Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Bu gün çox gözəl bir gündür. Biz Elmi Onkoloji Mərkəzin yeni korpusunun təməlini qoyduq. Əminəm ki, qısa müddət ərzində yeni, gözəl bina tikilib istifadəyə veriləcəkdir. Bu, özlüyündə onu göstərir ki, Azərbaycanda hər bir sahəyə böyük diqqət var, böyük qayğı var.

Siz yaxşı bilirsiniz ki, uzun illər ərzində Onkoloji Mərkəzin yeni korpusunun tikintisi haqqında danışıqlar gedirdi. Müxtəlif təşkilatlarla, beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparılırdı. Hesab edirdik ki, bunu hansısa kreditin hesabına tikmək mümkün olacaqdır. Amma əfsuslar olsun ki, danışıqlar nəticə vermədi. Çünki beynəlxalq maliyyə qurumları, adətən, səhiyyə obyektlərinin tikintisinə kredit ayırmırlar. Çünki təbii ki, bu, kommersiya obyekti, kommersiya müəssisəsi deyildir. Ancaq Azərbaycanın sürətli iqtisadi inkişafı, bizim artan imkanlarımız yeni bir vəziyyət yaratdı. Bu gün bizim imkanlarımız var ki, öz hesabımıza istənilən müəssisəni yaradaq.

Şübhəsiz ki, ilk növbədə, biz insanları daha da narahat edən, daim maraq doğuran sosial sahəyə böyük diqqət göstərməliyik. İndi Azərbaycanda sosial sahədə böyük işlər görülür. Yeni tibb ocaqları tikilir, rayonlarda, Azərbaycanın müxtəlif bölgələrində yeni, müasir müalicə-diaqnostika mərkəzləri tikilir ki, insanlar yüksək tibbi xidmət ala bilsinlər.

Bilirsiniz ki, artıq 10 rayonda biz yeni tibb ocaqlarının təməlini qoymuşuq və onlar bir il ərzində istifadəyə veriləcək, fəaliyyətə başlayacaqdır. Eyni zamanda, böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün bütün tibb mərkəzlərində dializ aparatları da quraşdırılır. Bilirsiniz ki, müxtəlif yerlərdə yaşayan insanlar bu sahədə müalicə almaq üçün Bakıya gəlməyə məcburdurlar. 100-200-300 kilometr yol gedirlər, böyük əziyyət çəkirlər. İndi isə hər bir bölgədə müasir tibb infrastrukturu yaranır.

Əlbəttə ki, onkoloji xəstələrə böyük diqqət və qayğı göstərilməlidir. Onlar ən yüksək tibbi xidmətlə təmin olunmalıdırlar. Bu gün təməl daşını qoyduğumuz böyük korpus da bu funksiyanı yerinə yetirəcəkdir. Burada ən gözəl standartlar, ən qabaqcıl texnologiyalar, avadanlıq, bütün tibb ləvazimatları tətbiq olunmalıdır. Biz bu məsələyə böyük diqqət göstəririk və lazım olan qədər də vəsait ayrılacaq ki, cərrahiyyə korpusu ən yüksək səviyyədə tikilsin.

Azərbaycanın sürətli inkişafı indi bizə yeni imkanlar yaradır. Biz daha çox məhz sosial məsələlərin həllinə - yeni məktəblərin, tibb ocaqlarının, xəstəxanaların tikilməsinə çalışırıq. Bakıətrafı qəsəbələrin inkişafına dair qəbul edilmiş proqramda da 20-dən çox tibb müəssisəsinin tikintisi nəzərdə tutulubdur. Artıq onların bir neçəsinin təməl daşı qoyulubdur. Azərbaycanın bütün bölgələrində, bütün yerlərdə ən yüksək tibb infrastrukturu yaranmalıdır.

Biz xüsusilə səhiyyə sahəsinə böyük diqqət göstərməliyik. Eyni zamanda, bu sahədə çalışanların əmək haqları qaldırılmalıdır. Bu yaxınlarda müvafiq qərarlar qəbul edildi, maaşlar qaldırıldı. Ancaq bu nə sizi, nə də bizi qane edir. Biz istəyirik ki, bu sahədə çalışanlar ən yüksək maaş alsınlar, onların gözəl təminatı olsun, xəstəxanalarda dərmanlar, bütün tibbi ləvazimat olsun. Mən şübhə etmirəm ki, bu sahədə aparılan islahatlar yaxın zamanlarda öz gözəl nəticələrini verəcəkdir.

Mənim istəyim bundan ibarətdir ki, səhiyyə xərclərinə ayrılan vəsait ildən-ilə artsın. Keçən il təxminən 50 faiz artmışdır. Bu ilin büdcəsində səhiyyə xərclərində artım təxminən 40 faiz təşkil edir.

Düzdür, bu, bizi tam qane etmir. Çünki bu, ən ağır sahələrdən biridir və uzun illər ərzində nə investisiya qoyulurdu, nə də proqramlar həyata keçirilirdi. Yəni əfsuslar olsun ki, bu sahə Azərbaycanda uzun illər çox acınacaqlı vəziyyətdə idi. Biz indi yeni proqramlara başlayırıq. Bu sahədə ciddi islahatlar aparılmalıdır, o cümlədən səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmlənməsinə aid olan bütün məsələlər həllini tapmalıdır.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, harada səhiyyəyə böyük sərmayələr qoyulur, elmi tədqiqatlara böyük vəsait ayrılır, o ölkələrdə tibb sahəsi daha da inkişaf edir. Biz də bu gözəl təcrübədən istifadə etməliyik. Yenə də deyirəm, indi bizim iqtisadi-maliyyə imkanlarımız artır, büdcəmiz ildən-ilə artır. Son 2-3 il ərzində büdcəmiz dəfələrlə artıbdır. Səhiyyə sahəsinə aid olan xərclər də artacaqdır. Tibb işçilərinin əmək haqları da artırılacaqdır. Eyni zamanda, gözəl infrastruktur da yaranmalıdır.

Mən bu məsələ ilə bağlı müvafiq göstərişlər vermişəm. Bu gün bu gözəl cərrahiyyə korpusunun təməlinin qoyulması bunun gözəl nümunəsidir. Bundan sonra Azərbaycanda başqa tibbi mərkəzlər tikilməlidir. Yenə də qeyd etmək istəyirəm, insanlarımız ən yüksək tibbi xidmətə layiqdirlər və onu almalıdırlar.

Sizin peşəniz çox çətin peşədir. Həkim peşəsi həm çox çətin, həm də şərəfli peşədir. Siz insanlara şəfa verirsiniz, insanların vəziyyətini yaxşılaşdırırsınız, onların ağrı-acılarını çəkirsiniz, vəziyyətini yüngülləşdirirsiniz. Xüsusilə onkologiya sahəsindəki işinizi mən çox yüksək qiymətləndirirəm. İstəyirəm ki, siz gözəl, yaxşı şəraitdə işləyəsiniz və bu gözəl bina da həmin məqsədlə tikilməyə başlayır. Mənə verilən məlumata görə, iki il vaxt nəzərdə tutulubdur. Əminəm ki, bu müddət ərzində gözəl, müasir, dünya standartlarına tam cavab verən bina tikilib istifadəyə veriləcəkdir.

Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı.

X X X

Prezident İlham Əliyev sonra tibb işçiləri ilə görüşüb söhbət etdi, onlarla xatirə şəkli çəkdirdi.

Mərkəzin əməkdaşları respublikamızın rəhbərinə dərin təşəkkürlərini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir - TƏHLİL

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

Azərbaycan beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir ŞƏRH

Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

® Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO

Politoloq: “Avropa Siyasi Birliyi”nin Sammitindəki görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir