Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- 2007-ci ilin ilk yarısı arxada qaldı. Bu gün Nazirlər Kabinetinin növbəti iclasında biz ilin ilk yarısının yekunlarını müzakirə edəcəyik və eyni zamanda, gələcək planlar haqqında da danışacağıq.

İqtisadiyyatımızın əsas göstəriciləri bizi çox sevindirir. 2007-ci ildə də iqtisadiyyatımız uğurla inkişaf edir və dünyada analoqu olmayan sürətlə artır. İlin ilk yarısında ümumi daxili məhsulun artımı 35 faiz təşkil etmişdir. Bu, dünyada ən yüksək göstəricidir. İqtisadiyyatımızın 2005-ci ildə 26 faiz, 2006-cı ildə isə 35 faiz artması onu göstərir ki, Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar öz gözəl nəticələrini verməkdədir.

Faktik olaraq, üç il ərzində bizim iqtisadiyyatımız iki dəfə artır və bu, dünyada analoqu olmayan nəticədir. Əlbəttə ki, bu, bizim imkanlarımızı artırır, qarşıda duran vəzifələrin daha da uğurla həll olunmasına imkan yaradır. Mən şübhə etmirəm ki, uğurlu iqtisadi islahatların aparılması nəticəsində növbəti illərdə də bizim iqtisadiyyatımız dinamik şəkildə artacaqdır və Azərbaycan iqtisadi cəhətdən ən güclü dövlətlərdən birinə çevriləcəkdir.

Yarım ildə sənaye istehsalı da 35 faiz artıbdır. Kənd təsərrüfatında artım təxminən 5 faiz səviyyəsində müşahidə olunur. Düzdür, bu, bizi hələ qane edə bilməz. Amma əvvəlki illərə nisbətən artım mövcuddur. Əminəm ki, görülən tədbirlər, “Aqrolizinq” şirkətinin yaradılması və kənd təsərrüfatına dövlət tərəfindən böyük məbləğdə vəsaitin ayrılması kənd təsərrüfatına da böyük təkan verəcəkdir. Kənd təsərrüfatı bizim iqtisadiyyatımızın çox önəmli bir sahəsidir. Eyni zamanda, sosial sahədir. Əhalinin təxminən yarısı kənd şəraitində yaşayır və bu sahəyə biz daim böyük diqqət göstərməliyik. Əməli-praktik tədbirlərin də davam etdirilməsi, əlbəttə ki, bu sahəyə yeni imkanlar gətirəcəkdir.

Əhalinin gəlirləri 6 ay ərzində çox böyük dərəcədə artıbdır. Azərbaycanda əhalinin pul gəlirləri 37 faiz, əmək haqqı 26 faiz artıbdır. Bu onu göstərir ki, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Bu onu göstərir ki, insanların həyat səviyyəsi dinamik şəkildə yüksəlir. Bizim isə əsas məqsədlərimizdən biri də məhz bundan ibarətdir ki, Azərbaycanda kasıb adam olmasın, yoxsul adam olmasın.

Bildiyiniz kimi, 2006-cı ilin yekunlarına görə Azərbaycanda yoxsulluğun səviyyəsi 20 faiz təşkil edirdi. Mən əminəm ki, 2007-ci ilin yekunlarına görə bu faiz aşağı düşəcək və gələcəkdə Azərbaycanda yoxsulluğu tamamilə aradan qaldıracağıq. O cümlədən işsizliyin də aradan qaldırılması üçün böyük tədbirlər görülür. Bizim qəbul edilmiş proqramlarımız uğurla icra edilir. 2003-cü ilin oktyabr ayından bu günə qədər Azərbaycanda 572 min yeni iş yeri açılmışdır. Bunlardan 405 mini daimi iş yerləridir. Bu iş yerlərinin açılması həm böyük sosial məsələlərin həlli, həm də ki, regionların inkişafı deməkdir. Çünki bu iş yerləri daha çox regionlarda, qeyri-neft sektoru sahəsində açılır və bizim də əsas prioritetlərimizdən biri ondan ibarətdir ki, qeyri-neft sektoru inkişaf etsin, iqtisadiyyatımız şaxələndirilsin və Azərbaycanda bütün sahələrdə iqtisadi inkişaf güclənsin.

Bunlar, demək olar ki, iqtisadiyyatımızın əsas göstəriciləridir. Onu da əlavə edə bilərəm ki, əhalinin banklara qoyduğu əmanət 70 faiz artıbdır. Bir tərəfdən, bu, onu göstərir ki, banklara inam artır və bu, çox gözəl əlamətdir. Onu göstərir ki, dövlətə inam çox yüksək səviyyədədir. Bununla bərabər, onu da göstərir ki, insanlarda əlavə maliyyə imkanları yaranıb ki, onlar bu maliyyə resurslarını banklara etibar edirlər.

İqtisadi göstəricilərdən biri bizi narahat edir. Bu da inflyasiyanın qalxmasıdır. Altı ayın yekunlarına görə, Azərbaycanda inflyasiya 16 faiz təşkil edir. Düzdür, əhalinin gəlirlərinin 37 faiz, əmək haqqının 26 faiz artmasını nəzərə alsaq görərik ki, bu rəqəmlər inflyasiyanı qat-qat üstələyir. Amma bununla bərabər, biz antiinflyasiya tədbirlərimizi daha da gücləndirməliyik. İnflyasiyanın qalxmasında müxtəlif səbəblər var, o cümlədən obyektiv səbəb də var. İlk növbədə, dünyada neftin bahalaşması və bunun nəticəsi olaraq istehlak mallarının bahalaşması. Azərbaycanda hələ ki, bizim istehlak bazarımız xeyli dərəcədə idxaldan asılıdır. Ona görə idxal mallarının bahalaşması istər-istəməz Azərbaycanda qiymət artımına gətirib çıxarır. Digər obyektiv səbəblərdən biri də odur ki, Azərbaycanda çox böyük büdcə artımı mövcuddur. Bizim büdcəmiz son 3-4 il ərzində bir neçə dəfə artırılıbdır. Bu ilin ortalarında dürüstləşmə aparılmış, büdcəmiz yenə də artırılmışdır. İndi bizim büdcə xərclərimiz 7,5 milyard dollar səviyyəsindədir. İcmal büdcə isə təxminən 9 milyard dollara yaxındır. Yəni bu, iqtisadiyyata böyük bir yükdür və istər-istəməz, inflyasiyanın qalxmasına da imkan yaradır.

Minimum əmək haqqının, pensiyaların, büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əmək haqlarının qaldırılması da inflyasiyanı gücləndirən amillərdən biridir. Onu da qeyd etmək istəyirəm ki, ilin altı ayına görə Azərbaycanda orta əmək haqqı 196 dollar, avqustun 1-nə isə 215 dollar təşkil edir.

Yəni, qiymətlər çox kəskin şəkildə artır.

Ancaq bununla bərabər, subyektiv səbəblər də var. Biz gərək bütün diqqətimizi məhz bunlara, inflyasiyanı yaradan və onu gücləndirən subyektiv səbəblərin aradan qaldırılmasına yönəldək, bütün tədbirlərimizi görək. Burada həm iqtisadi tədbirlər, həm də inzibati tədbirlər, nəzarət gücləndirilməlidir. Büdcə xərclərinin artması çox müsbət göstəricidir, müsbət əlamətdir. Amma bununla bərabər, büdcə xərclərinə nəzarət də gücləndirilməlidir. İndi böyük məbləğlərdən söhbət gedir. Bizim büdcəmiz 1 milyard dollar səviyyəsində olanda Azərbaycanda o qədər də böyük büdcə xərcləri yox idi. Büdcəmiz, sadəcə olaraq, sosialyönümlü büdcə idi. İnvestisiya xərcləri, demək olar ki, çox aşağı səviyyədə idi. Amma indi büdcəmiz həm sosialyönümlüdür, həm də investisiyayönümlüdür. Böyük məbləğdə vəsait ayrılır, tikinti, infrastruktur layihələri, yollar, körpülər, elektrik stansiyaları, məktəb, xəstəxana tikintisi - haraya baxsaq, bu inkişafı görərik. Bu da ölkəmizin iqtisadi və siyasi potensialını göstərir, Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkədir. Amma bununla bərabər, əlbəttə, büdcə xərclərinə müxtəlif qurumlar tərəfindən, müxtəlif dövlət strukturları tərəfindən çox ciddi nəzarət olmalıdır və büdcə xərclərində şəffaflıq tam şəkildə təmin edilməlidir.

Bizim şəffaflıqla bağlı ilk təcrübəmiz Azərbaycanda Dövlət Neft Fondunun yaradılması idi. 6-7 ildir fəaliyyət göstərən Dövlət Neft Fondu Azərbaycanda, demək olar ki, şəffaflığın əsas nümunəsidir, meyarıdır. Təsadüfi deyil ki, bir ay bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondunu məhz şəffaflığın təmin edilməsinə görə yüksək mükafatla təltif edibdir. Biz artıq bir neçə ildir ki, hasilat sənayelərində şəffaflıq təşəbbüsünə qoşulmuş ölkəyik və bu təşəbbüsdə aparıcı rol oynayırıq. Bunu bütün böyük dövlətlərin rəhbərləri bildirir, mənə göndərilən məktublarda bu, xüsusilə göstərilir. Beynəlxalq təşkilatlar da həmçinin. Biz bütün maliyyə sistemində şəffaflığı təmin etməliyik və belə olan halda, Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkişafına daha məqsədyönlü şəkildə xidmət göstərə bilər. Eyni zamanda, biz inflyasiyanın azaldılmasına da nail ola bilərik.

Beləliklə, mən hesab edirəm ki, biz növbəti mərhələdə əsas diqqətimizi makroiqtisadi sabitliyin qorunmasına, saxlanılmasına və antiinflyasiya tədbirlərinin güclənməsinə yönəltməliyik. Ancaq bununla bərabər, biz büdcə xərclərini saxlaya bilmərik. Azərbaycanın hələ ki, böyük ehtiyacları var. Biz böyük, nəhəng infrastruktur layihələrini həyata keçirməliyik, insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq. Maaşlar artmalıdır, pensiyalar artmalıdır. Düzdür, indi Azərbaycanda minimum əmək haqqı və minimum pensiya təxminən 60 dollar səviyyəsindədir. Azərbaycanda orta pensiya 70 dollar səviyyəsindədir. Bu, əvvəlki illərə nisbətən çox böyük irəliləyişdir. Ancaq hamımız bunu bilirik və etiraf etməliyik ki, bu, insanın gündəlik tələbatını ödəyə bilməz. İnsanların normal fəaliyyəti üçün, yaşaması üçün bu, kifayət etməz. Məhz buna görə Azərbaycanda əhalinin 20 faizi yoxsulluq səviyyəsində yaşayır. Biz bunu aradan qaldırmalıyıq. Ona görə sosial ödəmələr artacaqdır. Bu sahədə də böyük işlər görülübdür. Xüsusilə şəhid ailələrinin sosial məsələlərinə böyük diqqət göstərilir. Şəhid ailələrinin hər bir üzvünə hər ay 90 manat müavinət verilir. Bununla bərabər, hər bir şəhid ailəsinə 100 manat müavinət verilir. Əgər dörd nəfərdən ibarət şəhid ailəsini götürsək görərik ki, onlar ayda 460 manat müavinət alırlar. Bu, çox yaxşı məbləğdir. Onlar buna layiqdirlər.

Yəni, bütün bu sosialyönümlü məsələlərdə biz geri çəkilməyəcəyik. Əksinə, növbəti illərdə maaşlar da qaldırılacaq, minimum əmək haqqı, minimum pensiya, dövlətdən maliyyələşən bütün kateqoriyalı insanların əmək haqları qaldırılacaqdır. Yəni biz buna hazır olmalıyıq. Bizim iqtisadiyyatımız, bütün qurumlarımız, iqtisadi qurumlarımız buna hazır olmalıdır ki, öz növbəsində, bu artımlar qiymətlərin qalxmasına gətirib çıxara bilər.

Mən bir məsələni də qeyd etmək istəyirəm. Biz bütün bu işləri görürük, insanların həyat səviyyəsi yaxşılaşır, ancaq bununla bərabər, qiymətlər bəzi hallarda süni şəkildə artırılır. Yəni möhtəkirlər, qeyri-sağlam rəqabət aparan qurumlar, firmalar, şirkətlər bundan istifadə edirlər. Biz buna da çox ciddi sədd qoymalıyıq. Mən aidiyyəti nazirlərə müvafiq göstərişlər verdim. İstehlak bazarına nəzarət edən qurumlar bununla çox ciddi məşğul olmalıdır. Heç bir qanun pozuntusuna yol verilməməlidir, əksinə, qanunu pozan, bizim iqtisadi uğurlardan, ümumi rifah halının yüksəlməsindən istifadə edərək, əlavə vəsait qazanmaq istəyənlər çox ciddi şəkildə cəzalandırılmalıdır.

Bizim başqa sahələrdə də yaxşı nəticələrimiz var. Azərbaycanın neft strategiyası uğurla inkişaf edir. Bu il “Şahdəniz” yatağından ilk qazın hasilatına nail ola bildik. Azərbaycan artıq böyük həcmdə qaz hasil və ixrac edən ölkəyə çevrilibdir. Bu, çox böyük tarixi hadisədir. Azərbaycanın gələcək inkişafı üçün, Azərbaycanın müstəqil ölkə kimi yaşaması üçün bunun çox böyük əhəmiyyəti vardır.

Biz artıq Gürcüstan bazarını təxminən 70-75 faiz həcmində öz qazımızla təmin edirik. Həm “Şahdəniz” yatağından çıxarılan, həm də Dövlət Neft Şirkəti tərəfindən hasil edilən qaz, demək olar ki, Gürcüstanın əksər tələbatını ödəyir. Əminəm ki, Azərbaycan qazı bu yaxınlarda Türkiyə bazarına çatdırılacaqdır. Ondan sonra isə Avropa ölkələrinə çatdırılacaqdır. Bu, Azərbaycan qazıdır. Azərbaycan bu qazın sahibidir. Bizim Avropa İttifaqı ilə bu barədə keçən il imzaladığımız strateji tərəfdaşlıq haqqında memorandum gözəl hüquqi çərçivə yaradır. Növbəti illərdə biz birbaşa Avropa istehlakçıları ilə müqavilələr bağlayacağıq. Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında tranzit anlaşması haqqında danışıqlar başlanacaq, artıq bu barədə siyasi qərar verilibdir. Bu tranzit anlaşması bizə imkan verəcək ki, Azərbaycan birbaşa Avropa ölkələrinə öz qazını satsın. Azərbaycanda çox böyük, bir trilyon kubmetrdən artıq qaz ehtiyatları var və uzun illər ərzində Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə öz dəyərli, deyə bilərəm ki, əvəzolunmaz töhfəsini verəcəkdir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Gələn il tam gücü ilə işləyəcəkdir. Azərbaycanda neft hasilatı artır və bununla bərabər, əlbəttə ki, bizim iqtisadi məsələlərimiz öz həllini tapır. Bir sözlə, Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən başlanmış və uğurla icra edilən neft strategiyası ölkəmizin hərtərəfli inkişafı üçün əvəzolunmaz rol oynayır. Biz bütün layihələrimizi həyata keçirmişik. Biz bütün enerji sahəsində, neft-qaz hasilatı və nəqli sahəsində bütün vəzifələri yerinə yetirmişik, öz proqramımızı icra etmişik. Bundan sonra, sadəcə olaraq, xarici tərəfdaşlarla, bizə dost olan ölkələrlə, müxtəlif şirkətlərlə səmərəli əməkdaşlığımızı davam etdirəcəyik. Yəni, bir sözlə, biz həm neftin, həm qazın hasil edilməsinə, həm də onların nəqlinə, çoxvariantlı nəqlinə nail olduq. İndi heç bir marşrutdan asılı deyilik, müxtəlif istiqamətlərdə bizim ixrac imkanlarımız, infrastrukturumuz var. Beləliklə, Azərbaycan bu sahədə öz maraqlarını tam şəkildə qorumaq şərti ilə dost və qonşu ölkələrlə səmərəli əməkdaşlığını davam etdirəcəkdir.

Əlbəttə ki, əsasən, neft layihələrinin icrası nəticəsində valyuta ehtiyatlarımız da artır. Bu gün Azərbaycanda valyuta ehtiyatları 5 milyard 100 milyon dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir. Növbəti illərdə bu, artacaq və kəskin şəkildə artacaqdır. Bu, həm gələcək nəsillərə, necə deyərlər, bizim əmanətimizdir, həm də, əlbəttə ki, cari işlərdə bu imkanlardan istifadə edəcəyik.

Bizim qarşımızda hələ çox məsələlər var. Biz ölkəmizi hərtərəfli inkişaf etdirməliyik, müasirləşdirməliyik, güclü infrastruktur yaradılmalıdır. Ən çətin vəziyyətdə olan soydaşlarımız - qaçqınlar, köçkünlər daha da yaxşı yaşamalıdır. Onlar üçün də böyük işlər görülür. Yeni şəhərciklər salınır. Söz verdiyimiz kimi, artıq bu il sonuncu çadır şəhərciyi ləğv ediləcək və insanlar daha da yaxşı yaşayacaqlar. Bu, çadır şəhərciklərinin ləğvi məsələsi, demək olar ki, işin birinci mərhələsidir. Bilirsiniz ki, proqram qəbul edilmişdir və növbəti illər üçün yeni təkliflər hazırlanmalıdır. Hazır olan kimi biz onları müzakirə edəcəyik, Dövlətqaçqınkoma göstərişlər verilib və o təkliflər əsasında biz növbəti proqramı qəbul edəcəyik.

Bu günə qədər istənilən sahədə qəbul edilmiş bütün qərarlar, bütün proqramlar uğurla icra edilib və gələcəkdə də şübhə etmirəm ki, biz bunu davam etdirəcəyik. Demək olar ki, bütün sahələrdə Azərbaycanın inkişafı çox uğurludur. Həm nəqliyyat, həm infrastruktur, həm siyasi və iqtisadi təşəbbüslərimiz. Biz yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlayacağıq. Artıq bütün razılaşmalar əldə edilib, siyasi dəstək var. Bu layihədə iştirak edən ölkələr çox sıx əməkdaşlıq edir. Bizə heç xaricdən maliyyə yardımı da lazım olmadı və beləliklə, özümüz bu layihəni həyata keçirəcəyik. Bunun da çox böyük həm iqtisadi, həm siyasi əhəmiyyəti olacaq, həm də bütün geosiyasi vəziyyətə çox güclü təsiri olacaqdır. Mən çox şadam ki, biz bu işlərdə təşəbbüs göstərmişik və üç ölkə birlikdə bu işləri uğurla irəliyə aparacaqdır.

Humanitar sahədə qəbul edilmiş qərarlar da öz bəhrəsini verir. Azərbaycanda çox yüksək sürətlə məktəb tikintisi aparılır, xəstəxanalar tikilir, insanları narahat edən əsas məsələlər öz həllini tapır. Ekologiya məsələlərinə xüsusi diqqət göstərməliyik. Əvvəllər maliyyə vəziyyətimiz bu sahəyə böyük investisiyalar qoymağa imkan yaratmırdı. Amma indi bizim maliyyə vəziyyətimiz yaxşılaşır, bu sahəyə mütləq böyük həcmdə investisiyalar qoymalıyıq.

Bildiyiniz kimi, ekoloji vəziyyətin yaxşılaşması üçün xüsusi proqram qəbul edilibdir. Bundan əlavə, təxirəsalınmaz tədbirlərin görülməsi üçün mən Prezident Fondundan vəsait ayırmışam və Azərbaycanda 100 kənd içməli su ilə təmin ediləcəkdir. O kəndlər ki, orada içməli su çox keyfiyyətsizdir və insanlar bundan əziyyət çəkirlər. Bu, insanların sağlamlığına da çox mənfi təsir göstərir. Yəni, bu təxirəsalınmaz tədbirlər imkan verəcək ki, ekoloji cəhətdən ən çətin vəziyyətdə olan insanlar daha yaxşı yaşasınlar. Şübhəsiz ki, bütün Azərbaycanda ekoloji məsələlərə çox böyük diqqət göstərilməlidir.

Biz indi iqtisadi cəhətdən güclü ölkəyə çevrilirik, maliyyə çatışmazlığı artıq yoxdur və olmayacaq da. Biz siyasi cəhətdən bu bölgədə və geniş mənada qitədə öz yerimizi möhkəm tutmuşuq. Bir çox hallarda çox vacib məsələlərin həllində çox mühüm rol oynayırıq. Çox böyük beynəlxalq məsələlərdə təşəbbüskarlığı da öz üzərimizə götürürük. Biz mütləq və mütləq elə etməliyik ki, Azərbaycanda ekoloji vəziyyət sağlamlaşsın, xüsusilə Abşeron yarımadasında. Burada neftlə çirklənmiş gölməçələr, məişət tullantılarının yandırılması və havanın çirklənməsi kimi məsələlərlə bağlı müxtəlif göstərişlər verilibdir. Sadəcə olaraq, onlar vaxtlı-vaxtında yüksək səviyyədə icra olunmalıdır ki, Abşeron yarımadasında və bütövlükdə, Azərbaycanın hər bir yerində ekoloji vəziyyət yaxşılaşsın. Bu, insanların sağlamlığına çox böyük dərəcədə təsir göstərir.

Mən əminəm ki, biz bu məsələni həll edəndən sonra Azərbaycanda xəstəliklər də azalacaq və insanlar daha da sağlam olacaqlar. Bu, bizə lazımdır, bizim insanlarımız sağlam olmalıdırlar. Ekoloji təhlükəsizlik məsələlərinə də böyük diqqət yetirilməlidir. Bununla bərabər, xaricdən gətirilən və Azərbaycanda istehsal olunan qida məhsullarına da böyük diqqət verilməlidir. Azərbaycana keyfiyyətsiz məhsullar daxil olmamalı və ölkədə standartlara uyğun şəkildə məhsullar - istər sular, istərsə də müxtəlif növ içkilər və qida məhsulları buraxılmalıdır.

Yəni, gərək Azərbaycanda bütün humanitar, sosial məsələlər paralel şəkildə öz həllini tapsın. Biz bütün bu işləri görməklə ölkəmizi daha da gücləndirəcək, müasirləşdirəcəyik. Hər bir sahəyə böyük diqqət göstərilir. Hər bir sahənin öz proqramı var.

Bilirsiniz ki, Azərbaycanın hərbi potensialının möhkəmlənməsi çox sürətlə gedir. Biz hərbi xərclərə böyük diqqət göstəririk. Azərbaycanın hərbi xərcləri bu il 1 milyard dollar səviyyəsinə çatıbdır. Çox böyük sayda hərbi texnika, təyyarələr, silah-sursat alınır və bu siyasət davam etdiriləcəkdir. Biz müharibə şəraitində yaşayırıq. Biz iqtisadi cəhətdən güclənirik, hərbi cəhətdən güclənirik, siyasi cəhətdən güclənirik, diplomatik səylərimiz güclənir. Bizim artıq 50-dən çox ölkədə daimi nümayəndəliyimiz, səfirliyimiz var. Biz bunun bəhrəsini görürük. Biz Azərbaycan əleyhinə istənilən formada aparılan kampaniyanın qarşısını alırıq.

Bildiyiniz kimi, bu yaxınlarda Albaniyadan Ermənistana qanunsuz şəkildə göndərilən silahlar geri qaytarıldı. Burada, əlbəttə, bizim türk qardaşlarımızın böyük xidmətləri var. Bu fürsətdən istifadə edib, bizim bütün qardaş-bacılarımıza və xüsusilə Türkiyə hökumətinə, Baş nazirə öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bunu vaxtında aşkar ediblər, Ermənistana qanunsuz şəkildə göndərilən silahları geri qaytarıblar. Dünən xarici işlər naziri mənə məlumat verib ki, bizim Xarici İşlər Nazirliyimiz də buna çox operativ şəkildə reaksiya verib, çox ciddi bəyanat veribdir. Bəyan edibdir ki, bu, Azərbaycana qarşı olan bir addımdır və bizimlə Albaniya arasında olan münasibətlərə çox ciddi şəkildə təsir göstərə bilər.

Nəzərə alaq ki, Albaniya tərəfi də Azərbaycanla əməkdaşlıq aparmağa çox meyillidir. Bu yaxınlarda İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində onların Baş naziri müraciət etmişdi ki, biz görüşək və görüşdük. Onların bizə bir neçə təklifləri, bir neçə xahişləri olubdur. Ancaq əgər onlar Ermənistanı silahlandıracaqsa, onda bizim onlarla heç bir əməkdaşlığımız olmayacaqdır. Bunu onlar da bilməlidirlər, bütün başqa separatistləri və təcavüzkar dövləti silahlandıran, onlara kömək göstərən bütün ölkələr də bilməlidir.

Dünən xarici işlər naziri mənə məlumat verib ki, albaniyalı həmkarı ona zəng edib, üzr istəyib və əmin edib ki, bundan sonra belə hərəkətlərə yol verilməyəcəkdir. Yenə də bu məsələdə Ermənistan özünü çox gülünc və biabırçı vəziyyətə salıbdır. Bildiyiniz kimi, Ermənistanın rəsmi nümayəndələri bu qanunsuz əməliyyatı inkar etmiş və bəyan etmişlər ki, biz müsəlman Albaniyadan silah almırıq. Biz başqa yerlərdən silah alırıq. Amma indi onların növbəti yalanı tam üzə çıxdı. Albaniya tərəfi özü bunu etiraf etdi. Xarici işlər naziri mənə bildirmişdir ki, o, öz həmkarı ilə söhbət əsnasında məsələ qoymuşdur ki, Albaniya tərəfi rəsmi bəyanat versin. Telefon söhbəti, əlbəttə, rəsmi iltifat əlamətidir. Amma bununla bərabər, rəsmi bəyanat verilməlidir.

Bu məsələ bir daha onu göstərir ki, Azərbaycanın imkanları artır, bizimlə hesablaşırlar. Azərbaycan önəmli ölkəyə çevrilir və bizim iştirakımız olmadan bu bölgədə heç bir beynəlxalq əməkdaşlıq təşəbbüsü reallaşa bilməz. Ona görə siyasi səylərimizi davam etdirməliyik, iqtisadiyyatımızı gücləndirməliyik, hərbi potensialımızı gücləndirməliyik. Belə olan halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi öz müsbət həllini tapacaqdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü prinsipini müdafiə edir, bunu açıq şəkildə bəyan edir.

Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən “qondarma seçkiləri” heç kim tanımadı. Bütün beynəlxalq təşkilatlar, aparıcı ölkələr bunu qınadılar. Separatist, qanunsuz, kriminal rejimə bütün beynəlxalq aləm öz etiraz səsini ifadə etdi. Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz. Azərbaycan buna imkan verməz. Heç bir ölkə, heç bir beynəlxalq təşkilat onların müstəqilliyini tanımayacaq və ilk növbədə, buna Azərbaycan heç vaxt razı olmayacaqdır.

Bizim təklifimiz konstruktiv təklifdir. Ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır. Bütün işğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır. Azərbaycanlılar, bizim qaçqınlarımız, soydaşlarımız, köçkünlərimiz öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Ondan sonra biz Dağlıq Qarabağın gələcək statusu haqqında danışa bilərik. Amma bu status mütləq Azərbaycanın tərkibində olmalıdır. Bunun kənarında heç bir razılaşma mümkün deyildir. Biz hələ ki, sülh danışıqlarına sadiqik. Hələ hesab edirik ki, bu danışıqlar davam etməlidir. Ancaq bununla bərabər, öz işimizi lazımi səviyyədə görürük.

Növbəti 6 ayda da biz gərək qarşıda duran bütün vəzifələri icra edək. Büdcənin icrası davam etməlidir. Bütün infrastruktur layihələri, tikintilər davam etməlidir. Vəsaitimiz var və əlbəttə ki, indidən biz artıq 2008-ci ilin büdcəsi haqqında fikirləşməliyik. Daha doğrusu, Maliyyə Nazirliyində işlər artıq başlanmışdır. Bir-iki aydan sonra büdcə layihəsi hazır olmalıdır. Əlbəttə, 2008-ci ilin büdcəsi həm keyfiyyət, həm də kəmiyyət baxımından 2007-ci ilin büdcəsindən daha da üstün olmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz