütəmadi xarakter daşıyır. Biz hər an bilirik ki, bütün təşəbbüslərimiz türk qardaşlarımız tərəfindən dəstəklənəcəkdir. Eyni zamanda, biz var gücümüzlə Türkiyənin təşəbbüslərini dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Bizi birləşdirən tarixi köklər, etnik mənsubiyyət, ortaq maraqlarımız, siyasi və iqtisadi maraqlarımız və regional əməkdaşlıq məsələləridir. Bütün bu sahələrdə biz yalnız və yalnız gözəl nəticələri görürük. Əminəm ki, gələcək illərdə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəmlənəcək, qarşıda duran bütün çətin məsələlər öz həllini tapacaq və gələcəkdə həm bölgədə, həm də dünyada bizim təsir imkanlarımız daha da artacaqdır. Bunu etmək üçün işbirliyi, qardaşlıq əlaqələri, qarşılıqlı səfərlər davam etməlidir, mütəmadi xarakter daşımalıdır.

Mən bu gün əziz qardaşım Prezident Abdullah Gülü Bakıda çox böyük səmimiyyətlə bir daha alqışlayıram, onu salamlayıram. Azərbaycan xalqının ən əziz duyğularını ona və bütün Türkiyə dövlətinə, türk qardaşlarımıza çatdırıram.

Mən bütün türk xalqına uğurlar, xoşbəxtlik, rifah, çiçəklənmə arzu edirəm!

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub