Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar, xanımlar və cənablar!

Sizi yenidən salamlayır və ABŞ-a səfərim ilə bağlı dərin məmnunluğumu bir daha ifadə edirəm.

Səfər artıq başa çatmaq üzrədir. Sabah ABŞ-ın Prezidenti, vitse-prezidenti və müdafiə naziri ilə görüşlərim olacaqdır. Lakin artıq indidən deyə bilərəm ki, səfər çox uğurlu keçmişdir. Bu səfər qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmaq, ikitərəfli münasibətlərə yenidən nəzər salmaq, münasibətlərimizin gələcək perspektivləri barədə danışmaq üçün gözəl imkanlar yaratdı. Əminəm ki, indi strateji əhəmiyyətə malik olan ABŞ-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək və həyatımızın, əməkdaşlığımızın bütün sahələrini əhatə edəcəkdir.

Bu səhər Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi konfransın açılışında olarkən mən keçmiş və gələcək barədə düşünürdüm. Keçən dövr ərzində böyük nailiyyətlər əldə edilmişdir. Ticarət palatasının on illik fəaliyyəti dövründə ABŞ və Azərbaycan iki müttəfiqə, dosta, regional və dünya əhəmiyyətli çox mühüm layihələrin həyata keçirilməsi üçün birgə çalışan ölkələrə çevrilmişlər.

Ümid edirəm ki, əməkdaşlığımız gələcəkdə də bu səviyyədə davam etdiriləcəkdir. Çünki əldə olunan nailiyyətlər yalnız başlanğıcdır. Bizim nəhəng enerji inkişafının, sadəcə, ilk mərhələsi gedir. Ölkələrimiz regional və qlobal təhlükəsizlik məsələləri, terrorizmlə mübarizə, Azərbaycanda iqtisadi və siyasi islahatların həyata keçirilməsi, regionumuzu daha təhlükəsiz və sabit etmək sahəsində əməkdaşlıq edir.

Xəzər hövzəsində enerji təhlükəsizliyi və enerji inkişafı məsələlərində ABŞ hökumətinin oynadığı rol həlledici olmuşdur. Ümid edirəm ki, bu rol gələcəkdə də davam etdiriləcəkdir. Belə ki, bu, bütün planlarımızın və ideyalarımızın həyata keçirilməsi üçün zəruridir. Bu planlar, ideyalar ilk baxışdan real görünməyə bilərdi. On il bundan qabaq bir çox insanlar Bakı-Tbilisi-Ceyhan boru kəmərinin reallığa çevriləcəyinə, Azərbaycanın “Şahdəniz” yatağından hasil ediləcək qazın Avropa istehlakçıları üçün əhəmiyyət kəsb edəcəyinə inanmırdılar. Bunları əvvəlcədən görmək çox çətin idi. Lakin bizim qarşımızda duran məqsədlərimiz var idi və bu məqsədlərə doğru birgə hərəkət edirdik. Əminəm ki, Azərbaycan və ABŞ-ın, tərəfdaşlarımız və müttəfiqlərimizin birgə səyləri regionda tamamilə fərqli bir vəziyyətin yaranmasına gətirib çıxaracaq, regionun ümumi inkişafına təsir göstərəcək, geniş siyasi islahatların həyata keçirilməsinə kömək edəcəkdir. ABŞ hökuməti bu məsələlərə böyük diqqət yetirir.

Eyni zamanda, Azərbaycanda da bu məsələlərə önəm verilir. Biz bunların həyata keçirilməsi üçün birlikdə çalışmalıyıq. Siyasi və iqtisadi islahatlar, enerji inkişafı sahəsində layihələr, regionu daha təhlükəsiz və sabit etmək istiqamətindəki birgə səylərimiz ikitərəfli əlaqələrimizin, regional sabitliyin və inkişafın elementləridir. Bütün bu məsələlərdə Azərbaycanın rolu getdikcə artır. Xəzər dənizinə xarici sərmayələrin cəlb edilməsi sahəsində öncül bir ölkə kimi Azərbaycanın fəaliyyəti regionda tamamilə yeni bir vəziyyətin yaranmasına gətirib çıxarmışdır.

Təsəvvür edin ki, 1994-cü ildə “Əsrin müqaviləsi” bağlanmasaydı və sonrakı dövrdə enerji layihələrinin inkişafında uğur əldə edilməsəydi, nə baş verə bilərdi?! Regiondakı bütün vəziyyət tamamilə fərqli olardı. Bu gün biz birgə səylərin nəticələrindən faydalanırıq. Biz xalqlarımız üçün daha yaxşı həyat şəraiti, bütün regionda sabitlik və firavanlıq yaratmaq naminə səylərimizi davam etdirmək əzmindəyik.

Cənubi Qafqaz regionu illər, əsrlər boyu müharibələrdən, hərbi əməliyyatlardan, münaqişələrdən əziyyət çəkmişdir. Bizim böyük mədəniyyətimiz, tariximiz, ənənələrimiz var, lakin əsrlər boyu müstəqilliyimizdən məhrum edilmişdik. Müstəqillik bizim üçün böyük məna kəsb edir. Bu, Azərbaycan xalqı üçün ən böyük dəyərdir. Bu müstəqilliyi necə dönməz və güclü etmək, ölkənin mövqeyini necə gücləndirmək olar? Bu məsələlərlə gündəlik məşğul olmalıyıq.

Tarixdən alınan dərslər bizim üçün önəmlidir. Ona görə də biz güclü dövlət qurmaq, insanların həyat səviyyəsini daha da yaxşılaşdırmaq, qanunun aliliyinə, bütün siyasi azadlıqlara və geniş demokratiyaya malik tam sərbəst cəmiyyətə nail olmaq üçün çox çalışmalı, dostlarımız və müttəfiqlərimiz ilə daim təmasda olmalıyıq. Bu baxımdan Ticarət palatasının rolu çox önəmli olmuşdur. Onun fəaliyyəti bizə ABŞ-la əlaqələri yaxşılaşdırmaq, sözlərimizi çatdırmaq, ölkənin problemləri, istəklərimiz barədə məlumat vermək, birgə əməkdaşlıq imkanlarından istifadə etmək fürsəti vermişdir.

Mən Ticarət palatası tərəfindən təşkil edilmiş bir çox konfranslarda iştirak etmişəm. Hər dəfə qarşımızda fərqli məsələlər dururdu. Lakin ümumi meyil heç zaman dəyişməmişdir: məqsəd ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, əməkdaşlıq üçün yeni əsasların yaradılması olmuşdur. İndi münasibətlərimizin necə inkişaf etdiyini görürük. On il bundan əvvəl gündəlikdə bir məsələ dururdusa, indi əməkdaşlığımız geniş aspektdə həyata keçirilərək energetika, təhlükəsizlik, siyasi və demokratik islahatlar, iqtisadiyyat, regional təhlükəsizlik sahələrini əhatə edir. Bütün bu məsələlərə dair bu gün ABŞ və Azərbaycan arasında açıq, səmimi və dostcasına müzakirələr aparılır və bizim fikirlərimiz üst-üstə düşür.

Ona görə də fürsətdən istifadə edərək, Ticarət palatasının rəhbərliyini, palatanın işində fəal iştirak etmiş bütün insanları, onun tədbirlərini dəstəkləmiş və indi də dəstəkləyən bütün şirkətləri təbrik etmək istəyirəm. Bu, böyük nailiyyətdir. Bunu ona görə demirəm ki, palatanın yubileyidir və yaxşı sözlər söyləmək lazımdır. Bu, bir reallıqdır. Mən palatanın ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə böyük töhfəsinin daim şahidi olmuşam.

ABŞ-la ikitərəfli münasibətlər Azərbaycan üçün prioritet xarakter daşıyır. Ölkəmizin mövqeyi çox açıq və səmimidir. Bu mövqeyə hər hansı bir təsir göstərmək və ya onu dəyişdirmək mümkün deyildir.

Biz siyasətimizi milli maraqlarımıza uyğun, əsil müstəqil dövlət kimi həyata keçiririk. Özünü müstəqil hesab etmək üçün, sadəcə, milli himnə və bayrağa malik olmaq kifayət deyildir. Elə ölkələr var ki, müstəqilliyin bu atributlarına malik olsalar da, müstəqil siyasət həyata keçirə bilmir. Biz sözün həqiqi mənasında müstəqil olduğumuz üçün çox xoşbəxtik və bundan qürur duyuruq. Bu istiqamətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əməyi böyük olmuşdur. Onun səylərinin nəticəsidir ki, indi Azərbaycan öz milli maraqlarına uyğun siyasət həyata keçirə bilir. Bu siyasətin məqsədi ABŞ və Qərbdəki digər müttəfiqlərimiz ilə əlaqələri gücləndirməkdən ibarətdir. Biz əməkdaşlıq üçün açığıq, ölkəmizdə ən böyük sərmayədarlar olan ABŞ şirkətləri ilə yaxşı iqtisadi əməkdaşlıq göstəricilərimiz mövcuddur.

Hazırda Azərbaycanda daha yaxşı sərmayə mühiti yaratmaq istəyirik və əminik ki, bu gün keçirilmiş konfrans bu istiqamətdə mühüm rol oynayacaqdır. Konfransda iqtisadi və siyasi əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilmişdir və nəticələr çox müsbətdir. Hesab edirəm ki, bir neçə aydan sonra konfransın real nəticələrini görəcəyik.

Son on ildə Ticarət palatası ilə müxtəlif qismlərdə, hazırda isə suveren dövlətin Prezidenti kimi birgə fəaliyyət göstərməkdən şərəf duyuram. Nailiyyətlərin əldə olunması üçün birgə çalışdığımız dostlarımızı burada görməkdən çox məmnunam. Bir zamanlar xülya, əfsanə kimi görünən əməkdaşlıq səviyyəsi və layihələrimiz bu gün reallıqdır. Bu, o deməkdir ki, hər şeyə nail olmaq mümkündür. Xüsusilə çox mürəkkəb yerlərdə də həyata keçirilməsi qeyri-real, qeyri-mümkün hesab olunan layihələr gerçəkləşdirilə bilər. Bunun üçün sadəcə iradə, qətiyyət, cəsarət və əməkdaşlıq olmalıdır. Bütün bu cəhətlər bizdə var və münasibətlərimizi gələcəkdə də inkişaf etdirmək əzmindəyik.

Ümid edirəm ki, ABŞ ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq yalnız xalqımıza deyil, bütün regiona fayda gətirəcəkdir. Region daha təhlükəsiz, daha sabit olacaq, nəhayət, ölkəmizdə və bütövlükdə regionda sülh bərqərar ediləcəkdir. Bu yubiley münasibətilə sizi bir daha təbrik edir, sizə xoşbəxtlik və uğurlar arzulayıram.

Çox sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı).

X X X

Amerika-Azərbaycan Ticarət Palatasının həmsədri Ceremi Beyker dəyərli və uzaqgörən fikirlərə görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi. O, “Görkəmli rəhbərlik” adlı xüsusi mükafatı Prezident İlham Əliyevə təqdim edərək bildirdi ki, bu mükafat yalnız bir dəfə, palatanın fəaliyyətinin ilk ilində Prezident Heydər Əliyevə təqdim edilmişdir. İndi isə palata onun işinə verdiyi dəstəyə və Azərbaycana etdiyi gözəl rəhbərliyə görə Prezident İlham Əliyevi bu mükafata layiq görmüşdür.

Prezident İlham Əliyev mükafata görə təşəkkür edərək dedi ki, bu, mənim üçün çox dəyərli mükafatdır. Söz verirəm ki, gələcək fəaliyyətimdə də palatanı dəstəkləmək üçün əlimdən gələni edəcəyəm, Vaşinqtonda, ABŞ-ın digər şəhərlərində, bəlkə də Bakıda daha çox konfranslar keçiriləcək, sizinlə daha tez-tez görüşəcəyəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib