Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar, əziz bacı-qardaşlarım!

Bu gün mənim üçün çox gözəl bir gündür, çox həyəcanlı bir gündür. Mən yüksək mükafata layiq görüldüm və bu gün əziz dostum, hörmətli Abdullah Gül bu gözəl mükafatı mənə təqdim etdi. Bu, bir tərəfdən, mənim xidmətlərimin tanınması deməkdir, digər tərəfdən və bəlkə də, ən önəmlisi isə, Azərbaycanın son illər ərzində uğurlu inkişafından irəli gəlir. Həqiqətən, bizim ölkəmiz çox qısa müddət ərzində çox böyük inkişaf yolunu keçmişdir. Əgər nəzərə alsaq ki, yalnız 15 il bundan əvvəl Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və müstəqil ölkə kimi fəaliyyətə başladı, onda görərik ki, bu qısa müddət ərzində ölkəmiz çox böyük sınaqlardan şərəflə çıxdı. 1991-ci ildə Sovet İttifaqı dağılanda Azərbaycan başqa sovet respublikaları ilə müqayisədə, bəlkə də, ən ağır durumda, ən çətin vəziyyətdə idi. Çünki ölkədə hökm sürən böhran, demək olar ki, bütün sahələri iflic vəziyyətinə salmışdı. Azərbaycanda iqtisadiyyat böyük sürətlə tənəzzülə uğrayırdı, siyasi proseslər böyük gərginliklər yaratmışdı, vətəndaş qarşıdurması artıq reallığa çevrilmişdi, insanların həyat səviyyəsi günü-gündən pisləşirdi. Beləliklə, ölkənin müqəddəratı sual altında idi. Əgər Ermənistanın Azərbaycana təcavüzünü də əlavə etsək, görərik ki, vəziyyət çox acınacaqlı idi.

Azərbaycanın uğurlu inkişafı məhz 1993-cü ildən sonra başlanmışdır. 1993-cü ildə Azərbaycan xalqı öz liderinə üz tutdu, Heydər Əliyevi hakimiyyətə dəvət etdi və ondan sonra Azərbaycanda vəziyyət normallaşdı, sabitləşdi. Siyasi proseslər normal məcraya düşdü, iqtisadi tənəzzülün qarşısı alındı və tədricən inkişaf başlandı. Bu inkişaf bütün sahələri əhatə etməyə başladı, Azərbaycan dünya birliyində özünə layiq yerini tutdu. Azərbaycanda aparılan cəsarətli iqtisadi islahatlar qısa müddət ərzində ölkə iqtisadiyyatına böyük təkan verdi. 1996-cı ildən 2003-cü ilə qədər Azərbaycanın iqtisadiyyatı ildə təxminən 10 faiz artırdı. 2004-cü ildən sonra isə bu artım daha da yüksək olmuşdur.

Azərbaycanda siyasi proseslər normallaşdı, demokratikləşmə prosesləri daha da geniş vüsət aldı. Söz azadlığı, fikir azadlığı, azad cəmiyyətin yaranması, qanunun aliliyinin bərpa olunması - bütün bunlar hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Bu gün Azərbaycanın uğurlu inkişafı onu göstərir ki, seçdiyimiz yol düzgün yol olmuşdur.

Keçən iki il ərzində Azərbaycan iqtisadiyyatı daha da sürətlə inkişaf etdi. 2005-ci ildə iqtisadi artım 26 faiz, 2006-cı ilin 5 ayı ərzində təxminən 40 faiz olmuş, sənaye istehsalı 43 faiz artmışdır. Azərbaycanda son iki il yarım ərzində 400 mindən çox yeni iş yeri açılmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı 20 faiz azalmışdır. Əhalinin gəlirləri 25 faiz artmışdır. Bu iqtisadi göstəricilər özlüyündə sübut edir ki, Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi artıq reallıqdır. Nəzərə alsaq ki, bizim əsas iqtisadi nailiyyətlərimiz hələ irəlidədir, görərik ki, qısa müddət ərzində Azərbaycan iqtisadi cəhətdən çox inkişaf etmiş zəngin dövlətə çevriləcəkdir. Bu da bizim məqsədimiz, amalımızdır. Biz istəyirik ki, ölkəmiz daha da möhkəmlənsin, müasirləşsin, yeniləşsin, iqtisadi cəhətdən qüdrətlənsin və insanlarımız daha da yaxşı yaşasınlar.

Sabah biz tarixi mərasimi birlikdə keçirəcəyik. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi sabah Ceyhanda nəzərdə tutulubdur. Bu, böyük bir tarixi hadisədir. Dünyanın ən böyük enerji layihəsidir. Bu layihə təkcə bizə iqtisadi gəlirlər deyil, eyni zamanda, bölgəyə sülh, sabitlik gətirəcək, təhlükəsizlik tədbirləri daha da möhkəmlənəcək və bu layihədə iştirak edən bütün ölkələrdə yaşayan insanlar bu işdən çox böyük fayda götürəcəklər. Türkiyə, Gürcüstan, Azərbaycan artıq beynəlxalq müstəvidə bu böyük enerji layihəsini və siyasi layihəni həyata keçirməklə bütün dünyaya sübut etmişlər ki, əgər birlik olsa, qarşılıqlı inam olsa və münasibətlər düzgün qurularsa, istənilən məsələ öz həllini tapa bilər. Bəziləri Bakı-Tbilisi-Ceyhan layihəsini bir əfsanə kimi qəbul edirdilər. İnanmırdılar ki, bu, reallaşa bilər, gerçəkləşə bilər. Amma həm siyasi, həm iqtisadi baxımdan çox çətin, ağır şəraitdə olsa da, bu, reallaşdı, gerçəkləşdi. Əgər kəmərin keçdiyi əraziyə nəzər salsaq görərik ki, orada çox böyük texniki çətinliklər də mövcud idi. Dağlar, çaylar - bu, böyük bir səfərbərlik tələb edirdi və biz bunu etdik. Biz bu əfsanəni gerçəyə çevirdik. Nəyin hesabına? Ortaya güclü iradə, iqtisadi imkanlar qoyuldu, beynəlxalq maliyyə qurumları bu işə maraq göstərdilər və öz üzərinə maliyyə öhdəlikləri götürdülər. Bir də ki, üç ölkənin cəsarətli siyasəti. Sabah qeyd edəcəyimiz mərasim, əminəm ki, bu bölgənin uzunmüddətli inkişaf yollarını müəyyən edəcəkdir. Xalqlarımız bundan fayda götürəcək, bizim dövlətlərimizin bölgədə və dünyada önəmi artacaq, bir sözlə, Türkiyə və Azərbaycan daha da böyük imkanlara malik olacaqdır.

Bunun ardınca gələn “Şahdəniz” layihəsi də çox böyük strateji əhəmiyyət daşıyır. Bəlkə də, bir neçə il bundan əvvəl onun strateji əhəmiyyəti o qədər də dərk olunmurdu. Amma son müddət ərzində hamı üçün aydın oldu ki, bu layihə böyük əhəmiyyət daşıyır. Biz bu ilin sonuna qədər onu gerçəkləşdirəcəyik və Azərbaycan qazı Türkiyəyə və ondan sonra başqa ölkələrə nəql ediləcəkdir.

Bu, bir daha onu göstərir ki, bizim işlərimiz düzgün qurulur. Bizim bütün siyasətimiz, atdığımız bütün addımlar bir məqsədi güdür - ölkəmizi gücləndirmək, zənginləşdirmək, Azərbaycanın mövqelərini möhkəmləndirmək və bölgədə sülh, barış içində yaşamaq. Bu məsələdə Türkiyə-Azərbaycan birliyi ən böyük əhəmiyyət daşıyan bir amildir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Türkiyə dərhal onu müstəqil dövlət kimi tanıdı və ondan sonra Azərbaycandan öz yardımını əsirgəmədi, ona öz əlini uzatdı. Biz bu yardımı hiss edirik. Həmişə hiss etmişik, xüsusilə müstəqilliyimizin ilk illərində, Azərbaycan çox çətin vəziyyətdə olarkən. Bu gün də bu dəstək bizim üçün çox önəmlidir. İndi Türkiyə və Azərbaycan bir-birinə dəstək verərək bölgədə, dünyada öz mövqelərini möhkəmləndirir. Bizi birləşdirən enerji layihələri, müştərək tariximiz, milli köklərimiz, eyni baxışlarımız, birliyimizdir. Budur ölkələrimizin inkişafını, gələcəyini müəyyənləşdirən amillər.

Bu gün İstanbulun gözəl yerlərindən biri olan Sarıyer rayonunda ulu öndər Heydər Əliyevin abidəsinin açılışı olmuşdur. Bu, böyük hadisədir və mən orada çıxış edərkən bir daha Heydər Əliyevin o məşhur kəlamını xatırlatdım: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir!”. Bu, həm həqiqətdir, çünki doğrudan da belədir, eyni zamanda, bu, bizim siyasətimizdir. Bu siyasət yaşayır və yaşayacaqdır. Bizim xoşbəxtliyimiz, normal yaşamağımız bundan asılıdır. Biz bu gün bir-birimizə çox yaxınıq. Demək olar ki, Türkiyə-Azərbaycan münasibətləri indi ən yüksək zirvədədir. Biz gərək bunu qoruyaq, bunu yeni formalarla daha da zənginləşdirək, yeni işbirliyi layihələri üzərində işləyək ki, bu meyillər davam etsin.

Türkiyə-Azərbaycan birliyindən artıq bölgədə çox şeylər asılıdır. Əlbəttə ki, Avropada müəyyən işlər asılı olacaqdır və getdikcə bizim önəmimiz artacaqdır. Azərbaycan nefti artıq Türkiyə limanına çatdırılıbdır. İki ildən, üç ildən sonra Azərbaycan ildə 65 milyon ton neft hasil edəcəkdir. Bu, çox böyük rəqəmdir. Bu gün hörmətli nazir Abdullah Gül qeyd elədi ki, artıq Qazaxıstanla Azərbaycan arasında müqavilə imzalanıb və Qazaxıstan neftinin də bu yolla nəql edilməsi, təbii ki, kəmərin işinə daha da böyük dəstək verəcəkdir. Biz gələcəkdə əlavə neftin daşınması haqqında düşünürük və bu, gerçəklik ola bilər. Biz indi bu işlər üzərində çalışırıq. Bakı-Tbilisi-Qars dəmir yolunun yaranması işində biz Türkiyə ilə çox fəal çalışırıq və əminəm ki, bu layihəni də biz həyata keçirəcəyik. Əgər bu olarsa, onda Türkiyə Azərbaycanla dəmir yolu ilə birləşəcək, Türkiyə Orta Asiya ilə dəmir yolu ilə birləşəcək, Orta Asiya Avropa ilə birləşəcəkdir. Bu, dəmir yolu vasitəsilə həm Azərbaycanı Türkiyə ilə birləşdirəcək, eyni zamanda, Avropanı Asiya ilə birləşdirəcəkdir. Yəni bu layihənin çox böyük əhəmiyyəti var. Bütün bu işlərin mərkəzində Türkiyə və Azərbaycan dayanır. Bizim iştirakımız olmadan bölgədə heç bir layihə həyata keçirilə bilməz.

Biz bütün layihələrin fəal iştirakçıları, onların təşəbbüskarıyıq və belə olan halda, əlbəttə ki, dünyada bizim çəkimiz artacaqdır. Türkiyənin uğurları bizi çox sevindirir, bizi daha da ruhlandırır. Eyni zamanda, bilirəm ki, Azərbaycanın uğurlu inkişafı türk qardaşlarımıza da böyük sevinc gətirir. Bizim birliyimiz bizim gələcəyimizdir.

Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır və mən şübhə etmirəm ki, gələcəkdə bu meyillər ancaq və ancaq güclənəcəkdir. Amma bununla yanaşı, problemlər də az deyildir. İlk növbədə, bu, Azərbaycanın torpaqlarının işğal altında qalmasıdır. Bilirsiniz ki, uzun illərdir Azərbaycan xalqı bu işğaldan, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətindən əziyyət çəkir. Bir milyondan artıq qaçqın-köçkünümüz var, torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistanın qeyri-konstruktiv mövqeyi imkan vermir ki, bu məsələ sülh yolu ilə həll olunsun. Azərbaycan öz hərəkətləri ilə, öz siyasəti ilə artıq sübut edib ki, biz sülh prosesinə sadiqik. Baxmayaraq ki, 12 ildir atəşkəs rejimi elan olunub, danışıqlar aparılır, ancaq bunun heç bir nəticəsi yoxdur. Yəni bu 12 il ərzində Azərbaycan özünü kifayət qədər konstruktiv göstərib, öz sülh məramını ifadə edib və artıq bu, reallıqdır. Amma biz nə vaxta qədər gözləməliyik? Bizim səbrimiz əbədi deyil, tükənməz deyildir. Biz bütün imkanlardan istifadə etməliyik. Siyasi, diplomatik, iqtisadi, hərbi - bütün imkanlardan. Bu gün Azərbaycanın artan imkanları deməyə əsas verir ki, biz Qarabağ məsələsini də öz xeyrimizə həll edəcəyik, ədalətli həll edəcəyik və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır.

Əziz dostlar, əziz bacılar və qardaşlar, bu yüksək mükafatı mənə verdiyiniz üçün sizə bir daha təşəkkürümü bildirirəm, bir daha qardaş Türkiyədə olmağımdan öz məmnunluğumu bildirmək istəyirəm və bütün türk xalqına dərin hörmət və məhəbbətimi ifadə edirəm. Çox sağ olun!

(Azərbaycan Prezidentinin nitqi böyük diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı).

X X X

Sonra Prezident İlham Əliyev “Ekovitrin” jurnalının “Türkiyədə ilin iş adamı” və “Türkiyədə ilin iş qadını” adına layiq görülənlərə mükafatları təqdim etdi və onlarla xatirə şəkli çəkdirdi.

Azərbaycan Prezidentu İlham Əliyev iyulun 13-də Ceyhan terminalında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təntənəli açılış mərasmində iştirak edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” FOTO

Bakıda aşan ağac səbəbindən evdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-də 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçisi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər