Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanım Prezident!

Əziz qonaqlar!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, mən bütün qonaqlarımızı bir daha salamlamaq istərdim. Bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, bu səfər və onun çərçivəsində imzalanmış sənədlər, habelə biznes forumu münasibətlərimizdə yeni səhifə açacaqdır. Səfər başa çatır və biz onun nəticələrindən çox razıyıq. Çox yaxşı müzakirələrimiz oldu. Müxtəlif məsələlərə - ikitərəfli münasibətlərə, regional inkişafa, Avropa strukturlarına inteqrasiyaya dair ətraflı fikir mübadiləsi apardıq. Təbii ki, ölkələrimiz arasında əlaqələrin vacib aspektlərindən biri iqtisadi münasibətlərdir.

Bu gün birgə biznes aparılması üçün çox yaxşı imkanlar yaranıbdır. Hər iki ölkənin imkanları qiymətləndirilə və uğurlu iqtisadi əməkdaşlıq üçün lazımi əsas yaradıla bilər. Hesab edirəm ki, hazırkı biznes forumunun yekunları onu nümayiş etdirdi ki, tədbir uğurla keçmişdir. Biz artıq məlumat almışıq ki, bir sıra sənədlər imzalanmışdır. Fikrimcə, gələcəkdə, iş adamları bir-birini daha yaxşı tanıdıqdan və imkanlar, o cümlədən hüquqi baza, vergilər, sərmayələrlə bağlı şərait haqqında daha dolğun məlumat əldə etdikdən sonra bizim daha sıx təmaslarımız olacaq və yeni sazişlər imzalanacaqdır.

Azərbaycan hər sahədə, o cümlədən iqtisadi baxımdan sürətlə inkişaf edən ölkədir. Cari ilin ilk səkkiz ayı ərzində Azərbaycanda ÜDM 20 faiz, sənaye istehsalı 26 faiz, əhalinin real gəlirləri 27 faiz artmışdır. Ölkəmizə birbaşa yatırılan xarici sərmayələrin ardı kəsilmir. Adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan regionda və bütün keçmiş SSRİ məkanında birinci yerlərdən birini tutur. Biz sərmayələr üçün çox əlverişli şərait yarada bilmişik. Bütün sərmayələr hökumət və qanunvericilik tərəfindən lazımi səviyyədə qorunur. Son on il ərzində ölkə iqtisadiyyatına yatırılmış 25 milyard ABŞ dolları həcmində xarici sərmayələr Azərbaycana göstərilən etimadın ən bariz nümunəsidir. Bu etimad etibarlı tərəfdaşlığa, ölkənin gələcəyinə əsaslanır.

Sərmayədarlar üçün gələcək vəziyyətin proqnozlaşdırılması da böyük əhəmiyyət kəsb edir. İqtisadi inkişaf üçün başlıca amil sayılan siyasi sabitlik ölkəmizdə bərqərar olunubdur. Hazırda hökumət iqtisadiyyatı şaxələndirməyə çalışır. Əlbəttə ki, ilkin mərhələlərdə sərmayədarlar üçün ən cəlbedici sahə neft və qaz sənayesi idi. Bu istiqamətdə biz gözəçarpan nailiyyətlər əldə etmişik. Bir neçə il bundan əvvəl xülya kimi görünən Bakıdan Aralıq dənizi sahilinə gedən boru kəməri hazırda reallığa çevrilməkdədir. Azərbaycan qazını Avropaya çatdıracaq boru kəməri isə hazırda tikilməkdədir və gələn ilin sonunda istismara veriləcəkdir.

Biz nəqliyyat dəhlizləri sahəsində də fəal işləyirik, çünki Azərbaycan yerləşdiyi məkana və geosiyasi vəziyyətinə görə regionda çox mühüm nəqliyyat qovşağıdır. Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır və məşhur Böyük İpək yolu həm də bizim ölkəmizin ərazisindən keçir. Bu vəziyyətdən bəhrələnərək, biz infrastrukturumuzu təkmilləşdirməyə çalışırıq. Bir sıra hava limanları tikməyi planlaşdırırıq, yol infrastrukturunu yaxşılaşdırmaq arzusundayıq, avtomagistrallar çəkirik. Azərbaycanın gəmiçilik idarəsi öz potensialını artırır. Bir sözlə, biz bütün sahələrdə inkişaf üçün lazım olan infrastrukturu yaradırıq.

Hesab edirəm ki, Latviyanın iş adamları bu üstünlüklərdən istifadə edə bilərlər. Sərmayədar kimi və xidmət sahəsində çalışan şirkətlər kimi sizi alqışlayırıq. Gələcək illər ərzində, Azərbaycanda infrastruktur böyük sürətlə inkişaf edəcəkdir.

Biz regional inkişaf və sosial-iqtisadi inkişaf proqramları tərtib etmişik. Həmin proqramlara uyğun olaraq, yeni elektrik stansiyaları, yeni supaylama sistemləri, şoselər və hava limanları, məktəb və xəstəxanalar, bütün sosial infrastruktur tikiləcək və mövcud olanlarda təmir işləri aparılacaqdır. Çünki həmin infrastrukturun böyük hissəsi sovet vaxtından qalan köhnəlmiş infrastrukturdur. İndi isə onlar yeniləşməlidir. Başqa sözlə desək, Azərbaycanda böyük işlər görüləcəkdir və mən əminəm ki, sizin ölkənizdən olan şirkətlər həmin işlərdə iştirak edəcəklər.

Bizim iqtisadi siyasətimizin əsas elementlərindən biri regional inkişafdır. Azərbaycan yalnız Bakıdan ibarət deyildir. Bakı sürətlə inkişaf edən müasir Avropa şəhəridir. Lakin bizim vəzifəmiz paytaxtla ölkənin qalan hissəsi arasındakı fərqləri azaltmaqdan ibarətdir. Bu məqsədlə biz yeni infrastruktur yaratmalı və iş yerləri açmalıyıq. Rayonlarda yaşayanlar üçün yeni imkanlar yaratmalıyıq. Mən böyük fərəh hissi ilə demək istəyirəm ki, son iki il ərzində biz Azərbaycanda 300 mindən çox yeni iş yeri açmışıq və onların əksəriyyəti rayonlardadır. Ölkənin 8 milyon əhalisi olduğunu nəzərə alsaq, görərik ki, 300 min iş yerinin açılması çox yaxşı göstəricidir. Mən iki il bundan öncə söz vermişdim ki, beş ildə biz 600 min iş yeri açacağıq. Əminəm ki, bu vədi yerinə yetirə biləcəyik.

Rəqəmlər bu halda o qədər də mühüm deyildir. Mühüm olanı odur ki, yeni iş yeri insanlar üçün yeni imkanlar açır, yeni infrastruktur və yeni qurğular yaranır. Nəhayət, açılan yeni iş yerləri, öz növbəsində, digər iş yerlərinin açılmasına da səbəb olur. Azərbaycanda yeni iş yerlərinin açılması neft sektorundan başlanmışdır. Hazırda, yaxşı məvacib alan minlərlə insan xarici və yerli şirkətlərdə çalışır. Lakin neft və qaz sənayesinə yatırılan hər bir dollar infrastrukturla bağlı, ən azı, daha bir dolların sərmayə kimi qoyulması ilə nəticələnir. Yəni burada mehmanxanalar və xidmət sahəsi nəzərdə tutulur. Yaşayış binaları tikilir. Gələcək illər ərzində Azərbaycanda iqtisadi inkişaf çox uğurlu olacaqdır. Beynəlxalq Valyuta Fondunun bu il verdiyi proqnoza görə, cari il ərzində Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf edəcək və dünyada ən yüksək göstəriciyə malik olacaqdır. Gələn il ərzində iqtisadi artım 30 faiz səviyyəsində planlaşdırılır. Biz sonrakı illər ərzində də inkişafı bu sürətlə davam etdirəcəyik.

Hesab edirəm ki, qonaqlarımız vəziyyəti qiymətləndirmək imkanları əldə etmişlər və hər şeyi öz gözləri ilə görüblər. Ən əsası məhz bundan ibarətdir. Əfsuslar olsun ki, əvvəllər biz ölkələrimiz haqqında o qədər də çox məlumata malik olmamışıq, təmaslar o qədər də çox olmayıbdır. İndi isə biz səfirlik açdıq, Latviya da eyni addımı atmağı planlaşdırır. Yaxın vaxtlarda birbaşa uçuşlara başlayacağıq. Bu cür böyük nümayəndə heyətinin ölkəmizə gəlməsi buradakı vəziyyətin qonaqlarımızın özləri tərəfindən qiymətləndirilməsinə imkan yaradır. Əminəm ki, sizin belə bir imkanınız oldu və şəhərimizlə tanış oldunuz. Ümid edirəm ki, gələcəkdə bizim daha çox təmaslarımız olacaq və çox səmərəli, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız inkişaf edəcəkdir.

Bir daha sizə Azərbaycana “Xoş gəlmisiniz!” deyir və böyük uğurlar arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sevinc Məhsimova: Könüllülərin fəaliyyəti inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verir

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir

“Rəqəmsal akademiya” proqramında süni intellektin dövlət idarəçiliyində tətbiqi müzakirə olunub

Ev təsərrüfatlarının uçotu dövlət proqramlarının real ehtiyaclara uyğun planlaşdırılması üçün etibarlı informasiya bazası olacaq

Yücel Karauz: Birliyimiz gücümüz, qardaşlığımız isə ən möhkəm körpümüzdür

Nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,2 milyard manatlıq xidmət göstərilib

Nazir müavini: Bu tədris ilində 53 təhsil müəssisəsində tikinti quraşdırma işləri aparılır

Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclasına Bakı ev sahibliyi edəcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,4 faiz artıb

On ayda sənaye sektorunda 58,5 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanlı opera müğənnisi "Carnegie Hall"da keçirilən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək

BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib

On ayda ÜDM istehsalı 1,7 faiz artıb

Azərbaycanın memarlıq layihəsi beynəlxalq yaşıl bina sertifikatına layiq görülüb

Qərbi Azərbaycanda tarixi abidələrimiz- Gülvəng məbədi

Çinli professor: Rəqəmsal texnologiyalar tarixi tikililərin sənədləşdirilməsi və memarlıq irsinin mühafizəsində mühüm rol oynaya bilər

Pekin Kimya Texnologiyası Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub

Bu gün Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir

Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb

Ərəb dünyasına açılan təhsil qapısı: UNEC nümayəndələri Mərakeşdə

74 ölkədə “Outlook”, “Teams” və “Copilot” xidmətlərinin işində nasazlıq yaranıb

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Media və Yayım Şurası açıqlama yayıb

"Özəl kapitalın iqlim fəaliyyəti üçün səfərbər edilməsi”: COP31-in Azərbaycan pavilyonunda müzakirə

Dövlət Proqramı təqaüdçüsü Böyük Britaniyanın Esseks Universitetində müəllim kimi fəaliyyətə başlayıb

QDF-in iştirakı ilə COP31 çərçivəsində Türkiyə pavilyonunda dayanıqlı şəhərsalma təcrübələri müzakirə olunub

Nazir müavini: Son 5 ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisi 50 faizə yaxınlaşıb

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycanda 369 akkreditasiya olunmuş qurum fəaliyyət göstərir

Musa Qasımlı: Dövlət büdcəsindən elm sahəsinə 258 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub

Mərkəzi Bank Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

UEFA Millətlər Liqası: Azərbaycan yığması son oyununa çıxır

Qarabağ təbiətinin şəfa mənbəyi: 550-yə yaxın dərman bitkisi tədqiq edilib

Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır

Avropa Kuboku: “Kür” Şimali Makedoniya təmsilçisi ilə qarşılaşacaq

Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Məktəbəqədər təhsil müəssisələrinin 9 minə yaxın təhsilverəni sertifikatlaşdırılacaq

Gələn ay Bakıda sənaye sahəsi üzrə süni intellekt agentlərinin hazırlanmasına dair hakaton keçiriləcək

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb VİDEO

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub VİDEO

Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

4SİM rəsmisi: Süni intellekt agentləri gələcəkdə fərdi iştirakçıların komanda funksiyasını yerinə yetirə biləcək

Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb

İnvestorların ucuzlaşmadan istifadə edərək alışlar etməsi qızılın qiymətinin artmasına səbəb olur

® “tpe”nin rəhbəri: 2028-ci il mühəndislik, tikinti və servis xidmətlərinə tələbatın pik həddə çatacağı dövrlərdən biri ola bilər

ABŞ-İran gərginliyinin neft bazarına təsiri davam edir

Alim: İrəvandakı Göy məscid Azərbaycan xalqının dini-mədəni irsinin ayrılmaz parçasıdır

On ayda Qəbələnin mehmanxana və hotellərində 92 min nəfər qarşılanıb

Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə olacaq

Bakıda sənayenin texnoloji və yaşıl transformasiyası müzakirə olunur

Bakıda “Eternity-2026” təliminin açılışı olub

Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib

Dakar-2026: Azərbaycan komandasının son təmsilçisi bu gün yarışacaq

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Ağsuda avtomobilin vurduğu piyada ölüb

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür

“Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək VİDEO

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Fariz Əhmədov: Ekran əsərində minatəmizləyən qadınların fəaliyyətinin görünməyən tərəflərini əks etdirmişik VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub VİDEO

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub VİDEO

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb