Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli Emoməli Şərifoviç!

Hörmətli qonaqlar!

Əziz dostlar!

Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfərinin ilk günü başa çatır. Artıq bu gün demək olar ki, bu səfər çox uğurlu olmuşdur. Biz bu səfəri ölkələrimiz arasında bir qədər əvvəl başlanmış fəal dialoqun davamı hesab edirik.

Məlum olduğu kimi, bu ilin mart ayında mən Tacikistana ilk rəsmi səfər etmişəm və indi Tacikistan Prezidenti bizim ölkəmizə təşrif gətirmişdir. Bu gün biz geniş fikir mübadiləsi etdik, iqtisadi sahədə gələcək inteqrasiya işində böyük əhəmiyyət daşıyan məsələlərə dair danışıqlar apardıq, qarşılıqlı siyasi əlaqələr məsələlərini, təbii ki, ikitərəfli münasibətlərin geniş spektrini, regional problemləri müzakirə etdik və bu nəticəyə gəldik ki, bu gün bizim münasibətlərə xas olan dinamizm çox qısa müddətdə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqda xeyli irəliləməyə imkan verəcəkdir.

Biz bu il Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirməyi planlaşdırırıq, həmçinin Tacikistanın incəsənət ustalarını bizim ölkədə məmnuniyyətlə qəbul edəcəyik. Əminəm ki, yaxın vaxtlarda ikitərəfli əlaqələr məsələlərinin bütün spektrini nəzərdən keçirəcək birgə hökumətlərarası komissiya yaradılacaqdır. Yaxın vaxtlarda Azərbaycanın Tacikistanda səfirliyi işə başlayacaqdır. Bütün bu elementlər əməkdaşlığımızı çox səmərəli və çox geniş kontekstdə həyata keçirməyə imkan verəcəkdir.

Biz Tacikistanı özümüzə dost, qardaş dövlət hesab edirik. Xalqlarımız arasında çoxəsrlik dostluq və qardaşlıq münasibətləri ənənələri mövcuddur və biz bu ənənələri qoruyub saxlayır, artırırıq, davam etdirmək əzmindəyik.

Biz beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı əlaqələrindən çox razıyıq, biz həmişə bir-birimizi dəstəkləyirik, bir-birimizin səsinə səs verir, onun tərəfində çıxış edirik. Bu da bizim münasibətlərin dostluq xarakterini vurğulayır.

Biz əminik ki, əlaqələrimizin gələcək yüksələn inkişafı dövlətlərimizin inkişafına da, regionda təhlükəsizlik sisteminin möhkəmlənməsinə də şərait yaradacaqdır. Həm Tacikistan, həm də Azərbaycan beynəlxalq terrorizmə, narkotrafikə qarşı mübarizədə çox mühüm ölkələrdir. Biz öz regionumuzda risklərin azaldılmasına yönəlmiş müxtəlif layihələrdə fəal iştirak edirik.

Hər iki ölkə müstəqil dövlət kimi təşəkkül dövründə vətəndaş müharibəsinin çox ağır nəticələri ilə üzləşmişdir. Təəssüf ki, bizdə müharibə hələ başa çatmamışdır. Azərbaycan torpaqları - ölkəmizin ərazisinin 20 faizi hələ də Ermənistanın işğalı altında qalmaqdadır. Ermənistan rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin bizim ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi təəssüf ki, hələ də yerinə yetirilməmiş qalır. Azərbaycana qarşı işğala və təcavüzə son qoyulmasını tələb edən Avropa Şurasının, İslam Konfransı Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələri də təəssüf ki, kağız üzərində qalır.

Biz hələ ki, danışıqlar prosesini davam etdirmək niyyətindəyik. Hesab edirik ki, danışıqlar prosesinin potensialı tükənməmişdir, lakin bununla yanaşı iqtisadiyyatımızın möhkəmləndirilməsi üzərində fəal iş aparırıq. Son illərdə Azərbaycanda iqtisadiyyatın coşğun inkişafı bizə iqtisadi və siyasi xarakterli məsələləri həll etməyə, ölkəmizin müdafiə qabiliyyətini möhkəmlətməyə imkan verir. Son dövrlərdə bundan ötrü çox işlər görülmüşdür.

Beləliklə, hesab edirəm ki, biz Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi günü yaxınlaşdıra bilərik, o gün isə hökmən gələcəkdir. Tarixi həqiqət və ədalət, həmçinin beynəlxalq hüquq zəfər çalacaqdır. Bunun üçün biz güclü olmalıyıq, bunun üçün biz öz dostlarımız və tərəfdaşlarımızla uzunmüddətli qarşılıqlı siyasi və iqtisadi əlaqələrə inteqrasiya etməliyik. Bunun üçün biz irimiqyaslı enerji və nəqliyyat layihələrində iştirak edirik və bu layihələrin təşəbbüsçüsüyük.

Bu gün Emoməli Şərifoviçlə biz neft-qaz sahəsində, alüminium sənayesində əməkdaşlıq məsələlərini müzakirə etdik. Biz Tacikistana Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsi barədə də məlumat verdik. Bu yol da tacik xalqının, tacik dövlətinin mənafeləri naminə xidmət edə bilər. Biz bütün layihələrimizdə açığıq, tacik qardaşlarımızla mükəmməl qarşılıqlı əlaqələr üçün öz infrastrukturumuzu, bütün imkanlarımızı təqdim etməyə hazırıq.

Bu mühüm, deyərdim ki, dövlətlərimiz arasındakı münasibətlərdə tarixi gündə onu da söyləmək istəyirəm ki, mən Emoməli Şərifoviçi şəxsən salamlamağa çox şadam. Bu, onun Azərbaycana ilk səfəridir. Mart ayında mənim Tacikistana səfərim də ilk səfər idi. Biz razılığa gəldik ki, münasibətlərimizin dinamizmi zəifləməməlidir. Biz qarşılıqlı səfərləri müxtəlif formatda davam etdirmək barədə razılığa gəldik. Əlbəttə, ölkələrimiz arasında, ölkələrimizin rəhbərləri arasında və bu gün burada iştirak edən nazirlik və idarə rəhbərləri arasında ünsiyyət daha fəal olmalıdır. Biz buna çalışırıq və bugünkü səfər çox böyük nikbinlik hissi oyadır.

Mən bu badəni Tacikistan Prezidenti, mənim dostum Emoməli Şərifoviç Rəhmonun sağlığına, Tacikistan nümayəndə heyətinin bütün üzvlərinin sağlığına, tacik və Azərbaycan xalqları arasında dostluq şərəfinə qaldırmaq istəyirəm!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz