Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Belə maraqlı təqdimata görə sağ olun. Bu, potensialınızı da, inkişafı da, imkanları da çox əyani şəkildə göstərdi. Bu dinamika ondan xəbər verir ki, turizm infrastrukturunun inkişafı istiqamətində işlər çox səmərəli gedir. Bu baxımdan, əlbəttə, ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün çox yaxşı perspektivlər var. Mənim səfərim çərçivəsində çox mühüm sənədlər imzalandı və biz ümidvarıq ki, yaxın vaxtlarda ölkələrimiz arasında hava yolu açılacaq və adamlarımız arasında ünsiyyət daha canlı olacaqdır. Çünki turizm infrastrukturunu inkişaf etdirmək üçün ilk növbədə informasiya gərəkdir. İnformasiya əlyetən, geniş əhatəli olmalı və potensial turistləri başqa bir ölkəni deyil, məhz bu ölkəni seçməyə sövq etməlidir. Ona görə ki, indi dünyanın müxtəlif ölkələrində, o cümlədən də bizdə turizmin infrastrukturunun inkişafına böyük əhəmiyyət verilir. Bizdə bu, hələlik başlanğıc mərhələsindədir, hərçənd potensial böyükdür - həm dəniz sahili, həm dağ turizmi, həm də tarixi yerlər vardır. Bir sözlə, biz bu sahədə sizin təcrübənizi - son beş ildə turizmin inkişafında böyük inkişafa necə nail olduğunuzu öyrənmək istiqamətində çox fəal işləyə bilərik. Eləcə də əməli baxımdan. Yəni vətəndaşlarımız sizin ölkənizə, sizin vətəndaşlarınız isə bizim ölkəmizə istirahətə gəlsinlər. Düşünürəm ki, bu baxımdan potensial çox yaxşıdır. Mənimlə birlikdə böyük bir nümayəndə heyəti, o cümlədən turizm naziri gəlmişdir, siz onunla artıq tanışsınız. Bu sahəni inkişaf etdirməyə çalışacağıq. 

Ölkənizin potensialı artır, insanların həyatı yaxşılaşır. Xaricə istirahətə gedən Azərbaycan vətəndaşlarının sayı ildən-ilə artır. Ölkəmizə gələnlərin sayı da çoxalır. Lakin müasir infrastruktur yaratmaq gərəkdir, çünki bizdə olan turizm infrastrukturu, əsasən, sovet dövründən qalmadır. O, fiziki cəhətdən də, mənəvi cəhətdən də köhnəlib, xaricdən daha çox turist qrupları cəlb etməyə imkan vermir. İndi dəniz sahilində də, dağlıq yerlərdə də çoxlu turizm kompleksi tikilir. Mən Azərbaycanın müxtəlif guşələrində olarkən bununla maraqlanıram. Çünki bu, gəlir, məşğulluq üçün daimi mənbədir. Yeri gəlmişkən, siz bunu hər cəhətdən - sosial-iqtisadi cəhətdən də, infrastruktur cəhətdən də çox səriştəli şəkildə təqdim edə bilirsiniz. Bu, işsizlik problemini həll edir.

Ölkələrimizin əhalisinin sayı təxminən eynidir. Sizdə turizm sahəsində 170 min adam işləyir. Bunlar ancaq bilavasitə bu sahədə çalışanlardır, ancaq dolayısı ilə həmin sahə ilə bağlı olanlar da var. Bu isə çox böyük rəqəmdir. Zənnimcə, bu, çox perspektivli istiqamətdir və biz səmərəli əməkdaşlıq edəcəyimizə çox ümid bəsləyirik. Ölkənizdə Azərbaycanın səfirliyi artıq fəaliyyət göstərir. Bu da münasibətlərin inkişafı üçün mühüm amildlr. Müvafiq nazirliklər, idarələr səviyyəsində birbaşa əlaqələr də var. Hökumətlərarası komissiya da mövcuddur. Bir sözlə, əməkdaşlığı inkişaf etdirəcəyik.

X X X

Azərbaycanın gənclər, idman və turizm naziri ƏBÜLFƏZ QARAYEV ölkəmizdə turizmin inkişafı ilə bağlı görüləcək tədbirlərdən danışdı, bu sahənin yüksək səviyyəyə çatdırılması üçün Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən layihələr hazırlandığını, ötən il Prezident Georgi Pırvanovun Bakıya rəsmi səfəri zamanı turizm sahəsində imzalanmış sənədin mühüm əhəmiyyəti olduğunu və icra edildiyini bildirdi. Nazir dedi ki, son illər turizm sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, respublikanın turizm imkanlarının təbliği sahəsində müəyyən işlər görülmüşdür. Hazırda Azərbaycan 14 ölkə ilə turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalamışdır.

Bildirildi ki, xarici ölkələrlə turist mübadiləsinin genişləndirilməsi, ölkəmizdə turizm şirkətlərinin və mehmanxanaların sayının artması, turizm sektorunun dünya standartları səviyyəsinə çatdırılması Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıcıl işlərdir. Hazırda Azərbaycanda 245 mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri vardır. Turistlərin sayı ildən-ilə artır və 2005-ci ilin birinci yarısında 678 minə çatmışdır. Dünya turizm təşkilatının məlumatına görə, xarici turist axını baxımından Azərbaycan MDB ölkələri arasında

4-cü yerdədir. Bolqarıstandan respublikamıza turistlərin sayı da artır.

Əbülfəz Qarayev Azərbaycanın turizmi haqqında məlumat kitablarını cənab Hacinikolova təqdim etdi.

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru CAHANGİR ƏSGƏROV çıxışında dedi ki, sırf turizm səfərləri ilə yanaşı, ticarət xarakterli gəliş-gedişləri də inkişaf etdirmək lazımdır. Bolqarıstan turistlərini Çinin Urumçi şəhərinə Azərbaycandan tranzitlə daşımaq barədə təklif almışıq. Bu, Çindən Bolqarıstana istehlak malları gətirməyə imkan verəcəkdir. Konsernin baş direktoru mülki aviasiyanın və turizm nazirliyinin bütün tədbirlərdə birgə işləməsinin yaxşı nəticələr verəcəyinə əminliyini söylədi.

Prezident İlham Əliyev bu məsələlərin əhəmiyyətli və faydalı olduğunu, əməkdaşlığın genişləndirilməsi üçün bütün mövcud imkanlardan səmərəli istifadə etməyin zəruriliyini vurğuladı.

Dövlətimizin başçısı Bolqarıstanda sırf turizmlə bağlı ali məktəblərin olub-olmaması və kadrların hazırlanması ilə də maraqlandı.

Bildirildi ki, Sofiyada turizm üzrə ali təhsil ocaqları və peşə məktəbləri fəaliyyət göstərir, bu sahədə çalışanlar vaxtaşırı ixtisasartırma kurslarına göndərilirlər.

Sonra Bolqarıstanın turizm sektorunda çalışan biznesmenlər Azərbaycan Prezidentinə təqdim olundular. Sahibkarlar Azərbaycanla əməkdaşlığın faydalı olacağını vurğuladılar, bu istiqamətdə onların üzərinə düşən vəzifələri icra etməyə hazır olduqlarını bildirdilər.

Dövlətimizin başçısına mərasimdən xatirə olaraq hədiyyə təqdim edildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dublin sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir