Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli Prezident xanım Tarya Halonen! 

Hörmətli iş adamları, xanımlar və cənablar!

Mən sizi Azərbaycanda salamlayıram. Sizin ölkəmizə səfəriniz dünən başlayıb və bizim geniş müzakirələrimiz olubdur. Biz ikitərəfli münasibətləri, regional məsələləri, regionda təhlükəsizlik məsələlərini müzakirə etmişik və bütün hallarda vəziyyətlə bağlı bizim eyni mövqeyimiz olubdur. Bu gün bizim üçün çox yaxşı bir fürsət açılır ki, iqtisadi münasibətlərimizə təkan verək. Mən tam əminəm ki, bunun üçün, ölkələrimiz arasında iqtisadi münasibətləri inkişaf etdirmək üçün çox yaxşı zəmin vardır. Bu, həm də bizim ikitərəfli münasibətlərimizin çox vacib bir elementinə çevriləcəkdir.

Azərbaycan hazırda çox sürətlə inkişaf edir. Bildiyiniz kimi, bu il dünya ölkələri sırasında ÜDM-in ən yüksək artımı Azərbaycanda olacaq və bu rəqəm 20 faizi keçəcəkdir. Bu, bizim apardığımız iqtisadi islahatlar siyasətinin çox yaxşı nümunəsinin bir sübutudur. İnkişaf planlarımıza iqtisadiyyatın yeni sahələrinin açılması daxildir. Şübhəsiz ki, neft amili də var və ölkəmizin neft strategiyası artıq 10 ildən çoxdur ki, həyata keçirilir. Bu, biznes üçün çox yaxşı mühit yaratmışdır.

Son il ərzində ölkəmizin iqtisadiyyatına 25 milyarddan çox sərmayə qoyulmuşdur. Bu, onu göstərir ki, xarici və yerli sərmayədarlar özlərini burada çox yaxşı hiss edirlər. Sərmayələr ölkəmizdə dövlət səviyyəsində qorunur və dövlətin diqqət mərkəzindədir. Şübhəsiz ki, neft sektorunun inkişafı, digər sektorların inkişafına da təsir göstərir. İndi isə hökumətin əsas məqsədləri iqtisadiyyatı şaxələndirmək və qeyri-neft sektorunu inkişaf etdirmək, sahibkarlığı inkişaf etdirmək və orta sinfin formalaşmasına imkan yaratmaqdır. Biz elə bir vəziyyət yaratmalıyıq ki, neftin qiymətlərindən asılı olmayaq. Çalışırıq ki, güzəştli kreditlərin ayrılması yolu ilə sahibkarlıq mühiti daha da asanlaşdırılsın. Bu il ərzində güzəştli kreditlərin səviyyəsi təqribən 80 milyon dollar səviyyəsində olacaqdır.

Biz çalışırıq ki, regionların inkişafına da diqqət yetirək. Ona görə də hazırda rayonlarda yeni infrastrukturların yaradılması hökumətimizin əsas prioritetlərindən biridir. Xatırlatmaq istəyirəm ki, Azərbaycanda son iki il ərzində 300 mindən çox iş yeri açılmışdır və bunların da əksəriyyəti məhz rayonlarda və qeyri-neft sektorlarında yaradılmışdır. Beləliklə, biz istəyirik ki, güclü qeyri-neft iqtisadi sahələrini yaradaq və işsizliyi aradan qaldıraq.

Yoxsulluğun azaldılması və işsizliyə son qoyulması istiqamətində çox uğurlu addımlar atılır. 2003-cü ildə keçirilmiş Prezident seçkiləri ərəfəsində mən söz vermişdim ki, 600 min iş yeri açılacaqdır. Artıq iki il keçibdir və biz bunun yarısına nail olmuşuq. Gələn illər ərzində biz infrastrukturun təkmilləşdirilməsinə kifayət qədər maliyyə vəsaitlərinin ayrılmasını planlaşdırırıq. Elektrik stansiyalarının tikilməsi, qaz və supaylayıcı sistemlərin tikilməsi, yolların, yeni hava limanlarının, xəstəxanaların, məktəblərin tikilməsi və digər məsələlər - yəni bir sözlə, sürətli inkişaf üçün Azərbaycanda bütün işləri görmək fikrindəyik.

Eyni zamanda, bundan bir neçə il əvvəl Dövlət Neft Fondunu yaratmışıq və burada məqsəd şəffaflığın ən yüksək səviyyəsinin təmin olunmasından ibarətdir. Çünki biz neft gəlirlərini əldə edirik və istəyirik ki, bu neft gəlirləri haqqında hər bir Azərbaycan vətəndaşının məlumatı olsun, bu, çox şəffaf olsun. Şübhəsiz ki, belə işlərin görülməsi bizim vəzifələrimizi daha da asanlaşdırır.

Biz hazırda nəinki xarici sərmayələr və xarici maliyyə təşkilatlarından kreditlərin alınmasında maraqlıyıq, eyni zamanda istəyirik ki, yerli sahibkarlıq üçün əlavə imkanlar da açılsın.

Siz bilirsiniz ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verilməkdədir. Bundan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi də planlaşdırılır. Bu layihələrin həyata keçirilməsinə Dünya Bankı və bir sıra nəhəng beynəlxalq maliyyə təsisatları lazımi vəsait ayırmışlar. Bu da onun nümunəsidir ki, biz yaxşı ümumi tərəfdaşlıq qura bilirik.

Finlandiyaya gəldikdə isə, hesab edirəm ki, onların burada işləməsi üçün çox yaxşı şərait var. Şirkətlər burada tikinti sahəsində, xidmətlər sahəsində işləyə bilər. Artıq dediyim kimi, bizim xarici tərəfdaşlarla işimiz qarşılıqlı hörmət və etimada əsaslanır və biz biznes münasibətlərinin yaradılmasında çox maraqlıyıq. Ümumiyyətlə, əgər hər hansı bir şirkət Azərbaycanda fəaliyyət aparmaq fikrindədirsə, biz bunu sadəcə alqışlaya bilərik.

Bu gün keçirilən tədbirin məqsədi hüquqi sahədə, vergi, sərmayə imkanları sahəsində hansı şəraitin olması haqqında məlumatın toplanmasından ibarət olacaqdır. Zənnimcə, bu tədbir uğurlu olacaq və siz bunun praktiki nəticələrini görəcəksiniz.

Ölkələrimiz arasında siyasi münasibətlərə gəldikdə, onu deyə bilərəm ki, bizim xarici siyasətimizin əsas prioritetlərindən biri Avropaya inteqrasiya ilə bağlıdır. Ölkələrimiz arasında həm siyasi, həm regional, həm təhlükəsizlik məsələlərində, həm də iqtisadi sahədə çox yaxşı anlaşma mövcuddur. Sizin ölkəniz iqtisadi sahədə çox böyük nailiyyət əldə etmişdir. Baxmayaraq ki, ölkənin əhalisi o qədər də çox deyil, təxminən Azərbaycanın əhalisi qədərdir, lakin ÜDM-in göstəricisi çox yüksəkdir. Finlandiyadakı həyat tərzi çox yüksək səviyyədədir və dünyada ən böyük göstəriciyə malikdir.

Hesab edirəm ki, biznesi necə aparmaq, sosial problemləri necə həll etmək və s. baxımdan biz sizin təcrübənizi öyrənmək imkanı əldə edəcəyik. Çünki biz Azərbaycanda bu məsələləri həll etməyə çalışırıq. Bizim iqtisadiyyatımız bazar prinsiplərinə əsaslanır. Biz buna çox sadiqik. Lakin eyni zamanda biz sosial məsələlərin həllinə də çox yüksək diqqət yetiririk. Çünki hökumət xalq üçün işləyir və çalışır ki, onların gündəlik həyatını yaxşılaşdırsın. Ona görə biz bir çox məsələləri sizin təcrübənizdən istifadə etməklə öyrənməliyik. Hesab edirəm ki, burada fəaliyyət göstərə bilərsiniz. Bu da sizin fikir mübadiləsi aparmağınız üçün faydalı olacaqdır.

Azərbaycan elə bir ölkədir ki, bütün regional layihələrdə iştirak edir. Heç bir regional layihə bizim iştirakımız olmadan mümkün deyildir. Coğrafi-siyasi vəziyyəti nəzərə alaraq, hazırda biz çox güclü nəqliyyat infrastrukturunun yaradılmasına başlamışıq. Siz burada daha fəal ola bilərsiniz. Avropa-Asiya arasında daha fəal nəqliyyat yollarının açılmasında, enerji-nəqliyyat dəhlizlərinin yaradılmasında siz də iştirak edə bilərsiniz. Hətta bu regional layihələrdə öncül yerlərdə ola bilərsiniz. Bakı-Tbilisi-Ceyhan regional əməkdaşlığın çox bariz bir nümunəsidir. Qaz boru kəməri təbii qazın Azərbaycandan Türkiyəyə, daha sonra Avropaya çatdırılmasına imkan yaradacaqdır. Bu da çox yaxşı nümunədir. Hazırda biz dəmir yolu layihəsi üzərində işləyirik. Bu da Türkiyədən Gürcüstana, oradan da Azərbaycana, sonra isə Mərkəzi Asiyaya gedəcəkdir. Bu nəqliyyat gələcəkdə mal daşımalarının Avropadan Asiyaya çatdırılması üçün əlavə yeni imkanlar yaradacaqdır.

Ümumiyyətlə, demək istəyirəm ki, layihələr çoxdur. Ancaq biz milli məsələlərə də fikir veririk. Bu da ondan ibarətdir ki, iqtisadiyyatımızı müxtəlifləşdirməliyik, yüksək makroiqtisadi göstəricilərə nail olmalıyıq. Biz bu yolla getsək, ölkə əhalisinin həyatının daha da sürətlə yaxşılaşdırılmasına nail ola bilərik. Dediyim kimi, ÜDM bu il 20 faiz olacaqdır. Lakin bu ilin 8 ayı ərzində əhalinin gəlirləri 25-26 faiz artmışdır. Əhalinin banklarda olan kapitalı da get-gedə sürətlə artacaqdır. Lakin digər problemlər də var, biz onların həllinə çalışırıq. İqtisadi, sosial problemlər - bunlar sözsüz ki, keçid dövrünə xas olan problemlərdir. Lakin əminəm ki, biz iqtisadi siyasətimiz əsasında uğurlara nail ola biləcəyik.

Sizi bir daha salamlamaq istəyirəm. Hesab edirəm ki, sizin bu görüşünüz lazımi səviyyədə keçəcəkdir. Siz bir neçə gündür ki, buradasınız. Artıq yerli şəraitlə tanış olmusunuz. Biz də çalışacağıq, elə bir şərait yaradaq ki, özünüzü evinizdəki kimi hiss edəsiniz. Bilmirəm, biz buna nə dərəcədə müvəffəq olduq. Sizi bir daha salamlayır, uğurlar arzulayıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək