Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Hamınıza bizim Azərbaycan gününə “Xoş gəlmisiniz!” demək istəyirəm. Xüsusilə də, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, böyük dostumuz Jak Roqqu salamlayıram. Onun təkcə Azərbaycanda deyil, bütün dünyada idmanın, olimpiya hərəkatının inkişafına yardımı və dəstəyinin böyük əhəmiyyəti vardır. Çox xoşbəxtəm ki, Azərbaycan Olimpiya Komitəsinin həmişə gözəl münasibətlərdə olduğu və bu münasibətləri gələcəkdə də davam etdirəcəyi dostları bu gün bizimlədirlər.

Mən iftixar hissi keçirirəm ki, yeddi il müddətində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm və bu müddət ərzində Azərbaycan beynəlxalq olimpiya ailəsinin fəal üzvünə çevrilmişdir.

Azərbaycan həmişə öz atletləri ilə məşhur olmuşdur. Amma yalnız müstəqillik qazanandan sonra Azərbaycan suveren ölkə kimi Beynəlxalq Olimpiya Komitəsinin üzvünə çevrilmişdir. Azərbaycanın daxil olduğu olimpiya ailəsi nadir bir ailədir. Bu ailə bütün dünyadan olan insanları birləşdirir. Yalnız idmançıları, atletləri deyil, bütün dünyanı birləşdirir və olimpiada dünyada keçirilən ən böyük beynəlxalq tədbirdir.

Azərbaycanda olimpiya hərəkatı həyatımızın çox vacib, çox mühüm bir hissəsinə çevrilmişdir. Biz olimpizmin, idmanın inkişafına çox böyük fikir veririk. Olimpiya hərəkatının ideallarını inkişaf etdiririk. İdmançılar üçün qurğular yaradırıq. Son dörd il müddətində Azərbaycanda 10-dan artıq iri idman mərkəzi yaradılmışdır. Bunların hamısı yüksək beynəlxalq standartlar səviyyəsində tikilmişdir.

Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Bizim bir neçə olimpiya çempionumuz, eləcə də dünya və Avropa çempionlarımız var. Amma ən mühümü odur ki, idman Azərbaycanda gənc nəsil arasında çox populyar olmuşdur. Düşünürəm ki, bu, bizim ən böyük nailiyyətimizdir. Hazırda Azərbaycanda idman kütləvi xarakter almışdır. İdman təkcə idmançıların medal, mükafat aldığı yarış deyil, həm də gənclərin, cavanların fiziki cəhətdən möhkəmlənməsi, sağlam olması deməkdir. Əlbəttə ki, yaxşı idmançılar, yaxşı atletlər həmişə ölkədəki cavanlar üçün nümunə olmuşdur.

Azərbaycan olimpiya ideallarına, olimpiya hərəkatına möhkəm sadiqdir. Mən əminəm ki, ölkəmiz gələcəkdə də idmanın inkişafına və olimpiya hərəkatına sadiq olacaqdır. Düşünürəm ki, dostlarımızın dəstəyi ilə, milli olimpiya komitələrinin, indiyədək bizə dəstəyini əsirgəməyən Beynəlxalq Olimpiya Komitəsinin yardımı ilə nəticələri daha da artıracağıq.

Onu da fəxrlə deyirəm ki, son illər ərzində Azərbaycan bir neçə idman yarışlarında ev sahibi kimi çıxış etmişdir. Ölkəmizdə Dünya kuboku yarışları, dünya və Avropa çempionatları, eləcə də üç olimpiya təsnifat turniri keçirilmiş, hamısı da yüksək səviyyədə təşkil olunmuşdur.

Əziz dostlar, bu gün buraya gəldiyinizə görə hamınıza bir daha minnətdarlığımı bildirirəm, Azərbaycan gününə xoş gəlmisiniz. Bu gün biz çalışdıq ki, ekranda nümayiş etdirilən filmlər vasitəsilə ölkəmizin ab-havasını burada canlandıraq. Biz bu gün burada, bu hoteldə özümüzü elə Azərbaycandakı kimi hiss edirik.

İstərdim ki, dostlarımın hamısını ölkəmizə dəvət edim. Yəqin ki, Azərbaycanda olanlar bir daha gəlmək istəyərlər, olmayanları isə Azərbaycana dəvət edirəm. Buraya gəldiyinizə görə hamınıza bir daha minnətdaram və olimpiadada yarışan bütün atletlərə uğurlar diləyirəm. Çox sağ olun!

X X X

Sonra Qırğızıstanın idman nümayəndə heyəti adından Prezident İlham Əliyevə hədiyyə olaraq milli geyim təqdim edildi.

Azərbaycan Prezidenti ölkəmizin olimpiya komandasının üzvləri ilə görüşüb qarşıdakı yarışlarla bağlı söhbət etdi, öz tövsiyələrini verdi. İdmançılar və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirdi.

X X X

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV mərasimdən sonra respublikamızın jurnalistlərinə müsahibə verdi:

- Azərbaycan günü çox yaxşı keçdi, görürsünüz ki, çoxlu qonaqlar vardı. Biz çalışdıq ki, bunu yüksək səviyyədə keçirək. Bəlkə xatırlayırsınız, Sidneydə də Azərbaycan günü keçirmişdik, o, bizim üçün ilk təcrübə idi. Bu dəfə də bizim mütəxəssislərimiz yaxşı hazılaşmışdılar, Azərbaycanın reallıqlarını əks etdirən gözəl videomateriallar nümayiş etdirildi.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq, BOK-un fəxri prezidenti Samaranç, federasiyaların rəhbərləri, digər ölkələrdən olan nümayəndələr buradadırlar. Bunun özü də göstərir ki, Azərbaycan beynəlxalq idman ailəsində özünə layiq yerini tutmuşdur və ona böyük hörmətlə yanaşırlar. İdmançılarımızın uğurlu çıxışları, Azərbaycanda idman sahəsində görülən tədbirlər nəticəsində buna nail olmuşuq. İdmançılarımız gərək bundan sonra da Azərbaycanın bayrağını yüksəklərə qaldırsınlar.

MÜXBİR: Sidneydə gözəl günlər yaşadıq, üç medal qazandıq. İnşallah, bu dəfə medallar daha çox olacaqdır.

İLHAM ƏLİYEV: Baxarıq, bu, idmandır. Əlbəttə, imkan var ki, medallar qazanaq, güclü idmançılarımız var. Boksçularımız dünən iki qələbə qazandılar, bu gün də boksçumuz görüşdə qalib gəldi. Yenə qələbələrimiz olacaqdır.

SUAL: Cənab Prezident, ilk dəfədir ki, Azərbaycanın “Lider” televiziyası Olimpiya oyunlarından canlı yayımla verilişlər təşkil edir. Siz bunu necə qiymətləndirirsiniz?

CAVAB: Mən bunu yüksək qiymətləndirirəm ki, ilk dəfədir Olimpiya oyunları Azərbaycanın televiziyası ilə birbaşa verilir. Bu onu göstərir ki, ölkəmiz inkişaf edir. Sidney Olimpiadasında belə deyildi, doğrudur, oradan materiallar ötürülürdü, amma bu dəfə “Lider” televiziyası belə bir gözəl tədbir gördü və bizim bütün idman həvəskarlarımız bu cür fürsət əldə etdilər. Çox müsbət haldır. Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycan Respublikasının Prezidenti kimi sizə minnətdarlığımı bildirirəm.

Bilirsiniz ki, Azərbaycanda idmana böyük maraq, hörmət var. Sağ olun ki, sizin sayənizdə tamaşaçılarımız belə gözəl fürsət əldə ediblər.

SUAL: Bunlar, əslində, Sizin sayənizdə mümkün olubdur. Azərbaycanın bütün sahələrdə inkişafı televiziyada da öz əksini tapmışdır. İcazənizlə, Almaniyaya qarşıdakı səfərinizlə bağlı sual verərdim. Ümumiyyətlə, bu ölkəyə səfərinizi necə qiymətləndirirsiniz?

CAVAB: Bu səfər vacibdir. Almaniya ilə çox gözəl iqtisadi əlaqələrimiz var, siyasi cəhətdən də ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Bilirsiniz ki, Almaniya dünyanın və Avropa Birliyinin aparıcı ölkələrindəndir və çox istəyirik ki, bizim aramızda müxtəlif sahələrdə olan münasibətlər daha da inkişaf etsin. Almaniya iqtisadiyyatı çox böyük sürətlə inkişaf edir və dünyada aparıcı iqtisadiyyat kimi tanınmışdır. Azərbaycanın da iqtisadiyyatı inkişaf edir, irəliləyir. Ona görə də ikitərəfli əlaqələrin genişlənməsi hər iki ölkənin maraqlarına cavab verir.

MÜXBİR: Afinada Azərbaycandan daha çox azarkeşlər təmsil olunmuşdur...

İLHAM ƏLİYEV: Bu, bir daha onu göstərir ki, ölkəmiz inkişaf edir. Yəni son dörd il ərzində Azərbaycanda bütün sahələr, o cümlədən idman inkişaf etmişdir. İnsanlarımızın həyat səviyyəsi yaxşılaşır, ölkə daha da inamla irəliləyir. Əlbəttə ki, buraya gəlmək üçün müəyyən vəsait tələb olunur. Bu, onu göstərir ki, Azərbaycan vətəndaşları belə imkanları əldə ediblər. Eyni zamanda, bu göstərir ki, biz düz yoldayıq. Ümid edirəm ki, növbəti, Çində keçiriləcək Olimpiya oyunlarında daha da çox idmançılarımız və azarkeşlərimiz olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz