Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Bugünkü müşavirə Azərbaycanda, o cümlədən Bakıda hava şəraitinin kəskin şəkildə pisləşməsi ilə bağlıdır. Bildiyiniz kimi, son günlər ərzində bizim regionda və bütövlükdə Avropada havanın qeyri-sabit keçməsi nəticəsində müəyyən çətinliklər meydana çıxıbdır. Avropa ölkələrində problemlər yaranıbdır. Elektrik enerjisi ilə, qazla təminat aşağı düşübdür. Televiziya kanallarından görürük ki, Rusiyanın özündə də müxtəlif bölgələrdə artıq çox ciddi proseslər gedir, əhaliyə və müəssisələrə elektrik enerjisi və qaz kifayət qədər verilmir, məhdudiyyətlər qoyulur.

Yəni bu problem artıq ümumi xarakter daşıyır və əlbəttə ki, Azərbaycanda da biz gərək bu problemin aradan qaldırılması üçün lazımi tədbirlər görək. Ölkəmizdə son illər ərzində görülən işlər nəticəsində yay, yaz və payız mövsümlərində nə Bakıda, nə respublikanın başqa rayonlarında elektrik enerjisi ilə bağlı demək olar ki, heç bir problem yoxdur. Qış aylarında isə müəyyən problemlər yaranır və bu təbii xarakter daşıyır. Biz dəfərlərlə bu barədə danışmışıq. İlk növbədə, Azərbaycanda yeni elektrik güclərinin kifayət qədər işə salınmaması nəticəsində qış aylarında müəyyən problemlər yaranır. Bu ildən başlayaraq, ölkəmizin bütün bölgələrində modul tipli elektrik stansiyalarının quraşdırılması nəticəsində əminəm ki, Azərbaycanda elektrik enerjisi ilə təchizatda qış aylarında da problemlər olmayacaq və olmamalıdır. Birinci modul tipli elektrik stansiyasının tikintisi artıq başa çatır və yaxın günlərdə Astara rayonunda onun açılışı qeyd olunacaqdır. Ancaq bu, hələlik problemin tam aradan qaldırılmasına imkan yaratmır. Onunla yanaşı, digər tədbirlər də görülür. Bakıda “Şimal” elektrik stansiyasının ikinci hissəsi tikiləcək, Sumqayıt elektrik stansiyasının tikilməsi artıq başlanmışdır və 500 meqavat gücündə olan bu stansiya yəqin ki, iki ilə istismara veriləcəkdir.

Eyni zamanda, Azərbaycanda qazla təminat müəyyən səviyyədə yaxşılaşıbdır. Amma bizim tələbatımızı tam şəkildə ödəmir. Baxmayaraq ki, ildən-ilə verilən qazın həcmi artır, hələlik biz əhalinin tələbatını tam şəkildə ödəyə bilmirik. Baxmayaraq ki, Azərbaycana ildə təxminən 5 milyard kubmetr qaz idxal olunur, özü də indi baha qiymətlə alınır. Bu məqsədlərə bu il, təxminən yarım milyard dollar vəsait dövlət tərəfindən ödəniləcəkdir. Hamımız da bilirik ki, qazın pulunu əhali faktik olaraq vermir. Cəmi təxminən 20-25 faiz yığılır, baxmayaraq ki, əhaliyə qaz çox aşağı qiymətlə verilir. Bütün bu maliyyə yükü Azərbaycan büdcəsinin üzərinə düşür. Nəzərə alsaq ki, elektrik enerjisinin qiyməti də Azərbaycanda çox aşağıdır və elektrik stansiyalarında ildə təxminən 2 milyon ton mazut yandırılır, onda əhaliyə bizim, dövlətin dotasiyası ildə minimum, minimum 1 milyard dollar təşkil edir. Heç bir ölkədə, xüsusilə bazar iqtisadiyyatı prinsipləri əsasında yaşayan ölkədə belə bir mənzərə müşahidə olunmur. Bu bir də onu göstərir ki, Azərbaycan dövləti və hökuməti öz sosial siyasətinə sadiqdir.

Biz sosial yönümlü siyasət aparırıq, əhalini ucuz enerji daşıyıcıları ilə təmin edirik. Havanın kəskin şəkildə pisləşməsi, əlbəttə ki, enerji sektoruna mənfi təsir göstərir. Ona görə mən hesab etdim ki, biz bu gün təcili şəkildə yığışaq, məsələni müzakirə edək. Həm Bakı şəhərində olan vəziyyəti araşdıraq, həm də rayonlarda olan vəziyyəti araşdıraq, elektrik enerjisi, qaz və istiliklə təminat məsələlərinə baxaq.

