Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli cənab Baş nazir!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

İlk növbədə, Bled Strateji Forumunda iştirak etmək üçün məni dəvət etdiyinizə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Mən bu tədbiri çox önəmli bir təşəbbüs kimi dəyərləndirirəm və forum çərçivəsində müzakirə edəcəyimiz məsələlər gələcək illər ərzində olduqca əhəmiyyətli rol oynayacaqdır.

Bu gün keçirilən toplantının mövzusu Xəzər regionu və dünyanın enerji təhlükəsizliyində get-gedə artan rol oynayan Xəzər enerji təchizatıdır. Həmin rol gələn illər ərzində gözəçarpan səviyyədə artacaqdır.

Azərbaycan Xəzər regionunu xarici sərmayəçilərin üzünə açmaq məqsədi ilə göstərdiyi səylərdən fərəh duyur. 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla, Azərbaycan Xəzər dənizindəki sektorunda yerləşən neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində dünyanın aparıcı neft şirkətləri ilə uzun müddətli əməkdaşlıq qurmuşdur. Həyata keçirdiyimiz “açıq qapılar” siyasəti xarici sərmayələri cəlb etmiş və bunun nəticəsində son illər ərzində ölkə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox xarici sərmayə yatırılmışdır. Xəzər dənizinin enerji resursları artıq Avropa və dünya bazarlarına çıxarılmaqdadır. Biz ölkəmizdə xarici sərmayəçilər üçün olduqca əlverişli mühit yaratmışıq və buna görə də Azərbaycan adambaşına düşən birbasa xarici sərmayələrin həcmi baxımından regionda ən öncül yerlərdən birini tutur.

Xəzər dənizində yerləşən böyük neft və qaz yataqlarının işlənilməsinə yönəltdiyimiz səylər bu gün çox gözəl nəticələr verir. Bir neçə ay bundan əvvəl Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam işə düşməsi qeyd edilmişdir. Azərbaycan neftinin həmin terminala çatması mühüm hadisə olmaqla yanaşı, onun simvolik mənası da var, yəni bu hadisə məhz Azərbaycanın milli bayramı olan 28 May - Respublika günü ilə üst-üstə düşmüşdür. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri bizim üçün nəinki Azərbaycan neftini dünya bazarlarına çıxarmaq imkanı, onun ixracından əldə edilən gəlirlərdən faydalanmaq baxımından, həm də milli müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox mühümdür.

Müstəqil ölkə kimi, Azərbaycan beynəlxalq və regional məsələlərdə get-gedə daha fəal rol oynamağa başlayır. Bəzi hallarda ölkəmiz enerji, nəqliyyat kimi sahələrdə böyük regional inkişaf proqramlarının təşəbbüskarıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alsaq, görərik ki, bütün mühüm nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Hazırda biz nəqliyyat infrastrukturumuzun müasirləşdirilməsi üçün bir çox böyük sərmayə proqramlarını həyata keçirməkdəyik. Bir tərəfdən, Böyük İpək yolunun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizi, TRASEKA proqramı, digər tərəfdən, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanı Avropadan Asiyaya və geriyə yük daşımaları sahəsində mühüm bir ölkəyə çevirir.

Təbii ki, Xəzər dənizindəki zəngin neft və qaz yataqlarının işlənilməsi ölkədə siyasi və iqtisadi islahatları çox fəal həyat keçirməyə imkan yaradır. Biz Azərbaycanda siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq və hesab edirəm ki, bu, uğurların əldə edilməsi üçün ilkin şərtdir. Əgər siz diqqəti yalnız iqtisadi islahatlara yönəltsəniz və demokratikləşmə, vətəndaş cəmiyyətinin yaradılması və qanunun aliliyinin təmin edilməsini bir kənara qoysanız, onda istədiyiniz nailiyyətləri əldə edə bilməyəcəksiniz. Eyni ilə, deyə bilərəm ki, yalnız siyasi islahatlarla məşğul olacağınız və iqtisadi islahatlar aparmayacağınız təqdirdə, gündəlikdə duran iqtisadi layihələrin həyata keçirilməsi çətin olacaqdır. Yalnız siyasi və iqtisadi islahatların birgə reallaşdırılması və Avropa dəyərlərinə qəti sadiqlik güclü iqtisadiyyat, qanunun aliliyi, demokratik cəmiyyət qurulması əsasında bir çox uğurların əldə edilməsini mümkün edə bilər.

İndi Avropa İttifaqının sərhədləri bizim regionumuza daha da yaxınlaşır. Azərbaycan Avropa İttifaqının “Yeni qonşuluq siyasəti”nə daxil edilibdir. Ona görə də bizim regionumuzda əsas götürüləcək meyarlar Avropa İttifaqında mövcud olan meyarlara çox bənzər olacaqdır. Azərbaycan ilə Avropa İttifaqı arasında çox güclü enerji dialoqu aparılmaqdadır. Bizim nəqliyyat imkanlarımız, istismara verilmiş boru kəmərləri regionda tamamilə yeni bir vəziyyət yaradır. Xəzər regionunun dünya üçün enerji təchizatı məsələsində oynadığı rol get-gedə daha da artacaqdır. Biz Azərbaycanın qaz yataqlarının işlənilməsinə də çox böyük önəm veririk. Nəhəng qaz yatağı sayılan “Şahdəniz”də bir trilyon kubmetrdən çox təbii qaz ehtiyatı var və burada hasilat cari ilin sonunda başlanacaqdır. Həmin qaz yatağını qonşu ölkələr və Avropa istehlakçıları ilə birləşdirəcək qaz boru kəməri eyni vaxtda istismara veriləcəkdir.

Son on iki il ərzində Azərbaycan neft və qaz sənayesinə xarici sərmayələrin cəlb edilməsi, əsas xarici neft şirkətləri və tərəfdaşlarımız, eləcə də, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın qurulması üçün böyük işlər görmüşdür. İndi Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq işləyir. Bu yaxınlarda Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri də istismara veriləcək, beləliklə, Azərbaycan qonşu ölkələr üçün yeni etibarlı qaz təchizatçısına çevriləcəkdir. Bir sözlə, bizim böyük planlarımız və perspektivlərimiz var.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı bizim daim diqqət mərkəzimizdədir. Biz Azərbaycan iqtisadiyyatını şaxələndirmək əzmindəyik. Qeyri-neft sektorunun inkişafı bir çox yeni iş yerlərinin açılmasına imkan yaradır. Bu məqsədə nail olmaq üçün ölkə iqtisadiyyatının inkişafı çoxşaxəli olmalıdır. Son iki il yarım ərzində Azərbaycanda, əsasən, qeyri-neft sektorunda 435 mindən çox yeni iş yeri açılmışdır. Ötən il ərzində ölkəmizdə ümumi daxili məhsulun artımı 26 faiz, cari ilin ilk altı ayı ərzində 36 faiz, sənaye istehsalının artımı isə, təqribən 40 faiz olmuşdur və gələn il də bu rəqəmin eyni səviyyədə qalması proqnozlaşdırılır. Ölkəmiz sürətlə inkişaf edir. Bu baxımdan, neft və qaz amili mühüm rol oynayır.

Azərbaycan Avratlantik məkanına inteqrasiya istiqamətində çox fəal şəkildə çalışır. Mən artıq qeyd etdim ki, biz Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üçün tətbiq etdiyi “Yeni qonşuluq siyasətinə” daxil edilmişik. NATO ilə “Fərdi tərəfdaşlığın fəaliyyət planı” üzrə fəal işləyirik. Biz regionumuzda olduqca güclü mövqelərə malikik və hesab edirik, bu, gələcəkdə daha da möhkəmlənəcəkdir. Ölkəmiz Avropa ilə Azərbaycan arasında əməkdaşlığın yeni yollarını müəyyən etməyə çalışır. Gələcək illər ərzində Avropa ilə apardığımız enerji dialoqunun daha da fəallaşmasına xüsusi diqqət yetirəcəyik. Azərbaycandan neft və qazın Avropa və dünya bazarlarına çıxarılması regional təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın çox vacib elementlərinə çevriləcəkdir.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verildikdən sonra, Azərbaycan Qazaxıstanın həmin boru kəmərinə qoşulması haqqında bu ölkə ilə hökumətlərarası saziş imzalamışdır. Bu, öz növbəsində, regional əməkdaşlığın yeni elementidir. Əgər biz on iki il bundan əvvəl öz enerji siyasətimizi və yeni strategiyamızı başlamasaydıq, islahatları həyata keçirməsəydik, ürəkdən çalışmasaydıq və bu məsələlərin həllinə nail olmasaydıq, indi müşahidə olunan regional əməkdaşlığın və proseslərin heç biri reallığa çevrilə bilməzdi. Beləliklə, bu gün, regionda yeni vəziyyət formalaşır.

Xəzərin enerji resursları artıq beynəlxalq bazarlara müxtəlif marşrutlarla çıxarılır. Hazırda Azərbaycandan üç istiqamətdə enerji daşıyıcıları nəql edən boru kəmərləri mövcuddur. Onlar Rusiya, Gürcüstan və Türkiyə ərazilərinə qədər çəkilibdir. Təbii ki, çoxşaxəli boru kəməri siyasəti regional əməkdaşlığın inkişaf etdirilməsində bizim üçün çox mühüm amildir. Bu gün enerji sahəsində əməkdaşlıq məsələləri avtomatik şəkildə bütövlükdə regional əməkdaşlığa zəmin yaradır və bir çox ölkələr Azərbaycanın neft və qaz ehtiyatlarının işlənilməsi layihələrində fəal iştirak edir. Layihələrimizə qoşulmuş həmin ölkələrin şirkətləri ilə qurduğumuz işbirliyi enerji, təhlükəsizlik sahəsində, terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq, siyasi islahatlar, cəmiyyətin demokratikləşməsi, qonşuluq siyasəti kimi müxtəlif sahələrdə lazımi nəticələrin əldə olunmasına şərait yaradır. Bu baxımdan, Xəzərin neft və qaz ehtiyatlarının işlənilməsi bizim üçün, sadəcə, karbohidrogenlərin hasilatı və nəqli prosesi deyil, regionda tamamilə yeni mühitin yaradılması deməkdir. Beləliklə, Xəzər regionu Balkan regionuna və bütün Avropaya daha da yaxınlaşır. Əminəm ki, biz birgə səylər əsasında gələcəkdə daha yaxşı nailiyyətləri əldə edəcəyik.

Bu gün keçirilən forumun çox böyük əhəmiyyəti var və mən əminəm ki, burada yeni faydalı fikirlər irəli sürüləcəkdir. Çünki açıq müzakirələr bu cür yeni fikirlərin yaranmasına yaxşı şərait yaradır və bu, hamı üçün faydalı olur.

Regional təhlükəsizliyin və sabitliyin əsas elementlərindən biri təhdidlərin aradan qaldırılmasıdır. Bizim böyük planlarımız var. Gündəliyimizdə duran bir çox məsələlərin həllinin mümkün olmasını öz işlərimizlə sübuta yetiririk. Bir çoxları boru kəməri layihəsinə əfsanə kimi yanaşırdı, onun reallaşacağına inanmırdı, lakin biz bu sahədə də uğura nail olduq. Amma bütün planların həyata keçirilməsinə nail olmaq və gündəlikdə duran əsas məsələləri yekunlaşdırmaq üçün biz Cənubi Qafqaz regionunda sülhə və regional təhlükəsizliyə nail olmalıyıq. Regionda həll olunmamış münaqişələr hələ də mövcuddur. Burada separatçılıq və işğal faktları var. Azərbaycan on ildən çoxdur ki, Ermənistan tərəfindən təcavüzə məruz qalıbdır. Etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır. Biz münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün beynəlxalq təşkilatlarla iş aparırıq. Məsələnin həlli yalnız beynəlxalq hüquq normaları və prinsipləri əsasında mümkün ola bilər. Hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi yerinə yetirilməlidir. Münaqişə ilə bağlı Avropa Şurasının qətnaməsində Ermənistan Azərbaycan torpaqlarını işğal edən dövlət kimi açıq şəkildə tanınır. Dünya ictimaiyyəti bu məsələyə qəti münasibətini bildirməlidir. Bu münaqişə əsas maneədir. Cənubi Qafqaz regionunda başqa oxşar münaqişələr də mövcuddur. Onlar bütün planlarımız üçün potensial təhlükə mənbəyidir. Ona görə də ədalət bərpa olunmalıdır.

Dünyadakı proseslər get-gedə daha asan şəkildə proqnozlaşdırıla bilir. Avropanın sərhədləri genişlənir. Regional əməkdaşlıq artır. Sivilizasiyalar arasında artan dialoq dünyada daha möhkəm təhlükəsizliyin bərqərar olmasına zəmin yaradır. Bu cür şəraitdə Cənubi Qafqazda hələ də potensial münaqişələr mövcud olaraq qalmaqdadır. Həmin münaqişələr Avropa strukturlarının daimi diqqət mərkəzində olacaqdır. Əgər biz artıq Avropa İttifaqının qonşusuna çevriliriksə, onda Avropa İttifaqı da bu məsələlərin nizamlanmasında iştirak hüququna malikdir. Azərbaycan heç bir dövlətin ərazisini işğal etməyib, biz etnik təmizləmə siyasəti aparmamışıq, əksinə, ölkəmiz təcavüzün və etnik təmizləmə siyasətinin qurbanına çevrilibdir. Təbii ki, biz ədalətin bərpa olunmasını istəyirik. Lakin biz problemi dinc yolla həll etmək istəyirik. Hesab edirəm ki, sülh prosesinin potensialı da hələ tam tükənməyibdir. Bütün bu məsələlər bir-biri ilə bağlıdır və hesab edirəm ki, onların hamısı indiki tədbir zamanı müzakirə olunacaqdır.

Sonda bu fürsətdən istifadə edərək, məni bu tədbirə dəvət etdiyinə görə Sloveniya dövlətinə və hökumətinə bir daha öz minnətdarlığımı bildirirəm. Sabah mənim bu ölkəyə rəsmi səfərim başlanır və ümid edirəm ki, səfər zamanı çox yaxşı nəticələr əldə olunacaq və ölkələrimiz arasındakı əməkdaşlıq artacaqdır. İki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün gözəl imkanlar mövcuddur. Siyasi münasibətlərə gəldikdə, biz dost və müttəfiq ölkələrik. Mən bu fürsətdən istifadə edərək, bizə göstərilmiş qonaqpərvərliyə və xoş qəbula görə Sloveniya tərəfinə öz təşəkkürümü bildirirəm. Mən gözəl ölkənizdə, bu cür cənnət-məkanda olmağıma çox şadam. Ümid edirəm ki, planlarımızda nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaqdır. Mən konfransın işinə uğurlar arzulayıram və ümidvaram ki, onun nəticələri bütün planlarımızın həyata keçirilməsinə xidmət edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib