Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz bərdəlilər!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl məktəbin açılışı münasibətilə təbrik edirəm.

Bu məktəb görkəmli elm xadimi, gözəl həkim Zərifə Əliyevanın adını daşıyır. Mənim üçün ikiqat xoşdur ki, qədim Qarabağ torpağında Zərifə Əliyevanın adını daşıyan məktəb vardır, onun heykəli ucaldılıbdır. Zərifə Əliyeva böyük alim, çox peşəkar həkim idi. Amma eyni zamanda, o, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yoldaşı, onun sirdaşı, mənim isə anam idi. Mən sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Bu məktəb çox yüksək səviyyədə tikilib və bütün müasir standartlara cavab verir. Əminəm ki, burada uşaqlar ən yüksək səviyyədə təhsil alacaqlar. Ümumiyyətlə, Azərbaycanda hər şey yüksək səviyyədə olmalıdır. Xüsusilə, yeni məktəb və xəstəxana binaları ən yüksək səviyyədə inşa olunmalıdır. Əminəm ki, bu məktəbdə oxuyacaq uşaqlar və dərs deyəcək müəllimlər bu təhsil ocağının qədrini biləcəklər. Burada ən yaxşı şərait yaradılıb, məktəbə gözəl, müasir avadanlıq verilibdir.

Bildiyiniz kimi, Azərbaycanda təhsilə böyük diqqət göstərilir. Təhsil bilik, elm, tərəqqi deməkdir. Hər bir dövlət, hər bir xalq öz təhsilini daha da təkmilləşdirməyə çalışmalıdır. Bu istiqamətdə Azərbaycanda da işlər aparılır. Bilirsiniz ki, bu yaxınlarda müvafiq fərmanlar verilib, əminəm ki, bunlar gələcəkdə təhsilin inkişafına güclü təkan olacaqdır. Onu da qeyd etməliyəm ki, ölkəmizdə büdcənin 20 faizi təhsilə ayrılır. Yəni büdcədən ən çox bu sahəyə vəsait yönəldilir. Bu, təbiidir. Çünki təhsil bizim gələcəyimizdir. Uşaqlarımızın tərbiyə olunması, vətənpərvərlik ruhunda böyüməsi çox mühüm amildir. Eyni zamanda, bizim gənc nəslimiz bilikli, savadlı olmalı, dünyada baş verən bütün yeniliklərə bələd olmalıdırlar. Təsadüfi deyil ki, bu yaxınlarda təhsilimizin daha sürətlə inkişafı istiqamətində atılan növbəti addım Azərbaycan məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının təsdiq edilməsi olmuşdur. Üç il ərzində 4 min 500-dən çox məktəb kompüter avadanlığı ilə təchiz ediləcək, İnternetə qoşulacaq və Azərbaycanın hər bir təhsil ocağında şagirdlər kompüterdən istifadə edəcəkdir. Bu, təhsilimizdə bir inqilab olacaqdır. Çünki qonşu dövlətlərdə, regionun digər ölkələrində bu məsələ öz həllini bu səviyyədə tapmamışdır.

Azərbaycanda isə 2005-2007-ci illər ərzində bütün ümumtəhsil məktəbləri belə gözəl şəraitlə təmin olunacaqdır.

Bu, onu göstərir ki, Azərbaycan sürətlə inkişaf edir. Ölkəmiz həm iqtisadi potensialını gücləndirir, həm də sosial məsələlərə, təhsilə böyük diqqət yetirir. Əlbəttə ki, bu da bizim iqtisadi gücümüzlə bağlıdır. Əgər iqtisadiyyat inkişaf etməsə, məktəblərin tikintisinə, digər sosial proqramların həyata keçirilməsinə də imkan olmayacaqdır.

Onu da qeyd etməliyəm ki, Azərbaycanda belə böyük sayda məktəblərin tikilməsinə bir neçə il bundan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. İndi, demək olar ki, Azərbaycanın hər bir bölgəsində məktəblər tikilir və bu proses sürətlə davam edir. Əminəm ki, bu istiqamətdə atılacaq bütün addımlar bir məqsədə xidmət edəcəkdir: Azərbaycan dövləti daha da güclənməli, öz potensialını bütün sahələrdə, iqtisadiyyatda, siyasətdə, elmdə, mədəniyyətdə, təhsildə daha da inkişaf etdirməlidir.

Mən çox şadam ki, Azərbaycan çox sürətlə inkişaf edir. Ölkəmizdə nəzərdə tutulan bütün proqramlar öz uğurlu həllini tapır. İqtisadi inkişaf baxımından sürətlə irəliləyirik. Bildiyiniz kimi, bu yaxınlarda regionların sosial-iqtisadi inkişaf proqramı qəbul edilmişdir. Bu proqram da uğurla həyata keçirilir. Yeni iş yerlərinin açılması istiqamətində böyük işlər görülmüşdür. 50 mindən artıq daimi və 20 min mövsümi iş yerləri açılmışdır. Bərdə rayonunda da bu istiqamətdə böyük işlər aparılır, yeni iş yerləri açılır, müəssisələr fəaliyyətə başlayır. Bu, böyük bir göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Bizim məqsədimiz də məhz bundan ibarətdir. Mən seçkilərdən əvvəl etdiyim çıxışlarda və verdiyim bəyanatlarda vurğulayırdım ki, məqsədimiz ölkəni hərtərəfli inkişaf etdirmək, təkcə Azərbaycanın paytaxtını deyil, hər bir şəhəri, rayonu, qəsəbəni inkişaf etdirməkdir. Bu istiqamətdə böyük işlər aparılır. Bildiyiniz kimi, artıq rayonlarda da böyük canlanma var, insanlar həvəslə işləyirlər. Yeni iş yerləri, müəssisələr, fabriklər, təhsil ocaqları açılır. Azərbaycanın büdcəsi ildən-ilə artır. Gələn ilin büdcəsində də artım nəzərdə tutulur və ilk növbədə, bu vəsait sosial məsələlərin həllinə yönəldiləcəkdir. Çünki bizim məqsədimiz həm də ondan ibarətdir ki, insanlarımız daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, yüksək maaş alsınlar. Bir sözlə, Azərbaycanda insanların həyat səviyyəsi günü-gündən yaxşılaşmalıdır. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq.

Bilirsiniz ki, son zamanlar görülən tədbirlər nəticəsində büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqları artırılmışdır. Bu siyasət bundan sonra da aparılacaqdır. Azərbaycan vətəndaşı ildən-ilə daha yaxşı yaşayacaq, daha yaxşı şəraitlə təmin olunacaqdır. İnkişaf məhz bundadır. Əlbəttə, Azərbaycanın iqtisadi göstəriciləri çox yaxşıdır, mən rəqəmlərlə sizi yormaq istəmirəm. Amma beynəlxalq iqtisadi aləmdə bu rəqəmlər böyük rəğbətlə qarşılanmışdır. Hərçənd ki, bu rəqəmlər adi həyatda vətəndaşlara heç nə demir. Dəyişikliklər gündəlik həyatda olmalıdır. İnsanların həyat səviyyəsi yaxşılaşmalıdır. Hökumət bu istiqamətdə işlər görür və bundan sonra da görəcəkdir. Onu da deməliyəm ki, bu siyasəti daha uğurla aparmaq üçün xalqın dəstəyi lazımdır. Bu dəstək var və biz bunu hiss edirik. Mən hələ bir il əvvəl bunu Azərbaycanın bölgələrinə, o cümlədən Bərdəyə səfərimdə də görmüşəm. Bu, mənə güc verir, məni ruhlandırır, islahatları daha cəsarətlə aparmağa imkan verir.

Bilirsiniz ki, Bərdənin Azərbaycanda xüsusi yeri vardır. Bərdə Azərbaycanın qədim şəhəridir, Qarabağımızın mərkəzidir. Bütün dövrlədə burada yaşayan insanlar Azərbaycan dövlətçiliyinə, vətənimizə sadiq olublar, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıblar. Bu gün də Bərdə sürətlə inkişaf edir. Bu qədim torpağın Azərbaycan üçün dəyəri artır. Mən çox şadam ki, Bərdədə böyük işlər görülür, problemlər öz həllini tapır. Bilirsiniz ki, mən Milli Olimpiya Komitəsinin prezidenti kimi Bərdədə yeni olimpiya kompleksinin tikilməsində iştirak etmişdim. Bir il bundan əvvəl biz onun açılışını etdik və həmin tədbirdə mən söz vermişdim ki, burada üzgüçülük hovuzu da tikiləcəkdir. Biz bu gün onun da açılışını edəcəyik. Yeni məktəbin tikiləcəyi barədə də söz vermişdim və indi bu məktəb göz qabağındadır.

Demək istəyirəm ki, hər bir insan, xüsusilə rəhbər vəzifədə çalışan şəxs verdiyi sözə sadiq olmalıdır. Hər bir rəhbərin gücü xalqın ona olan münasibətidir, ona inamıdır. Mən də öz həyatımda həmişə çalışmışam və çalışıram ki, verdiyim sözə daim sadiq olum, vədimə əməl edim. Bu gün də gördüyüm işlər haqqında sizin qarşınızda hesabat verirəm. Bu hesabat da göz qabağındadır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Bərdəyə həmişə xüsusi münasibət olmuşdur. O, Azərbaycanda çalışdığı dövrdə, demək olar ki, hər il Bərdəyə gəlirdi, problemlərlə, xüsusilə kənd təsərrüfatı məsələləri ilə məşğul olurdu. Mən də çalışıram ki, bu ənənəyə sadiq olum. Mən dəfələrlə Bərdədə olmuşam və bundan sonra da gələcəyəm.

Mən Bərdəyə gələrkən burada məskunlaşmış qaçqın-köçkünlərlə görüşüm oldu. Bilirsiniz ki, Azərbaycan üçün, dövlətimiz üçün ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğal altında qalmasıdır. Biz çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək. Danışıqlar gedir. Bilirsiniz ki, bu danışıqlar bir müddət dayanmışdı və onların davam etdirilməsində problemlər yaranmışdı. Çünki uzun müddət aparılmış danışıqların heç bir nəticəsi yoxdur, bu məsələ ilə məşğul olan vasitəçilərin fəaliyyəti isə qənaətbəxş sayıla bilməz. Çünki ortalıqda nəticə yoxdur. Biz çalışırıq ki, dünyada, beynəlxalq təşkilatlarda, bu məsələ ilə məşğul olan ölkələrin yüksək dairələrində problemə ədalətli yanaşma olsun. Ədalətli yanaşma o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz bütün dövlətlərin ərazi bütövlüyünü tanıyırıq və tələb edirik ki, Azərbaycanın da ərazi bütövlüyü tanınsın. Dağlıq Qarabağ və onun ətrafında yerləşən ərazilər qədim Azərbaycan torpağıdır. Bilirsiniz ki, ermənilər XIX əsrin əvvəlində bu torpağa qonaq kimi gəlmişdilər. Amma sonralar onların işğalçı siyasəti nəticəsində və o vaxt sovet rəhbərliyinin birbaşa dəstəyi ilə bu torpaqlar erməni işğalına məruz qaldı.

Bəzən kompromislər haqqında təkliflər səslənir, ideyalar irəli sürülür. Əlbəttə, kompromis hər bir razılaşmada öz əksini tapa bilər. Amma mən dəfələrlə demişəm və bu gün də deyirəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir kompromisdən söhbət gedə bilməz. Bizim torpağımız azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz istəyirik bunu sülh yolu ilə həll edək. Biz sülh istəyirik. Azərbaycan xalqı müharibədən çox əziyyət çəkibdir. Heç kim müharibə olmasını istəmir. Ona görə də sülh danışıqlarını davam etdiririk.

Amma torpaqlarımızın hərb yolu ilə azad edilməsinə də hər an, hər dəqiqə hazır olmalıyıq. Bu məqsədlə Azərbaycanda böyük ordu quruculuğu işləri aparılır, orduya diqqət artırılır. Orduya ayrılan vəsait artırılır və çox böyük proqramlar həyata keçirilir. Ordumuz çox güclüdür və qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Məqsədimiz bunu daha da gücləndirməkdir. Azərbaycanın iqtisadi potensialı Ermənistanın iqtisadiyyatından bir neçə dəfə üstündür. Heydər Əliyev tərəfindən təməli qoyulmuş iri layihələr həyata keçirildikcə, Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcəkdir. Bir-iki ildən sonra Ermənistanla Azərbaycan arasında iqtisadi uçurum daha da genişlənəcəkdir. Bizim ölkəmiz inkişaf edir, dünyada mövqelərini daha da möhkəmləndirir, regional məsələlərdə həlledici rol oynayır. İqtisadi məsələlər öz həllini tapır və bu, çox sevindirici haldır. Qarşı tərəf isə beynəlxalq cəhətdən təcrid olunubdur. Bir sözlə, mən əminəm ki, gələcəkdə də qarşımızda duran bütün məsələlər öz həllini tapacaqdır.

Azərbaycanın mövqeləri siyasi sahədə də güclənir. Böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ikitərəfli münasitbətlərimiz inkişaf edir və möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi də öz ədalətli həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır.

Əziz bacılar və qardaşlar, bu gözəl məktəbin açılışı münasibətilə bir daha sizi ürəkdən təbrik edirəm, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

Rəsmi hissədən sonra Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın adını daşıyan orta məktəbin açılışını bildirən lenti kəsdi.

Sonra Prezident İlham Əliyev məktəbin sinif otaqları, kitabxanası, laboratoriyası, idman salonu, bufet-yeməkxanası ilə yaxından tanış oldu. Dövlətimizin başçısına məktəb haqqında ətraflı məlumat verildi. Bildirildi ki, akademik Zərifə Əliyeva adına Bərdə şəhər orta məktəbinin təməli bu ilin yanvarında qoyulmuş və tikinti səkkiz ay ərzində başa çatdırılmışdır. 1000 şagird üçün nəzərdə tutulmuş məktəb binasının sahəsi 5200 kvadratmetr, ərazisi 1,8 hektardır. Burada 32 sinif otağı, 576 kvadratmetrlik idman salonu vardır. Gözəl memarlıq üslubuna malik dördmərtəbəli məktəbin zirzəmi hissəsində laboratoriyalar, əmək təlimi və digər müvafiq otaqlar yerləşir. Kompüter, linqafon kabinetləri, kabinet tipli fənn otaqları müasir avadanlıqla və əyani vasitələrlə təmin olunmuşdur. Tikinti müddətində hər gün obyektdə 150-200 adam çalışmış, onların orta aylıq əmək haqqı 450-500 min manat təşkil etmişdir. Məktəbdə 45 yeni iş yeri açılmışdır. Müəllim və şagird kollektivi şəhər məktəblərinin hesabına formalaşdırılmışdır.

Mərasim iştirakçıları Azərbaycan Prezidentini hərarətli alqışlarla yola saldılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib VİDEO

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb

Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın üzərinə mühüm vəzifələr düşür

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Azərbaycan milli mətbəxi Uruqvayda “Beynəlxalq Kulinariya Günü”ndə təqdim olunub

Səmyar Abdullayev: 100-dən çox gözdən əlilliyi olan şəxs mədəniyyət sahəsində çalışır

Deputat: Azərbaycançılıq ideologiyasının formalaşmasında ziyalılarımız mühüm rol oynayıblar

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Dram Teatrında “İki aktrisa üçün baş rol” tamaşasının məşqlərinə başlanılıb

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü olub

“Bərabər İmkanlar” layihəsi çərçivəsində inklüziv cəmiyyətin inkişafına həsr olunmuş görüş təşkil edilib

Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Nizami Cəfərov: Azərbaycançılıq ideologiyasının əsasını etnos, din və ümumbəşəri dəyərlərin vəhdəti təşkil edir

“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri başa çatıb

® “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 2-ci yeri tutub

Avrokomissiya Belçikada dəniz külək enerjisi layihəsinə 2 milyard avroluq dəstəyi təsdiq edib

Azər Hacıbalayev: Musiqi duyumu və ritm hissi ifaçının formalaşmasında mühüm rol oynayır

London İmperial Kollecinə gedən yol: azərbaycanlı tələbənin uğur hekayəsi - MÜSAHİBƏ

Neftin ucuzlaşmasına təsir edən fundamental iqtisadi səbəblərdən biri təklif-tələb nisbətinin dəyişməsidir

COP31-dəki Azərbaycan pavilyonunda rəqəmsal transformasiyanın iqlim dəyişmələrinin azaldılmasında əhəmiyyəti vurğulanıb

173A və 173B nömrəli marşrutların avtobusları yenilənir

“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq

Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb VİDEO