Bildiyiniz kimi, bu yaxınlarda baş vermiş partlayış nəticəsində Gürcüstana da qaz verilməsi dayandırıldı. Faktiki olaraq, Gürcüstan qazsız qaldı və bizə müraciət olundu. Biz qardaş Gürcüstan xalqına öz köməyimizi göstərmişik, mənim Prezident Saakaşvili ilə telefon danışıqlarım olubdur nə lazımdırsa, onu edirik. Baxmayaraq ki, Azərbaycanda da müəyyən çətinliklər var, eyni zamanda, çətin anlarda biz gərək bir-birimizə kömək edək. Gürcüstan bizim tərəfdaşımızdır, bizim üçün dost, qardaş ölkədir və mən göstəriş verdim ki, orada bu böhranın nəticələrini azaltmaq üçün müəyyən tədbirlər görülsün. Artıq Azərbaycandan həm təbii qazın verilməsi, eyni zamanda, elektrik enerjisinin verilməsi təmin olunubdur.

Ancaq şübhəsiz ki, biz öz problemlərimizi də həll etməliyik və bunu etmək üçün gərək bu gün vəziyyət araşdırılsın, təhlil edilsin. Əgər lazımsa, əlavə tədbirlər görülməlidir ki, biz bu vəziyyətdən çıxaq. Mən deyə bilmərəm ki, vəziyyət çox ağırdır və yaxud da çətindir. Ancaq lap xırda problem olsa da, biz gərək onun həllinə nail olaq. Buna görə bu gün bu məsələləri biz müzakirə etməliyik. İlk növbədə, mən soruşmaq istəyirəm ki, Bakıda vəziyyət necədir? Həm elektrik enerjisi, qaz təchizatında, həm də yol hərəkəti ilə bağlı hansı problem var və necə həll olunur?

X X X

HACIBALA ABUTALIBOV (Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı): Möhtərəm Prezident, hidrometeoroloji mərkəzdən alınan məlumat bizə çatan kimi, Bakı şəhərinin bütün rayon icra hakimiyyəti başçıları səfərbər olunub, gecə-gündüz iş rejiminə keçiblər. Qış qarajımız tamamilə hazır vəziyyətdədir, qumla, bütün maşınlarla təmin olunubdur. İndi, bu saat Bakı şəhərinin küçələrində 17 qarkürüyən, 13 ədəd qumsəpən, 2 ədəd qarvuran və 3 ədəd qaryükləyən maşın işləyir.

İLHAM ƏLİYEV: Kifayətdir?

HACIBALA ABUTALIBOV: Mənə elə gəlir ki, hələlik, bu günə qədər tam kifayət edir. Müəyyən problemlər var.

İLHAM ƏLİYEV: Texnika kifayət qədər varmı?

HACIBALA ABUTALIBOV: Bizdə indi texnika problemi yoxdur.

İLHAM ƏLİYEV: Bəs, mənə deyirlər ki, yollarda böyük problemlər var, tıxaclar yaranır.

HACIBALA ABUTALIBOV: Yollarda üç yerdə tıxac əmələ gəlmişdir: bu, “Ramstore”nin yanından “Cavanşir” körpüsünə qədər, Qubanov küçəsində, bir də 9-cu mikrorayondan Tbilisi prospektində “20 Yanvar” meydanına qədər. Orada su borusu partlamışdı, elə bu saatlarda təmir edildi. O problemləri biz saat on birin yarısına kimi tam aradan götürdük. Hansı problemlər əmələ gəlirsə, onu respublika və şəhər dövlət yol polisi ilə əməkdaşlıq əsasında aradan götürməyə çalışırıq. Şəhərdə ümumiyyətlə qaz problemi yoxdur. Müəyyən qəsəbələrdə qaz problemi olur, onu da “Azəriqaz”la tez, operativ məsələni həll edirik.

İLHAM ƏLİYEV: İşıq necə?

HACIBALA ABUTALIBOV: Hələlik, bu saata qədər şəhərdə heç bir problem yoxdur.

İstilik təchizatı ilə əlaqədar deyim ki, 1808 binaya istilik verilməsi tapşırılmışdır. İstilik sistemində qaz, su problemimiz yoxdur. Yəni o binaların hamısı istilik alır. 116 məktəbə və 99 uşaq bağçasına da mərkəzləşdirilmiş qaydada istilik verilir.

İLHAM ƏLİYEV: Xəstəxanalar necə?

HACIBALA ABUTALIBOV: Hələlik, bu saata qədər xəstəxanalarda hər hansı bir problemin olması ilə əlaqədar bizə müraciət edilməyibdir.

Biz əlimizdən gələni edəcəyik. Bütün gecəni işləyəcəyik, qumsəpən maşınlarımız 24 saat ərzində işləyəcək, çünki gecə 8-10 dərəcə şaxta gözlənilir.

İLHAM ƏLİYEV: Bakıda?

HACIBALA ABUTALIBOV: Bakıda. Ona görə də biz bütün rayon icra hakimiyyətlərinə göstəriş verdik ki, hər biri ən azı 10 maşın qumla, iki traktorla tam hazır vəziyyətdə olsunlar.

İLHAM ƏLİYEV: Yaxşı, əyləşin. Zeynal, rayonlarda vəziyyət necədir?

ZEYNAL NAĞDƏLİYEV (Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri): Cənab Prezident, bütün rayonlarla əlaqə saxlanılmışdır. Dağ rayonlarında qar düşüb, normal həyat yaşanır. Qeyri-adi heç nə baş verməmişdir. Xızı, Şamaxı, Ağsu tərəfdə az hissədə bu günlər qar çox yağıb, bu da yolda problemlər yaradıbdır. Amma həyat ritmində elə bir dəyişiklik baş verməmişdir. Yalnız işığın verilməsində müəyyən məhdudiyyətlər yaranmışdır. Rayonlara işıq 20-24 saat verilirdi. Amma rayonlardan aldığımız məlumata görə, son iki gündə müəyyən məhdudiyyətlər vardır. Bu, Bərdədə, Masallıda, Astarada, Beyləqanda mövcuddur. Amma biz rayonların rəhbərləri ilə birbaşa danışdıq. Camaatla izahat işi aparılır ki, respublikada bu qıtlığın yaranması müvəqqəti haldır, elektrik enerjisi təchizatı məsələsi həllini tapacaqdır. Camaatımız vəziyyəti başa düşür, narahatlıq doğuran elə bir problem yoxdur.

Cənab Prezident, biz eyni zamanda işıq və qaz pullarının yığılmasını nəzarətə götürmüşük. Bununla bağlı şəhər və rayon icra hakimiyyətləri başçılarının məsuliyyətini artırırıq ki, onlar bununla bilavasitə məşğul olsunlar. Başqa elə bir problem yaranmayıbdır.

İLHAM ƏLİYEV: Mən yenə də demək istəyirəm ki, bu, təkcə Azərbaycanda deyil, demək olar, bütün Avropa ölkələrində müşahidə olunan bir mənzərədir. Biz gərək bu məsələyə çox diqqətlə, həssaslıqla yanaşaq. İlk növbədə, əhali təmin olunmalıdır. Əgər bizdə kifayət qədər elektrik enerjisi yoxdursa, - bu faktdır, - qış aylarında çatışmazlıq, haradasa, 400 meqavat səviyyəsindədir, - biz gərək bunu, enerjini elə bölüşdürək ki, ilk növbədə əhaliyə çatsın, uşaq bağçalarına, məktəblərə, xəstəxanalara verilsin. Ola bilsin ki, bəzi müəssisələrə məhdudiyyət qoyulsun. Ancaq ünvanlı məhdudiyyət qoyulmalıdır. İlk növbədə, əhali təmin olunmalıdır, ondan sonra bizim ən vacib, strateji müəssisələrimiz. Ancaq bəzi müəssisələr var ki, eybi yoxdur, onlar bir az dözə də bilərlər. Yəni ticarət, kommersiya obyektləri var. Bəzi hallarda onlara artıqlaması ilə verilir, orada gecə-gündüz işıq yanır. Amma uşaq bağçasında, evdə, xəstəxanada işıq yoxdur. Buna çox ciddi nəzarət etməliyik. Həm “Azərenerji”, həm də rayon və şəhər icra hakimiyyətlərinin başçıları nəzarət etməlidirlər ki, ünvanlı, dəqiq bölüşdürülsün.

Qazla necə, problem var?

ƏLİXAN MƏLİKOV (“Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri): Cənab Prezident, ümumilikdə qaz təchizatı ilə bağlı qlobal problem yoxdur. Respublikamıza gündə 15 milyon kubmetr idxal qazı qəbul olunur. Dövlət Neft Şirkətindən “Azəri” yatağı da daxil olmaqla, təxminən 13,2 milyon kubmetr qaz alınır. Son günlər soyuqların düşməsi ilə əlaqədar yeraltı qaz anbarlarından maksimum - sutkada 9,8 –9,9 milyon kubmetr qaz götürürük. Bakı şəhərinə təxminən sutkada 11 milyon kubmetr, digər rayonlara 9 milyon kubmetr qaz verilir. O cümlədən Gəncə şəhərinə 1 milyon 150-200 min kubmetrədək qaz verilir. Ümumilikdə götürəndə, Bakının mərkəzində qlobal problem yoxdur. Bəzi ətraf qəsəbələrdə problem var. İndi bu problemi aradan götürmək mümkün deyil, yəni, həcm buna imkan vermir.

Sizin tapşırığınızla yanvarın 22-də saat 21.00-dan Gürcüstana qazın verilməsinə başlanmışdır. Biz müəyyən işləri görmüşdük və bu da imkan verdi ki, bir sutka ərzində hazırlığımızı gördük və dediyim tarixdən qazı verdik. Bu gün Gürcüstana gündəlik 2,5 milyon kubmetr qaz verilir. Bu bizim daxili təchizata təsir göstərmir. Yəni biz yeraltı qaz anbarlarından götürülən qazın həcmini təxminən 2 milyon kubmetr artırdıq və bunun hesabına Gürcüstana qazın verilməsi təmin olundu. Biz istər Bakı şəhərində, istərsə də digər şəhərlərdə, rayon mərkəzlərində rəhbər işçilərdən növbətçilik təşkil etmişik. Hər bir məlumat operativ qəbul olunur, hansısa bir problem çıxarsa, dərhal həll edilir.

İLHAM ƏLİYEV: Əfsuslar olsun ki, uzun illərdir Bakı kəndlərində qaz problemi mövcuddur. Bildiyiniz kimi, indi Bakının ətraf qəsəbələrinin yeni geniş inkişaf proqramı hazırlanır. Əlbəttə, orada kəndlərin qazla təmin olunması nəzərdə tutulur. Yaxınlarda bu proqram təsdiq olunacaq və praktiki işlər aparılacaqdır. Ancaq çalışmalıyıq ki, indi mövcud olan imkanlardan maksimum dərəcədə istifadə edib şəhəri və rayonları qazla təmin edək.

Azərbaycanda qazın hasilatı ildən-ilə artacaqdır. “Şahdəniz” yatağından bu ilin sonunda hasil ediləcək qaz bizim sistemə veriləcəkdir. Eyni zamanda, “Azəri” və “Çıraq” yataqlarından çıxan səmt qazı da bizə əlavə imkanlar yaradacaqdır. Ona görə gələcəkdə, haradasa, 1-2 ilə Azərbaycanda qazın həcmi ilə bağlı problem olmayacaqdır. Əsas məqsəd xətlərin yeniləşməsinə yönəldilməlidir. Bakıda, şəhərətrafı qəsəbələrdə və rayonlarda bu işlər paralel getməlidir. Əlbəttə, sayğaclaşma da aparılmalıdır. Bilirəm ki, bu da aparılır, sayğaclar quraşdırılır və bu ilin sonuna qədər o proqram gərək başa çatsın, hər yerdə sayğaclar qoyulmalıdır.

Biz keçən il “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətini yaratdıq. O məqsədlə ki, təkcə Bakının yox, Azərbaycanın bütün istilik təsərrüfatı yeniləşsin. Məqsəd qoyulmuşdu ki, qısa müddət ərzində, 2005-ci ilin sonuna qədər evlərə müəyyən həcmdə istilik verilsin və 2006-cı ilin, yəni bu ilin sonuna qədər bu problem maksimum səviyyədə həll olunmalıdır. Əlavə vəsait nəzərdə tutulub, verilib, gələcəkdə də veriləcəkdir. İndi siz məruzə edin, indi nə qədər yeni ev istiliklə təmin olunub və bütövlükdə istiliklə bağlı vəziyyət necədir?

YAŞAR HƏSƏNOV (“Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin sədri): Cənab Prezident, Sizin verdiyiniz tapşırıqların icrası ilə əlaqədar lazım olan və gücümüz daxilində olan işləri görmüşük. Sizin tapşırığınızla bizə keçən il vəsait ayrılıb və bu vəsait istilik təsərrüfatı sisteminin yenidən qurulmasına sərf olunubdur. 988 bina istiliklə təmin edilmişdi.

İLHAM ƏLİYEV: Yeni bina?

YAŞAR HƏSƏNOV: Yox. 2004-cü ildə 988 bina. Bu günə kimi isə 1482 bina istiliklə təmin olunur.

İLHAM ƏLİYEV: Bakı şəhərində?!

YAŞAR HƏSƏNOV: Bəli.

İLHAM ƏLİYEV: Yəni siz çoxmərtəbəli binaları deyirsiniz? Bakıda bütövlükdə neçə bina var?

YAŞAR HƏSƏNOV: Bizim layihə ilə bağlı 2900 binadır. Amma bütün Bakı şəhəri üzrə mərkəzləşdirilmiş istilik sistemlərinə qoşulmalı binalar təxminən 3600-3700-dür. Çünki dəqiq uçot aparmaq olmur, kooperativlərin, müəssisələrin binaları var. Biz layihə hazırlayırıq.

İLHAM ƏLİYEV: 1400 binaya artıq istilik verilibdir?

YAŞAR HƏSƏNOV: Bu gün 1482 binaya istilik verilir. Düzdür, bəzi xırda problemlər olur. Xətlərdə problemlər var, onların yeniləşdirilməsi ilə də məşğul olmuşuq. Yeni qazanxanalara qaz xətti çəkilibdir. Məsələn, Hövsan qəsəbəsində tikdiyimiz qazanxanadan 97 blok istilik almalı idi. 15 binada 7200 nəfər yaşayır. Bu gün hörmətli Baş nazir də soruşmuşdu. Bir blok qazanxana istifadəyə veriləndə biz aşağı paylayıcı sistemi dövlət vəsaiti hesabına əsaslı təmir etmişdik. Bu gün bütün bloklar 80 faiz istiliklə təmin olunur. Bu işdə vətəndaşlar da iştirak edirlər. Biz sadəcə onlara texniki kömək göstəririk. İndi Dövlət Tikinti Arxitektura Komitəsinin 5 layihə institutu bizim sifarişimizlə konkret layihələndirmə işləri ilə məşğuldur. 9-cu və digər mikrorayonlarda qoyduğunuz tapşırıq əsasında istilik məntəqələrinin yenidən qurularaq qazanxanaya çevrilməsi və digər qazanxanaların tikintisi aparılır. Dünən bizə bu işləri aparmaq üçün 200 min yeni Azərbaycan manatı ayrılıbdır. Əlimizdən gələni edirik ki, Sizin qarşımızda qoyduğunuz tapşırıq tamamilə yerinə yetirilsin. Onu da deyim ki, bu işdə hamı bizə kömək edir.

İLHAM ƏLİYEV: 2006-cı ildə əksər işlər görülməlidir. Belə olan halda işığa da tələbat azalacaqdır. Çünki insanlar daha istilikdən istifadə edəcəklər.

“Azərenerji”, məruzə edin, vəziyyət necədir?

MARLEN ƏSGƏROV (“Azərenerji” Səhmdar Cəmiyyətinin vitse-prezidenti): Möhtərəm Prezident, son günlər havanın kəskin dəyişməsi nəticəsində elektrik enerjisinə olan tələbat keçənilkinə nisbətən 450 meqavat artmışdır.

İLHAM ƏLİYEV: 450 meqavat artmışdır?

MARLEN ƏSGƏROV: Bəli, ancaq keçən ilə nisbətən 450 meqavat artmışdır. Biz öz stansiyalarımızdan və Rusiyadan 250 meqavat aldığımız enerji hesabına təxminən 4 min meqavat güc toplaya bilirik. Bu 4 min meqavatdan 2100-nü təkcə “Barmek” götürür. Bakı, Sumqayıt və şimal zonaları üçün. Biz “Barmek”in zonasında heç bir məhdudiyyət vermirik. Nə qədər enerji götürülürsə, əhali o qədər də enerji alır. Yəni aldığımız enerjinin təxminən 50 faizindən çoxunu təkcə “Barmek” götürür.

Keçmiş “Bayva” isə hələlik bizə verilməyibdir. Onun ərazisində isə enerjinin tələbatı, əlbəttə, məhdudiyyəti nəzərə almaqla, keçənilki səviyyədən bir az aşağıdır. Ona görə ki, 400 meqavata qədər gücümüz çatmır. Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında 5-ci aqreqatın yenidən qurulması işi ötən ilin dekabrında başa çatmalı idi və biz oradan 300 meqavatdan artıq enerji götürməli idik. Həmin aqreqatın trubininin tənzimlənmə sisteminin paneli “Siemens” şirkətindən alınmışdır. Burada işləri “Silovıye maşinı” görür. Təəssüf ki, panel Almaniyadan Azərbaycana gətirilərkən zədələnmişdir. Ona görə də aqreqatın işə qoşulması bir müddət gecikibdir. “Siemens” indi yeni panel göndərməlidir. Təxminən fevralın 1-dək onu almalıyıq. Bundan sonra bloku 10 gün ərzində tənzimləyib işə qoşacağıq. Fevralın 10-dək həmin blok işə düşsə, 300-320 meqavat artımımız olacaq və əlbəttə, bu, bizə kömək edəcəkdir.

Ümumiyyətlə, Astara modul stansiyasının və Azərbaycan DRES-də də blokların işə qoşulmasından sonra məhdudiyyətlər bu səviyyədə olmaz. Stansiyalarda qalan bütün avadanlıq işləyir və bunun sayəsində 4 min meqavata qədər güc yığa bilirik.

İLHAM ƏLİYEV: “Şimal” DRES-də vəziyyət necədir?

MARLEN ƏSGƏROV: Normal işləyir. Ancaq qaz sisteminin tənzimlənməsi zamanı problem yaranır. Belə ki, bu günlər qaz oraya çatana qədər temperaturu təqribən 2 dərəcəyə yaxın olur. Oradakı filtrlərdə buzlaşma gedir və inanın ki, bütün sutka ərzində işçilər ayaq üstə duraraq onu tənzimləməklə məşğul olurlar. Qazın təzyiqinin tənzimlənməsi zamanı buzlaşma xeyli güclənir. Xahiş etdik ki, təzyiqi bir az aşağı salsınlar. Bu da imkan xaricindədir, çünki bu obyekt də, Bakı şəhəri də eyni qaz borusundan qidalanır. Bizdə təzyiqi salanda, paytaxta verilən qazın təzyiqi də azalacaq və problem yaranacaqdır. Ona görə də böyük çətinliklə bunu istismar edirik. Amma yenə də normal işləyir.

İLHAM ƏLİYEV:Yəni haradasa, fevralın ortalarında Mingəçevir elektrik stansiyasında əlavə 320 meqavat, Astaradan isə təxminən 90 meqavat götürüləcəkdir.

MARLEN ƏSGƏROV: Bəli.

ARTUR RASİZADƏ (Baş nazir): Cənab Prezident, mazutumuz var.

İLHAM ƏLİYEV: Bəli, mazutumuz kifayət qədər var. Yenə deyirəm, bizim resurslarımız var, mazut da, qaz da var. Bizdə elektrik enerjisini hasil edən güc çatışmır. Amma bu il bu məsələ öz həllini tapmalıdır. Çünki təxminən 300 meqavat Mingəçevir elektrik stansiyası əlavə verəcək və bütövlükdə bütün modul stansiyalar da haradasa, 450 meqavat verəcəkdir. Yəni 750 meqavat əlavə enerji alacağıq. Amma bizim tələbatımız da artır. İldən-ilə həm əhalinin sayının artması, eyni zamanda, yeni müəssisələrin yaranması, - son 2 il ərzində təqribən 350 min yeni iş yeri açılıbdır, - bütün bunlar elektrik enerjisi, qaz tələb edir. Sənaye potensialımız gücləndikcə, tələbat da artacaqdır. Ona görə biz buna hazır olmalıyıq.

Mən bu yaxınlarda sənaye və energetika nazirinə göstəriş verdim ki, biz Azərbaycanın geniş sənaye proqramını hazırlayaq. Çünki ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün, qeyri-neft sektorunu hərtərəfli inkişaf etdirmək üçün mütləq yeni sənaye istiqamətləri yaradılmalıdır. Belə olan halda, elektrik enerjisinə və qaza tələbat daha da artacaqdır. Ona görə biz indidən fikirləşməliyik.

Sumqayıtda elektrik stansiyasının tikintisi başlanıbdır. 2 ildən sonra 500 meqavat güc oradan gələcəkdir. “Şimal-2” təxminən 400 meqavat verəcəkdir. Eyni zamanda, danışmışdıq ki, Əli Bayramlı elektrik stansiyası barədə də fikirləşək - ya gərək dövlət özü vəsait ayırsın, bunu tiksin, yaxud da xarici investorları dəvət edək. Hər halda, bunu da yubatmaq olmaz. Bizim üstünlüyümüz ondadır ki, enerji baxımından heç kimdən asılı deyilik. Düzdür, müəyyən həcmdə Rusiyadan enerji alınır. İrandan alınır və İrana verilir. Yəni bu, paralel sistemdə bizim xətlərimizin işləməsi bütövlükdə, sistemi normal vəziyyətdə saxlayır. Ancaq qlobal şəkildə biz heç kimdən asılı deyilik. Qazımız da, elektrik enerjimiz də var. Artıq 300 min ton mazut ehtiyatımız var. Yeraltı qaz anbarına təxminən 1 milyard kubmetrə qədər qaz doldurulubdur. İndi biz oradan götürürük. Amma bu o demək deyil ki, biz bununla kifayətlənməliyik. Azərbaycanda bütövlükdə işıqla bağlı heç bir problem olmamalıdır. Hər bir yerdə, hər bir evdə, hər bir kənddə istənilən anda işıq olmalıdır. Bu, təbii bir tələbatdır. Bunu təmin etmək üçün biz gərək ciddi işləyək.

Aeroportda vəziyyət necədir?

SABİR İLYASOV (“Azərbaycan Hava Yolları” Dövlət Konserni baş direktorunun birinci müavini): Cənab Prezident, beynəlxalq hava limanları işləyir. Bakı hava limanında təmizlik işləri aparırıq. 6 xüsusi maşın işləyir. Yəni bizdə problem yoxdur. Bu gün səhərdən Naxçıvana 5 reys həyata keçirilibdir.

İLHAM ƏLİYEV: Naxçıvanda da hava şəraiti çətindir.

SABİR İLYASOV: Bəli, hava şəraiti çətindir. Ancaq səhərdən indiyədək 4 reys Bakıdan, 1 reys də Gəncədən həyata keçirilibdir. Daha 3 reys də olacaqdır. Bakıda hava limanında çətinlik yoxdur. İşıq, istilik sistemləri işləyir, avadanlığı yoxlamışıq. Heç bir problem yoxdur.

İLHAM ƏLİYEV: Bakı aeroportunda sistem elə qurulub ki, istənilən havada enmək, qalxmaq mümkündür. Yəni sistem buna imkan verir. Amma Gəncə və Naxçıvanda necədir?

SABİR İLYASOV: Onlarda da normal vəziyyətdə iş gedir. Problem yoxdur.

İLHAM ƏLİYEV: Natiq Əliyev, Gürcüstanla danışıqları yekunlaşdırmısınız?

NATİQ ƏLİYEV (sənaye və energetika naziri): Bəli, cənab Prezident! Məlum hadisələr baş vermişdir. Partlayışdan sonra biz Sizin tapşırığınızla dərhal Gürcüstana həm elektrik enerjisi, həm də qaz verilməsini təmin etdik. Düzdür, bunlar cüzi miqdarda idi. Ancaq görülən tədbirlər nəticəsində, bu gün burada deyildiyi kimi, 2,5 milyon kubmetr qaz nəql edə bilirik. Bunun sayəsində həm Tbilisinin əhalisi, həm də ki, Qardabani kompressor stansiyası qazla təmin olunur. Ümumiyyətlə, deyə bilərəm ki, biz nəzərdə tutmuşuq ki, onların sistemi bərpa olunana qədər Gürcüstana kömək edək.

Mən deyərdim ki, son illərdə yanacaq-energetika kompleksində həm Sizin tərəfinizdən, həm dövlət, hökumət tərəfindən görülən işlər göstərir ki, ümumiyyətlə, enerji kompleksi uğurla fəaliyyət göstərir və enerji təhlükəsizliyimiz təmin olunubdur. Keçən il bizim neftçilərimiz 217 min ton artıq neft hasil etmişlər. Bu bizə böyük ehtiyat yaratmışdır ki, bütün neft məhsulları növlərini istehsal edək, həm də vaxtında mazut ehtiyatımızı yaradaq. Siz burada bu rəqəmləri geniş göstərdiniz. Qaz anbarları dolubdur, bundan bu gün biz səmərəli istifadə edirik. Mən hesab edirəm ki, bu qışı biz lazımi səviyyədə keçirə biləcəyik.

Düzdür problemlər var. Neftçilərimiz üçün hava şəraiti, gördüyünüz kimi, çox sərtdir, bəzi quyular dayanmaq üzrədir, “Çıraq-1”də ABƏŞ-in istismar etdiyi beş quyu dayanıbdır. Yəni borularda buzlaşma gedir. Ümumiyyətlə, soyuq havalarda nəql sistemi çox pis işləyir. Yəni bunlar texniki problemlərdir. Ancaq buna baxmayaraq, yenə deyirəm, ilin əvvəlindən neftçilərimiz əlavə xeyli neft hasil ediblər. Qaz hasilatında bir az gerilik var. Yəni Dövlət Neft Şirkəti tərəfindən 11 milyon kubmetr az təhvil verilmişdir. Bu da hava ilə əlaqədardır. Hesab edirəm ki, ayın axırına kimi qaydaya düşəcəkdır. Sizin göstərişiniz əsasında tədbirlər görülür və ən əsası odur ki, biz itkilərə yol verməyək. Mən hesab edirəm ki, bizim ən böyük nöqsanımız, zəif yerimiz itkilərdir və bununla mübarizə aparmaq lazımdır. Yanacaq-enerji balansı tərtib olunubdur. Hesab edirəm ki, bu sahədə ciddi nizam-intizam lazımdır ki, yanacaq-enerji balansı icra olunsun. Buna nəzarət edəcəyik və mən Sizə vaxtaşırı bu barədə məlumat verəcəyəm.

İLHAM ƏLİYEV: Rövnəq Abdullayev, məruzə elə, neft yataqlarında vəziyyət necədir? İndi dənizdə neftçilərimiz işləyirlər, onsuz da onların iş şəraiti ağırdır. Bu havada orada vəziyyət necədir, nə kimi tədbir görürsünüz?

RÖVNƏQ ABDULLAYEV (Dövlət Neft Şirkətinin prezidenti): Möhtərəm Prezident, hazırda elə bir problemli hadisələr baş verməyibdir. Əsas problemlər “Çıraq”da baş vermişdir, 5 quyu dayanmışdır. “28 May” yatağında bir boru xəttində problemlər var idi, onu da biz dünən tez bir zamanda aradan qaldırdıq. 1 milyon 50 min kubmetrə yaxın qaz nəql edən boru xətti idi. Hazırda biz yeni variantlarla işləyirik və o itki aradan götürülübdür.

Bu il qaz təhvilində geriləmə əsas onunla bağlıdır ki, ABƏŞ 15 yanvardan təmir işləri aparır, ona görə də “Azəri”dən gələn qazı bir az azaldıblar. Yanvarın 30-da bu məsələlər hamısı aradan götürüləcək və gündəlik 2,5 milyon kubmetr qaz təhvil alacağıq və geriləmə aradan qaldırılacaqdır. Dəniz yataqlarında elə bir problem yoxdur.

İLHAM ƏLİYEV: Bütün bu məsələlərə operativ qaydada yanaşmaq, tezliklə həll etmək lazımdır. Yenə də deyirəm, havanın belə kəskin şəkildə pisləşməsi bizim üçün əlavə problemlər yaradır. Biz də gərək onları operativ qaydada, peşəkarlıqla həll edək, insanların normal həyatını maksimum dərəcədə təmin edək. Bütün müvafiq qurumlar gərək səmərəli işləsinlər, məsuliyyətli işləsinlər. Bu şəraitdə biz gərək insanların normal yaşamasını maksimum dərəcədə təmin edək. Əlbəttə ki, 2006-cı ildə görüləcək işlər, xüsusilə enerji sektorunda görüləcək işlər bizdə bu sahədə yeni bir şərait yaradacaqdır. Yəni qaz hasilatının artması, yeni elektrik stansiyalarının tikilməsi Azərbaycanda artıq bu problemi arxada qoyacaq və bütövlükdə bu problem olmayacaqdır. Ancaq müəyyən səbəblərə görə, uzun illərdir ki, qış aylarında biz əziyyət çəkirik. Əminəm ki, 2006-cı ildə bu sahədə ciddi dönüş yaranacaq, bütün müəssisələr və əhali fasiləsiz, cədvəlsiz enerji daşıyıcıları ilə təmin olunacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO