Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz masallılılar!

Əziz bacılar və qardaşlar!

Sizin hamınızı ürəkdən salamlayıram, sizi öpürəm, bağrıma basıram. Mən çox şadam ki, yenidən Masallıdayam, sizinlə görüşürəm. Bildiyiniz kimi, dünəndən mən cənub bölgəsindəyəm, müxtəlif görüşlər keçirmişəm. Görürəm ki, bu bölgədə inkişaf çox sürətlə gedir. İndi ağsaqqal 1970-ci illəri xatırlatdı. Həqiqətən, o illərdə Azərbaycanın bütün bölgələri inkişaf edirdi. Azərbaycanın rayonları, kəndləri abadlaşdı. İnsanlar daha da yaxşı yaşamağa başladılar. Məhz o illərdə Azərbaycanın inkişaf strategiyası işlənildi və icra olunmağa başladı. Azərbaycan hərtərəfli inkişaf etməyə başladı və əgər statistik göstəricilərə nəzər salsaq görərik ki, 1970-ci illər inkişaf baxımından, iqtisadi potensialın güclənməsi baxımından Azərbaycanın tarixində ən önəmli illər olmuşdur. O illərdə ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının rifah halının yaxşılaşmasına çox çalışırdı və həqiqətən də, kəndlərdə həyat dəyişdi. İnsanlar daha yüksək maaş almağa başladılar, kənd təsərrüfatı istehsalı artdı. Beləliklə, Azərbaycanda insanlar daha yaxşı yaşamağa başladılar.

Ondan sonrakı dövr Azərbaycan tarixində çox böyük çətinliklərlə yadda qaldı. Çünki Heydər Əliyev Azərbaycandan gedəndən sonra ölkədəki inkişaf yavaş-yavaş tənəzzülə uğradı və 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində artıq ölkə idarəolunmaz vəziyyətə gəlib çıxmışdı. 1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik edən şəxslər ölkəmizi tamamilə məhvə aparırdılar və onun gələcəyi qeyri-müəyyən idi. Ölkədə iqtisadi böhran hökm sürürdü. Hərbi və siyasi böhran da ölkəmizi çox çətin vəziyyətə salmışdı. Nəzərə alsaq ki, o illərdə Ermənistan Azərbaycana qarşı təcavüz edirdi və müharibə gedirdi, təsəvvür etmək çətin deyil ki, bizi hansı bəlalar gözləyirdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyə ikinci qayıdışı ölkəmizi bu bəlalardan qurtardı, inkişafa qədəm qoyduq və bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir.

Həmin inkişafın təməli məhz o illərdə qoyulmuşdu. Sabitlik, əmin-amanlıq yaradandan sonra ölkəmiz çox sürətlə inkişaf etməyə başladı.

İndi mənim regionlara səfərlərim də bu məqsədi güdür. Bilirsiniz ki, keçən ilin əvvəllərində regionların sosial-iqtisadi inkişaf proqramı işlənildi, qəbul edildi və artıq bu proqram icra olunur. Özü də çox uğurla icra edilir. Proqramda nəzərdə tutulmuşdur ki, 2008-ci ilə qədər Azərbaycanda 600 min yeni iş yeri açılacaqdır. Artıq indi Azərbaycanda 300 minə qədər yeni iş yeri açılıbdır. Bu, onu göstərir ki, bizim qarşımıza qoyduğumuz məsələlər real məsələlərdir, o məsələlərin həll yolları var və bunlar həll olunur. Ölkə iqtisadiyyatı inkişaf edir, sənaye potensialı artır, büdcəmiz kəskin surətdə artır. Əgər 2004-cü ildə büdcə 1 milyard 300 milyon dollar idisə, 2006-cı ilin büdcəsi ən azı 3 milyard 500 milyon dollar olacaqdır. Bu, dünyada görünməmiş bir göstəricidir, artımdır, böyük nəticədir. Şübhəsiz, bizə imkan verəcək ki, ölkəmizin bütün iqtisadi və sosial problemlərini həll edək.

Bu bölgədə görülən işlər yaxın zamanlarda gözəl nəticələrini verəcəkdir. Dünən Astarada yeni elektrik stansiyasının təməlini qoydum. Çox qısa müddət ərzində, ilin sonuna qədər stansiya işə başlayacaq və 90 meqavat elektrik enerjisi verəcəkdir ki, bu da bütün bu zonanın işıqla təmin olunmasını təmin edəcəkdir. Eyni zamanda, magistral qaz kəməri təmir olundu. Astara-Qazıməmməd qaz kəməri uzun illər çox bərbad vəziyyətdə idi. Biz onu təmir elədik və indi yüksək təzyiqlə qazın nəqli mümkündür. Nəzərə alsaq ki, Azərbaycanda qaz hasilatı ildən-ilə artırılacaq, yaxın zamanlarda bölgələrdə qaz problemi də aradan qaldırılmalıdır. Lənkəranda yeni aeroportun, yeni regional müalicə-diaqnostika mərkəzinin tikintisi - bütün bunlar xalqa xidmət edəcək, Azərbaycanın inkişafına xidmət edəcəkdir.

Bu bölgənin çox böyük potensialı, çox böyük imkanları var. Biz gərək bu imkanlardan səmərəli istifadə edək. Əlbəttə ki, investisiya qoyuluşu, sahibkarlığa yardım strategiyası daha da güclənməlidir. Bu il sahibkarlığın inkişafına dövlət büdcəsindən 200 milyard manat vəsait ayrılmışdır, gələn il isə bu məbləğ 400 milyard manat olacaqdır. Yəni bizdə artım 5, 10, 15 faiz deyil, 50, 60, 70 faizdir. Bu, sosial sahədə də özünü büruzə verir. 2003-cü ildə Azərbaycanda minimum əmək haqqı 60 min manat idi, yəni ən aşağı maaş alan 60 min manat alırdı. Oktyabrın 1-dən Azərbaycanda minimum əmək haqqı 150 min manat olacaqdır. Əlbəttə, 150 min manat da bizi qane edə bilməz. Bu elə məbləğ deyil ki, insanın normal həyatını təmin etmək üçün şərait yaratsın. Amma bu, bir dinamikadır, meyildir, artımdır. Mən ümid edirəm ki, gələcəkdə də bütün sahələrdə artım bu templə gedəcəkdir.

Bir məsələni də istəyirəm sizin diqqətinizə çatdırım. Uzun illərdir ki, keçmişdə banklara qoyulmuş əmanətlər dondurulmuş vəziyyətdə qalmışdır. Bizim imkanımız yox idi ki, bu əmanətləri əhaliyə qaytaraq.

 

Mən qərar qəbul etdim ki, gələn ildən əmanətlərin qaytarılmasına başlayaq. Biz buna başlayacağıq və sovet dövründə əmanət kitabçalarında qalmış pullar yavaş-yavaş, əlbəttə ki, müəyyən olunmuş əmsalla qaytarılacaqdır.

Kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilir. Masallıda da kənd təsərrüfatı çox inkişaf edir. “Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaranması da bu məqsədi güdür. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün ilk növbədə pul lazımdır, texnika və gübrə lazımdır. Əgər bunlar yoxdursa, inkişaf mümkün deyildir. Ona görə ilk növbədə vəsaitin ayrılması nəzərdə tutulub və kreditlərin həcmi artırılacaqdır. Digər tərəfdən, “Aqrolizinq” tərəfindən texnika artıq alınıb və kəndlilərə pulsuz, icarə formasında veriləcəkdir. Eyni zamanda, gübrələr də alınacaq və veriləcəkdir. Biz gərək bütün istiqamətlərdə bir məqsədə qulluq edək, xidmət edək ki, ölkəmizi necə daha da gücləndirək, insanların həyat səviyyəsini necə yaxşılaşdıraq.

Bunun müxtəlif yolları var. Əlbəttə ki, büdcəmiz artır və büdcə xərcləri də artacaqdır. Maaşlar, təqaüdlər, pensiyalar artır və gələcəkdə də artırılacaqdır. Ancaq eyni zamanda, sahibkarlıq da inkişaf etməlidir. Bunu inkişaf etdirmək üçün dövlət vəsait ayırır, yerli sahibkarlara da gərək yaxşı şərait yaradılsın. Onların işinə müdaxilə olunmasın, əksinə, yerli icra orqanları sahibkarlara kömək etməlidir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. O ölkələrdə ki, orta sahibkarlıq inkişaf edib, o ölkələr çox sürətlə inkişaf edir. Ona görə inkişaf yolu budur: dövlət siyasəti, dövlət strategiyası və yerlərdə onun icrası və bütün göstərişlərin yerinə yetirilməsi.

Azərbaycanda xalqımızın lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı illərin ortalarında başlanmış neft strategiyası da öz gözəl nəticələrini verməkdədir. Neft kəmərlərinin tikintisi, qaz kəmərlərinin yaranması, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması nəticə etibarilə artıq ölkəmizi iqtisadi cəhətdən çox gücləndiribdir. Büdcə gəlirlərinin artımının bir hissəsi də bunun hesabınadır. Bizim Neft Fondumuz vəsaitləri çox şəffaf idarə edir. Bizim Dövlət Neft Şirkətimiz öz potensialını gücləndirir. Nəzərə alsaq ki, gələn ildən Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşəcək, təsəvvür etmək mümkündür ki, Azərbaycanda hansı böyük imkanlar yaranacaq, bizim qarşımızda hansı imkanlar açılacaqdır. Biz bu imkanlardan, daxil olacaq vəsaitdən çox səmərəli istifadə etməliyik və hər bir vətəndaş öz gündəlik həyatında bunun nəticələrini görməlidir.

Maaşların, pensiyaların artırılması artıq bu istiqamətdə atılmış çox önəmli addımdır. Gələcəkdə biz bunları daha da böyük həcmdə artırmalıyıq. Çünki Azərbaycan xalqının bir hissəsinin yoxsulluq səviyyəsində yaşaması bizi qane edə bilməz. Biz bunu qəbul edə bilmərik. Ölkə Prezidenti kimi şəxsən mən qəbul edə bilmərəm ki, Azərbaycanda yoxsulluq səviyyəsində yaşayanların sayı belə çoxdur. Nə üçün bu belə olmalıdır? Hansı səbəblərə görə? Bu səbəblər aydındır. Azərbaycana vurulmuş o zərbələr ölkəmizi iqtisadi cəhətdən elə zəiflətdi ki, biz hələ indi-indi özümüzə gəlirik. Bir rəqəmi də sizə xatırlada bilərəm. Ancaq 2005-ci ildə Azərbaycan öz iqtisadi potensialına görə 1990-cı ilin səviyyəsinə gəlib çıxmışdır. Görün, o illərdə ölkəmizə nə qədər böyük zərbələr vuruldu ki, 1990-ci ilin səviyyəsinə çıxmaq üçün bizə 15 il vaxt lazım oldu. Biz bu 15 ili, demək olar ki, itirdik. Əgər 1980-ci illərin sonunda, 1990-cı illərin əvvəllərində ölkəmizə rəhbərlik edən bacarıqsız, səriştəsiz, xəyanətkar adamlar o bəd əməlləri törətməsəydilər, yaxud da, ümumiyyətlə, siyasətdən uzaq olsaydılar, əlbəttə ki, belə çətin vəziyyətə düşməzdik. Ona görə bu gün Azərbaycan əhalisinin bir hissəsinin yoxsulluq səviyyəsində yaşamasının səbəbkarları məhz onlardır. Biz isə çalışırıq ki, bunu aradan qaldıraq və qısa müddət ərzində, son ilyarım ərzində yoxsulluğun səviyyəsi 50 faizdən 40 faizə düşübdür. Gələn il daha da aşağı düşəcəkdir. Mən qarşıya məqsəd qoymuşam ki, Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır. Azərbaycan xalqı yaxşı yaşamalıdır, bizim buna haqqımız çatır. Bizim siyasi iradəmiz var və biz bunu təmin edəcəyik.

Əziz dostlar!

Mən hər dəfə cənub bölgəsinə gələndə, inkişafı görəndə, bu gözəl ab-havanı görəndə çox sevinirəm. Sevinirəm ki, bu bölgə çox sürətlə inkişaf edir. Dediyim kimi, bu bölgənin böyük potensialı var və biz hamımız çalışmalıyıq ki, bundan çox səmərəli istifadə edək. Elə edək ki, qısa müddət ərzində burada inkişaf daha da sürətlə getsin. Bu da olacaqdır. Yeni elektrik stansiyalarının tikintisi, qaz xətlərinin çəkilməsi, yeni yolların salınması, digər infrastruktur layihələrinin həyata keçirilməsi, məktəblərin, xəstəxanaların tikintisi - bütün bunlar artıq reallıqdır, Azərbaycanın reallıqlarıdır. Biz öz işimizlə məşğul oluruq. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq. Biz öz xarici siyasətimizi də məhz milli maraqlarımızın qorunması üzərində qururuq.

Biz istəyirik ki, Azərbaycanda sülh olsun, sabitlik olsun, əmin-amanlıq olsun, əməkdaşlıq olsun. Qonşularımızla əlaqələrimiz də bu məqsədə xidmət edir. Görürsünüz ki, bizim qonşularımızla heç bir problemimiz yoxdur. Əvvəllər bəzi problemlər olmuşdur. Onlar tamamilə aradan qaldırıldı. Eyni zamanda, biz öz milli maraqlarımızı ən yüksək səviyyədə qoruyuruq və imkan verə bilmərik ki, hansısa məsələdə güzəştə gedək. Heç bir güzəştə də getmirik, getməyəcəyik də. Bizim buna siyasi iradəmiz də var, gücümüz də var. Ona görə Azərbaycanın xoşbəxt gələcəyi, Azərbaycanın hərtərəfli inkişafı məndə şübhə doğurmur. Biz buna nail olacağıq. Bunu etmək üçün əlbəttə ki, iqtisadi islahatlar da bu sürətlə getməlidir və siyasi islahatlar da getməlidir. Bu proses də gedir.

Bilirsiniz ki, noyabrda parlament seçkiləri olacaqdır. Mən şübhə etmirəm ki, seçkilər tam ədalətli və şəffaf keçiriləcəkdir. Artıq birinci mərhələ başa çatdı və bildiyiniz kimi, heç bir irad ifadə edilmədi. Birinci mərhələ çox ədalətli, bütün qanunlara uyğun şəkildə başa çatdı. Əminəm ki, seçki kampaniyası da, təşviqat kampaniyası da eyni şəkildə keçəcəkdir. Bütün namizədlərə eyni şərait yaradılmalıdır. Bilirsiniz ki, may ayının 11-də mən seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncam imzalamışam. Bu Sərəncam hər bir yerdə icra olunmalıdır. Yerli icra orqanları seçki prosesinə müdaxilə etməməlidir. Əksinə, çalışmalıdırlar ki, bütün namizədlərə eyni şərait yaradılsın ki, seçkilər tam ədalətli və şəffaf keçirilsin. Şübhə etmirəm ki, belə də olacaqdır. Eyni zamanda, şübhə etmirəm ki, bizim siyasətimiz, gördüyümüz işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndiriləcək və Azərbaycan xalqı inandığı, inam qazanan, etimad qazanan, işləri görən namizədlərə səs verəcəkdir. Boşboğazlığın vaxtı çoxdan keçibdir. Yalançı vədlərə, qeyri-real təkliflərə, yaxud da hansısa ideyalara heç kim inanmır. Azərbaycan xalqı çox yaxşı bilir ki, kim-kimdir, kim işlə məşğul olur, öz xalqına xidmət edir, gündəlik fəaliyyətində çalışır ki, Azərbaycan daha da möhkəmlənsin. Kimsə öz çirkin siyasi hikkələri naminə gedib istənilən qüvvələrlə işbirliyinə də girə bilər. Ona görə mən əminəm ki, Azərbaycan xalqı bu seçkilərdə öz düzgün seçimini edəcək və seçkilərdən sonra ölkəmiz daha da güclənəcəkdir. Bu, bizim qarşımızda yeni üfüqlər açacaq, Azərbaycan dünya birliyinə daha da sürətlə inteqrasiya etməyə başlayacaq, siyasi və iqtisadi islahatlar daha da sürətlə aparılacaq və nəticədə Azərbaycan daha da möhkəmlənəcəkdir. Mənim məqsədim budur və bu məqsədlə, bu məramla xalqın dəstəyi ilə bu vəzifəyə gəlmişəm.

Mənim başqa heç bir niyyətim yoxdur. İstəyirəm ki, Azərbaycan gələcək illərdə möhkəm dövlətə çevrilsin. Regiondakı mövqelərimiz indi də çox güclüdür. Azərbaycan həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən, həm də hərbi cəhətdən regionda lider dövlətdir, bunu hamı etiraf edir. Bizim hərbi xərclərimiz gələn il 600 milyon dollar olacaqdır. Bilirsiniz ki, mən qarşıya vəzifə qoydum ki, bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və biz bu məqsədə nail olacağıq. Bir halda ki, mən bu vəzifəni qarşıya qoymuşam, buna nail olmalıyıq.

Əziz dostlar!

Mən hamınızı bir daha ürəkdən salamlayıram. Arzu edirəm ki, Masallıda bundan sonra da inkişaf sürətlə getsin, burada hər şey yaxşı olsun, əmin-amanlıq olsun, siz yaxşı yaşayasınız. Prezident kimi mən də əlimdən gələni edəcəyəm ki, hamımız birlikdə buna nail olaq. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

(Dövlətimiz başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X X X

Sonra Prezident İlham Əliyev rayon sakinlərinə yaxınlaşaraq səmimi görüşdü, hal-əhval tutdu, onların qayğı və problemləri ilə maraqlandı. Sakinlər ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərini, Masallıya səfərlərini xatırlatdılar və regionun inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısına təşəkkürlərini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz