Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.

1918-ci il mayın 28-də müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Respublikanın ömrü uzun olmadı. Ancaq o qısa müddət ərzində çox işlər görüldü. Respublikanı yaradanların niyyətləri çox gözəl idi. Azərbaycanı azad, müstəqil ölkəyə çevirmək, Azərbaycanı dünya birliyinə daxil etmək və ölkəmizi hərtərəfli inkişaf etdirmək. Əfsuslar olsun ki, bu niyyətlərin böyük əksəriyyəti icra olunmamış qaldı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Azərbaycan xalqı və Azərbaycan dövləti respublikanın fəaliyyətinə və onu yaradanların xatirəsinə çox böyük hörmətlə yanaşır. Bu hörmətin əlaməti olaraq bu gün biz Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş abidənin açılışını qeyd etdik. O gözəl abidə paytaxtımızın gözəl guşələrinin birində - İstiqlaliyyət küçəsində ucaldıldı.

Respublikanın qısa tarixi bir daha onu göstərir ki, hər hansı bir qələbəni, nailiyyəti əldə etməkdən daha çətin, daha məsuliyyətli vəzifə onu qoruyub saxlamaqdır. O cümlədən müstəqilliyi də əldə etmək onu qoruyub saxlamaqdan daha da asan məsələ idi. Azərbaycanın müasir tarixi onu bir daha göstərdi. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində yaranmış müstəqil Azərbaycan Respublikasının fəaliyyətində böyük çətinliklər var idi. Müstəqilliyimizin ilk illərində ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. Mən bu tezisi bir neçə dəfə ifadə etmişəm və bir daha demək istəyirəm, dünyada bir çox ölkələr var ki, onların müstəqilliyə aid olan bütün atributları mövcuddur, ancaq onlar müstəqil siyasət aparmaq iqtidarında deyillər.

Azərbaycanın müstəqilliyi 1991-ci ildə, müstəqilliyimizin ilk illərində və 1993-cü ilə qədər vəziyyət buna bənzər idi. Müstəqilliyə xas olan bütün atributlar var idi, fəqət, ölkə nə xarici siyasətdə, nə də daxili siyasətdə müstəqil siyasət apara bilmirdi. Bir çox hallarda xarici təsirdən asılı vəziyyətdə idi. Faktiki olaraq, o vaxt bizim müstəqilliyimizin gələcəyi şübhə altında idi. Çünki Azərbaycanda gedən neqativ proseslər, böhranlı vəziyyət, idarəolunmaz vəziyyət, hərc-mərclik, iqtisadi və siyasi böhran ölkənin müqəddəratını şübhə altına qoyurdu. Məhz o illərdən iki il keçəndən sonra Azərbaycan xalqı müstəqilliyi yenə də itirə bilərdi, - necə ki, 1920-ci ildə. Azərbaycan xalqının müdrikliyi sayəsində ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlməsi nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və 1993-cü ildən başlayaraq öz inkişaf dövrünü yaşayır.

1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün istiqamətlərdə, xarici müstəvidə, xarici siyasət baxımından ölkəmiz özünü dünyaya etibarlı tərəfdaş kimi, ləyaqətli ölkə kimi təqdim edə bildi. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. Azərbaycanda 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən çox sürətlə inkişaf edən ölkədir. Bu islahatlar bu gün də davam edir. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir. Məhz o illərdə Azərbaycan müstəqil ölkə kimi özünü bütün dünyaya təqdim etdi. O illər ərzində Azərbaycanın indiki güclü iqtisadi potensialı formalaşdı. O illərdən başlayaraq bu günə qədər Azərbaycan bütün istiqamətlərdə çox açıq, prinsipial siyasət apararaq, öz xalqının milli maraqlarının tam şəkildə təmin olunmasını təşkil edir. Biz də bu siyasətə sadiqik.

Mən yaxşı xatırlayıram, 2003-cü ildə prezident seçkiləri ərəfəsində və ondan sonra, andiçmə mərasimindəki çıxışımda bəyan etmişdim və Azərbaycan xalqına söz vermişdim ki, mən bu siyasətə sadiq qalacağam, Azərbaycanda bu siyasətin davam etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Mən çox şadam ki, bu gün bizim ölkəmizin uğurlu inkişafı sübut etdi ki, bizim bütün planlarımız, niyyətlərimiz həyatda öz əksini tapır. Bu gün həm iqtisadi inkişaf baxımından, həm də respublikada gedən siyasi islahatlar baxımından ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Azərbaycanda demokratikləşmə prosesləri çox sürətlə inkişaf edir və vətəndaş cəmiyyətinin yaranmasında, hüquqi dövlətin qurulmasında, qanunun aliliyinin bərqərar olunmasında çox böyük işlər görülübdür və gələcəkdə çox böyük işlər görüləcəkdir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir. Baxmayaraq, hələ ki, bu sahədə mövcud olan problemlər var və bu da təbiidir. Çünki biz sadəcə olaraq, son 15 il ərzində demokratiya şəraitində yaşayırıq. Ondan əvvəlki illərdə əsrlər boyu Azərbaycanda ictimai-siyasi quruluş tam başqa idi. Ona görə bu qısa tarixi müddəti nəzərə alaraq qeyd etməliyik ki, bu 15 il ərzində demokratiyanın inkişafı baxımından çox böyük nailiyyətlər əldə edilibdir.

Azərbaycanda siyasi islahatlar çox cəsarətlə aparılır. Bu da bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. Bu zəmin əsasında Azərbaycanda güclü sosial siyasət aparılır. Xarici siyasət bu zəmin əsasında qurulur. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Daxili siyasətdə həm iqtisadi, həm də siyasi islahatların prioritet xarakter daşıması bizim üçün çox vacibdir və biz bunu edirik.

Mən tam əminəm ki, əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış ölkələrdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, orada sahibkarlıq inkişaf edibdir və azad sahibkarlıq böyük uğurlar qazanıbdır, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir.

Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsələlərə öz diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalıdır. Azərbaycan müasir ölkəyə çevrilməlidir. Dünyanın ən inkişaf etmiş ölkələrinin kriteriyaları, bizim xalqımıza, bizim xalqın mentalitetinə xas olan kreteriyalar Azərbaycanda mütləq və mütləq tətbiq olunmalıdır. Bizim siyasətimiz təkcə bizim niyyətlərimiz, yaxud da bəyanatlarımız deyil, bizim praktiki əməli işlərimizdir. 

Azərbaycan Avropanın bir neçə aparıcı təşkilatları ilə çox səmərəli əməkdaşlıq edir. Biz 2001-ci ildən Avropa Şurasının üzvüyük. Bu, bizim prinsipial seçimimizdir. Bu seçimi biz özümüz etmişik. Bu yaxınlarda, keçən ilin sonunda Azərbaycan Avropa İttifaqı ilə yeni qonşuluq siyasətinə qoşularaq beşillik proqram imzalayıbdır. Bu da bizim prinsipial seçimimizdir. Bizim istəyimiz odur ki, Azərbaycanda bütün kriteriyalar inkişaf etmiş ölkələrin kriteriyalarına yaxınlaşsın və onlara uyğun olsun.

Gələcək isə göstərər, bu yolun sonu nə olacaqdır. Əlbəttə, əgər Avropa İttifaqı ilə bizim əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəksə, əgər gələcəkdə Avropa İttifaqı tərəfindən belə bir fikir olarsa, biz əlbəttə, istərdik ki, daha da sıx inteqrasiya edək. Ancaq bu qarşılıqlı maraqlar əsasında olmalıdır, Azərbaycan buna hazır olmalıdır və Azərbaycan xalqının normal, firavan yaşaması üçün bütün bu amillər zəruridir.

İqtisadi islahatlar sürətlə gedir. Azərbaycan son üç il ərzində iqtisadi artım baxımından dünyada birinci ölkədir. Biz bu liderliyi əldə etmişik və bunu əldən vermək fikrində deyilik. Məni çox sevindirən odur ki, bütün iqtisadi göstəricilərlə bərabər, ümumi daxili məhsulun artımı, digər iqtisadi göstəricilərlə bərabər, insanların həyat səviyyəsi də yaxşılaşır. Azərbaycanda kəskin şəkildə aşağı düşən yoxsulluğun səviyyəsi bunun ən gözəl göstəricisidir. İlk növbədə, bu onu göstərir ki, iqtisadi islahatlar və sosial islahatlar düzgün istiqamətdə aparılır. Digər tərəfdən onu göstərir ki, Azərbaycanda bu sahədə çox böyük şəffaflıq var.

Biz bilirik ki, bəzi hallarda neftlə zəngin olan ölkələrdə neft hasilatı artdıqca, kasıblar və varlılar arasında uçurum da böyüyür və bu, ölkələrdə təbəqələşməyə gətirib çıxarır. Biz bunu gözəl bilirik. Bunu tarixdən də bilirik və bir neçə ölkədə vəziyyət belədir. Ancaq biz Azərbaycanda bunun tam əksini görürük. Azərbaycanda kasıbların sayı kəskin şəkildə azalır. Məqsəd ondadır ki, kasıblar olmasın. Azərbaycan xalqı ona layiqdir ki, rahat yaşasın, firavan yaşasın, maddi rifah içərisində yaşasın. Bütün imkanlar bizdə var. İntellektual potensial çox yüksəkdir. Xalqın intellektual potensialı burada başlıca rol oynayır. Biz çalışırıq, bu sahəyə, xüsusilə təhsillə bağlı məsələlərə böyük diqqət verək ki, bizim gənclərimiz bilikli olsunlar, savadlı olsunlar, həyatda öz yerini tapa bilsinlər və ölkənin inkişafında fəal iştirak etsinlər. 

Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir və biz bu vəziyyətdən çox səmərəli istifadə edirik. Coğrafi vəziyyət özlüyündə hələ o demək deyil ki, bundan mütləq istifadə olunacaqdır. Bir çox ölkələr var ki, onların coğrafi vəziyyəti bizimkindən pis deyil. Ancaq Azərbaycan bu vəziyyətdən çox məharətlə istifadə edir və buz artıq bölgənin mərkəzinə çevrilirik. Biz bunu özümüz öz fəaliyyətimizlə, öz siyasətimizlə edirik.
Azərbaycanın çox zəngin təbii ehtiyatları var və biz o təbii ehtiyatlardan Azərbaycan xalqının milli maraqlarının qorunması üçün, Azərbaycanda güclü iqtisadi potensialın yaranması üçün çox səmərəli şəkildə istifadə edirik. Neft Fondunun yaranması həm gələcək nəsillər üçün gözəl imkanlar yaradacaq və orada yığılan vəsait gələcək nəsillərə xidmət edəcəkdir. Bu, Azərbaycanın bugünkü problemlərinin həlli üçün də bizə yardımçı olur.
Azərbaycanın xarici siyasəti birmənalıdır, çox çevikdir və tam şəkildə milli maraqlara əsaslanır. Bütün qonşu ölkələrlə bizim gözəl münasibətlərimiz var. Bu, bizə lazımdır, biz bu bölgədə yaşayırıq və qonşularla bizim münasibətlərimiz bundan sonra da sürətlə davam etməlidir. Bütün beynəlxalq təşkilatlarla, üzv olduğumuz, yaxud da əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da münasibətlərimiz çox gözəl müstəvidə, qarşılıqlı hörmət əsasında inkişaf edir.
Dünyanın aparıcı ölkələri ilə Azərbaycanın çox gözəl münasibətləri vardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkə ilə, eyni zamanda, başqa ölkələrlə bizim çox gözəl və işgüzar münasibətlərimiz var. Yəni mən bunları nə üçün deyirəm, əgər biz bütün bu amilləri vahid bir kontekstdə götürsək görərik ki, ölkəmizin inkişafı üçün çox gözəl imkanlar var. Ən başlıcası hər bir istiqamət, hər bir sahə üzrə bizim düşünülmüş siyasətimiz var, konsepsiyamız var. Biz öz fəaliyyətimizi bu konsepsiya çərçivəsində planlaşdırırıq, proqnozlaşdırırıq və icra edirik. Azərbaycanla əməkdaşlıq etmək xarici tərəfdaşlar üçün də çox rahatdır. Çünki biz siyasətimizi səmimi şəkildə, ilk növbədə, Azərbaycanın milli maraqları, ondan sonra bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərin inkişafı şəklində aparırıq.
Biz gələcək haqqında fikirləşəndə, mən şəxsən gələcəyə çox nikbinliklə baxıram. Bizim bu günə qədər bəyan etdiyimiz bütün proqramlar həyatda öz əksini tapır. Yoxsulluq, işsizlik azalır, böyük layihələr icra olunur. Dünya üçün çox böyük əhəmiyyət kəsb edən neft-qaz layihələrimiz, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994 və 1996-cı illərdə imzalanmış “Azəri”, “Çıraq”, “Günəşli” və “Şahdəniz” neft-qaz yataqları barədə müqavilələr bu gün Azərbaycanın müstəqilliyini gücləndirir.
Biz bu gün müstəqillik gününün ərəfəsindəyik. Bizim müstəqilliyimizi ən çox gücləndirən məhz bu amillərdir - enerji məsələləri, enerji təhlükəsizliyi. Biz bu məsələləri həll etmişik. Biz özümüz üçün öz neft-qaz problemlərimizi yüz faiz həll etmişik. Dörd neft-qaz kəməri var. Azərbaycanda çox böyük həcmdə heft hasilatına başlanıbdır, bu il qaz ixracına başlanacaqdır. Azərbaycanın neft və qaz ehtiyatları dünya bazarlarına çıxarılacaq, bizim siyasi önəmimiz artacaq, iqtisadi potensialımız artacaqdır. Azərbaycan maliyyə resursları baxımından çox güclü ölkəyə çevrilir.
Biz bütün nəqliyyat dəhlizlərini də neft dəhlizləri əsasında qururuq. Əgər o dəhlizlər açılmasaydı, bu gün nəqliyyat dəhlizlərindən söhbət gedə bilməzdi. Bu gün biz Bakı-Tbilisi-Qars kimi Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən, bizim milli maraqlara tam uyğun olan layihəni artıq reallığa çeviririk. Nəyin hesabına?! Onun hesabına ki, o dəhliz artıq var. İkincisi, ona görə ki, bizim maddi imkanlarımız var. Əfsuslar olsun ki, erməni lobbisinin fəaliyyəti nəticəsində beynəlxalq maliyyə qurumları ilk mərhələdə dəmir yolu layihəsinə bir az soyuq yanaşırlar. Halbuki indi bizdə məlumatlar var ki, bu münasibət dəyişir. Nə üçün dəyişir? Ona görə ki, biz özümüz vəsait tapdıq. Biz heç kimdən xahiş etmədən bu məsələni özümüz həll edirik. Bu, bizim iqtisadi qüdrətimizi göstərir. Bu, nəyin hesabına yaranıbdır?! Ancaq və ancaq ilk növbədə, enerji siyasətinin nəticəsində. Ondan sonra bu, bütün başqa sahələrdə yayılır. İndi bizim əsas məqsədimiz qeyri-neft sektorunun, kənd təsərrüfatının, sənayenin inkişafı və müasirləşməsi, çox güclü sənaye potensialının yaranması, iş yerlərinin açılması, Azərbaycanın müasir infrastruktura malik olmasıdır. Yollar, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, qaçqınlar üçün şəhərciklər - bütün bunları sadalamaq üçün bir neçə saat vaxt lazımdır, amma bütün bunlar reallıqdır və bu reallığı biz, Azərbaycan xalqı həyata keçiririk. Biz bunları Azərbaycan xalqının dəstəyinə arxalanaraq edirik. Bu dəstəyi hiss etmək bizə əlavə güc verir. Bir daha demək istəyirəm, mən çox şadam ki, bizim nəzərdə tutduğumuz bütün proqramlar icra olunur.
Bizim qarşımızda duran ən başlıca problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu istiqamətdə də danışıqlar aparılır. Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri çəkilməyəcəkdir. Bizim mövqeyimiz bəllidir. Mən bu barədə dəfələrlə bildirmişəm. Son dəfə daha da dolğun və əhatəli bəyanat vermişəm. Çünki hesab edirəm, Azərbaycan xalqı danışıqların nəyin ətrafında getdiyini bilməlidir. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz xalq tərəfindən dəstəklənir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın Azərbaycandan ayrılmasından söhbət gedə bilməz. Onun başqa ölkəyə birləşməsindən söhbət gedə bilməz. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz buna nail olacağıq və etnik təmizləmə siyasətindən əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.
Mən ümid edirəm ki, əgər qarşı tərəf konstruktivlik nümayiş etdirərsə, biz məsələnin həllinə nail ola bilərik. Amma bu prinsiplər əsasında. Çox müsbət haldır ki, artıq bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, geniş mənada dünya ictimaiyyəti bu prinsipləri qəbul edir və məsələnin həllini yalnız və yalnız bu prinsiplər əsasında görür.
Mən son dörd ilə yaxın fəaliyyətim zamanı bir çox xarici ölkədə rəsmi səfərlərdə olmuşam. Bir çox xarici dövlət, hökumət başçıları Azərbaycanda səfərdə olublar. Bütün bu görüşlərdə bu məsələ müzakirə olunubdur. Eyni zamanda, bütün görüşlər nəticəsində ya birgə bəyannamə, yaxud da birgə saziş imzalanır və mütləq və mütləq orada Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Elə bir təmas, elə bir görüş, səfər olmayıb ki, bu məsələ orada öz əksini tapmasın. Bu, nə üçün bizə lazımdır? Birincisi, bu, haqq-ədaləti təsdiqləyir. İkincisi, bu, münaqişənin həlli yollarını müəyyən edir. Əgər biz münaqişəni siyasi diplomatik və hüquqi müstəvidə həll edəcəyiksə, bu, bizə çox lazımdır. Biz bunu istəyirik. Biz istəyirik ki, məsələni məhz hüquqi əsasda, beynəlxalq hüquq və normalar əsasında və siyasi danışıqlar əsasında həll edək. Bunu etmək üçün çox gözəl imkanlar var. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Şurasının qətnaməsi, Avropa İttifaqının bu məsələyə münasibəti, Amerika Dövlət Departamentinin son bəyanatı, GUAM təşkilatının birmənalı bəyanatı və bütün o münaqişəli zonalarda separatizmə eyni münasibətin bildirilməsi - bütün bunlar məsələnin həlli üçün həm siyasi, həm hüquqi, həm də diplomatik əsasdır. Yox, əgər biz gördük ki, danışıqlar səmərə vermir, siyasi və hüquqi müstəvidə artıq bir şey əldə etmək mümkün deyil, bizim başqa yolumuz da var. Bu, əlbəttə, arzuolunan yol deyil. Amma o da yoldur, o da alternativdir. O da müharibə yoludur. Biz buna da hazır olmalıyıq.
Mən bunu açıq deyirəm. Bəzi hallarda beynəlxalq təşkilatlar bunu çox narahatlıqla qarşılayırlar. Amma bu, mənim mövqeyimdir. Mən xalq tərəfindən seçilmiş Prezidentəm. Mənim hər bir məsələyə dair öz mövqeyim var və mən o mövqeyi müdafiə edirəm, xalqın dəstəyinə arxalanaraq bunu icra edirəm. O da yoldur və o yola da hazır olmaq üçün güclü ordu olmalıdır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması - bütün bunlar buna görədir. Mən iki il bundan əvvəl deyəndə ki, bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olacaq, bunu bəziləri, həm ölkə daxilində, həm də xüsusilə Ermənistanda çox böyük kinayə ilə, istehza ilə qarşılayırdılar. İndi isə onlar görürlər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bu gün bu belədir, növbəti illərdə bizim hərbi büdcəmiz Ermənistanın büdcəsindən qat-qat çox olacaqdır. Bu, imkan yaradır və biz bu imkandan istifadə etməliyik.
Əgər qısamüddətli perspektivə baxsaq, görərik ki, bir neçə ildən sonra, üç-dörd ildən sonra Azərbaycanla Ermənistan arasında çox geniş uçurum olacaqdır. Bu gün iqtisadiyyatımız onların iqtisadiyyatından 7-8 dəfə böyükdürsə, üç-dörd il ərzində ondan 20 dəfə böyük olacaqdır. Ondan sonra gəlsin bizimlə rəqabət aparsın. Ondan sonra gəlsin, necə deyərlər, məsələnin reallıqlar əsasında həlli haqqında danışsın. Məsələ reallıqlar əsasında həll oluna bilməz. Beynəlxalq hüquq əsasında həll olunmalıdır. Əgər biz də məsələyə reallıqlar əsasında münasibət göstərsək, onda biz bu reallıqları öz xeyrimizə çevirə bilərik. Ona görə bu məsələ yalnız və yalnız bu şəkildə həll olunacaqdır. Mən başqa yol görmürəm və ümid edirəm, beynəlxalq vasitəçilərin səyləri bizə imkan verəcək ki, biz razılaşmaya daha da yaxınlaşaq.
Əziz dostlar!
Bu gün yenə də deyirəm, biz bayram ərəfəsindəyik . Mən bu gündə istərdim ki, öz fikirlərimi sizinlə bölüşüm. Düzdür, mən vaxtaşırı bəyanatlar da verirəm, çıxışlar da edirəm, bölgələrdə də tez-tez oluram. Amma hər halda lazımdır və vacibdir ki, bu gündə, müstəqilliyimizi qeyd etdiyimiz gündə biz bir daha həm görülən işlərə qiymət verək, onları düzgün təhlil edək və ən önəmlisi gələcəyə baxaq. Biz hara gedirik, biz nə istəyirik, biz hansı ölkəni yaradırıq, hansı ölkəni formalaşdırırıq. Çünki Azərbaycanda bu proses hələ davam edir. İnkişaf etmiş ölkələrdə artıq hər şey - demokratik təsisatlar, siyasi sistem, iqtisadi əsaslar, sosial siyasət oturuşubdur. Biz isə artıq ölkənin formalaşmasının mərhələsindəyik. Biz bunu edirik. Ölkə necə olacaq, Azərbaycan hansı ölkəyə çevriləcəkdir, bu, bizdən asılıdır.
Mən bir daha demək istəyirəm ki, Azərbaycanı müstəqil, demokratik, azad, dünyəvi, maddi rifahı yüksək olan ölkə kimi görmək istəyirəm. Əminəm ki, siz də mənim fikirlərimə şəriksiniz. Bizdən asılıdır ki, biz buna nail olaq.
Mən bu gözəl bayram ərəfəsində sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, müstəqil Azərbaycan möhkəmlənsin və irəliyə getsin.
(Azərbaycan Prezidenti İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı).
X X X
Prezident İlham Əliyev mərasimdə iştirak edən xarici ölkələrin Azərbaycandakı səfirləri, tanınmış ziyalılar, elm, ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri ilə görüşüb söhbət etdi.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb