Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
-Hörmətli cənab prezidentlər!

Hörmətli hökumət başçıları!

Əziz qonaqlar, xanımlar və cənablar!

Mən, ilk növbədə, sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm və Bakı Enerji Sammitində iştirak etmək üçün buraya gəldiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Biz hazırkı beynəlxalq tədbirə çox böyük önəm veririk. Burada dost ölkələr olduqca geniş şəkildə təmsil edilibdir. Enerji təşəbbüslərimizi açıq və mehribanlıq şəraitində müzakirə etmək imkanımız oldu.

Bu gün regionumuzda enerji təhlükəsizliyi məsələləri sahəsində artıq gözəçarpan nailiyyətlər vardır. Azərbaycan dünyada quruda və dənizdə ilk dəfə neft hasil edən ölkədir. Lakin biz yalnız müstəqillik əldə etdikdən sonra öz sərvətlərimizin sahibinə çevrildik. Azərbaycan müstəqil olduqdan əvvəl burada böyük həcmdə neft hasil edilirdi. Ancaq müstəqillik əldə olunan zaman hasilatın həcmi, əfsuslar olsun ki, daxili tələbatımızı ödəmirdi. Biz enerji imkanlarımızı bərpa etmək üçün bir çox sərmayələr cəlb etməyə və dünyanın aparıcı neft şirkətləri ilə sıx əməkdaşlıq etməyə çalışdıq.

Sizə deyə bilərəm ki, Azərbaycan müstəqilliyini elan etdiyi vaxt burada hasilatın həcmi təqribən 10 milyon ton səviyyəsində idi. Bu gün isə Azərbaycanda hasilatın ümumi həcmi 50 milyon tondan çoxdur. Biz gələn illər ərzində hasilatı artırmağı planlaşdırırıq.

Biz dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlığın bəhrəsini görürük. Hazırda Azərbaycanda yerli və xarici şirkətlər arasında, o cümlədən, hökumətlə çox yaxşı tərəfdaşlıq ruhu mövcuddur. Fəal praktik əməkdaşlığın 14 illik dövrü ərzində burada heç zaman mübahisələrimiz və ya razılaşmalara yenidən baxılması cəhdləri müşahidə olunmayıbdır. Bu, etimadı və proqnozlaşdırmanı artırır. İftixar hissi ilə deyə bilərəm ki, Azərbaycanda başladığımız layihələr daha geniş enerji əməkdaşlığına yol açır. Bu, Azərbaycan neftini Avropa və dünya bazarlarına çıxaran boru kəməri ilə başladı. Həmin iş özlüyündə bizim üçün tarixi bir hadisə idi, çünki coğrafi mövqeyimiz Avropa və dünyanın neft bazarlarına birbaşa çıxışı təmin etmirdi. Lakin bundan əvvəl biz hələ sərmayələri cəlb etməli və hasilatı artırmalı idik. Bütün bunlar burada yaxşı əməkdaşlıq ruhunda yerinə yetirilmişdir. Azərbaycanda geniş beynəlxalq əməkdaşlığın olması hazırkı sürətli iqtisadi inkişafımızda çox mühüm rol oynayır. Biz enerji təhlükəsizliyinə, iqtisadi sabitliyə nail olduq. Bunun nəticəsində, müstəqilliyimizi möhkəmləndirdik və müstəqil siyasəti həyata keçirmək imkanı əldə etdik.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi və eyni zamanda, Qara dəniz sahilinə çıxan Bakı-Supsa boru kəmərinin istismarı, habelə Bakı-Novorossiysk xəttinin işə salınması Xəzər regionunda olduqca geniş beynəlxalq tərəfdaşlığın çox mühüm mərhələlərini təşkil etmişdir. Bu gün hər üç boru kəməri işləyir və nefti Azərbaycandan Avropa və dünya bazarlarına nəql edir.

Biz Odessa-Brodı layihəsini, onun Plotsk və Qdanska qədər genişləndirilməsini ciddi şəkildə müzakirə edirik. Həmin layihə həyata keçirilməsi üçün çox yaxşı potensiala malikdir. “Sarmatiya” adlı müştərək şirkət təsis edilibdir. Texniki-iqtisadi əsaslandırma işləri aparılır. Bu ilin sonuna qədər biz həmin layihənin əhatəli texniki-iqtisadi əsaslandırma sənədini alacağıq. Bu, Xəzər dənizinin nəhəng enerji resursları üçün Avropa bazarlarına əlavə nəqledilmə yolunu açacaqdır. Eyni zamanda, bu layihə Xəzər-Qara-dəniz-Baltik dənizi regionlarında yerləşən dövlətlər arasında çox səmərəli regional əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.

Bu gün toplantımızın iştirakçıları arasında həmin regionları, yəni Xəzər-Qara dəniz-Baltik dənizi regionlarını təmsil edən dövlət, hökumət başçıları və nümayəndə heyətlərinin rəhbərləri var. Bu, tərəfdaşlığın çox mühüm rəmzidir. Bu, o deməkdir ki, həmin böyük region daha da birləşir. O deməkdir ki, enerji layihələri, enerji siyasəti və mövcud olan, eləcə də tikiləcək boru kəmərləri regional tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Nəticədə, həmin tərəfdaşlıq regionda daha çox proqnozlaşdırmanı və əməkdaşlığı təmin edəcəkdir. Əminəm ki, həmin əməkdaşlıq hamımızın xeyrinə olacaqdır.

On il əvvəlki dövrlə müqayisə etsək, əlbəttə ki, enerji siyasəti bu gün dünyada daha vacib rol oynayır. Bu, təbiidir. Enerji təhlükəsizliyi məsələləri nəinki enerji resurslarını istehlak edən, o cümlədən onları hasil edən ölkələrdə ciddi şəkildə müzakirə olunur. Buna görə də istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları arasında tarazlıq və bu maraqların üst-üstə düşməsi gələcəkdə birgə işlərin əsasını təşkil etməlidir. Bugünkü forumda bütün ölkələrin, yəni hasilatçı, tranzit və istehlakçı ölkələrin təmsilçiləri var.

Ümid edirik ki, enerji siyasəti və enerji sahəsində birgə səylər ölkələrimiz arasında daha çox dostluq və əməkdaşlığa xidmət edəcəkdir. Bu yaxınlarda Azərbaycan mühüm qaz hasilatçısına çevrilmişdir. Bu, əvvəllər müşahidə olunmamışdır. Yalnız iki il bundan əvvəl biz qazın idxalını dayandırdıq və onun ixracına başladıq. Bu gün Azərbaycan qazı artıq regional bazara çıxarılır. Biz Gürcüstan və Türkiyəni qazla təchiz edirik. Qazımızın müəyyən həcmi Türkiyədən ötürücü qurğu vasitəsilə Yunanıstana verilir. Bu o deməkdir ki, Azərbaycan qazı hazırda artıq Avropa İttifaqının bazarına çıxarılır. Əminəm ki, qazın nəqlinə dair gələcək enerji layihələri - nəzərdə tutulan və mövcud layihələrin hamısı burada müzakirə ediləcək, bütün mühüm nailiyyətlər və planlar qəbul edəcəyimiz Bəyannamədə əks olunacaqdır.

Azərbaycanda nəhəng qaz yataqları aşkar edilmişdir və minimum hesablamalara görə, həmin yataqlarda qazın həcmi bizim daxili tələbatımız və ixrac əməliyyatları üçün, ən azı, bir əsrlik dövr üçün kifayətdir. Bu gün böyük qaz yataqlarının işlənilməsi uğurla gedir və hasilat sürətlə artır. Hazırda qaz ehtiyatlarının işlənilməsinə və eyni zamanda, Azərbaycan qazını Avropa bazarlarına çatdıran tamamilə yeni və müasir infrastruktur yaradılmasına və boru kəmərlərinə xeyli sərmayə qoyulmuşdur. Qazı dənizdəki platformalardan suyun altı ilə quruya çəkilmiş, sonra isə, bazarlara çatdıran geniş boru kəməri şəbəkəmiz mövcuddur. Bu baxımdan, biz fərəh hissi ilə deyə bilərik ki, enerji siyasəti sahəsində ölkəmizin qarşısında duran bütün əsas vəzifələr uğurla yerinə yetirilmişdir. Bu gün, biz daha geniş enerji tərəfdaşlığı qurmaq, hasilatçı, tranzit və istehlakçı ölkələrin tələbatlarına maksimum dərəcədə cavab vermək üçün hansı əlavə işlərin görülə biləcəyi barədə gələcəyə, irəliyə doğru baxırıq. Yalnız bu cür birgə səylər uğurları təmin edə bilər.

Çox şadam ki, Azərbaycanda dostlarımız, sammit iştirakçıları arasında həmin tərəfdaşlıq ruhu mövcuddur. Bu, davam etməlidir. Əminəm ki, sammit gələcəkdə birgə fəaliyyətimizdə mühüm mərhələyə çevriləcəkdir. Hazırda istismar olunan boru kəmərləri uğurlu və davamlı şəkildə işləyəcəkdir. İnanıram ki, hazırda müzakirə olunan boru kəməri layihəsi öz həllini tapacaqdır. Bizi ayıran yox, birləşdirən layihələrin həyata keçirilməsinə töhfə verməyə hazırıq. Enerji siyasəti ölkələrimiz arasında daha çox proqnozlaşdırmanı, əməkdaşlığı və dostluğu təmin edə bilər və etməlidir. Əminəm ki, elə bu nəticə sammitin əsas nailiyyəti olacaqdır.

Mən sammitdə iştirak etdiyinizə görə sizin hamınıza bir daha minnətdarlığımı bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz