Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün mənimlə görüşə gəldiyinizə görə sizə öz minnətdarlığımı bildirirəm.

Mən seçkilərdən əvvəl burada olarkən sizlərlə görüşmüşdüm. O vaxt prezident seçkiləri ərəfəsi idi. Sizə də, bütün Azərbaycan xalqına da söz vermişdim ki, əgər mənə etibar göstərilərsə, Heydər Əliyevin yolu ilə gedəcəyəm, onun siyasətini davam etdirəcəyəm. Sizə deyə bilərəm ki, seçkilərdən keçən bu dövr ərzində Azərbaycan bütün istiqamətlərdə uğurla inkişaf edir. Xarici siyasətimiz uğurla aparılır. Azərbaycan beynəlxalq təşkilatlarla öz əlaqələrini gücləndirib, dünyada daha da möhkəm mövqelərə malik olubdur. İkitərəfli formatda böyük dövlətlərlə səmərəli əlaqələrimiz var. Bu da bizə imkan verir ki, beynəlxalq aləmdə öz sözümüzü daha da qətiyyətlə deyə bilək.

Ölkə daxilində gedən proseslər də çox müsbətdir. Gördüyünüz kimi, sosial-iqtisadi inkişaf Proqramının qəbul edilməsi Azərbaycanda iqtisadiyyatın inkişafına yeni təkan vermişdir. Yeni iş yerləri sürətlə açılır və sizə deyə bilərəm ki, son müddət ərzində 70 minə qədər yeni iş yeri yaradılıbdır. Onların da 50 mini daimi iş yeridir. Bütün digər istiqamətlərdə də bizim nailiyyətlərimiz göz qabağındadır.

Ölkədə ictimai-siyasi sabitlik mövcuddur. Hamı birlik nümayiş etdirir və hamımız çalışırıq və bundan sonra da çalışacağıq ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini həll edək.

Mən bir il bundan əvvəl burada olarkən söz vermişdim ki, bundan sonra da mənim fəaliyyətimin əsas istiqaməti qaçqınların, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı olacaqdır. O günə qədər ki, torpaqlarımız azad olacaq, gərək biz qaçqınların şəraitini yaxşılaşdıraq. Bu məqsədlə müvafiq Fərmanlar, Sərəncamlar verildi və bildiyiniz kimi, yeni müasir evlər tikiləcək, qəsəbələr salınacaqdır. Bu istiqamətdə işlər aparılır. Mən söz vermişdim ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq, bütün çadır şəhərcikləri ləğv ediləcək və onların əvəzinə yeni, müasir binalar, qəsəbələr, məktəblər, tibb məntəqələri tikiləcəkdir.

Keçən il mən Biləsuvar rayonunda böyük bir qəsəbənin açılışında iştirak etmişdim. Orada məskunlaşmış qaçqınlar, köçkünlər, bizim bacılarımız, qardaşlarımız yeni şəraitlə, yeni infrastrukturla təmin olunublar. Bizim məqsədimiz odur ki, ümumiyyətlə, Azərbaycanda hər bir insan yaxşı yaşasın, hər bir vətəndaş ildən-ilə daha da yaxşı yaşasın. Əlbəttə, gərək ilk növbədə, ən ağır vəziyyəti yaşayan qardaşlarımız, bacılarımız bu şəraitlə təmin olunsunlar.

Azərbaycan Dövlət Neft Fondundan vəsait ayrılıbdır və bunun hesabına yeni qəsəbələr tikiləcəkdir. Amma əlbəttə, bu məsələnin müvəqqəti həllidir. Biz əminik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, Qarabağ torpağı işğalçılardan azad olunacaqdır. Bu istiqamətdə də böyük işlər aparılır.

Bilirsiniz ki, biz bunu sülh yolu ilə həll etmək istəyirik. Amma onlar bunu istəmirlər. Müharibə böyük bəladır, müharibə humanitar fəlakət deməkdir. Ona görə çalışırıq ki, münaqişəni sülh yolu ilə həll edək. Nə vaxta qədər ki, buna bizim inamımız olacaq, biz sülh danışıqlarını davam etdirəcəyik. Əgər görsək ki, daha sülh danışıqlarının aparılmasının mənası yoxdur, onda Azərbaycan xalqı birləşərək öz doğma torpaqlarını bütün başqa yollarla azad edəcəkdir.

Bunu etmək üçün bir neçə amillər lazımdır və bunların da hamısı, demək olar, Azərbaycanda var. Vətənpərvərlik ruhu çox yüksək səviyyədədir. Mən çox istəyirəm ki, bizim gənc nəslimiz məhz vətənpərvərlik ruhunda tərbiyə edilsin. Azərbaycanda milli vətənpərvərlik var. Hamı iqtidarla yekdildir, hamı iqtidarın yeritdiyi siyasəti dəstəkləyir. Bu da çox gözəl amillərdən biridir.

Azərbaycanda iqtisadiyyat güclənir. Bizim iqtisadi potensialımız ildən-ilə artır. Bu da, öz növbəsində, imkan verəcək ki, bütün sahələrdə, o cümlədən ordu quruculuğunda bir çox böyük işləri görək. Sizə deyə bilərəm ki, bu istiqamətdə işlər aparılır. Bu yaxınlarda Azərbaycanın dövlət büdcəsinə əlavələr edildi və orduya, müdafiə məqsədlərinə ayrılan vəsaitin həcmi nəzərəçarpacaq dərəcədə artırıldı. Gələn ilin büdcəsində ordu quruculuğuna daha böyük həcmdə vəsait nəzərdə tutulacaqdır. Bu da imkan verəcək ki, biz ordumuzu daha da gücləndirək, daha da müasirləşdirək. Bütün bu işlər aparılır.

Mən gələcəyə böyük nikbinliklə baxıram. Mən Azərbaycanı bir neçə ildən sonra zəngin, inkişaf etmiş, çox güclü dövlət kimi görmək istəyirəm və əlimdən gələni edəcəyəm. Azərbaycan artıq bölgədə çox mühüm mövqeyə malikdir, burada aparıcı dövlətə çevrilib, bizimlə hesablaşırlar. Azərbaycanın sözü daha da dəyərlidir. Mən heç şübhə etmirəm ki, ən çətin problemə – Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına son qoyulacaq, bu məsələni müsbət həll edəcəyik. Azərbaycan xalqı birdir, bu məsələni həll edəcəkdir. Siz öz doğma torpaqlarınıza qayıdacaqsınız, mən də gələcəyəm, sizinlə birlikdə orada olacağam.

Əziz dostlar, sizə bir daha öz dərin hörmətimi bildirirəm. Qaçqınlar, köçkünlər uzun illərdir çətin şəraitdə yaşayırlar. Biz istəyirik ki, bu şəraiti yüngülləşdirək. İstəyirik əlimizdən gələni edək ki, bu şərait daha da yaxşı olsun. Müvəqqəti olsa belə, yenə də yaxşı şəraitdə yaşayasınız. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Əminəm ki, bundan sonra görüşlərimiz daha da çox olacaqdır. Bilirsiniz ki, demək olar, bütün bölgələrə etdiyim səfərlərdə qaçqın-köçkünlər harada məskunlaşıbsa, onlarla görüşürəm və bundan sonra da görüşəcəyəm. Sizə cansağlığı, xoşbəxtlik, əmin-amanlıq arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: “Sükut içində addımlar” filmi Qarabağın minalardan təmizlənməsində iştirak edən qadınların gündəlik həyatını əks etdirir

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb

Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın üzərinə mühüm vəzifələr düşür

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Azərbaycan milli mətbəxi Uruqvayda “Beynəlxalq Kulinariya Günü”ndə təqdim olunub

Səmyar Abdullayev: 100-dən çox gözdən əlilliyi olan şəxs mədəniyyət sahəsində çalışır

Deputat: Azərbaycançılıq ideologiyasının formalaşmasında ziyalılarımız mühüm rol oynayıblar

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib