Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli cənab prezidentlər!

Hörmətli nümayəndə heyətlərinin başçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz!

Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Bakı zirvə görüşü çox önəmli hadisədir. Təşkilatımız son bir il ərzində çox sürətlə inkişaf edibdir, bütün strukturları artıq fəaliyyətdədir. Əminəm ki, bugünkü zirvə görüşü təşkilatımızın gələcək fəaliyyətinə də çox böyük töhfə verəcəkdir.

Bu fürsətdən istifadə edərək, son bir il ərzində GUAM-a sədrlik etmiş Ukraynaya və onun Prezidenti cənab Viktor Yuşşenkoya göstərdiyi fəaliyyətə, təşkilatın inkişafına və formalaşmasına verdiyi töhfəyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü zirvə görüşündə bizimlə bərabər, dostlarımız, dost ölkələrin prezidentləri də iştirak edirlər. Mən onları xüsusi salamlamaq istəyirəm. Bu gün bizimlə bərabər olan Litva, Polşa, Rumıniya prezidentlərini, Bolqarıstanın vitse-prezidenti, Latviya, Estoniya, Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətlərinin başçılarını səmimiyyətlə salamlayıram. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, GUAM təşkilatı qısa müddət ərzində çox ciddi beynəlxalq təşkilata çevrilmişdir. GUAM-ın məramı, məqsədləri, niyyətləri dost ölkələr üçün də maraqlıdır. Biz ortaq maraqlar üzərində işləyirik. GUAM dövlətlərinin ikitərəfli formatda gözəl münasibətləri, çoxtərəfli formatda münasibətləri, əlbəttə ki, təşkilatın güclənməsinə gətirib çıxarır. 

 
Avropa İttifaqına üzv olan ölkələrin rəhbərlərinin bu gün bizimlə bərabər iştirakı, əlbəttə ki, təşkilatın gələcək fəaliyyəti üçün də çox böyük əhəmiyyət daşıyır. Əminəm ki, bu zirvə görüşü həm təşkilatın gələcək fəaliyyətinə, həm də ki, geniş mənada regional əməkdaşlıq məsələlərinə çox böyük töhfə verəcəkdir.

Bu gün biz artıq regional əməkdaşlığın yeni formatı haqqında söhbət aparırıq. Xəzər dənizi, Qara dəniz, Baltik dənizi regionlarının əməkdaşlığından söhbət gedir. Bizim iqtisadi əlaqələrimiz, siyasi niyyətlərimiz, güclü siyasi dialoqun mövcudluğu, bununla bərabər real, konkret proqramların, layihələrin mövcud olması, əlbəttə ki, bizi daha da birləşdirir. Regional əməkdaşlıq çərçivəsində Avrasiya qitəsində mühüm rola malik olan GUAM təşkilatı və dost ölkələrin bu təşkilata olan diqqəti, əlbəttə ki, bizim qarşımızda duran məqsədlərin həlli üçün çox gözəl şərait yaradır.

İqtisadi əməkdaşlıq sahəsində çox böyük imkanlar var. Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində iqtisadi artım çox sürətlə gedir. Biz son üç il ərzində iqtisadi artım baxımından dünyada birinciliyi saxlayırıq. 2005-ci ildə iqtisadiyyatımız 25 faiz, 2006-cı ildə 35 faiz, 2007-ci ilin beş ayında yenə də 35 faiz artmışdır. Şübhəsiz ki, bizim iqtisadi potensialımız gücləndikcə dost ölkələrlə iqtisadi əlaqələrimiz də möhkəmlənir. Siyasi müstəvidə çox gözəl münasibətlər var. Bir daha demək istəyirəm ki, bizim təşkilatı birləşdirən siyasi məramlar da, məqsədlər də eynidir, Avratlantik strukturlarına inteqrasiya məsələləridir. Bu gün bizimlə bərabər həm Avropa İttifaqının, həm də NATO-nun üzvü olan ölkələrin rəhbərlərinin iştirakı, əlbəttə, inteqrasiya siyasətimizi daha da gücləndirir və əməkdaşlıq üçün yeni imkanlar açır.

Biz siyasi və iqtisadi əlaqələrlə bərabər, eyni zamanda, konkret layihələr üzərində də çalışırıq. Xüsusilə enerji, nəqliyyat və başqa sahələrdə. Azərbaycan çox önəmli neft-qaz hasil və ixrac edən ölkəyə çevrilir. Bizim çox böyük neft yataqlarımız var. Azərbaycan nefti artıq müxtəlif istiqamətlərlə dünya bazarlarına nəql edilir. Üç böyük neft kəmərinin fəaliyyəti Azərbaycan neftini həm Avropa, həm də dünya bazarlarına çıxarır. Dəqiqləşdirilmiş son məlumata görə, Azərbaycanda təkcə “Azəri-Çıraq-Günəşli” yataqlarında 1 milyard 200 milyon ton neft ehtiyatı vardır. Bu yataqlarda istismar işləri səmərə ilə davam etdirilir. Gələn il Azərbaycanda gündə azı 1 milyon barrel neft hasil ediləcəkdir. Bu, böyük göstəricidir. Gələcək illərdə biz bu rəqəmi artıracağıq.

Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri fəaliyyətdədir. Bu yaxınlarda Krakovda zirvə görüşündə Odessa-Brodı-Qdansk neft kəməri haqqında geniş fikir mübadiləsi aparılmışdır. Ölkələrimiz tərəfindən siyasi dəstək verilmişdir. Artıq qısa müddət ərzində işçi qrupların da fəaliyyəti başlanmışdır. Deyə bilərəm ki, fəaliyyət çox uğurludur. Əminəm ki, birgə səylər nəticəsində biz bu istiqamətdə də ixracın və bəzi ölkələr üçün idxalın şaxələndirilməsini təmin edəcəyik. Bununla bərabər, Azərbaycanda kəşf olunan nəhəng “Şahdəniz” yatağından və digər yataqlardan çıxarılacaq qaz da Avropa bazarı üçün böyük maraq kəsb edir.

Biz artıq bu sahədə böyük işlər görürük. Azərbaycanda hazırda istismarda olan mövcud yataqlarda qaz ehtiyatı 1,5 trilyon kubmetrdir. Bu, çox böyük rəqəmdir. Artıq Azərbaycan qazını Avropa bazarına çatdırmaq üçün ən müasir nəqliyyat infrastrukturu mövcuddur. Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq fəaliyyətdədir. Azərbaycan bu ildən başlayaraq qaz ixrac edən ölkəyə çevrilibdir. Hazırda Gürcüstanın qaz bazarının təxminən 70-75 faizini Azərbaycan qazı təmin edir. Əminəm ki, bu ilin sonuna qədər Azərbaycan qazı Türkiyə və Yunanıstana nəql edilməyə başlayacaqdır. Beləliklə, Azərbaycan öz qaz potensialı ilə Avropa İttifaqının bazarına daxil olacaqdır. Bu, hələ işin ilkin mərhələsidir. Əminəm ki, qazın hasilatı Avropada mövcud olan tələbata uyğun şəkildə artırılacaq və Azərbaycan çox etibarlı enerji tərəfdaşı olacaqdır. Biz Avropa İttifaqı ilə enerji sahəsində strateji əməkdaşlıq haqqında ilkin Anlaşma memorandumu imzaladıq. Enerji sahəsində gələcək fəaliyyətimizi bu çərçivələrdə aparacağıq.

Nəqliyyat məsələləri də böyük əhəmiyyət daşıyır. Biz, demək olar ki, Xəzər dənizindən Avropaya və dünya bazarlarına enerji dəhlizlərini açdıq. Bu neft və qaz kəmərləri ilə artıq bu yolu reallığa çeviririk. Əlbəttə ki, bunun ardınca nəqliyyat infrastrukturu da inkişaf etməlidir. Türkiyə və Gürcüstanla birlikdə biz Avropanı Asiya ilə birləşdirəcək dəmir yolu layihəsi üzərində çalışırıq. Bu da çox böyük həm iqtisadi, həm geosiyasi əhəmiyyətə malik olan layihədir. Əminəm ki, biz Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə yaxın zamanlarda başlayacağıq. Bu dəmir yolu Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu dəhlizlə daşınacaq yüklər, əlbəttə ki, həm idxal edən, həm də ixrac edən ölkələrə iqtisadi cəhətdən də böyük səmərə gətirəcəkdir.
Bir sözlə, bizim fəaliyyətimiz müxtəlif müstəvilərdə - həm siyasi, həm iqtisadi, həm regional, həm nəqliyyat, həm də enerji sahələrində, yəni bütün istiqamətlərdə mövcuddur. Bütün istiqamətlərdə real proqramlar var. Bizim təkcə niyyətlərimiz deyil, eyni zamanda, konkret proqramlarımız, təşəbbüslərimiz var. Azərbaycan çox çətin geosiyasi vəziyyətdə öz neft strategiyasını uğurla həyata keçirərkən çox böyük uğurlara nail olubdur. Hazırda Azərbaycanın nefti və qazı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynamağa başlayıbdır.
Bizi GUAM ölkələri ilə birləşdirən təkcə tarixi bağlılığımız, siyasi baxışlarımız, ortaq maraqlarımız deyildir. Əfsuslar olsun ki, bizim ölkələrimiz üçün problem yaradan məsələlər də kifayət qədərdir.

Onların başlıcası GUAM-ın üç ölkəsində olan separatçı meyillər, separatçı hərəkətlərdir. Gürcüstanın, Moldovanın və Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Separatçı rejimlər qanunsuz fəaliyyət göstərərək, ölkələrimizə təcavüz edərək, hərbi təcavüzü həyata keçirərək, etnik təmizləmə siyasəti apararaq bizim torpaqlarımızın işğal altına düşməsinə nail ola biliblər. Biz çalışırıq ki, məsələni danışıqlar yolu ilə, sülh yolu ilə həll edək. Amma görürük ki, əgər biz güclü dövlət, güclü iqtisadiyyat, güclü hərbi potensial yaratmasaq, çətin ki, separatçı qüvvələr işğal etdikləri ərazilərdən öz xoşu ilə çıxsınlar. Ona görə biz səylərimizi birləşdiririk. Bu gün GUAM-ın dondurulmuş münaqişələrlə bağlı təşəbbüsü çox böyük əhəmiyyət kəsb edir. Bu, bizi birləşdirir. Çünki bütün bu separatçı, qanunsuz, kriminal rejimlərin mahiyyəti eynidir. Hər bir ölkədə - Gürcüstanda, Moldovada, Azərbaycanda separatizm baş vermişdir, etnik təmizləmə siyasəti baş vermişdir, ərazimizin işğal altına düşməsi baş vermişdir və milyonlarla insanlarımızın qaçqın-köçkün vəziyyətinə düşməsi baş vermişdir. Təbii ki, biz məsələnin həllini ancaq və ancaq beynəlxalq hüquq əsasında görürük. Ərazi bütövlüyümüzün bərpa olunması başlıca şərtdir. Avropanın ən gözəl təcrübəsindən istifadə edib yüksək statuslu muxtariyyət verilməsinə də razılıq verə bilərik. Münaqişələr öz həllini ancaq bu əsaslarda tapa bilər. Çox sevindirici haldır ki, GUAM təşkilatı bu məsələyə vahid yanaşma nümayiş etdirir. Dondurulmuş münaqişələrlə bağlı məsələnin Birləşmiş Millətlər Təşkilatında gündəliyə salınması, əlbəttə, bizim çox önəmli siyasi və diplomatik uğurumuzdur.

GUAM-ın indi yeni mərhələsi başlayır. Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat adında onun mahiyyəti göstərilir. Demokratiya, insan haqları, açıq cəmiyyətin yaradılması, qanunun aliliyi, beynəlxalq və Avropa strukturlarına inteqrasiya məsələləri, bununla bərabər iqtisadi islahatlar, iqtisadi potensialın güclənməsi və insanların həyat səviyyəsinin yaxşılaşması. Azərbaycanda bu iki istiqamətdə paralel işlər görülür. Beləliklə, ölkəmiz müasirləşir, həm iqtisadi, həm siyasi cəhətdən Avropa ilə çox sürətlə inteqrasiya siyasəti aparır. Beləliklə, öz imkanlarını da artırır.
Əziz dostlar, mən bir daha sizi Azərbaycanda ürəkdən salamlamaq istəyirəm. Hər bir qonağa Azərbaycana gəldiyinə görə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Mən şübhə etmirəm ki, GUAM-ın bugünkü zirvə görüşü həm təşkilatın fəaliyyətinə, həm də ki, bütövlükdə regionda gedən proseslərə çox ciddi və çox müsbət təsir göstərəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
 
X X X

Prezident İLHAM ƏLİYEV: Əziz dostlar, indi mən GUAM Dövlət Başçıları Şurası iclasının gündəliyinin təsdiq olunmasını təklif edirəm. Əgər başqa təkliflər yoxdursa, onda gündəlik təsdiq olunur.

Çıxış üçün sözü Ukrayna Prezidenti Viktor Yuşşenkoya vermək istəyirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq