Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ



- Əziz dostlar!

- Mən, ilk növbədə, zirvə görüşünün gözəl təşkilinə görə Ukrayna tərəfinə və bizə göstərilən qonaqpərvərliyə görə Prezident Viktor Andreyeviç Yuşşenkoya təşəkkürümü bildirmək istərdim. Dünən biz yaxşı bir gecə keçirdik və bu gün fəal iş əhval-ruhiyyəsindəyik.

- Təşkilatımız özünün mövcudluğu illərində bir neçə mərhələ keçmişdir. İndiki mərhələ GUAM-ın bütün atributları, fəaliyyət mexanizmi olan səmərəli beynəlxalq təşkilata çevrilməsi mərhələsidir. Bununla da təşkilatımız keyfiyyətcə tamamilə yeni bir mərhələyə çıxır. GUAM yaradılanda ölkələrimiz müstəqil dövlətlər kimi təşəkkülünün ilk dövrünü yaşayırdılar. Əlbəttə, o illərdə mövcud olmuş problemlər ümumi xarakter daşıyırdı. Ötən 10 il dövlətlərimizin müstəqilliyinin möhkəmlənməsi, demokratik təsisatların möhkəmlənməsi, iqtisadi potensialın artması sahəsində beynəlxalq birliyin üzvləri kimi ölkələrimizin gələcək inkişafı üçün çox mühüm illər olmuşdur. Biz özümüzə və bütün dünyaya sübut etdik ki, fəal şəkildə mövcud olmağa, əməkdaşlıq etməyə, çox iri iqtisadi layihələri, energetika layihələrini həyata keçirməyə qadirik, habelə Avropaya inteqrasiya siyasəti məsələsində möhkəm əzm nümayiş etdirdik. İndi bizi birləşdirən elementlərdən biri də məhz Avropaya inteqrasiyadır. Ümidvaram ki, dünya işlərində özünü hökmən çox yüksək səviyyədə göstərəcək yeni təşkilat yaradıldıqdan sonra Avropaya inteqrasiya prosesləri daha fəal gedəcəkdir. Ona görə də bu proseslərin daha rəvan və ağrısız keçməsi üçün səylərimizi əlaqələndirmək, mövqelərimizi müəyyən dərəcədə razılaşdırmaq lazımdır.

- Ölkələrimizin yerləşdiyi region son vaxtlar dünya işlərində getdikcə daha mühüm rol oynayır. Regionda, Avropada yaranan şərait nəzərə alınmaqla, ölkələrimizin mövqelərində geosiyasi proseslərin əhəmiyyəti mütləq artacaqdır. Əlbəttə ki, bu, qarşımızda yeni perspektivlər açır. Bizə indiyədək tamamilə məlum olmayan bu perspektivlər üst-üstə düşən mənafelərimizə nail olmağı maksimum təmin etmək üçün çox fəal işləməyi, bütün məsələləri çox müfəssəl araşdırmağı tələb edir.

Biz hamımız beynəlxalq birliyin daha fəal üzvləri olmaq istəyirik. Dünya iqtisadiyyatı proseslərinə, siyasi proseslərə real surətdə inteqrasiya olunmaq istəyirik. Bu baxımdan GUAM-ın Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata çevrilməsi məntiqi proses olub, regional proseslərin inkişafının bugünkü məntiqi ilə müəyyən edilir. Əsas prioritetlər təşkilatımızın adının özündə ifadə olunmuşdir. Bunlar demokratik təsisatları möhkəmlətmək və eyni zamanda, iqtisadi potensialı möhkəmlətməkdən ibarətdir. Müvəffəqiyyətin əsası yalnız bu iki çox mühüm istiqamətin vəhdətində qoyula bilər. Çünki, bir tərəfdən, iqtisadi cəhətdən geridə qalmış ölkədə, yaxud böyük iqtisadi problemləri olan ölkədə sözün əsil mənasında demokratik dövlət qurmaq çox çətindir. Eləcə də, hətta ciddi iqtisadi inkişaf şəraitində də fəal demokratik təsisatlar yaradılmadan planlarımızın tam şəkildə həyata keçirilməsinə nail olmaq mümkün deyildir. Biz bu prosesləri yalnız paralel surətdə inkişaf etdirməklə müvəffəqiyyətə nail ola bilərik. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi həmin tezisi müəyyən dərəcədə təsdiqləyir.

Ölkəmizdə cəmiyyətin demokratikləşdirilməsi, hüquqi dövlət yaradılması prosesləri, qanunun aliliyi ideyası coşqun iqtisadi inkişafla, Azərbaycanın dinamik iqtisadi tərəqqisini təmin edən iqtisadi islahatlarla müşayiət olunur. Təkcə bunu demək kifayətdir ki, ötən il Azərbaycanda ümumi daxili məhsulun artımı 26 faiz, bu ilin birinci rübündə isə 39 faiz, sənayenin artımı təxminən 50 faiz təşkil etmişdir. Əminəm ki, siyasi dialoq, iqtisadi əməkdaşlıq məsələlərində də ölkələrimiz arasında inteqrasiyanın olması, növbəti zirvə görüşündən sonra unutduğumuz sadəcə, yaxşı şüarlar, gözəl sözlər yox, həqiqətən həyata keçirilmə mexanizmi olan real iqtisadi layihələr üzərində diqqətin cəmləşdirilməsi təşkilatımıza daha çox hörmət olunmasına kömək edəcək və o, doğrudan da fəal beynəlxalq quruma çevriləcəkdir.

Enerji təhlükəsizliyi məsələləri son vaxtlar ön sıraya keçir. Prinsipcə, onlar sanki həmişə gündəlikdə olmuşdur, regionumuzda siyasi proseslərin inkişafı da enerji təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə qırılmaz surətdə bağlıdır. Sadəcə olaraq, regional proseslərin inkişafının indiki dövründə - ziddiyyətlərin də, köhnə incikliklərin də getdikcə daha aşkar təzahür etdiyi dövrdə enerji təhlükəsizliyi problemləri artıq müstəqilliyi möhkəmlətmək xarakteri və müstəqil siyasət aparmaq iqtidarı kəsb edir. Çünki müstəqillik təkcə dövlət atributlarının olması deyil, həm də, ilk növbədə, ölkələrimizin xalqlarının mənafelərini təmin etməyə yönəldilmiş siyasəti real surətdə aparmaq imkanı deməkdir.

Bu mənada Azərbaycan regionun enerji təhlükəsizliyinə dair səmərəli infrastruktur layihələrinin həyata keçirilməsində, dünyada ən iri layihələr sayılan nəqliyyat və kommunikasiya layihələrinin yaradılması sahəsində son 10 ildə kifayət qədər böyük yol qət etmişdir. Yaxın vaxtlarda işə salınacaq Bakı-Tbilisi-Ceyhan neft kəmərini, habelə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini xatırlatmaq kifayətdir. Regional əməkdaşlıq layihələri kimi planlaşdırılmasına, dünya miqyaslı ən iri layihələr olmalarına baxmayaraq, hazırda onlar daha geniş əhəmiyyət kəsb edirlər. İndi onlar qlobal Avropa layihələrinə çevrilir və təkcə ölkələrimizin enerji amilinə deyil, habelə regionumuzda baş verən siyasi proseslərə də xeyli dərəcədə təsir göstərəcəkdir.

İndi belə bir təsəvvür yaranır ki, müstəqilliyimizin möhkəmləndirilməsinin, xəttimizin, region ölkələri ilə, qonşularımızla münasibətlərimizin müəyyənləşdirilməsinin yeni mərhələsini yaşayırıq. Bu baxımdan enerji amilinin üstün yer tutmayacağına və ola bilsin, istəmədiyimiz qərarların qəbuluna hansısa dərəcədə təsir göstərməyəcəyinə tam əmin olmaq, sadəcə, həyati vacib məsələdir. Ona görə də bu baxımdan Azərbaycan hazırda özünün enerji siyasətini yenidən nəzərdən keçirir və bu siyasət artıq regional kontekstdən çıxaraq, qlobal siyasət kontekstinə keçir. Biz bu istiqamətdə GUAM-ın üzvü olan bütün ölkələrlə fəal əməkdaşlıq edirik və həmin əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindəyik.

İndi artıq mövcud olan və yaradılmaqda olan nəqliyyat infrastrukturu bizə iqtisadi mənafeyimizi daha yaxşı təmin etmək, habelə Avropa İttifaqı ilə münasibətlərdə mövqeyimizi möhkəmləndirmək və yəqin ki, Avropaya inteqrasiya proseslərini müəyyən dərəcədə tezləşdirmək imkanı verəcəkdir. Çünki Asiyadan Avropaya və geriyə təbii dəhliz məhz bizim ölkələrimizdən keçir və buna görə də onlardan yan ötmək mümkün deyildir. Hazırda yaratdığımız güclü nəqliyyat infrastrukturu sayəsində regionda bir çox iqtisadi və siyasi proseslər daha da sürətlə gedəcəkdir.

Mən artıq iki layihəni - neft və qaz kəmərləri layihələrini qeyd etdim, indi Avropa və Asiyanı dəmir yolu xətti ilə birləşdirəcək Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu tikintisi də fəal müzakirə mövzusudur. Bu layihə çox geniş müzakirə olunur və Azərbaycan indinin özündə üzərinə iqtisadi öhdəliklər götürməyə və gələcək konsorsiumdakı payını maliyyələşdirməyə hazır olduğunu bildirmişdir və bildirir.

Bizim regionumuzda da terrorizm təhlükəsi, sabitliyin pozulması təhlükəsi var. Ölkələrimiz kifayət qədər həssas regionda yerləşir. Qafqaz, Orta Asiya, Yaxın Şərq – onların hamısı bu gün artıq bizə yaxınlaşmaqda olan Avropa sərhədlərinə də yaxındır. Ona görə də yeni təhdidlərə, xüsusən terrorizm təhlükəsinə qarşı mübarizə çox böyük əhəmiyyət kəsb edir. Terrorizmə ancaq birgə səylərlə qalib gəlmək olar, onu təklikdə dəf etmək olmaz. Yalnız sənin üçün təhlükə törədənləri terrorçu təşkilatlar kimi tanımaqla və qonşunu hədələyənlərə göz yummaqla bu bəla ilə mübarizə aparmaq mümkün deyildir. Bunun səmərəsi olmayacaqdır. Ona görə də terrorçu təşkilatlara vahid yanaşma olmalıdır və dünya birliyi bu bəlanı pisləməlidir və onunla fəal mübarizə aparılmalıdır.

Paralel mövcud olan terrorizm və təcavüzkar separatizm özlüyündə bir bəlanın iki üzüdür. Ölkələrimiz bunlardan zərər çəkmişlər. GUAM-ın üzvü olan 4 ölkədən üçünün ərazi bütövlüyü pozulmuşdur, bu ölkələrdə təcavüzkar separatizm etnik təmizləməyə gətirib çıxarmışdır, bunun nəticəsində Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur. Beynəlxalq hüququn əsas normaları və prinsipləri pozulmuşdur, onları pozan tərəflər, təəssüf ki, nə beynəlxalq qınağa, nə ictimai qınağa, nə də sanksiyalara məruz qalırlar. Halbuki, görürük ki, dünyanın digər regionlarında buna oxşar proseslər gedir, sanksiyalar tətbiq edilir, dünya birliyi birləşir və təsirli tədbirlər görür. Bizim ölkələrimizdə isə öz torpağında yaşamış insanlar öz yurdlarından qovulmuş, etnik təmizləməyə məruz qalmışlar. Təəssüf ki, biz ərazi bütövlüyümüzün bərpasına nail ola bilmirik.

Bu məsələdə vahid meyarlar, vahid yanaşmalar gərəkdir. Terrorçular kimi, separatçıları da yaxşıya və pisə bölmək olmaz. Separatizm bəladır. Bu bəlanın qarşısı alınmasa, yaxud guya separatizmlə mübarizənin uğurlu təcrübəsi presedentləri yaradılsa, bu, Avropada, dünyada fəlakətli nəticələrə gətirib çıxaracaqdır. Milli azlıqlar Avropanın bütün sivilizasiyalı ölkələrində mövcuddur, onların öz hüquqları, öz muxtariyyətləri var və bizdə də hər şey dövlətlərimizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Çox fərəhli haldır ki, zirvə görüşünün sənədlərində - həm Kiyev Bəyannaməsində, həm də münaqişələrin tənzimlənməsinə dair Bəyannamədə bu məqamlar əksini tapmışdır.

Çıxışımı tamamlayaraq, əmin olduğumu bir daha bildirmək istəyirəm ki, bu gün formalaşan, yeni formalar və yeni məzmun kəsb edən təşkilatımız beynəlxalq aləmdə özünü çox yüksək səviyyədə göstərəcək və regionumuzun mühüm siyasi və iqtisadi problemlərinin həllində təsirli beynəlxalq təşkilat olacaqdır.

Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək