Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ
-Nazirlər Kabinetinin bugünkü iclası ilin birinci rübünün yekunlarına həsr olunur. Son illər ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət meyillər 2007-ci ilin birinci rübündə də davam edir. İqtisadiyyatımız çox yüksək sürətlə artır. Son üç ildə Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə artmışdır - 2005-ci ildə 26 faiz, 2006-cı ildə 35 faiz. 2007-ci ilin birinci rübündə isə Azərbaycanda ümumi daxili məhsul istehsalı təxminən 40 faiz artmışdır. Bu onu göstərir ki, Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verir və bizim müəyyən etdiyimiz bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Bir daha demək istəyirəm ki, bu yüksək göstəricilər heç bir başqa ölkədə müşahidə edilmir. İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsul, adətən, 3-4 faiz artır, keçmiş Sovet İttifaqının respublikalarında, yəni postsovet məkanında isə orta hesabla təxminən 7-8 faiz artım var. Azərbaycanda isə artım çox böyükdür və bu, bizə imkan verir ki, öz iqtisadi potensialımızı daha da möhkəmləndirək.
Sevindirici haldır ki, eyni zamanda, sənaye istehsalı da artır və birinci rübdə təxminən 39 faiz təşkil edir. Bu, bizim sənaye potensialımıza çox böyük dəstəkdir.
Bununla bərabər, insanların həyat səviyyəsi yaxşılaşır. Birinci rübdə orta əmək haqqı 163 manat, yəni 190 dollar təşkil etmişdir və ilin sonuna qədər 200 dollardan çox olacaqdır. Yəni artıq bu, yaxşı göstəricidir. Nəzərə alsaq ki, gələcəkdə Azərbaycana çox böyük gəlirlər daxil olacaq, əlbəttə, orta əmək haqqı daha da artırılacaqdır. Birinci rübdə insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük tədbirlər görülübdür. Büdcədən maliyyələşən təşkilatlarda çalışanların maaşları 25-50 faiz artıbdır. Minimum əmək haqqı yanvar ayında 50 manata çatdırılıbdır. İndi Azərbaycanda orta pensiya 60 manat, yəni 70 dollar təşkil edir. Əlbəttə ki, bu bizi tam şəkildə qane edə bilməz. Ancaq nəzərə alsaq ki, bir neçə il bundan əvvəl həm minimum əmək haqqı, həm də pensiyalar çox aşağı səviyyədə idi, bugünkü nailiyyətlər bizi, əlbəttə, çox sevindirir. Biz bundan sonra da çalışacağıq ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, görülən işlər ilk növbədə, insanların sosial vəziyyətinə təsir göstərsin.
Sosial məsələlərin həlli bizim üçün prioritet xarakter daşıyır. Bilirisiniz ki, indi artıq ünvanlı sosial yardım proqramı icra edilir, 55 min ailə bu proqramla əhatə olunub və hər bir ailəyə orta hesabla təxminən 70 dollar səviyyəsində yardım göstərilir. Bu da çox böyük proqramdır. Bunun üçün çox böyük təşkilatçılıq işləri də görülməli, müəyyən olunmalı idi ki, bu proqrama kimlər daxil olunmalıdır. Əfsuslar olsun ki, bəzi hallarda ayrı-ayrı, heç də kasıb olmayan vətəndaşlar da özlərini bu proqrama daxil etməyə çalışmışlar. Ona görə burada çox ciddi nəzarət olmalıdır. Əlbəttə, meyarlar gözlənilməlidir ki, məhz ehtiyacı olan insanlar bu proqrama daxil edilsinlər.
Bütövlükdə, Azərbaycanda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşübdür və bu da çox sevindirici haldır. Dünya praktikasından bilirik ki, neftlə zəngin ölkələrdə və böyük neft hasilatına nail olan ölkələrdə heç də həmişə yoxsulluq aşağı düşmür. Əksinə, bəzi hallarda o ölkələrdə təbəqələşmə prosesi gedir, zənginlər daha da zənginləşir, kasıblar daha da kasıblaşır. Azərbaycanda isə biz bunun tam əksini görürük. Azərbaycanda orta sinif formalaşır, yoxsulluğun səviyyəsi, kasıbların sayı aşağı düşür. Bu onu göstərir ki, Azərbaycanda neft-qaz əməliyyatları nəticəsində əldə edilən gəlir cəmiyyətdə ədalətli və çox şəffaf şəkildə bölünür. Bu məqsədlə bir neçə il bundan əvvəl Azərbaycan Şəffaflıq təşəbbüsünə qoşulmuşdur. Beynəlxalq maliyyə qurumları tərəfindən verilən qiymətə görə, biz bu təşəbbüsdə qabaqcıl yerdəyik və bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir və tətbiq edilir.
Bizim valyuta ehtiyatlarımız hazırda 4 milyard 100 milyon dollar təşkil edir. Bu da çox böyük məbləğdir və növbəti illərdə burada da kəskin artım olacaqdır. Çünki hazırda bizim neft-qaz əməliyyatlarımız ilkin mərhələdədir, gələcəkdə çox böyük gəlirlər daxil olacaq və əlbəttə, onlar da çox şəffaf şəkildə Neft Fondunda yerləşdiriləcəkdir.
Əhalinin pul gəlirləri birinci rübdə 33 faiz təşkil etmişdir və bu da çox gözəl göstəricidir. Xüsusilə nəzərə alsaq ki, birinci rübdə inflyasiyanın səviyyəsi qalxmışdır və bu, bizi çox narahat edir. İnflyasiya 16 faizə qalxmışdır. Hesab edirəm ki, bu, müvəqqəti bir haldır. İkinci rübdə və ümumiyyətlə, ilin sonuna qədər biz inflyasiyanı birrəqəmli səviyyədə saxlaya biləcəyik. Ancaq buna baxmayaraq, əhalinin pul gəlirləri 33 faiz, yəni inflyasiyaya nisbətdə iki dəfə çox artmışdır. Bu, onu göstərir ki, real artım çox güclüdür və insanların sosial müdafiəsi məsələləri də öz həllini tapır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla icra edilir. 2003-cü ilin oktyabr ayından indiyə qədər 535 min yeni iş yeri açılmışdır ki, bunların da tam əksəriyyəti daimi iş yerləridir. Yeni iş yerlərinin 83 faizi regionlarda açılmışdır. Bu da regionların həyatında öz əksini tapır. Mən də mütəmadi qaydada bölgələrdə oluram və gözəl abadlıq-quruculuq işlərinin getdyini görürəm. Yeni müəssisələr açılır, yollar çəkilir, rayonlar abadlaşır, müasir görkəm alır.
Əsas məqsəd odur ki, biz kənd ilə şəhər arasında fərqi azaldaq, eyni zamanda, rayonlardan böyük şəhərlərə miqrasiya meyillərini də gərək dayandıraq. Faktik olaraq, biz buna nail olmuşuq. Bunu davamlı etmək üçün ilk növbədə, rayonlarda bütün sosial infrastruktur yeniləşməlidir. Biz də bunu edirik. İndi hər bir bölgədə müasir diaqnostika-müalicə mərkəzi tikilir. Hər bir bölgədə məktəblər, digər sosial obyektlər, idman kompleksləri tikilir. Bölgələrdə enerji təchizatı xeyli dərəcədə yaxşılaşıbdır. Yəni, bütün sosial infrastruktur və iş yerləri olduğu təqdirdə, əlbəttə ki, insanlar böyük şəhərlərə miqrasiya etməyəcəklər.
2007-ci ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq tam gücü ilə işləməyə başlamışdır. Biz görürük ki, kəmər istismara veriləndən sonra qısa müddət ərzində tam gücü ilə işləyir. Bu, böyük tarixi nailiyyətdir, bizim böyük uğurumuzdur və bu kəmərin fəaliyyətinə şübhə ilə yanaşanlara gözəl cavabımızdır. Yəqin xatırlayırsınız, bəzi xarici ölkələrin mətbuatında belə bir informasiya gedirdi ki, Bakı-Tbilisi-Ceyhan kəmərini doldurmaq üçün mütləq başqa ölkələrin nefti lazımdır, Azərbaycanın kifayət qədər neft ehtiyatları yoxdur. Azərbaycan beynəlxalq ictimaiyyəti çaşdırmaq, aldatmaq istəyir. Ancaq biz həmişə deyirdik və bu gün də sübut edirik ki, Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycan nefti üçün tikilibdir. Azərbaycan nefti artıq çox rahat şəkildə dünya bazarlarına çatdırılır və gündəlik gücü bir milyon barrel olan kəmər indi gündə bir milyon barrel neft nəql edir. Bu o deməkdir ki, 2008-ci ildə Azərbaycan 50 milyon ton neft ixrac edəcəkdir. 2007-ci ildə isə Azərbaycanda ümumi neft hasilatı 42-43 milyon ton olacaq və bu da çox böyük həcmdir.
2007-ci ilin birinci rübündə digər tarixi hadisə baş vermişdir. “Şahdəniz” yatağından çıxarılan Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə ixrac edilməyə başlamışdır. Bu da çox böyük nailiyyətdir. Azərbaycan artıq təkcə neft ölkəsi deyil, həm də qaz ölkəsidir. Bizim çox böyük qaz ehtiyatlarımız var. Bu yaxınlarda Dövlət Neft Şirkətindən mənə verilən məlumata görə, təkcə “Şahdəniz” yatağında artıq təsdiq olunmuş qaz ehtiyatları 1 trilyon 200 milyard kubmetrdir. Yəni bu, artıq xarici şirkətlər tərəfindən də təsdiqlənir. Baxmayaraq ki, ilk illərdə xarici şirkətlər daha da təvazökar rəqəmlər üzərində dayanmışdılar. Azərbaycan Dövlət Neft Şirkətinin mövqeyi isə həmişə elə olub ki, “Şahdəniz” qaz yatağında minimum 1 trilyon kubmetr qaz ehtiyatı vardır. Artıq biz görürük ki, bu ehtiyat 1 trilyon 200 milyard kubmetrdir. Əgər Azərbaycan ancaq öz daxili tələbatını təmin etsə, yəni fərz edək ki, qazı ixrac etməsə, bu, bizə 100 ilə kifayət edəcəkdir. Bu baxımdan Azərbaycan özünü təbii ehtiyatlarla ən çox təmin edə bilən ölkəyə çevrilir.
Nəzərə alaq ki, bizim başqa yataqlarda da qaz ehtiyatlarımız var, xüsusilə Azəri-Çıraq yataqlarında “dərin qaz” adlandırılan qaz layları var. Orada qaz ehtiyatları, ən azı, 300 milyard kubmetrdir. Şübhəsiz ki, başqa yataqlarda da qaz ehtiyatlarımız vardır. Bu, Azərbaycanın enerji təhlükəsizliyini uzun illər, onilliklər ərzində təmin edəcək və Azərbaycanı qaz ixrac edən ölkəyə çevirəcəkdir. Artıq biz buna nail ola bilmişik. Düzdür, ilin əvvəlində hələ ki, qaz hasilatını daxildə bizi təmin edə biləcək səviyyəyə çatdıra bilməmişik. Ona görə, bir növ xarici idxaldan asılı idik. Amma idxal dayanandan sonra biz gördük ki, Azərbaycan zərrə qədər də zərər çəkmədi. Biz sübut etdik ki, özümüzü istənilən yolla təmin edə biləcəyik. Nəinki özümüzü, hətta qış aylarında problemlərlə üzləşən dost Gürcüstan xalqını da qazla təmin etdik və oraya da qaz verdik. İndi isə “Şahdəniz” yatağından çıxan qaz artıq Gürcüstan bazarına daxil olur və yaxın zamanlarda Türkiyəyə də daxil olacaqdır. Ondan sonra isə Avropa bazarlarına göndəriləcəkdir.
Bizim region ölkələri ilə, Avropa ölkələri ilə bu sahədə münasibətlərimizi tənzimləyən müxtəlif sazişlər var. Eyni zamanda, keçən ilin noyabr ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanmışdır. Bu ilin birinci rübündə Amerika ilə Azərbaycan arasında da buna bənzər sənəd - enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.
Əlbəttə, bütün bunlar Azərbaycanın imkanlarını çox böyük dərəcədə artırır. İlk növbədə, bizim iqtisadi vəziyyətimiz daha da yaxşı olacaqdır. Biz xaricə nəql edilən neft və qazın satışından milyardlarla dollar vəsait əldə edəcəyik. Şübhəsiz ki, indiki zamanda enerji məsələləri dünya siyasəti gündəliyinin, demək olar, birinci məsələləri sırasına daxil olubdur. Ona görə də bizim siyasi çəkimiz də artacaq və artır. Biz də bunu görürük. Azərbaycanın müstəqil, çox açıq siyasəti, cəsarətli addımları o cümlədən məhz bu amilə söykənir.
Bizim iqtisadi, siyasi gücümüz var, Azərbaycan regionda lider dövlətdir. Bizim iştirakımız olmadan regionda heç bir məsələ həll olunmur və Azərbaycanın çəkisi, önəmi getdikcə artacaqdır. Biz uğurlu iqtisadi islahatlar aparmışıq. Regional əməkdaşlıq sahəsində bir çox hallarda təşəbbüskarlıq göstəririk və ölkəmiz hərtərəfli inkişaf edir. O cümlədən siyasi islahatlar və bütün başqa məsələlər də öz həllini tapır.
Çox simvolik, rəmzi xarakter daşıyan hal odur ki, birinci rübdə neftdən əldə olunan gəlirlər hesabına Neft Fondu tərəfindən maliyyələşən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə başladıq. Yəni, o kəmərin təməli qoyuldu. Bu, doğrudan da rəmzi xarakter daşıyır: neftdən əldə olunan gəlirlər Bakını içməli su ilə, keyfiyyətli su ilə təmin etmək üçün istifadə olunur. Ümid edirəm ki, gələn il biz bu kəmərin istifadəyə verilməsinə nail olacağıq və beləliklə, Bakının su problemləri aradan qaldırılacaqdır. Uzun illər ərzində bu layihə müzakirə olunurdu. Çünki oradakı böyük su mənbələri hələ çoxdan aşkar edilmişdi. Ancaq maddi imkanlarımız yox idi ki, bu işlərə başlayaq. Kreditlər axtarırdıq. Bilirsiniz ki, bu, neft sektoru deyil ki, banklar istənilən məbləğdə kreditlər versinlər. Adətən, bu sahəyə kreditlər verilmir. Ancaq indi artıq bizə kredit lazım deyil, biz öz pulumuzla, Dövlət Neft Fondunun vəsaiti hesabına bu kəmərin tikintisinə nail olacağıq. Bu layihə sırf sosial xarakter daşıyır, bunun heç bir iqtisadi önəmi yoxdur. O kəmərin tikintisinə qoyulan vəsait, bəlkə də, yüz illər sonra da qayıtmadı. Ancaq biz bunu edirik ki, insanları narahat edən problemlər aradan qaldırılsın.
Bütövlükdə, biz öz iqtisadi potensialımızı ölkənin sosial məsələlərinə yönəldirik. Azərbaycanda yüzlərlə məktəb tikilir. Son üç il ərzində 800-ə qədər məktəb onlarca xəstəxana, poliklinika, tibb məntəqəsi tikilib, körpülər, yollar salınır. Yəni bütün bu görülən işləri sadalamaq üçün saatlarla vaxt lazım olar. Əsas odur ki, biz bütün istiqamətlərdə inamla irəliləyirik və hər sahədə düşünülmüş proqramlarımız var. Bunun da əsası bizim iqtisadi gücümüzdür. Uğurlu iqtisadi inkişafla, Heydər Əliyevin neft strategiyasının davam etməsi ilə təmin edirik.
2007-ci ilin birinci rübü tarixi hadisələrlə çox zəngin olubdur. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair əldə olunmuş razılaşmalardır. Fevral ayında Tbilisidə Gürcüstan, Azərbaycan prezidentləri və Türkiyənin Baş naziri üçtərəfli Saziş imzalamışlar. Bilirsiniz ki, bu layihə də uzun illər ərzində müzakirə olunurdu. Biz Avropa İttifaqı ilə, digər qurumlarla, beynəlxalq maliyyə qurumları ilə bunu müzakirə etmişdik. Ancaq bu layihəyə də kredit tapmaq məsələsi çox çətinləşmişdi. Bunun başqa səbəbləri var, burada iqtisadi amillərdən söhbət getmir. Çünki iqtisadi cəhətdən bu dəmir yolunun tikintisi çox səmərəlidir. Sadəcə, ermənipərəst qüvvələr və dünyadakı erməni lobbisi bu məsələyə müdaxilə edərək, beynəlxalq maliyyə qurumlarını bu işdən çəkindirmişdir. Təəssüflər olsun ki, bəzi ölkələri, bizim tərəfdaşlarımızı və beynəlxalq təşkilatları da bu işdən çəkindirmişdir. Halbuki, bu, birinci növbədə regional əməkdaşlıq üçün çox önəmli bir layihədir. İkinci növbədə, bu, Tarixi İpək yolunun bərpasıdır. Üçüncü növbədə, Bakı-Tbilisi Qars dəmir yolu Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərlərinin məntiqi davamıdır. Dördüncü növbədə, bu, Azərbaycanı Türkiyə ilə, Avropanı Asiya ilə birləşdirən dəmir yoludur, yeni bir nəqliyyat dəhlizidir.
Bütün bu amillər bir yana, bir tərəfdən də, guya ki, bu, Ermənistanı təcridetmə planlarıdır. Əfsuslar olsun ki, onların fikirləri bizim tərəfdaşlarımıza təsir göstərmişdir. Ancaq Azərbaycan bu gün bütün regional məsələləri özü həll edə bilər və biz də Gürcüstan hökumətinə 200 milyon dollar həcmində kreditin ayrılmasına qərar verdik. Bu kreditin hesabına Gürcüstanda dəmir yolunun tikintisi təmin ediləcəkdir. Bir daha demək istəyirəm ki, əgər beynəlxalq maliyyə qurumları bu məsələdə iştirak etsəydi, biz şad olardıq. Şad olardıq ki, Avropa İttifaqı, bizim tərəfdaşlarımız, böyük ölkələr bu məsələdə iştirak edəydi. Ancaq nə edək ki, erməni lobbisinin təsiri buna imkan vermədi. Amma buna baxmayaraq, bir daha demək istəyirəm ki, biz öz bildiyimizi edirik və edəcəyik.
O ki qaldı Ermənistanı təcridetmə planlarına, Ermənistan beynəlxalq layihələrdən özü-özünü təcrid etmişdir. Bizim mövqeyimiz belədir və mən bunu bir daha bəyan etmək istəyirəm ki, biz regional layihələrdə Ermənistanın iştirakına heç vaxt imkan verməyəcəyik. Ermənistan artıq iqtisadi, nəqliyyat baxımından dalana çevrilibdir. Ermənistanın işğalçı siyasəti, qonşulara qarşı təcavüzkar siyasəti bu ölkəni, faktik olaraq, bütün layihələrdən təcrid edibdir. Əgər təcriddən söhbət gedirsə, o zaman Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft, qaz kəmərləri də Ermənistandan yan keçir. Nədənsə, beynəlxalq maliyyə qurumları və bu layihələrə müsbət yanaşan ölkələr o zaman bizim qarşımızda belə şərt qoymamışdılar ki, kəmərlər mütləq Ermənistandan keçməlidir. Bunun da səbəbi aydındır. Çünki bizim neftimiz, qazımız o ölkələrə lazımdır. Ancaq bizim dəmir yolumuz da o ölkələrə lazım olacaqdır. Lakin bunlar, ilk növbədə, Azərbaycana lazımdır və biz bütün siyasətimizi bu amil, Azərbaycanın milli maraqları üzərində qururuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri Azərbaycanın milli maraqlarına xidmət edir. Belə olan halda, heç bir xarici təzyiq yaxud da ki, xaricdən gələn mesajlar bizim iradəmizə təsir göstərə, bizi yolumuzdan döndərə bilməz.
O ki qaldı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, biz hesab edirik ki, əgər Ermənistan rəhbərliyi konstruktivlik nümayiş etdirərsə, bu məsələ öz həllini tapa bilər. Bizim mövqeyimiz birmənalıdır və beynəlxalq birlik tərəfindən dəstəklənir: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və işğalçı qüvvələr işğal edilmiş torpaqlarımızdan qeyd-şərtsiz çıxmalıdır, etnik təmizləmədən əziyyət çəkmiş soydaşlarımız öz torpaqlarına qayıtmalıdırlar. Çox müsbət haldır ki, danışıqlar Praqa prosesi çərçivəsində məhz bu formatda aparılır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya ölkələri tərəfindən tanınıb, dəstəklənib, Dağlıq Qarabağda keçirilən qanunsuz referendum bütün dünya birliyi tərəfindən pislənibdir. Amerika, Fransa, Rusiya, Türkiyə, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, bütün ölkələr və beynəlxalq təşkilatlar bunu pislədilər. Nə üçün? Çünki, bu, qanunsuzdur.
Çünki Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycan torpağı kimi tanınır. Ona görə danışıqların məhz bu istiqamətdə aparılması, əlbəttə ki, bizim diplomatik və siyasi uğurumuzdur. Ümid etmək istəyirəm ki, Ermənistan tərəfi də bunu başa düşəcək və özünü bu çıxılmaz vəziyyətdən çıxaracaqdır.
Bəzi hallarda Ermənistanın rəsmiləri həm öz ölkəsinin ictimai rəyinə təsir etmək üçün, yaxud da beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün müxtəlif uydurmalar irəli sürürlər ki, Qarabağa müstəqillik veriləcək, Dağlıq Qarabağ öz taleyini özü müəyyən edəcəkdir. Bütün bunlar yalandır və əgər belə olsaydı, o zaman Ermənistan tərəfi xahiş etməzdi ki, onlarda keçiriləcək parlament seçkilərinə qədər danışıqlar aparılmasın. Əgər danışıqlar formatı və danışıqların gedişatı onları qane edirsə və onların xeyrinədirsə, nə üçün onda bizdən bu fasiləni istəyiblər? Əksinə, əgər doğrudan da danışıqlar onların xeyrinədirsə, öz daxili vəziyyətini yaxşılaşdırmaq üçün israr etməlidirlər ki, gəlin tezliklə bu danışıqları sürətləndirək. Onlar dedilər ki, gəlin danışıqları hələlik dayandıraq, çünki bu, bizim daxili vəziyyətimizə mənfi təsir göstərə bilər. Yəni bu, özlüyündə onu göstərir ki, danışıqlar hansı prinsiplər ətrafında gedir. Mən də detallara getmək istəmirəm. Çünki danışıqlar məxfi xarakter daşıyır. Halbuki, bəzi məqamlar artıq ictimaiyyət üçün də bəllidir. Bir şeyi deyə bilərəm ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Dağlıq Qarabağ Ermənistana birləşməyəcəkdir. Əgər ermənilər öz müqəddəratını təyin etmək istəyirlərsə, onların artıq öz dövləti var - Ermənistan. Erməni xalqı öz müqəddəratını təyin edibdir. Əgər Dağlıq Qarabağda yaşayanlar da öz müqəddəratını təyin etmək istəyirlərsə, onlar buyurub, Ermənistana - Azərbaycanın tarixi torpaqları üzərində qurulan bir dövlətə köçə bilərlər.
Bir sözlə, Azərbaycanda həm iqtisadi, həm siyasi sahədə aparılan islahatlar, qazanılan uğurlar bizdə nikbinlik hissi oyadır. Eyni zamanda, Azərbaycanda siyasi proseslər də çox müsbət istiqamətdə gedir. İctimai-siyasi proseslər demək olar ki, iqtisadi və siyasi islahatların nəticəsidir. Belə olan halda, Azərbaycanda istənilən məsələ həll edilə bilər və siyasi iradəmiz, proqramlarımız bizi bütün bu işlərə yaxınlaşdırır.
İndi isə müzakirələrə keçək. Söz verilir maliyyə naziri Samir Şərifova.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz