Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz dostlar!

Bu gün çox əlamətdar bir gündür. Düz on il bundan əvvəl bu gözəl “Gülüstan” sarayında “Əsrin müqaviləsi” imzalanmışdır. Əminəm ki, bu mərasimdə iştirak edən insanların hamısı o günü çox yaxşı xatırlayırlar. Azərbaycanın tarixində çox əlamətdar bir hadisə olan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək inkişafının təməlini qoydu.

On il bundan əvvəl bu müqaviləni imzalayarkən yəqin ki, siz müxtəlif hisslər keçirirdiniz. Fikirləşirdiniz ki, bu müqavilədən nə vaxt əməli-praktiki nəticələr olacaqdır. Müqavilənin icrası necə olacaq, qarşımızda hansı çətinliklər duracaq və s. Ancaq eyni zamanda, hamımız istəyirdik ki, müqavilə Azərbaycana xoşbəxtlik gətirsin, əmin-amanlıq gətirsin, rifah gətirsin.

Azərbaycan Respublikasının Prezidenti, xalqımızın ümummilli lideri Heydər Əliyevin də arzusu məhz bu idi. O, çox istəyirdi ki, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin. Bilirsiniz ki, 1994-cü ildə müstəqilliyimiz üçün müəyyən təhlükələr var idi. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan xalqı xoşbəxt yaşasın, sülh, əmin-amanlıq bərqərar olsun. Azərbaycan tərəqqi yoluna, inkişaf yoluna qədəm qoysun. Biz bu gün çox böyük məmnunluq hissi ilə deyə bilərik ki, qarşımızda duran bütün məsələlər öz həllini tapdı.

On il ərzində xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan çox uğurlu yol keçmişdir. Ölkəmiz inkişaf etdi, Azərbaycan dünyada öz mövqelərini möhkəmləndirdi, dünya birliyinin çox dəyərli üzvünə çevrildi. Azərbaycan öz iqtisadi potensialını çox böyük həcmdə realizə etdi. Bu gün Azərbaycan müasir, dinamik inkişaf edən bir ölkədir. Regional məsələlərdə fəal iştirak edən bir ölkədir. Heç kəs üçün sirr deyil ki, regional əməkdaşlıq Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Azərbaycan bütün regional layihələrdə çox fəal və aparıcı rol oynayan bir ölkədir.

Mən bu gün çox xoşbəxtəm ki, Azərbaycanın qarşısında duran vəzifələr, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş məsələlər öz həllini tapır. Bu gün “Əsrin müqaviləsi”nin 10-cu ildönümünü qeyd edərək, fərəhlə deyə bilərik ki, ölkəmiz bu illər ərzində daha da gücləndi, daha da möhkəmləndi, xalqımız öz gələcəyini müstəqil, azad şəkildə müəyyən edir. Bu, ən böyük xoşbəxtlikdir, ən böyük nailiyyətdir ki, Azərbaycan müstəqil dövlət kimi dünyada özünə layiq yerini tuta bildi.

Mən bu gün, eyni zamanda, bu müqavilənin icrasında fəal rol oynamış bütün insanları xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan Dövlət Neft Şirkətini, bizim xarici tərəfdaşlarımızı, müqavilənin icrasında həlledici rol oynayan bp şirkətini, digər şirkətləri qeyd etmək istəyirəm. Əminəm ki, bu şirkətlərin vahid siyasəti, vəhdəti uğurların qazanılmasında həlledici rol oynamışdır. Mən çox şadam ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə yerli şirkətlər – Dövlət Neft Şirkəti və Azərbaycanın digər şirkətləri arasında çox uğurlu işbirliyi, əməkdaşlıq var. Məhz bu əməkdaşlıq bizə imkan verir ki, bütün çətin vəziyyətlərdən şərəflə çıxaq, qarşımızda duran bütün maneələrə baxmayaraq, istədiyimizə, arzumuza nail ola bilək.

Mən onu da qeyd etmək istəyirəm ki, sentyabrın 20-si Azərbaycanda Neftçilər günüdür. Bildiyiniz kimi, böyük bir qrup – həm xarici şirkətlərin işçiləri, eyni zamanda, Dövlət Neft Şirkətinin işçiləri Azərbaycan dövlətinin yüksək orden və medalları ilə təltif olundu. Mən bu fürsətdən istifadə edib, təltif olunanların hamısını ürəkdən təbrik edirəm.

Azərbaycan uğurla inkişaf edir. Əminəm ki, Azərbaycanın qarşısında duran bütün məsələlər öz həllini tapacaqdır. Əlbəttə, Azərbaycanın iqtisadi potensialının formalaşmasında müstəsna rol oynayan Azərbaycan Dövlət Neft Şirkəti və onun əməkdaşları bu gün xüsusilə qeyd olunmalıdırlar. Mən çox şadam, xoşbəxtəm ki, həyatımın böyük hissəsi – 9 ili Azərbaycan Dövlət Neft Şirkəti çərçivəsində keçmişdir. Bütün bu layihələrdə, bütün bu işlərdə hamımız birlikdə, vahid bir komanda kimi işləmişik, bir məqsədə qulluq etmişik: Azərbaycanı daha da gücləndirmək, Azərbaycanı daha da zənginləşdirmək, Azərbaycanın dövlət maraqlarını daha da yüksək səviyyədə müdafiə etmək. Mən çox şadam ki, bütün bu məqsədlər öz həllini tapıbdır və biz bu gün gözəl mərasim keçiririk.

Mən bu müqavilədə fəal iştirak etmiş, kömək etmiş, bizim uğurlarımıza sevinmiş bütün insanlara, dostlarımıza öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbrik etmək istəyirəm.

Bu badələri Azərbaycanın xoşbəxt gələcəyi şərəfinə qaldırıram. Sağ olun!

X X X

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Devid Vudvord qəbulda çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Ağ Evin mətbuat katibi vəzifəsinə Ben Ferqyusonu namizəd kimi nəzərdən keçirir

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Media: Qətər ABŞ-nin İrana mümkün hücumlarını ən azı iki həftə təxirə sala bilib

Almaniyada Çin dronlarının hərbi obyektlərdə istifadəsi qadağan edilib

İsrail qüvvələri Dəməşqin cənub-qərbindəki ərazini atəşə tutub

“Bild”: Suriyalı qaçqınların Almaniyadan deportasiyası 3,5 il çəkə bilər

Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib

Şimali Avropa ölkələri dəniz tərəfdaşlığı yaratmaq barədə razılığa gəliblər

Kuşner Əbu-Dabi danışıqlarının ilk gününü ümidverici qiymətləndirib

Britaniyada Rusiyaya casusluqda şübhəli bilinən ABŞ hərbçisi saxlanılıb

NYT: ABŞ doqquz ayda Venesuela neftindən 12 milyard dollardan çox gəlir əldə edib

Cim Cordan Nümayəndələr Palatasında respublikaçıların yeni lideri seçilib

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

Ərdoğan: Türkmənistanın TDT “Ailə məclisinə” üzv olacağına ümid edirik

Alparslan Bayraktar: Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini müzakirə edirik

İbn Haldun Universitetində Azərbaycanın Qarabağ Zəfərindən danışılıb

Andrey Sibiqa: Ukrayna Rusiyaya atəşkəslə bağlı təkliflərini çatdırıb

Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib

Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsinin bağlanış mərasimi olub

Qazaxıstanda Azərbaycanın Zəfər Günü münasibətilə təntənəli qəbul keçirilib

Zəfərdən tərəqqiyə: Qalib Azərbaycanın inkişaf strategiyasında elm faktoru

Laçında təbiətin ağ rəngli tablosuna çevrilən tənha ağac...

Şalva Papuaşvili: Brüssel Gürcüstanın Aİ üzvü dövlətlərlə ikitərəfli münasibətlərini bloklamağa çalışır

Çempionlar Liqası: "Turan" voleybol komandası qrup mərhələsinə yüksəlib

Türk ekspert: Azərbaycandan Avropaya yaşıl enerji dəhlizlərinin yaradılması sərfəlidir

Parisdə Azərbaycan kinosu ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Parisdə Azərbaycan kinosu ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Energetika nazirini müavini: Azərbaycan və Türkiyə yaşıl enerji sahəsində lider rolu oynayırlar

COP31-də Azərbaycanda aşağıkarbonlu hidrogen sektorunun inkişaf perspektivlərindən danışılıb

Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün ilkin nəticəsindən danışıb

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib VİDEO

Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk

Mariam Kvrivişvili: Orta Dəhlizlə bağlı regional tərəfdaşlarla sıx əməkdaşlıq edirik

Tofiq Musayev: Biz mübariz ölkənin mübariz vətəndaşlarıyıq

Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir

Zəfər Günü münasibətilə ‎"İki əsgər" tamaşası növbəti dəfə səhnədə

Fransa 1,5 milyard avrodan artıq dəyəri olan iki hərbi kəşfiyyat peyki sifariş edib

COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksəksəviyyəli dəyirmi masa keçirilib

Təhsil eksperti: Məktəblərdə tədqiqatyönümlü tədrisə ehtiyac var

Pentaqon rəhbəri ona qarşı impiçment təşəbbüsünü “siyasi tamaşa” adlandırıb

Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır

Əbu-Dabidə üçtərəfli danışıqların ilkin mərhələsi başa çatıb

Tallində Azərbaycanın Zəfər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Zəfər Günü Bratislavada qeyd olunub

Böyük Britaniyada hökumətin fövqəladə hallara hazırlıq çağırışından sonra ərzaq və su satışları artıb

KTMT-də Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılacaq

Türkiyə 2040-cı ilədək enerji transformasiyasına 300 milyard dollar investisiya yatıracaq

Akademik Milli Dram Teatrında "Qarabağnamə" tamaşası nümayiş olunub

Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO

Marneulidə Zəfər Gününə həsr olunan futbol yarışı VİDEO

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır VİDEO

Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır VİDEO

Meqan Markl atasının həbsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Nurəddin Mehdixanlı: Xankəndidə gənclərlə görüşün təşkili tarixi bir missiyadır

Almaz Ülvi: Elm xalqları birləşdirən mənəvi körpüdür

Estoniyada Azərbaycanın Zəfər Günü təntənəsi

Fransada CGT-dən noyabrın 17-nə tətil çağırışı: Minimum əməkhaqqının artırılması tələb olunur

Batumidə Zəfər və Dövlət Bayrağı günləri təntənə ilə qeyd olunub

ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci aviabazanı da tərk edib

İngiltərə məktəblərində şagirdlərin mobil telefon saxlamasına qadağa qoyulacaq

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO

COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO

Azərbaycanlı tanınmış cərrah Berlində DRK Klinikasının rəhbəri təyin olunub

TÜBA rəhbəri: COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir

Elmir Babayev: Elm bəşəriyyətin ortaq inkişaf dilidir və gələcəyin formalaşmasında mühüm rol oynayır

Sankt-Peterburqda Zəfər Günü qeyd edilib VİDEO

Sankt-Peterburqda Zəfər Günü qeyd edilib VİDEO

Türkiyənin Vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

COP31 çərçivəsində qlobal mina probleminə diqqət: Qarabağ Dirçəliş Fondundan mina terroruna qarşı mühüm təşəbbüs

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

Noyabrın 10-u Ümumdünya Elm Günüdür

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib

Azərbaycanın energetika naziri COP31-də elektrikləşmə üçün istehsal, şəbəkələr və enerji saxlancının paralel inkişafına çağırıb

Rusiya Əbu-Dabi danışıqlarında irəliləyiş əldə olunacağına ümid edir

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

Teddi Riner prezidentliyə namizədliyini irəli sürdü: Makrondan dəstək

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Tuluz şəhərində azərbaycanlı gənclər Zəfər Günü münasibətilə bir araya gəliblər

Dünyanın 190 ölkəsindən dörd min jurnalist Antalyada COP31-i izləyir

BDYPİ: Səfərdən qayıdan sürücülərə mühüm xəbərdarlıq!

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb VİDEO

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə

Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

COP31-də Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Lüksemburqda Azərbaycanın Zəfər Günü silsilə tədbirlər və mədəni proqramla qeyd olunub

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub

Qazax şəhərində avtomobildə baş verən yanğın söndürülüb

Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş səhnə əsəri nümayiş etdirilib

Zəfər Gününə özəl videoçarx: “Zəfərin səsi, qürurun nəğməsi”

10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək VİDEO

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək VİDEO

Pərviz Şahbazov: Azərbaycanda bərpaolunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq

Cenevrədə Azərbaycanın təşəbbüsü ilə dəyirmi masa təşkil olunub

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO

Suriyada Zəfər Günü: Ordumuzun qələbəsi və aparılan bərpa işləri diqqətə çatdırılıb