Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bacılar və qardaşlar!

Sizin hamınızı ürəkdən salamlayıram. Mən bu gün Biləsuvara, sizinlə görüşə gəlmişəm. Biləsuvarda əvvəllər də tez-tez olurdum, biz Gülmalı ilə görüşürdük. Bu gün də gəldim, görüşdük. Burada çox gözəl muzey yaradıldı.

1970-ci illərdə, ondan sonra 1990-cı illərdə Biləsuvarın inkişafında ulu öndər Heydər Əliyevin çox böyük rolu olmuşdur. Rayonun sosial-iqtisadi inkişafı indi yeni mərhələdədir. Çünki Azərbaycanın bütün bölgələrində olduğu kimi, Biləsuvarda da böyük proqramlar həyata keçirilməlidir. Bütövlükdə, Azərbaycanda regionların inkişaf proqramı bizim siyasətimizin əsas istiqamətini təşkil edir. Çünki Azərbaycanın bölgələrinin inkişafı bütövlükdə ölkəmizi də gücləndirəcək və beləliklə, Azərbaycan hərtərəfli inkişaf edəcəkdir.

Biləsuvar rayonunun inkişafı üçün müəyyən işlər görülübdür. Dövlət proqramında bu işlər vardır. Ancaq söz verirəm ki, əlavə tədbirlər planı da hazırlanmalıdır. Mən müvafiq göstəriş verəcəyəm ki, əlavə vəsait ayrılsın və rayonun sosial-iqtisadi inkişafı üçün daha da gözəl şərait yaradılsın.

Bilirsiniz ki, indi Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf edir. Biz iqtisadi artım sürətinə görə dünyada birinci dövlətik. Əlbəttə ki, imkanlarımız da, büdcəmiz də artır və beləliklə, əlavə imkanlar da yaranır. Mən istəyirəm ki, bu imkanlardan çox səmərəli istifadə olunsun. Bütün rayonlar, rayon mərkəzləri, kəndlər abadlaşsın, yeni binalar tikilsin, iş yerləri açılsın, yollar salınsın. Bütün bunları etmək üçün əlbəttə ki, maddi imkan lazımdır. İndi biz onu da yaradırıq. Bir daha demək istəyirəm ki, mən Bakıda rayonun inkişafına dair əlavə göstərişlər verəcəyəm. Gərək, siz də ayrılacaq vəsaitdən səmərəli istifadə edəsiniz, yollar salınsın, elektrik xətləri çəkilsin, infrastruktur layihələri ilə bağlı və digər məsələlər həll olunsun ki, insanlar daha da yaxşı yaşasınlar. Əsas məqsəd bundan ibarətdir.

İndi Azərbaycanda iş yerlərinin açılması istiqamətində böyük işlər görülübdür. Son iki il ərzində 435 min yeni iş yeri yaradılmışdır. Yollar çəkilir, elektrik stansiyaları tikilir, elektrik enerjisi ilə təminat yaxşılaşır. Ancaq hələlik bütün bu məsələlər birinci mərhələdədir. Mən istəyirəm ki, insanları narahat edən əsas problemlər qısa müddət ərzində öz həllini tapsın. Yəni işsizlik, yoxsulluq aradan qaldırılsın, kənd təsərrüfatı inkişaf etsin. Bilirsiniz ki, kənd təsərrüfatının inkişafı üçün “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradılmışdır, texnika alınır və bundan sonra da alınacaq, icarəyə veriləcəkdir. Sahibkarlığın inkişafı üçün büdcədə 100 milyon dollar həcmində vəsait var, gələn il daha da artacaqdır. Biz çalışmalıyıq ki, Azərbaycanın bütün bölgələrində sahibkarlıq daha da sürətlə inkişaf etsin. Çünki özəl sektorun inkişafı, ümumiyyətlə, Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərəcəkdir.

Bizim çox gözəl imkanlarımız var. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın iqtisadi inkişafını təmin edir. Bundan sonra uzun illər ərzində, onilliklər ərzində bu kəmərin fəaliyyətindən ölkəyə çox böyük həcmdə gəlir gələcəkdir. Biz bundan səmərəli istifadə edib bütün bölgələri abadlaşdıracağıq. Bütün bölgələr, o cümlədən Biləsuvar çox gözəl görkəm almalıdır.

Biləsuvar çox qədim ərazidir, qədim yerdir. Onun özünə görə çox gözəl ənənələri, gözəl tarixi var. Ancaq bütün bu gözəl ənənələri saxlamaq şərtilə gərək biz bütün bölgələri, o cümlədən Biləsuvar rayonunu daha da müasirləşdirək. Yeni gözəl binalar tikilməlidir, yollar salınmalıdır, məktəblər, xəstəxanalar olmalıdır və olacaqdır. Bu günə qədər nəzərdə tutulmuş bütün proqramlar icra olunur. Elə məsələ yoxdur ki, biz onu bəyan etmişik, amma həll etməmişik. Proqramlar vaxtlı-vaxtında, cədvəl üzrə, ardıcıllıqla həll olunur. Hər bir rayonun öz proqramı olmalıdır. Biləsuvar üçün də dəqiq tədbirlər planı olmalıdır, yəni burada nə və nə vaxt edilməlidir.

Əsas diqqət, əsas qayğı sosial məsələlərin həllinə yönəldilməlidir ki, insanlar daha da yaxşı yaşasınlar. İnsanları narahat edən əsas problemlər öz həllini tapsın və ədalət tam şəkildə bərqərar olunsun. Sosial ədalət, qayda-qanun olmalıdır ki, insanlar rahat yaşasınlar və beləliklə, Azərbaycan vətəndaşları ildən-ilə öz həyat səviyyəsini daha da yaxşılaşdıra bilsinlər. Dövlət, hökumət öz tərəfindən bütün lazımi tədbirləri görəcək və əminəm ki, qısa müddət ərzində Biləsuvarda daha da böyük işlər görüləcəkdir. Mən bundan sonra da rayona gələcək, vəziyyətlə tanış olacağam. Sizə bir daha söz verirəm ki, rayonun inkişafına çox böyük diqqət verəcəyəm.

Əziz dostlar, sizi bir daha ürəkdən salamlayıram. Sağ olun, sizə uğurlar, cansağlığı arzulayıram.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı).

X X X

Sonra Prezident İlham Əliyev sakinlərlə görüşüb səmimi söhbət etdi, onların vəziyyəti, qayğı və problemləri ilə maraqlandı.

Dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirən sakinlər xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərini, Biləsuvar rayonuna səfərlərini məmnunluqla xatırlatdılar, rayona göstərilən diqqət və qayğıdan razılıq etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Ər-Riyad yaxınlığında neft obyektlərinə zərbə endiriblər

ABŞ-nin təyyarədaşıyan gəmisi bir sutka ərzində Yaxın Şərqə çatacaq

UEFA Millətlər Liqası: İngiltərə yığması İspaniyanı məğlub edib

“Tesla” “Cybercab” robotaksilərini şəxsi istifadə üçün satışa çıxarıb

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır