Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Mən sizi Azərbaycanın milli bayramı - istiqlaliyyət, Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini çox yüksək qiymətləndirir.

Ancaq Xalq Cümhuriyyətinin ömrü uzun olmadı və təxminən iki ildən sonra gənc respublika süqut etdi. Yalnız 1991-ci ildə, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. O illər ölkəmiz üçün çox çətin illər olmuşdur. Digər keçmiş sovet respublikaları ilə müqayisədə Azərbaycan daha çətin vəziyyətə düşmüşdü. Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, torpaqlarımızın işğal altına düşməsi, daxildə gedən mənfi proseslər ölkəmizi çox çətin vəziyyətdə qoymuşdu. Bununla yanaşı səriştəsiz, bacarıqsız rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində ölkə böhran içində idi. İqtisadi, siyasi, hərbi böhran içində idi. Xaos, anarxiya, hərc-mərclik hökm sürürdü. Ümumiyyətlə, Azərbaycan müstəqil dövlət kimi dünya xəritəsindən silinə bilərdi.

Bu şəraitdə Azərbaycan xalqının tələbi, təkidi ilə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdı. Bütün mənfi meyllərə son qoyuldu, ictimai-siyasi sabitlik yarandı, asayiş bərpa olundu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi, ölkədə qayda-qanun yaradıldı. Bütün bunları etmək üçün, əlbəttə ki, ilk növbədə, Heydər Əliyev iradəsi, cəsarəti lazım idi və Azərbaycan xalqının dəstəyi lazım idi. Azərbaycan xalqı öz liderinə inandı və xalqın dəstəyi ilə Azərbaycanda böyük quruculuq işləri başlandı.

İnkişafı təmin etmək üçün hər bir ölkədə, ilk növbədə, sabitlik, qanunun aliliyi olmalıdır, nizam-intizam olmalıdır. Bütün bu amillər Azərbaycanda bərqərar oldu və ölkəmiz inkişaf yoluna çıxdı. İqtisadi baxımdan ölkə çox sürətlə inkişaf etməyə başladı. İqtisadiyyatı xarakterizə edən ən mühüm amil - ümumi daxili məhsul son 7 ildə 90 faiz artmışdır. Ölkəyə böyük həcmdə sərmayələr qoyulmuşdur. Genişmiqyaslı özəlləşdirmə proqramı həyata keçirildi və bu proses davam edir.

Ölkəmiz öz neft sərvətlərinin dünya bazarlarına çatdırılması üçün mühüm addımlar atmışdır. 10 il bundan əvvəl məhz bu “Gülüstan” sarayında “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin neft strategiyası başlandı. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycana böyük həcmdə xarici sərmayələrin qoyulması ölkəmizi hərtərəfli inkişaf etdirir. Bu gün qonşu ölkələrlə müqayisədə, keçmiş sovet respublikaları ilə müqayisədə adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan liderdir.

Bu layihələrdən sonra Azərbaycanın ölkəmiz üçün, region üçün önəmli digər layihələri həyata keçirilməyə başlandı. Bütün dünya üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmışdır. Heç kəs üçün sirr deyil ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının təşəbbüskarı və memarı xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Təsadüfi deyildir ki, Bakı-Tbilisi-Ceyhan şirkətinin üzvləri bu kəmərə Heydər Əliyevin adını vermişlər.

Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Bir vaxt ölkəmiz dünyada, bölgədə, regionda gedən bütün proseslərdən təcrid olunmuş vəziyyətdə idi. Azərbaycan müxtəlif ölkələrlə ikitərəfli əlaqələri qura bildi və beynəlxalq aləmin çox dəyərli üzvünə çevrildi. Ölkəmizin mövqeləri möhkəmləndi, Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların üzvü olmuşdur və onlarda çox fəal iştirak edir.

Ordu quruculuğunda böyük addımlar atıldı. 1993-cü ilə qədər orduda vəziyyət çox ağır idi, demək olar ki, Azərbaycanda ordu yox idi, ayrı-ayrı birləşmələr müstəqil şəkildə fəaliyyət göstərirdilər. Bu gün Azərbaycanın ordusu ən yüksək standartlara cavab verir, peşəkar orduya çevrilibdir və qarşıda duran vəzifələri həll etməyə qadir bir ordudur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atılmışdır. Atəşkəs əldə olunmuşdur və bu bizə imkan verdi ki, sakit şəraitdə ölkəmizi inkişaf etdirək.

Bir sözlə, bu 11 il ərzində Azərbaycanda görülən işlər, aparılan siyasət öz müsbət təsdiqini həyatda tapır. Azərbaycan xalqı bu siyasətə səs verir, bu siyasəti bəyənir. Bu siyasət bu gün də yaşayır, ölkəmizin xoşbəxt gələcəyi üçün bu siyasət Azərbaycanda uzun illər aparılmalıdır.

Prezident seçkilərindən yeddi ay keçir. Bu müddət ərzində biz qarşımızda duran bütün vəzifələri yerinə yetiririk. Seçkilər ərəfəsində verilən sözlər yerinə yetirilir. Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini daha da gücləndirir. Etdiyim xarici səfərlər, keçirdiyim ikitərəfli görüşlər çərçivəsində Azərbaycanın nüfuzu regionda, dünyada daha da möhkəmlənibdir. Xaricdə Azərbaycana olan rəğbət çox yüksək səviyyədədir. Azərbaycan, demək olar ki, dünyada böyük hörmətə malikdir. Regional məsələlərdə ölkəmiz liderliyi əldən vermir və bu liderlik gündən-günə möhkəmlənir. Azərbaycan bütün ölkələrlə faydalı, səmərəli, ikitərəfli əlaqələrin qurulmasına çalışır və demək olar ki, bütün ölkələrlə çox mehriban münasibətlər qura bilibdir.

Bizim beynəlxalq təşkilatlarla əməkdaşlığımız çox sürətlə inkişaf edir. Beynəlxalq təşkilatlara etdiyim səfərlər çox uğurlu olmuşdur. Avropa Şurasına, Avropa İttifaqına, NATO-ya etdiyim rəsmi səfərlər Azərbaycanın siyasətini bir daha təsdiqlədi. Azərbaycan öz gələcəyini dünya və Avropa strukturlarına inteqrasiyada görür. Bu, bizim strateji seçimimizdir və ona sadiqik. Sevindirici haldır ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan münasibət çox müsbətdir.

Azərbaycanda seçkilərdən sonra gedən proseslərə çox müsbət reaksiya vardır, görülən işlər təqdirlə qarşılanır. Əlbəttə ki, bu, bizim mövqelərimizi daha da möhkəmləndirir. Deyə bilərəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq təşkilatların diqqəti artmışdır. Bu, bizi çox sevindirir. Biz əminik ki, yalnız və yalnız beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə bu münaqişə tezliklə öz həllini tapa bilər. Sevindirici haldır ki, uzun fasilədən sonra danışıqlar prosesi bərpa olundu və biz ümid edirik ki, danışıqlar yolu ilə sülh müqaviləsinə nail ola bilərik. Əlbəttə ki, bu müqavilə beynəlxalq hüquq normalarına əsaslanmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Mən ümid edirəm ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların iştirakı və fəaliyyəti ilə biz tezliklə bu məsələni həll edə bilərik.

Seçkilərdən keçən dövr ərzində iqtisadiyyatımız daha da güclənibdir. 2004-cü ilin birinci rübündə iqtisadiyyatda artım 10 faiz olmuşdur. Bu, onu göstərir ki, keçmişdə yaranmış meyllər davam edir, iqtisadi siyasətimiz çox uğurludur və bu siyasət öz bəhrəsini verməkdədir. İki proqram çərçivəsində - sosial-iqtisadi və regional inkişaf proqramları çərçivəsində böyük işlər görülür. Xüsusilə bölgələrdə yeni iş yerlərinin açılması istiqamətində atılan addımlar öz ilkin nəticələrini verməkdədir və deyə bilərəm ki, son aylar ərzində 30 minə yaxın yeni iş yeri açılmışdır. Bu meyllər davam edəcək və mən şübhə etmirəm ki, qarşımızda duran bu böyük vəzifə öz həllini tapacaq, biz Azərbaycanda işsizliyi, yoxsulluğu aradan qaldıracağıq.

Sosial məsələlərin həllində mühüm addımlar atılır, böyük proqramlar həyata keçirilir. Ən çətin vəziyyətdə yaşayan, sosial cəhətdən ən az müdafiə olunan qaçqınlar, köçkünlər üçün nəzərdə tutulmuş yeni layihələr həyata keçirilir. Bu proqram davam etdiriləcək və mən dediyim kimi, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Çadır şəhərciklərində yaşayan soydaşlarımız yeni evlərlə təmin olunacaqdır. Bu istiqamətdə işlər gedir, müvafiq fərmanlar da imzalanıbdır.

Ordu quruculuğunda işlər uğurla davam edir, ordumuz güclənir, bu sahəyə xüsusi diqqət var. Ümumiyyətlə, cəmiyyətdə bu sahəyə böyük diqqət olmalıdır, insanlarımız, gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə edilməli, böyüməlidir. Hər bir vətəndaş çalışmalıdır ki, orduya kömək etsin, orduya öz dəstəyini versin.

Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələr baş vermişdir. Seçkilərdən sonra Azərbaycanda sabitlik pozulmadı, sabitlik qorundu. Sabitliyi pozmaq istəyən qüvvələr öz layiqli cavabını aldılar. Azərbaycan dövləti öz dövlətçiliyini qorumağa qadirdir. Biz insanlarımızın rahat şəraitdə yaşamaq haqqını müdafiə edirik, bundan sonra da edəcəyik. Hər bir qeyri-qanuni hərəkət öz layiqli cavabını alacaqdır. Azərbaycanda qayda-qanun var və hər bir vətəndaş qanunlara tabe olmalıdır. Azərbaycanda sabitliyin qorunması gələcək inkişafımız üçün ən önəmli şərtlərdən biridir.

Ölkəmizin mədəni həyatında, ictimai həyatında mühüm, gələcəyə yönəlmiş addımlar atılır. Bilirsiniz ki, kitabların latın əlifbası ilə nəşri üçün tədbirlər görülür. Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşri haqqında qərarlar verilibdir. Bu, bizim tariximiz üçün, gələcək üçün çox mühüm, önəmli addımlardır.

Bir sözlə, ölkəmiz inkişaf edir. Heydər Əliyevin siyasəti yaşayır və həyata keçirilir. Çox sevindirici haldır ki, bütün görülən işlər xalq tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Mən bu dəstəyi hiss edirəm və bu dəstəyə arxalanıram, ümid edirəm ki, hər bir vətəndaş əlindən gələni edəcək ki, ölkəmiz daha da güclənsin, möhkəmlənsin.

Əziz dostlar, sizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan möhkəmlənəcək, öz dövlət müstəqilliyini gücləndirəcək və müstəqilliyimiz əbədi, dönməz olacaqdır.

Sağ olun.

X X X

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, dini icmaların nümayəndələri Prezident İlham Əliyevi əlamətdar bayram – Respublika günü münasibətilə təbrik etdilər.

Gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze dövlətimizin başçısına müraciətlə dedi:

- Zati-aliləri cənab Prezident, əziz İlham Heydəroviç, Bakıdakı diplomatik heyətin adından Sizi bu gözəl günlə əlaqədar təbrik etmək istəyirəm. Bu gözəl bayram Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzmini təsdiq edir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrilmişdir. Mən xalqınıza sülh, xoşbəxtlik və bütün problemlərin həll olunmasını arzu edirəm.

Prezident İlham Əliyev respublika ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, idmançılarla görüşüb səmimi söhbət etdi, onlarla xatirə şəkilləri çəkdirdi. Yazıçılar və incəsənət xadimləri ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş kitabları, musiqi əsərləri yazılmış diskləri dövlətimizin başçısına təqdim etdilər.

Rəsmi qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir - TƏHLİL

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

Azərbaycan beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir ŞƏRH

Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

® Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var VİDEO

Politoloq: “Avropa Siyasi Birliyi”nin Sammitindəki görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Deputat: Birgə Bəyannamə Azərbaycanla Britaniyanın əməkdaşlığının yeni siyasi və institusional mərhələyə yüksəldilməsini ifadə edir

® Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - FOTO

Türk professor: COP31-də Azərbaycan və Türkiyə liderlərinin səmimi münasibəti tarixi qardaşlığın təzahürüdür

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüşüblər

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Prezidentin Dublin Toplantısında iştirakı və görüşləri Azərbaycan üçün bir çox cəhətdən vacib əhəmiyyət daşıyır - TƏHLİL