Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- İkinci gündür ki, mən Naxçıvandayam. Burada vəziyyətlə tanış oluram, müxtəlif tədbirlərdə iştirak edirəm. Çox şadam ki, Naxçıvan çox dinamik şəkildə inkişaf edir, muxtar respublikada iqtisadi artım müşahidə olunur. Geniş quruculuq, abadlıq işləri aparılır, sosial infrastruktur yeniləşir. Muxtar respublikanın rayonlarında da böyük işlər görülür və bu gün Ordubad rayonunda olarkən yeni internat məktəbinin açılışında iştirak etmişdim. Gördüm ki, məktəb ən yüksək səviyyədə tikilib istifadəyə verilmişdir. Bu, məni çox sevindirir. Çünki Naxçıvanın möhkəmlənməsi, güclənməsi bizim üçün çox önəmlidir. Naxçıvan Azərbaycanın strateji yeridir, qədim Azərbaycan torpağıdır. Hamımız çalışmalıyıq ki, Naxçıvanda inkişaf daha da sürətlə getsin.

Dünən iki əlamətdar hadisə baş vermişdir. Yeni modul tipli elektrik stansiyasının açılış mərasimi keçirilmişdir. Bu modul stansiyanın işi nəticəsində Naxçıvanın elektrik enerjisinə olan tələbatı xeyli dərəcədə təmin olunacaqdır. 87 meqavat gücündə olan bu stansiya Naxçıvanın enerjiyə tələbatının, demək olar ki, böyük bir hissəsini təmin edəcəkdir. Bu, ən müasir texnologiyadır və bütövlükdə, stansiyanın tikilməsi, işə düşməsi yalnız Azərbaycanla İran arasında imzalanmış qaz mübadiləsi sazişinin həyata keçirilməsindən sonra mümkün olmuşdur. Biz keçən il Naxçıvana qaz verilməsini qeyd etdik. O da çox tarixi hadisə idi. Çünki uzun fasilədən sonra Naxçıvana təbii qazın verilməsi İranla mübadilə yolu ilə bərpa olundu. Artıq bir ilə yaxındır ki, Naxçıvana qaz verilir. İndi qazlaşdırmanın ikinci mərhələsi icra olunur və əminəm ki, bunun nəticəsində əvvəllər, Sovet İttifaqı zamanı qazlaşdırılmış məntəqələr yenə də qazla təmin ediləcəkdir. Həm əhali qazla təmin edilir, həm də elektrik stansiyasının işə salınması mümkün olmuşdur.

Eyni zamanda, dünən yeni Diaqnostika-Müalicə Mərkəzinin açılışı da olmuşdur. Bu diaqnostika mərkəzi ən yüksək dünya standartlarına cavab verir. Bölgədə ən müasir, ən qabaqcıl tibb mərkəzidir. Ən yeni texnologiyalar tətbiq olunur və yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait var. Düz bir il bundan əvvəl biz birlikdə o mərkəzin təməlini qoyduq və dünən onun açılışında iştirak etdik. Bu, məni çox sevindirir, çox əlamətdar hadisədir. Bir tərəfdən, ona görə ki, Naxçıvan əhalisi artıq bundan sonra ən yüksək tibbi xidmətlə təmin olunacaqdır. Digər tərəfdən, bu, Azərbaycan dövlətinin imkanlarını, gücünü, potensialını nümayiş etdirən hadisədir.

İndi Azərbaycanın müxtəlif bölgələrində yeni, müasir tibb mərkəzləri istifadəyə verilir. Bu, bizim sosial siyasətimizin, demək olar ki, əsas istiqamətlərindən biridir. Bu, bir daha onu göstərir ki, Azərbaycanın bütün istiqamətlərdə siyasəti, bizim dövlətimizin siyasəti insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilibdir. Əmək haqları artırılır, yanvarın 1-dən minimum əmək haqqı yenə artırılacaq, 40 manata çatacaqdır. Onu da bildirmək istəyirəm ki, minimum əmək haqqını 30 manatdan 40 manata qaldırmaq üçün büdcədə 200 milyon yeni manatdan çox vəsait nəzərdə tutulubdur. Bu, çox böyük məbləğdir. Biz bunu edirik. Çünki bir daha demək istəyirəm, minimum əmək haqqı insanların minimum tələbatını ödəməlidir. Hələlik Azərbaycanda çətin şəraitdə yaşayan insanlar var. Minimum əmək haqqı alan insanların, əhalinin sayı təxminən 630 min nəfərdir. Düzdür, yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür, işsizlik aradan qaldırılır, yeni iş yerləri açılır. Amma hələ ki, ehtiyac içində yaşayanlar var. Onların həyat səviyyəsini yaxşılaşdırmaq üçün müxtəlif tədbirlər görülür. Əlbəttə, ünvanlı sosial yardımın tətbiq olunması bu istiqamətdə önəmli addımdır. Ancaq, ilk növbədə, bizim vəzifəmiz odur ki, minimum əmək haqqı minimum ehtiyacların ödənilməsinə imkan versin. Əlbəttə, sosial məsələlərin həlli gələcəkdə də diqqət mərkəzində olacaqdır. Bu baxımdan Diaqnostika-Müalicə Mərkəzinin açılışı böyük əhəmiyyət kəsb edən bir məsələdir.

Hələ 1992-ci ildə, ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri işlədiyi dövrdə Türkiyənin o vaxtkı Baş naziri Süleyman Dəmirəl tərəfindən Naxçıvana qaz-turbin elektrik stansiyası hədiyyə edilmişdi. Stansiya, əsasən, dizel yanacağı ilə işləyirdi. Ancaq müəyyən müddətdən sonra onun işi dayandırılmışdı. İndi, yenə qeyd etmək istəyirəm, Naxçıvana qaz verilməsinin bərpasından sonra bu stansiya da işə düşdü. Onun istehsal gücü təxminən 50 meqavat olacaqdır.

Heydər Əliyev adına Vayxır Su Anbarında su elektrik stansiyasının tikintisi də həyata keçirildi. Düzdür, yadımdadır, su anbarı tikiləndə bu stansiyanın tikintisi nəzərdə tutulmurdu. Ancaq ondan sonra Vasif Talıbovun təklifi ilə biz layihəyə əlavələr etdik. Düzdür, bəziləri buna müsbət yanaşmırdı. Ancaq mən hesab edirəm ki, maksimum dərəcədə Naxçıvanın öz resurslarına əsaslanıb elektrik enerjisi istehsalına imkan yaratmalıyıq. Su elektrik stansiyası cəmi 4,5 meqavat gücündədir. Az da olsa, yenə də müəyyən ehtiyacları təmin edəcəkdir.

Gələcəkdə Ordubad rayonunda yeni su elektrik stansiyalarının tikintisi də nəzərdə tutulur. Dünən Vasif Talıbov bu barədə mənə məlumat verdi ki, Ordubad rayonunda çaylar üzərində su elektrik stansiyaları tikilməsinə imkan var.

Əlbəttə, gələcəkdə Naxçıvanda enerji təhlükəsizliyi problemləri tamamilə həll olunacaqdır. Elektrik enerjisi baxımından artıq bu il ərzində yaradılan potensial güc buna imkan verir. Təxminən 90 meqavatlıq modul elektrik stansiyası, 50 meqavatlıq qaz-turbin stansiyası, daxili imkanları - Araz su elektrik stansiyası Naxçıvanın tələbatını təxminən ödəyir.

Mən bu barədə nə üçün xüsusi danışmaq istəyirəm? Çünki bütün iqtisadi potensialın təməlində bu məsələlər dayanır. Əgər iqtisadi potensialı artırmaq istəyiriksə, - bunu istəyirik və edirik, - enerji məsələləri mütləq həll olunmalıdır. Bu məqsədlə Azərbaycanda müxtəlif yerlərdə yeni elektrik stansiyaları tikilir. Sumqayıtda 500 meqavat gücündə, Bakıda 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının tikintisi nəzərdə tutulubdur. Modul tipli stansiyaların ümumi gücü 450 meqavat olacaqdır. Əli Bayramlıda yeni stansiya tikiləcəkdir. Bütövlükdə, Azərbaycanın energetika sistemi yeniləşir.

Gələcəkdə tələbat daha da artacaqdır. Biz bunu görürük. Görürük ki, Azərbaycan hansı sürətlə inkişaf edir. Dünyada analoqu olmayan iqtisadi artım Azərbaycandadır. Keçən il artım 26 faiz, bu il 34 faiz olub və yəqin ki, gələn il bu yüksək sürət davam edəcəkdir. İqtisadiyyat artır, yeni müəssisələr yaranır, iş yerləri açılır. Yarım milyon iş yerinin açılması özlüyündə əlavə enerji mənbəyinə ehtiyac yaradır. Fərdi tikintilər gedir, yeni müəssisələr yaranır. Bütün bunlar enerji tələb edir. Biz bunu təmin etməliyik və edirik.

Əlbəttə, bütün bölgələrin inkişafı bu baxımdan böyük əhəmiyyət kəsb edir, xüsusilə Naxçıvan Muxtar Respublikası. Blokada şəraitində yaşayan muxtar respublikanın iqtisadi potensialı maksimum dərəcədə yerli resurslar əsasında möhkəmlənməlidir. Ona görə dünən tanış olduğum yeni sənaye müəssisələri də mənə çox müsbət təsir bağışladı. Artıq burada istehlak olunan məhsulların böyük hissəsi Naxçıvanda istehsal olunur və olunacaqdır. Bu, həm muxtar respublikanın tələbatını ödəyir, həm də gələcəkdə Naxçıvanın ixrac potensialını da artıracaqdır. Biz bu məsələlərə xüsusi diqqət göstəririk. Xüsusilə görəndə ki, burada çox böyük quruculuq, abadlıq işləri aparılır, çox böyük məhəbbətlə işlər görülür, əlbəttə, bu, çox sevindirici haldır. Ona görə mən muxtar respublikanın bütün rəhbərliyinə, rəhbər işçilərinə, xüsusilə Vasif Talıbova gördükləri işlərə görə öz təşəkkürümü bildirirəm.

Ulu öndər Heydər Əliyevin vətəni, bizim hamımızın doğma diyarı olan Naxçıvan möhkəmlənməli, güclənməlidir. Bu, bizim borcumuzdur, vəzifəmizdir. Biz hamımız 1990-cı illərin əvvəllərini xatırlayırıq ki, Naxçıvan hansı vəziyyətdə idi. İşıq yox, su yox, iqtisadiyyat dağılmış vəziyyətdə, Ermənistan tərəfindən hücumlar. Ermənistanın işğalçı siyasəti o cümlədən Naxçıvana da istiqamətləndirilmişdi. İndi bəzi hallarda Ermənistanın təbliğatı belə şayiələr yayır ki, guya bu müharibə Qarabağ ermənilərinin iştirakı ilə başlanmışdır. Ancaq belə deyildir. Ermənistan qoşunları Azərbaycanın torpaqlarını xarici qüvvələrlə bərabər, hərbi əməliyyatlarda xarici qüvvələrin bilavasitə iştirakı ilə zəbt edibdir. Biz hamımız bunu bilirik. Amma yaxşı, tutaq ki, onlar bəzi beynəlxalq təşkilatları müəyyən dərəcədə çaşdırmağa müvəffəq olublar. Bəs, Naxçıvana hücumlar haradan gəlirdi? Dağlıq Qarabağ separatçıları tərəfindən? Dağlıq Qarabağ buradan uzaqdadır! Yəni Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətin müxtəlif istiqamətləri var idi. O cümlədən məqsədlərin biri də Naxçıvanı işğal etmək idi. İndi Ermənistanın bəzi siyasi dairələrində gedən müzakirələr bunu bir daha sübut edir. Onların orada keçirdiyi tədbirlərdə vurğulanır ki, bəli, biz Naxçıvanda istədiyimizə nail ola bilmədik, Naxçıvanı işğal edə bilmədik. Yəni bu, açıq-aydın göstərir ki, bu, onların planında idi. Əgər o vaxt naxçıvanlılar ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə burada müqavimət göstərməsəydilər, o müdafiəni təşkil etməsəydilər, düşmənə çox sanballı və çox möhkəm zərbə vurmasaydılar, Naxçıvanın taleyi çox təhlükəli ola bilərdi. Ona görə bu strateji diyara, Azərbaycanın strateji məntəqəsinə daim böyük diqqət göstərilməlidir. İqtisadi, sosial, hərbi potensialın möhkəmlənməsi böyük əhəmiyyət kəsb edir.

Mən onu da qeyd etmək istəyirəm ki, Naxçıvanın hərbi potensialı da son illər ərzində böyük dərəcədə möhkəmləndi. Çoxlu sayda lazım olan avadanlıq, texnika gətirildi. Naxçıvan indi tam şəkildə özünü müdafiə etməyə qadirdir və lazım gələrsə, hücum əməliyyyatları da aparmaq mümkündür.

Bilirsiniz ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparırıq. Danışıqların ümumi gedişatı müsbət xarakter daşıyır, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılır. Çox sevindirici haldır ki, beynəlxalq təşkilatlar və bu məsələ ilə məşğul olan dövlətlər də artıq yüz faiz mövqe nümayiş etdirirlər ki, məsələ yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü dünya tərəfindən tanınır, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır. Əlbəttə, danışıqların əsas məqsədi budur və danışıqlar bu istiqamətdə aparılır. Azərbaycanın ərazi bütövlüyü heç bir şərt qoyulmadan bərpa olunmalıdır.

Danışıqların çərçivələri bundan ibarətdir.

Mən ümid edirəm ki, Ermənistan rəhbərliyi tezliklə Minsk qrupu tərəfindən təklif edilmiş təkliflərə öz razılığını verəcək, vaxt uzatmaqla məşğul olmayacaq, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğul olmayacaq, öz daxili, siyasi məsələləri, xüsusilə qarşıdan gələn parlament seçkilərinin təhlükəsizlik şəraitində, - yəni iqtidar üçün, - keçirilməsi üçün danışıqlarda iştirak etmək görüntüsü yox, real iştirak nümayiş etdirəcək və təkliflərə cavab verəcəkdir. Bəzi hallarda Ermənistanda siyasi vəziyyəti nəzərə alaraq, Ermənistan rəhbərliyi çox maraqlı və bəzən gülməli bəyanatlarla çıxış edir. Biz çalışırıq ki, buna əhəmiyyət verməyək. Çünki onun heç bir əhəmiyyəti yoxdur. Amma bəzi hallarda bu bəyanatlar təxribat xarakteri daşıyır. Yalan məlumatlardır və belə olan halda, biz bu yalanları ifşa etməliyik.

Bu yaxınlarda rəsmi dairələr bəyan etmişlər ki, guya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları Azərbaycanın ərazi bütövlüyü prinsipindən kənarda aparılır. Bu, tam yalandır. Biz məcburuq ki, onların yalanını ifşa edək. Birincisi, bu, heç vaxt olmayıb və ikincisi, heç vaxt olmayacaq, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Bu, birmənalıdır və bu barədə heç danışmağa da dəyməz. Azərbaycan dövləti heç vaxt buna razılıq verməz. Birincisi, ona görə ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dünya tərəfindən, Birləşmiş Millətlər Təşkilatı və bütün başqa ölkələr tərəfindən Azərbaycan torpağı kimi tanınır. Digər tərəfdən, ona görə ki, Azərbaycanla Ermənistan arasında inkişafda indi böyük fərq var. Əgər Azərbaycanın ən ağır, ən çətin dövründə Ermənistan buna nail ola bilməyibsə, indiki dövrdə bu barədə fikirləşmək belə vaxt itirməkdir. Baxın, Azərbaycanın önəminə və Ermənistanın önəminə. İqtisadi cəhətdən bizim iqtisadiyyatımız onların iqtisadiyyatından 6-7 dəfə böyükdür və yaxın illərdə 10 dəfə böyüyəcəkdir. Bizim büdcəmiz onların büdcəsindən 6 dəfə böyükdür. Bizim hərbi büdcəmiz onların ümumi büdcəsinə bərabərdir. Yəqin ki, xatırlayırsınız, mən bu məqsədi iki il bundan əvvəl qarşıya qoymuşam və bəziləri buna şübhə ilə yanaşırlar, xüsusilə Ermənistanda buna belə istehza ilə yanaşırlar. Amma reallıq budur. Bizim hərbi büdcəmiz 1 milyard dolları ötübdür.

Siyasi çəkimiz artır, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayır. Bilirsiniz ki, indi Avropanın gündəliyində enerji məsələləri birinci yerdədir. Enerji mənbələrinin şaxələndirilməsi ilə məşğuldurlar. O nəyin hesabına şaxələndirilə bilər? Ancaq Azərbaycanda hasil ediləcək təbii qazın hesabına! Avropaya qaz nəql edən yeni mənbə yoxdur. Hansılar ki, mümkündür, onlar var, oradan da qaz alınır. Yeni mənbə ancaq Azərbaycandır. Sirr deyil ki, biz həm iqtisadi inkişaf üçün, həm də siyasi mövqelərimizin möhkəmlənməsi üçün bundan istifadə edirik və etməliyik. Çünki hər bir ölkə öz imkanlarından istifadə edir. Hər bir ölkə istəyir ki, öz mövqelərini möhkəmləndirsin, daha da önəmli ölkəyə çevrilsin.

Bu gün Azərbaycan nəinki bölgədə liderdir, biz artıq bölgə çərçivələrindən çıxmışıq. Dünya əhəmiyyətli məsələlərdə iştirak edir, dünya üçün əhəmiyyətli olan məsələlərdə təşəbbüs göstəririk. Bölgədə, geniş mənada, qitədə proseslərin inkişafı müəyyən dərəcədə bizim qərarlarımızdan asılı olacaqdır. Yəni sözümü ona gətirirəm ki, bütün bu parametrlərə görə, Ermənistanla Azərbaycan müqayisə edilə bilməz! Heç kim heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Yəni onlar bunu unutmalıdırlar. Öz xalqının, erməni xalqının gələcəyini düşünməlidirlər. Hələ ki, biz onlara təklif etdiyimiz variantda müəyyən dərəcədə onların maraqları təmin oluna bilər. Biz bəyan etmişdik və mən indi də deyirəm ki, Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət statusu verə bilərik. Bu hansı status olacaq, onu danışıqlar, bir də dünya praktikası, beynəlxalq hüquq normaları göstərər. Avropada, başqa ölkələrdə muxtariyyətlər var. Muxtariyyət o demək deyil ki, sən yaşadığın ölkədə, özü də qonaq kimi yaşadığın ölkədə, - ermənilər başqa ölkələrdən gətirilib Dağlıq Qarabağda məskunlaşdırılıblar, - sən o ərazini ayırıb orada dövlət yaradasan. Dağlıq Qarabağ 60 minlik əhalisi olan bir dövlətmi olacaq? Bunu heç kim qəbul etməz! İlk növbədə, Azərbaycan heç vaxt qəbul etməz! Sadəcə olaraq, Ermənistanın yüksək vəzifəli şəxslərinin belə məsuliyyətsiz, yalan üzərində qurulmuş, təxribat xarakterli bəyanatlarından sonra mən məcburam ki, buna aydınlıq gətirim. Hələ ki, gec deyil, Ermənistan rəhbərliyini bir daha düz yola, konstruktivizm yoluna çağırıram. Danışıqlarda səmimiyyətlə iştirak etsinlər, görüntü yaratmağa cəhd göstərməsinlər. Onsuz da beynəlxalq ictimaiyyət artıq bunu görür və bilir ki, Ermənistanın indi əsas məqsədi vaxt udmaq və parlament seçkilərini özləri üçün istədiyi formada keçirməkdir. Yalan, boş-boş bəyanatlar verməklə, sadəcə, özlərini çətin vəziyyətdə qoyurlar.

Onu da qeyd etmək istəyirəm ki, son müddət ərzində Azərbaycanın uğurlu inkişafı, xüsusilə iqtisadi, enerji sahəsində inkişafı, Azərbaycanın uğurlu xarici siyasəti, Ermənistanı bütün cəbhələrdə ifşa etməsi, görünür, onları elə təşvişə salıb ki, onlar bir az çaşıblar. Əgər belə olmasaydı, Dağlıq Qarabağda qanunsuz konstitusiya referendumu keçirməzdilər. Özlərini pis vəziyyətdə qoyublar. Baxın, indi bütün dünya o referendumu və referendumu keçirən o qanunsuz, kriminal rejimi qınadı. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, habelə Türkiyə referendumun keçirilməsini pislədilər. ATƏT bütövlüklə referendumu pislədi və tanımadı. Avropa İttifaqı bəyanat verdi, referendumu tanımadı, pislədi. Avropa Şurası bəyanat verdi, referendumu tanımadı, pislədi.

GUAM dövlətləri, bizim tərəfdaşlarımız - Gürcüstan, Ukrayna, Moldova referendumu, qanunsuz rejimin hərəkətlərini pislədi. İslam Konfransı Təşkilatı, bütün müsəlman dünyasını birləşdirən təşkilat referendumu pislədi.

Ermənilər belə ağılsız hərəkətlə özlərini pis vəziyyətdə qoyublar, hədəfə çevriliblər. İndi bütün beynəlxalq təşkilatlar onları qınayır, Azərbaycanın haqq işini dəstəkləyir. Onların bu “referendumu” nəticəsində Azərbaycanın ərazi bütövlüyü dünya ictimaiyyəti tərəfindən bir daha tanındı və dəstəkləndi. Bu hadisələr bir də onu göstərir ki, Azərbaycanın məqsədyönlü siyasəti öz bəhrəsini verir. İlk növbədə, iqtisadi potensial möhkəmlənir və bunu möhkəmləndirmişik. Hərbi potensial güclənir və bu da danışıqlarda vacib amildir. Siyasi mövqelərimiz möhkəmlənir. Azərbaycan bölgədə lider dövlətə çevrilibdir, dünya əhəmiyyətli məsələlərdə öz sözünü deyir və Azərbaycanla hesablaşırlar, məsləhətləşirlər. Belə olan halda, tam əminəm, məndə zərrə qədər də şübhə yoxdur ki, biz məsələni öz xeyrimizə həll edəcəyik. Yəni ədalətli, beynəlxalq hüquq və normalara əsaslanmış qaydada.

Mən qeyd etdim ki, Naxçıvanın büdcəsi çox böyük dərəcədə artır, 161 milyon yeni manat təşkil edir. Bu haradasa, 180 milyon dollardır və əlbəttə ki, növbəti illərdə bu büdcə artacaqdır. İstisna olunmur ki, bir neçə ildən sonra Naxçıvanın büdcəsi Ermənistanın büdcəsi ilə müqayisəediləcək səviyyəyə qalxacaqdır.

Əziz dostlar, ona görə mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın möhkəmlənməsi hər birimizin işi olmalıdır. Azərbaycanın möhkəmlənməsi hər bir bölgənin, hər bir kəndin, hər bir rayonun möhkəmlənməsindən keçir. Əlbəttə, biz hamımız çalışmalıyıq ki, hərə öz yerində ümumi işimizə töhfə verək. Bu, bizim vətənimizdir, doğma torpağımızdır. Biz elə etməliyik ki, Azərbaycan ən sürətlə inkişaf etsin, müasir dövlətə çevrilsin, öz milli ənənələrinə sadiq, amma dünyaya açıq olan və müasir dövlətə çevrilsin.

Naxçıvanda keçirdiyim iki gündə mən bir daha görürəm ki, bizim bütün planlarımız həyata keçirilir. Mən bir daha demək istəyirəm ki, Naxçıvanda gedən inkişafdan çox razıyam. Mən hər il gəlirəm, 2004-cü ildə iki dəfə olmuşam, 2005-ci ildə, 2006-cı ildə gəlmişəm. Hər dəfə gələndə də burada inkişaf görürəm, yenilik görürəm. Ona görə mən sizi bu yüksək nailiyyətlər, nəticələr münasibətilə bir daha təbrik edirəm. Arzu edirəm, gələcəkdə biz hamımız elə edək ki, ölkəmiz möhkəmlənsin zənginləşsin və ən yüksək zirvəyə qalxsın.

İndi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova söz verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib