Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Bu gün biz Nazirlər Kabinetinin geniş iclasında ilin 6 ayının yekunlarını müzakirə edəcəyik və sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər, gələcək planlar haqqında danışacağıq. Bütövlükdə deyə bilərəm ki, ilin ilk yarısında Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişafı davam etmişdir. Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində istənilən sahədə, iqtisadi və sosial məsələlərin həllində gözəl nailiyyətlərimiz var. Bunu biz gündəlik həyatda görürük və eyni zamanda, statistik rəqəmlər də bunu əks etdirir. Bütövlükdə, son illər ərzində Azərbaycanda iqtisadi inkişaf çox sürətlə getmişdir və 2003-2008-ci illərdə iqtisadiyyatımızın həcmi, ümumi daxili məhsul 2,7 dəfə artmışdır. Bu, nadir bir göstəricidir və beş il ərzində iqtisadiyyatın həcmini təxminən 3 dəfə artırmaq doğrudan da böyük nailiyyətdir. 2008-ci ildə də bu istiqamətdə atılmış addımlar müsbət olub və iqtisadiyyatımız 16,5 faiz artmışdır. Keçən illərlə müqayisədə bu, bir az da artıb, ancaq nəzərə alsaq ki, son beş il ərzində iqtisadiyyat təxminən 3 dəfə artıb, əlbəttə, gələcək illərdə 20-30 faiz iqtisadi artım gözləmək düzgün olmazdı. Buna ehtiyac da yoxdur. Bizim iqtisadiyyatımız böyüyür və hər bir faizin keyfiyyəti və mahiyyəti, əlbəttə ki, daha da böyük məna daşıyır.

Çox sevindirici haldır ki, sənaye istehsalında artım davam edir. Sənaye istehsalı təxminən 14 faiz artmışdır. Əlbəttə, biz indi başqa ölkələrin statistik göstəricilərinə də nəzər salırıq, xüsusilə MDB ölkələrinin iqtisadi göstəricilərinə. Xüsusilə nəzərə alsaq ki, bu məlumatlar mütəmadi qaydada dərc olunur, görürük ki, bəzi ölkələrdə baxmayaraq ki, iqtisadi artım var, ancaq sənaye istehsalı aşağı düşür. Burada təzadlı bir şey yoxdur. Bu, sadəcə onu göstərir ki, iqtisadiyyat qeyri-sənaye sahəsində artır. Bu da əlbəttə ki, bütövlükdə iqtisadi sahədə tarazlığın pozulmasına gətirib çıxaracaqdır. Hesab edirəm ki, iqtisadi artımla, ümumi daxili məhsulla bərabər, sənaye istehsalı ən çox əhəmiyyət kəsb edən göstəricidir və Azərbaycanda sənayeləşmə prosesi uğurla davam edir. Həm neft, həm də qeyri-neft sektorunda böyük irəliləyiş var və son illər ərzində başlanan irimiqyaslı sənaye layihələri yəqin ki, 2-3 ildən sonra öz bəhrəsini verəcək və beləliklə, bizim sənayemiz daha da çoxşaxəli olacaqdır.

Bizim gələcək illər üçün əsas məqsədimiz neft-qaz amilindən asılılığımızı azaltmaqdır. Əlbəttə, biz realist olmalıyıq və bilməliyik ki, hələ uzun illər ərzində neft-qaz, enerji sahəsi bizim iqtisadiyyatımız üçün aparıcı sahə olacaqdır və bu, normal bir prosesdir. Amma bilirsiniz ki, qeyri-neft sektorunun inkişafı üçün lazımi tədbirlər görülür və deyə bilərəm ki, son illər ərzində kənd təsərrüfatında ən yüksək nəticələr əldə edilibdir. Bu ilin altı ayında kənd təsərrüfatı istehsalı 10 faizdən çox artmışdır. Əvvəlki illərdə bu artım daha da aşağı rəqəmlərlə ölçülürdü. Ancaq görülən tədbirlər nəticəsində, - biz bu gün bu barədə danışacağıq, - bir il ərzində böyük artıma nail ola bildik. Bu tədbirlər kompleks xarakter daşıyırdı və təkcə bir ilin tədbirləri deyildir. Biz bunu son bir neçə il ərzində etmişdik və indi nəticələrini görürük. Mən şübhə etmirəm ki, artıq görülmüş və gələcəkdə görüləcək tədbirlər nəticəsində kənd təsərrüfatında daha da böyük inkişaf olacaqdır.

Bütövlükdə, ərzaq təhlükəsizliyi məsələləri indi dünya birliyində çox geniş müzakirə olunur. Biz də bu məsələlərin həlli üçün lazımi tədbirləri görürük və görəcəyik.

Bütün bu sevindirici rəqəmlər arasında üzücü rəqəm də var. O da inflyasiyanın yuxarı səviyyədə olmasıdır. İnflyasiya 6 ayda 20 faiz təşkil etmişdir və əlbəttə ki, bu, bizi ciddi narahat edir. Düzdür, əhalinin pul gəlirləri 32 faiz artmışdır və beləliklə, əhalinin real gəlirləri kifayət qədər yüksək dərəcədə artmışdır. Amma o da həqiqətdir ki, hər bir vətəndaşın gəlirləri 32 faiz artmayıbdır. Ona görə biz inflyasiyanın normal səviyyədə saxlanılması üçün əlavə tədbirlər görməliyik. O da həqiqətdir ki, bütün dünyada bahalaşma gedir və bunun müxtəlif obyektiv səbəbləri var. Əgər belə olmasaydı, bu, necə deyərlər, fərdi xarakter daşıyardı. Amma bu, bütün dünyada kütləvi xarakter daşıyır. Ancaq bununla bərabər, mən hesab edirəm, bizim imkanlarımız var ki, gələcək illərdə inflyasiyanı normal səviyyədə saxlayaq. Beləliklə, əhalinin həyat səviyyəsinin yaxşılaşması daha da yüksək sürətlə gedəcəkdir.

Hesab edirəm ki, biz kapital qoyuluşu sahəsində bu il yenə uğurlar əldə etmişik. Artıq bir müddət bundan əvvəl daxili investisiyalar xarici investisiyaları üstələməyə başlamışdır. Bu da çox sevindirici məqamdır. Bu onu göstərir ki, artıq Azərbaycanın öz imkanları daha da genişdir və biz xarici sərmayədən daha az asılıyıq. Mənə verilən məlumata görə, bütövlükdə altı ayda 4,4 milyard dollar sərmayə qoyulub və onun 3,1 milyard dolları daxili sərmayədir.

Özəl sektorun inkişafı davam edir və ümumi daxili məhsulda onun çəkisi artıq 84 faiz təşkil edir. Bu da çox gözəl rəqəmdir və onu göstərir ki, bizim iqtisadiyyatımız tam liberallaşıb, tam şəkildə bazar iqtisadiyyatı prinsipləri əsasında qurulubdur. Dövlət qurumlarının payına düşən 16 faiz də bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşır. Çünki bizim dövlət qurumlarımız da artıq həm beynəlxalq mühasibat sisteminə keçirlər və həm də bütün beynəlxalq normalara uyğun şəkildə fəaliyyət göstərməyə başlayırlar.

Gələcəkdə bu proses daha da ciddi getməlidir və bütün dövlət şirkətləri də beynəlxalq şirkətlər kimi fəaliyyət göstərməlidir. Beynəlxalq audit keçirilməlidir və bütün standartlar dünya səviyyəsində olmalıdır. Bilirsiniz ki, biz indi xaricə sərmayə qoyuluşuna başlamışıq və belə olan halda Azərbaycanda bütövlükdə iqtisadi sahədə vəziyyətin dünya səviyyəsinə çatdırılması üçün bütün şirkətlər beynəlxalq qaydalara əməl etməlidirlər.

Valyuta ehtiyatlarımız artır. Əlbəttə ki, uğurlu neft siyasəti nəticəsində bizim imkanlarımız genişlənir və iyun ayına olan məlumata görə, valyuta ehtiyatlarımız 13 milyard dollardan çoxdur. Bu, bizim üçün böyük dəstəkdir, bizə əlavə inam verir. Əlbəttə ki, valyuta ehtiyatlarının çox olması hər bir ölkənin arzusudur. Deyə bilərəm ki, dünyada o qədər də çox ölkə yoxdur ki, orada valyuta ehtiyatı milyardlarla dollarla ölçülsün. Nəzərə alsaq ki, ilin sonuna qədər, 2009-cu ildə və ondan sonrakı illərdə bu rəqəm daha da artacaq, deməli, Azərbaycan dünya miqyasında valyuta ehtiyatlarının həcminə görə birinci sıralarda olan ölkələrin tərkibinə daxil ediləcəkdir. Bir sözlə, artıq bizim maliyyə imkanlarımız çox genişdir və biz bu imkanlardan səmərəli istifadə edirik. İlk növbədə, ölkəmizin hərtərəfli inkişafı üçün, sənaye potensialının möhkəmlənməsi, infrastruktur layihələrinin icra edilməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün. Bax, budur bizim əsas istiqamətlərimiz, burada heç bir yenilik yoxdur. Bu istiqamətləri biz bir neçə il bundan əvvəl müəyyən etmişik. Hər bir sahə üzrə xüsusi proqramlar var, bütün proqramlar maddi resurslara əsaslanır və onların icra mexanizmləri də vardır. Bütün bu proqramlar Azərbaycanın dövlət büdcəsində öz əksini tapır. Beləliklə, bizim qəbul etdiyimiz qərarlar və verdiyimiz sözlər həyatda öz əksini tapır və bir çox hallarda da vaxtından əvvəl. Bu, doğrudan da böyük nailiyyətdir və gələcək illərdə biz yüksək dinamikanı saxlamalıyıq.

Sosial müdafiə sahəsində əlavə tədbirlər görülür. Ünvanlı sosial yardım alan insanların sayı artır. Artıq Azərbaycanda 100 min ailə - 467 min insan ünvanlı sosial yardım alır. Bu onu göstərir ki, bizim çox güclü sosialyönümlü siyasətimiz var və biz artan iqtisadi imkanlardan aztəminatlı təbəqənin yaşayışının yaxşılaşdırılması üçün istifadə edirik. Bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda sosial ədalət normalarını pozur. Bu, bazar iqtisadiyyatının mənfi tərəfidir. Ancaq biz Azərbaycanda güclü sosial siyasət aparmaqla çalışırıq və çalışmalıyıq ki, aztəminatlı ailələr dövlət tərəfindən dəstəklənsin və onlara verilən müavinət ildən-ilə artmalıdır və artacaqdır. İnflyasiyanın yüksək səviyyədə olmasını nəzərə alaraq, biz minimum əmək haqqını və minimum pensiyanın məbləğini yenidən artırmalıyıq. Artıq bu, gözəl ənənəyə çevrilibdir. Azərbaycanda ildə iki dəfə minimum pensiya və minimum əmək haqqı artırılır. Hesab edirəm, gələn aydan biz bunları yenə də artırmalıyıq ki, insanlar daha da yaxşı yaşasınlar və öz tələbatlarını daha da böyük həcmdə təmin edə bilsinlər.

Sosial-iqtisadi inkişafın tərkib hissəsi bölgələrin inkişafıdır. Bu sahədə 2004-cü ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində 700 mindən çox yeni iş yeri açılmışdır ki, bunun da 500 mini daimidir. Təkcə 2008-ci ilin birinci yarısında 60 min yeni iş yeri, o cümlədən 45 min daimi iş yeri açılmışdır. Bir də demək istəyirəm ki, bu, qəbul edilmiş qərarların icrası nəticəsində mümkün olmuşdur. Demək olar ki, Azərbaycanda işsizlik kimi çox böyük bir sosial problem tədricən və çox sürətlə aradan qaldırılır. İndi bütün bölgələrdə böyük quruculuq-abadlıq işləri, tikinti aparılır, yeni müəssisələr açılır. Məndə olan məlumata görə, ilin sonuna qədər, demək olar ki, bütün bölgələrdə yeni müəssisələr işə düşəcək və insanlar işlə təmin olunacaqlar.

İndi Azərbaycanda işləmək istəyən insan işlə təmin oluna bilər. Yəqin, xatırlayırsınız, bir müddət bundan əvvəl mən demişdim ki, biz artıq nəinki iş yerlərinin açılmasına böyük diqqət göstərməliyik, bu daim diqqət mərkəzində olmalıdır, eyni zamanda xaricdən Azərbaycana işçi qüvvəsinin gəlməsinə hazır olmalıyıq. Bu məqsədlə bir müddət bundan əvvəl dövlət miqrasiya xidməti yaradılmışdır. Mən bilirdim və görürdüm ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək, Azərbaycanın artan imkanları necə böyüyəcək, ölkədə gedən tikinti-quruculuq, sənayeləşmə işləri hansı nəticələrə gətirib çıxaracaqdır. Mənə verilən məlumata görə, bu ilin altı ayında əcnəbi işçilərin Azərbaycana gəlməsi və işləmək üçün icazə alması halları 6 dəfə artıbdır. Təkcə altı ay ərzində! Bir tərəfdən, bu, əlbəttə ki, çox gözəl göstəricidir, onu göstərir ki, Azərbaycan xarici vətəndaşlar üçün cəlbedici ölkəyə çevrilir. Azərbaycanda əcnəbilər müxtəlif sahələrdə işləyirlər. Onlar yüksək maaş alan mütəxəssislərdir, enerji sektorunda, xidmət sektorunda çalışanlardır. Ancaq bununla bərabər, fəhlələr də kifayət qədər çoxdur və onların sayı getdikcə artır. Bir daha demək istəyirəm ki, bu, iqtisadi inkişafın çox vacib göstəricisidir. İkincisi, bu onu göstərir ki, Azərbaycan yaşamaq üçün çox gözəl ölkədir. Biz onsuz da bunu bilirik. İndi isə bütün dünya bunu bilir.

Azərbaycanda təhlükəsizlik məsələləri çox yüksək səviyyədə həll olunur, ictimai-siyasi asayiş yüksək səviyyədə qorunur, sabitlik, inkişaf var, dözümlülük, tolerantlıq var. Bunlar olmasaydı, əminəm ki, iqtisadi cəhətdən nə qədər cəlbedici olsa da, xaricdən buraya adam gəlməzdi. Ancaq bununla bərabər, biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Mən bu barədə əvvəllər demişəm. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur.

Mən nə üçün buna böyük diqqət göstərirəm?! Çünki mən görürəm ki, gələcəkdə bu problem daha da ciddiləşə bilər. Azərbaycanda hərtərəfli inkişafın təmin olunması üçün bu məsələ daim diqqət mərkəzində olmalıdır və dövlət tərəfindən tənzimlənməlidir. Bir daha demək istəyirəm ki, bu, aparılan işlərin təzahürüdür.

İnfrastruktur layihələri bütün ölkədə geniş vüsət alıbdır. Bütün istiqamətlərdə magistral yollar, kənd yolları tikilir. Böyük sənaye müəssisələri yaradılır. Biz infrastruktur layihələrinin həyata keçirilməsi üçün gələcək illərdə də vəsait ayıracağıq. Düzdür, belə bəzi fikirlər var ki, bu, inflyasiyaya daha da böyük təkan verir. Ancaq inflyasiya daha çox obyektiv səbəblər üzündən baş verir. Dünyada enerji daşıyıcılarının qiymətinin qalxması, ərzaq məhsullarının qiymətinin qalxması nəticəsində. Əlbəttə ki, əlavə xərclər inflyasiyanı daha da stimullaşdırıb, amma bu, onun tərkibində böyük paya malik deyildir. Baxmayaraq ki, bu, müəyyən mənada bahalaşmaya gətirib çıxara bilər, mən hesab edirəm, biz öz dövlət xərclərimizi məhdudlaşdırmamalıyıq. Güclü infrastruktur layihələri Azərbaycanda bütün sahələrdə işlərin daha da sürətlə getməsinə təkan verəcək və ölkəmiz daha da güclü olacaqdır. Biz görürük ki, infrastruktura, yollar, elektrik stansiyaları tikilən, qaz xətləri, su kəmərləri çəkilən yerlərdə canlanma, inkişaf daha da sürətlə gedir. Beləliklə, ölkəmizin hər bir yerində iqtisadiyyat sürətlə inkişaf edəcəkdir.

Ordu quruculuğunda görülən işlər bizi çox sevindirir. Bu sahə daim diqqət mərkəzindədir. Bu il iyunun 26-da keçirilmiş hərbi parad bizim gücümüzü göstəribdir, hərbi potensialımızı və hərbçilərimizin peşəkarlığını göstəribdir. Biz bu sahəyə daim böyük diqqət göstərməliyik və dövlət xərclərində hərbi xərclər birinci yerdədir. Bu, belə də olmalıdır. Hərbi sənayenin güclənməsi üçün əlavə tədbirlər görülür. Bu, həm sənayenin yeni sahəsidir və güclü bir sahəyə çevrilib, eyni zamanda, bizim ehtiyaclarımızı daxili imkanlar hesabına ödəyəcəkdir. Şübhə yox ki, güclü ordu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün həlledici amildir və ordu quculuğuna nə lazımdırsa, biz bundan sonra da edəcəyik.

O ki, qaldı Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, bu barədə bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Mən bir daha demək istəyirəm ki, aparılan danışıqlar Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxarmalıdır. Azərbaycan dövlətinin mövqeyi birmənalı olaraq dəyişməz qalır. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və Dağlıq Qarabağda yaşayan insanlara və gələcəkdə oraya qayıdacaq azərbaycanlılara muxtariyyət statusu verilməlidir. Bunun kənarında heç bir variant müzakirə olunmur. Mən nə üçün belə deyirəm? Çünki vaxtaşırı müxtəlif bəyanatlar səslənir və bu bəyanatlar cəmiyyətdə müəyyən dərəcədə yanlış fikirlər oyadır. Danışıqların əsas mahiyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Ermənistanın qoşunlarının bütün işğal olunmuş rayonlardan çıxarılması və qaçqın-köçkün soydaşlarımızın öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasıdır. O ki qaldı, Dağlıq Qarabağın gələcək statusunun həllinə, bu məsələ müzakirə oluna bilər və Azərbaycan dövlətinin razılığı olmadan heç vaxt heç bir status mümkün olmayacaqdır. Azərbaycan dövləti isə Azərbaycanın ərazi bütövlüyü xaricində Dağlıq Qarabağa heç bir status verməyəcəkdir. Bunu həm Ermənistan tərəfi, həm də bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bilir və bu, danışıqlar masasında müzakirə olunan məsələdir. Nə üçün mən bunu xüsusilə vurğulayıram? Çünki bir daha demək istəyirəm ki, bu barədə müəyyən spekulyasiyalar edilir. Təbii ki, Ermənistanda onlar öz əhalisini əmin etməyə çalışırlar ki, gələcəkdə nə vaxtsa Dağlıq Qarabağ müstəqil quruma çevriləcəkdir. Halbuki, bunu etmək üçün danışıqlar masasında heç bir sənəd yoxdur, Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi yoxdur, olmayıb və ola da bilməz. Amma əfsuslar olsun ki, Ermənistanın təbliğatı ilə bərabər bəzi beynəlxalq tərəflər də bu məsələyə dair öz subyektiv və reallığı əks etdirməyən fikirlərini söyləməklə, sadəcə olaraq, yanlış məlumatları yaymaqla vəziyyəti daha da gərginləşdirə bilərlər.

Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin qətnaməsi, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında formalaşıbdır və məsələnin yalnız hüquqi müstəvidə həll olunması mümkündür. Həm Ermənistan tərəfi, həm də bu məsələdə yardımçı olmaq istəyən tərəflər bunu nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır.

Bir sözlə, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geriyə çəkilməyəcək və bütün imkanları səfərbər edib məsələnin tezliklə və beynəlxalq hüquq normaları əsasında həll olunmasına çalışacaqdır. Bununla bərabər, biz bütün səylərimizi - diplomatik, siyasi, iqtisadi, təbliğat, hərbi sahələrdə səylərimizi daha da gücləndirməliyik. Belə olan halda, məsələnin həlli daha yaxın zamanlarda mümkün olacaqdır.

İndi isə biz ilin altı ayının yekunları haqqında çıxışlara qulaq asacağıq və söz verilir maliyyə naziri Samir Şərifova.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb