Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Ölkəmizdə aparılan əsaslı iqtisadi islahatlar nəticəsində, liberal iqtisadi siyasət nəticəsində Azərbaycanda son illər ərzində iqtisadi inkişaf çox sürətlə gedir. Son dörd il ərzində biz iqtisadi potensialımızı iki dəfə artırmışıq. Bu da öz növbəsində, ölkədə bütün sahələrdə islahatların davam etdirilməsi üçün gözəl şərait yaradır.

Biz iqtisadi müstəqilliyimizi, enerji təhlükəsizliyimizi təmin edə bilmişik və əminəm ki, bundan sonra Azərbaycanın qarşısında duran bütün iqtisadi və sosial məsələlər daha da sürətlə öz həllini tapacaqdır.

İqtisadi islahatlar aparmaqla bir neçə məqsədə çatmış oluruq. İlk növbədə, ölkəmizin iqtisadi gücü artır, büdcə artır. Son dörd il ərzində büdcə xərcləri on dəfə artmışdır. Bildiyiniz kimi, bu yaxınlarda Milli Məclisə yeni təkliflər göndəriləcək və dürüstləşdirmə zamanı büdcəmiz yenə də kifayət qədər böyük dərəcədə artacaqdır. Bütün bunlar imkan verir ki, ölkəmizdə həm sosial məsələlər tezliklə öz həllini tapsın, həm də ölkə qarşısında duran vəzifələr öz həllini tapsın, nəhəng infrastruktur layihələri icra olunsun. Bir sözlə, biz müasir güclü dövlət yaradırıq və bu işdə böyük uğurlar qazanmışıq.

Bununla bərabər, əlbəttə ki, həll olunmamış məsələlər, problemlər də var. Onların bəziləri obyektiv xarakter daşıyır, bəziləri isə bizdən daha da ciddi yanaşma tələb edir. Hesab edirəm ki, son illər ərzində aparılan islahatlar və konkret proqramların icrası nəticəsində bir neçə istiqamətdə çox böyük, nəzərəçarpan dəyişikliklər baş vermişdir. İlk növbədə, enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Özü də təkcə neft-qaz layihələrinin icrası ilə deyil. Eyni zamanda, Azərbaycanda son illər ərzində bir neçə yeni elektrik stansiyası tikilmişdir və bu, bizə imkan verir ki, öz tələbatımızı tam şəkildə ödəyək. Yeni stansiyalar bütün yüksək dünya standartlarına cavab verir, eyni zamanda, bu stansiyalardakı yeni texnologiyalara görə enerji daşıyıcılarına böyük dərəcədə qənaət də edilir. Biz bu qənaətdən səmərəli istifadə edərək, öz ixrac potensialımızı artırırıq. İndi deyə bilərəm ki, Azərbaycandakı elektrik stansiyalarına bir qram da mazut göndərilmir. Biz artıq mazut rejimindən tamamilə qaz rejiminə keçdik. Bunun həm böyük iqtisadi səmərəsi var, həm də imkan verir ki, mazutu daha çox ixrac edək, əlavə vəsait qazanaq, həm də ki, bu, ekoloji vəziyyətin yaxşılaşmasına da xidmət göstərir. Növbəti illərdə bu siyasət davam etdiriləcək, artıq istismarda olan və bu yaxınlarda təməlini qoyduğumuz böyük elektrik stansiyalarının, o cümlədən su elektrik stansiyalarının tikilməsi, işə düşməsi Azərbaycanda uzun illər bundan sonrakı dövr üçün çox güclü enerji potensialı yaradır və gələcəkdə elektrik enerjisinin ixracı da mümkün olacaqdır.

Bildiyiniz kimi, ölkəmizdə qazlaşdırma prosesi sürətlə gedir. İndi ölkə əhalisinin 80 faizi qazla təmin olunur. Başqa bölgədə yerləşən ölkələrlə müqayisədə bu, çox böyük rəqəmdir. Ancaq biz çalışırıq və çalışmalıyıq ki, bu sahədə daha da böyük işlər görək. Qazlaşdırmanı daha da genişləndirək ki, maksimum dərəcədə bütün yaşayış məntəqələri qazla təmin olunsun. Yeni xətlər çəkilir və Azərbaycanda qaz hasilatı artır. Bizim neft şirkəti ilə bərabər həm xarici şirkətlər qaz hasilatını artırırlar, həm də ki, köhnə yataqlardan qaz hasilatının artımı mövcuddur. Bu da həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün çox vacib və önəmli bir məsələdir.

Enerji təhlükəsizliyi bu gün bölgədəki və xaricdən qaz alan ölkələrin inkişafı üçün indi başlıca rol oynayır. Biz isə həm öz tələbatımızı maksimum dərəcədə təmin etməliyik, həm də əlbəttə ki, gələcəkdə ixrac imkanlarımızı artırmalıyıq.

Azərbaycanda infrastruktur layihələri həyata keçirilir. Bu layihələr ölkəmizi müasirləşdirir, yeni imkanlar yaradır, biznes mühitini yaxşılaşdırır. Həmin infrastruktur layihələri içərisində yol tikintisi xüsusi yer tutur. Bildiyiniz kimi, indi Azərbaycanda həm magistral yollar tikilir, həm də şəhərlərarası, şəhərdaxili yollar, kənd yolları çəkilir. Demək olar ki, Azərbaycanda bütün yol infrastrukturu yeniləşir. Bu məqsədlər üçün dövlət büdcəsindən böyük investisiyalar nəzərdə tutulub və biz bu vəsaiti ayırırıq. Növbəti illərdə investisiyaları davam etdirəcəyik. Bu, həm iqtisadi, həm də sosial məsələdir. Bütövlükdə ölkənin səviyyəsini, onun imkanlarını göstərən amillərdən biri də yol infrastrukturudur. Bizdə isə yol tikintisi çox sürətlə gedir. Hər bir yaşayış məntəqəsinə çəkilən yeni yol, öz növbəsində, biznes mühitini də yaxşılaşdırır, turizm imkanlarını genişləndirir. Bir sözlə, bu, aydın məsələdir ki, yol olan yerdə canlanma da, inkişaf da var. Bütün bu sahələr üzrə konkret proqramlar var, büdcə vəsaiti var və növbəti illərdə bu vaxta qədər əldə edilmiş uğurlar, əlbəttə ki, daha da artırılmalıdır.

Bütün bu mühüm sahələr içərisində su təchizatı xüsusi yer tutur. Azərbaycan bütün dövrlərdə müəyyən dərəcədə bu sahədə özünü tam şəkildə təmin edə bilməmişdi. Çünki bizim su mənbələrimiz məhduddur. Ancaq keçmişdə və bu gün böyük işlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1971-ci ildə su kəməri tikilmiş, Kür çayının suyu Bakıya çatdırılmışdır. Onun təşəbbüsü ilə Kür çayının suyunu Bakıya gətirən ikinci kəmər də tikilməyə başlanmış və 1988-ci ildə başa çatdırılmışdı. Ancaq şəhərimiz böyüyür, ölkənin əhalisi artır və nəinki Bakıda, bütün şəhər və rayonlarında su problemi mövcuddur. Bu problem həmişə olub, su və kanalizasiya problemləri bütün dövrlərdə bizə əziyyət veribdir.

Hazırda məndə olan məlumata görə, indi Bakı şəhərinin təxminən 40 faizi suyu fasilələrlə alır. Bu, müasir şəhər üçün dözülməz bir vəziyyətdir. Yenə də deyirəm ki, bunun obyektiv səbəbləri var və tarixi səbəbləri də var. Ancaq biz indiki şəraitdə, əlbəttə ki, bu vəziyyətlə barışa bilmərik. Biz əsas infrastruktur layihələrimizin uğurla başa çatdığı bir dövrdə, əlbəttə ki, bu məsələyə çox ciddi diqqət yetirməliyik.

Vəziyyəti yaxşılaşdırmaq, əsaslı şəkildə, böyük dönüşə nail olmaq üçün bu vaxta qədər kifayət qədər böyük işlər görmüşük. Müxtəlif tədbirlər nəticəsində su təchizatı həm Bakıda, həm də rayonlarda yaxşılaşır. Ancaq istədiyimiz dərəcədə deyildir.

Bugünkü iclas bu məsələlərlə bağlı olan problemlərin təhlili üçün əhəmiyyətlidir. Bu vaxta qədər görülən işlər haqqında məlumatlar səslənəcəkdir. Ən önəmlisi isə bundan sonrakı dövrdə hansı işlər görülməsidir. Mən hesab edirəm ki, bu vaxta qədər görülən bütün işlər təqdirəlayiqdir. Ancaq bundan sonra daha böyük işlər görülməlidir. Görüləcək işlər Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair yeni proqramda öz əksini tapmalıdır - 2009-2013-cü illəri əhatə edən proqrama daxil olunmalıdır. Bununla bərabər, su təchizatı və meliorasiya məsələləri üzrə xüsusi tədbirlər planı hazırlanmalıdır. Biz birinci dəfə deyil ki, bu məsələlərlə bağlı müşavirə keçiririk. Bu vaxta qədər görülən işlər məhz bizim keçirdiyimiz müşavirələrdən, qəbul edilmiş qərarlardan sonra baş vermişdir. Biz indi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini uğurla icra edirik. Tarixi bir nailiyyətdir. Bu, uzun illər, onilliklər ərzində - həm sovet vaxtında, həm də müstəqilliyimizin ilk illərində müzakirə olunan məsələdir. Hamımız bilirdik ki, orada təmiz su mənbələri var, o mənbələr ki, ölkəmiz üçün lazımdır. Amma o vaxt mərkəzi sovet hökuməti bu məsələyə pul ayırmırdı, müstəqilliyimizin ilk illərində də bizim buna imkanlarımız çatmırdı. Belə olan halda, əlbəttə ki, bu məsələ sadəcə olaraq, bir layihə kimi qalırdı. Biz onu canlandırdıq, konkret tədbirlər planını hazırladıq və bu gün Oğuz-Qəbələ-Bakı su kəməri uğurla tikilir. Mən tikintidə olmuşam, işlərin gedişi ilə yaxından tanış olmuşam. Mənə mütəmadi qaydada məlumatlar verilir və əminəm ki, bu su kəməri tikiləndən sonra Bakı sakinləri mütləq və mütləq onun nəticələrini görəcək, bundan bəhrələnəcəklər.

Biz bu məqsədlər üçün Dövlət Neft Fondundan vəsait nəzərdə tutmuşuq. Bu da çox böyük əhəmiyyət daşıyır. Neft kəmərinin istifadəsindən, Azərbaycanın neft yataqlarından çıxan neftin satışından əldə olunan gəlirləri biz su kəmərinin tikintisinə, insanların sağlamlığına, sosial məsələlərin həllinə sərf edirik, yönəldirik.

Bu kəmər, bir daha demək istəyirəm ki, tarixi əhəmiyyət daşıyır və tikiləndən sonra uzun illər Azərbaycan xalqına xidmət edəcəkdir.

Bununla bərabər, digər böyük və bundan az əhəmiyyət daşımayan layihə Samur-Abşeron kanalının və “Taxtakörpü” su anbarının tikintisi layihəsidir. Tutumuna görə “Taxtakörpü” su anbarı Azərbaycanda bu vaxta qədər yaradılmış su anbarlarından ən böyüyüdür. Bu da qlobal strateji əhəmiyyət daşıyan layihədir və icra olunmağa başlamışdır. Mən “Taxtakörpü” su anbarının təməlinin qoyulmasında iştirak etmişdim. Orada həm su anbarı, həm də su elektrik stansiyası tikilir. Gələcəkdə bu layihənin əhəmiyyəti daha da artacaqdır. Çünki artıq indi dünyada müxtəlif yerlərdə su qıtlığı yaranır. Suyun nə dərəcədə əhəmiyyətli olduğunu artıq bütün dünya bilir, görür və biz də bu sahədə vaxt itirməməliyik. Biz vaxtı qabaqlamalıyıq, gördüyümüz işləri elə qurmalıyıq ki, ölkəmiz üçün, əhali üçün lazım olan bütün infrastrukturu yaradaq. Bu gün biz Samur-Abşeron kanalının və “Taxtakörpü” su anbarının tikintisi haqqında da məruzəni dinləyəcəyik.

Eyni zamanda, bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə layihə icra olunmağa başlamışdır. Buna xüsusi vəsait ayrılmışdır və mən bu məsələyə özüm şəxşən nəzarət edirəm. Bu su təchizatı baxımından ən problemli olan kəndlərdə modul təmizləyici qurğuların quraşdırılması, və əhalinin təmiz su ilə təmin olunması layihəsidir. Bu, çox böyük əhəmiyyət daşıyan layihədir. Bunun üstünlüyü ondadır ki, çox qısa müddət ərzində biz vəziyyəti yaxşılaşdıra bilmişik. Artıq 50 kənddə bu qurğular quraşdırılmışdır və indi o kəndlərdə yaşayan insanlar təmiz su içirlər. İndi televiziyada bu barədə xəbər verilir və göstərilir ki, bu vaxta qədər onlar hansı suyu içirdilər. İnsanlar əziyyət çəkirdilər, təmizlənməmiş, çirklənmiş suyu dədə-baba üsulu ilə duruldurdular.

Bu həm əziyyətdir, həm də insanın sağlamlığına böyük təhlükədir. Su həyat deməkdir, insanın sağlamlığı böyük dərəcədə suyun keyfiyyətindən asılıdır. Qısa müddət ərzində 50 kənddə qurğuların quraşdırılması ilə biz, demək olar ki, həmin kəndlərdə bu məsələni həll etmişik.

İndi növbəti mərhələ gəlir. Mən vəzifə qoymuşam - çalışmaq lazımdır ki, bu ilin sonuna qədər əlavə 50 kənddə bunu təmin edək. Növbəti illərdə biz bu prosesi daha da böyük, geniş miqyasda davam etdirməliyik. Mənə nazirlik tərəfindən verilən məlumata görə, bu yolla biz təxminən 700 min əhalini təmiz su ilə təmin etmək iqtidarında olacağıq.

Bizim aidiyyəti qurumlarımız bu sahədə müəyyən işlər görüblər. Mən bu işləri qiymətləndirirəm. Çalışmalıyıq maksimum dərəcədə səylər qoyaq ki, qısa müddət ərzində bu sahədə vəziyyəti əsaslı şəkildə yaxşılaşdıraq.

Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumları ilə bu məsələnin həlli üçün uğurlu danışıqlar aparmışdır. Demək olar ki, şəhər və rayonlarımızın hamısı o proqrama daxildir. İndi baxmalıyıq, təhlil etməliyik. Əgər hansı sahə o kreditlərlə əhatə olunmursa, biz əlavə tədbirlər görməliyik, özümüz dövlət xətti ilə əlavə vəsait ayırmalıyıq. Necə ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində öz pulumuzdan istifadə etmişik.

Bütün bu məsələlər həm iqtisadi təhlükəsizliyimizi, həm də ərzaq təhlükəsizliyimizi təmin edəcəkdir. İndi genişmiqyaslı meliorasiya proqramı hazırlanır, mənə onun ilkin variantı təqdim edilmişdir. Mən də müvafiq göstəriş vermişəm ki, tam şəkildə hazırlansın və biz bu proqramı qəbul edək. 2008-2015-ci illəri əhatə edən genişmiqyaslı meliorasiya və irriqasiya proqramı qəbul ediləcək və icra olunacaqdır. Mən proqrama şəxsən baxmışam. Nəzərdə tutulan bütün tədbirlər çox dəyərlidir və çox konkret proqramdır. Orada hər bir rayon, kənd, hər bir məsələ öz əksini tapır. İndi gərək bunun maliyyə tərəfinə daha dəqiq baxaq. Nə qədər vəsait lazım olacaq, hansı məsələləri, prioritet əhəmiyyət kəsb edən məsələləri biz, ilk növbədə, görməliyik. Əlbəttə ki, artıq 2009-cu ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır. Həm bu proqramın həyata keçirilməsi üçün, həm də ki, bütövlükdə dediyim qlobal şəkildə su təminatının yaxşılaşması üçün.

Meliorasiya tədbirləri nəticəsində, əlbəttə ki, əkin sahələri də genişlənəcəkdir. Bu, birbaşa ərzaq təhlükəsizliyi məsələləri ilə bağlıdır. Bu barədə artıq mən bir neçə dəfə demişəm, biz çalışmalıyıq ki, maksimum dərəcədə çox yaxşı olar ki, mütləq dərəcədə, özümüzü əsas ərzaq məhsulları ilə təmin edək.

İndiyə qədər bu, belə deyil və bunun da tarixi səbəbləri var. Sovet İttifaqı zamanı hər bir müttəfiq respublika hansısa bir sahə üzrə ixtisaslaşdırılırdı.

Amma bu gün biz ərzaq təhlükəsizliyimizi özümüz təmin etməliyik. Bizim tərəfimizdən irəli sürülmüş təşəbbüs - hər hektara görə fermerlərə 40 manat subsidiya verilməsi, artıq özünü doğruldur. Əkin sahələri böyük dərəcədə genişləndirilmişdir. Nə qədər yeni əkin sahələri yaradılıb?

İSMƏT ABASOV (kənd təsərrüfatı naziri): hər hektara görə 40 manat verilirdi. Lakin Sizin təkrar göstərişiniz oldu və buğda istehsalçılarına əlavə daha 40 manat verildi. Bundan sonra təxminən 120 min hektardan bir az çox sahə əkildi. Bu isə təxminən 300-350 min ton əlavə buğda istehsalı deməkdir.

İLHAM ƏLİYEV: Yəni, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Mən bir daha qeyd etmək istəyirəm ki, bu məsələyə biz bax bu nöqteyi-nəzərdən, qlobal nöqteyi-nəzərdən yanaşırıq: bu, ölkəmizin təhlükəsizliyidir, insanların sağlamlığıdır, iqtisadi məsələlərin həllidir, sosial məsələlərin həlli deməkdir.

Bu məsələlər bu gün müzakirə olunacaqdır. Çıxış üçün söz verilir “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayevə.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb