Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- İki gündür ki, mən bu bölgədəyəm, vəziyyətlə tanış oluram, görüşlər keçirirəm, müxtəlif sənaye, turizm obyektləri ilə maraqlanıram, tanış oluram. Bütövlükdə, deyə bilərəm ki, bölgədə regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir.

Bu səfərin əsas məqsədi ondan ibarətdir ki, biz görülən işlərə qiymət verək, onları təhlil edək və əlavə tədbirlər haqqında müvafiq tapşırıqlar və qərarlar verək. Həyat bunu tələb edir. Çünki həyat yerində durmur. Regionların sosial-iqtisadi inkişafı proqramı iki ildən çoxdur ki, qəbul edilibdir. Əlbəttə, yeni problemlər, yeni məsələlər üzə çıxır. Biz gərək bunlara operativ reaksiya verək və mövcud olan problemlərin aradan qaldırılması üçün dərhal tədbirlər görək.

Son iki il ərzində, regionların inkişafı proqramının təsdiqindən sonra region üçün əhəmiyyətli və onun gələcəyini təmin edən mühüm qərarlar qəbul edilmişdir. Onlardan biri indi artıq Şəkidə tikilən elektrik stansiyası barədədir. Regionların inkişafı proqramında stansiya nəzərdə tutulmurdu. Bu yaxınlarda bizim qəbul etdiyimiz qərara əsasən müxtəlif bölgələrdə, o cümlədən Şəkidə stansiya tikilməyə başladı. Stansiyanın tikintisi bölgənin enerjiyə olan tələbatını tam ödəyəcəkdir. Bu, gələcəyə yönəldilib, yəni bölgənin gələcək inkişaf perspektivini də müəyyən edəcəkdir.

Bilirsiniz ki, mənim göstərişimlə bir müddət bundan əvvəl demək olar ki, bütün bölgələrdə yeni tibb ocaqları tikilməyə başladı. Müxtəlif bölgələrdə tikinti artıq başlayıbdır. O cümlədən bu günlərdə həm Balakəndə böyük xəstəxananın tikintisinə başladıq, həm də Zaqatalada müasir müalicə-diaqnostika kompleksinin təməlini qoyduq. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir. Əlbəttə, biz iqtisadiyyatın inkişafına çox çalışırıq və qəbul edilmiş bütün proqramların məqsədi bundan ibarətdir. Ancaq bütün bu işlərlə yanaşı, biz gərək insan amilini də unutmayaq. Çünki biz xalq üçün işləyirik, xalq üçün yaşayırıq. Xalqın da müasir tibbi xidmətə böyük ehtiyacı vardır.

Bütövlükdə, səhiyyə sisteminin müasirləşməsi, orada vəziyyətin sağlamlaşdırılması çox vacibdir. Müalicə-diaqnostika mərkəzlərinin tikintisi bu məqsədi güdür və bunu təmin edəcəkdir. Bundan əlavə, biz 2004-cü ilin fevralında proqramı qəbul edərkən məktəb tikintisi geniş şəkildə nəzərdə tutulmurdu. Ancaq son bir il ərzində Azərbaycanda 300-dən çox yeni məktəb tikilib və bu proqram davam etdirilir. Bu il də 100-dən çox məktəb tikilməlidir və biz bütövlükdə, bütün məktəb infrastrukturunu yeniləşdirməliyik. Uşaqlar müasir məktəblərdə oxumalıdırlar, lazım olan bütün avadanlıq, ləvazimat, binalarda istilik sistemi olmalıdır. Mən bunu ona görə deyirəm ki, bütün bu məsələlər regionların sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmurdu. Bəlkə də bunun təbii səbəbləri var, bəlkə də müəyyən subyektiv məqamlar da var. Ancaq bütün bu yeniliklər artıq reallıqdır. Bizim məqsədimiz, ilk növbədə, proqramda təsdiq edilmiş məsələləri həyata keçirmək, eyni zamanda, yeni meydana çıxan və sonradan qəbul edilmiş qərarlar əsasında lazımi infrastrukturu və obyektləri yaratmaqdır.

Ona görə mən istəyirəm ki, bugünkü müşavirədə biz hər iki məsələyə toxunaq. İlk növbədə, görülən işlərdən danışaq, gərək həm proqramda nəzərdə tutulmuş, həm də diqqətdən kənarda qalmış məsələlər həll olunsun. Mən həmişə deyirəm, əgər hər bir rayonun problemi həll olunarsa, ölkənin problemləri də həll edilər.

Bütövlükdə, demək istəyirəm ki, bölgənin inkişafı çox müsbətdir. Mən bu rayonlarda, şəhərlərdə olarkən, burada gedən abadlıq işləri ilə də maraqlanıram. Görürəm ki, səliqə-sahman var, abadlıq işləri görülür. Misal üçün, mən xüsusilə Şəki şəhərini qeyd etmək istəyirəm. Burada çox böyük abadlıq işləri görülübdür, binalar təmir olunur, yollar, gözəl parklar salınır. Bu, başqa rayonlarda da var. Amma gərək daha da sürətlə getsin.

İndi biz müasir dövlət qururuq. Bütün infrastruktur müasir standartlara cavab verməlidir. Mövcud olan binalara da əl gəzdirmək, təmir etmək lazımdır ki, abadlıq olsun. Xüsusilə nəzərə alsaq ki, bu bölgənin çox gözəl təbiəti, təbii şəraiti var. Bu gözəl təbiət özlüyündə hər bir kəndə, hər bir şəhərə yaraşıq verir. Müasir yanaşma olmalıdır. Yeni binalar gərək böyük zövqlə tikilsin, yəqin ki, istifadəsiz olan binalar sökülməlidir, daxmalar qalmamalıdır. Yəni ümumi görünüşə xələl gətirən yarımçıq tikililər, yaxud da 20-40 il bundan əvvəl tikilmiş yararsız binalar, - əlbəttə, onlar əgər istifadəsizdirsə, - sökülməlidir. Yeni infrastruktur yaradılmalıdır.

X X X

Şəki Şəhəri İcra Hakimiyyətinin başçısı NAZİM İBRAHİMOV regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Şəki şəhərində və rayonda görülən quruculuq işlərindən, həlli vacib olan problemlərdən, istehsal-təsərrüfat göstəricilərindən, əhalinin ümumi rifah halının və sosial həyat şəraitinin yüksəldilməsinə xidmət edən amillərdən danışdı. O dedi ki, dövlət proqramına uyğun olaraq, Şəki rayonunda 7068 daimi iş yerinin açılması nəzərdə tutulmuşdur. 2006-cı il aprelin 1-dək həyata keçirilən tədbirlər nəticəsində Şəkidə 10 min 928 yeni iş yeri açılmışdır. Onun da 3748-i daimidir ki, bu da açılması nəzərdə tutulan daimi iş yerlərinin 53 faizini təşkil edir.

Cənab Prezident, Sizin Şəkiyə olan diqqətinizə əsaslanaraq, biz bu il və qarşıdakı illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbirləri müəyyənləşdirmişik. Şəkidə dövlət universitetinin açılması, hava limanının beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması, Aşağı karvansaranın və Şəkixanovların evinin bərpası, gücü 250 ton olan şəkər çuğunduru zavodunun, 3500 yerlik şəhər stadionunun, atçılıq idmanı kompleksinin tikintisi, Aşağı Göynük kənd xəstəxanasının əsaslı təmiri, Şəki-Oğuz yolunun inşası, şəhərin mərkəzi ilə axan çayların kənarındakı istinad divarlarının bərpası və perspektivdə nəzərdə tutulan digər məsələləri planlaşdıranda biz Sizin köməyinizə, Sizin qayğınıza arxalanmışıq.

Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı ASİF ƏSGƏROV çıxışında vurğuladı ki, rayonun sosial-iqtisadi inkişafının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və indi Azərbaycan Prezidentinin yaxından diqqət və qayğısı sayəsində bu inkişaf daha yüksək sürətlə getməkdədir. O dedi:

- Cənab Prezident, Zaqatala rayonu ulu öndərimiz Heydər Əliyevin qayğısı və diqqəti sayəsində 1970-80-ci illərdə çox böyük iqtisadi və mədəni yüksəlişə nail olmuşdur. Uzun illər ucqar əyalət şəhəri olan Zaqatala məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə sözün əsil mənasında simasını dəyişərək, Avropayönümlü sənaye şəhərinə çevrilmişdir. O illər rayonda tütün fermentasiya zavodu, ətriyyat-kosmetika fabriki, fındıq emalı və konserv zavodları, tikiş fabriki və bir sıra sənaye müəssisələri tikilərək istifadəyə verilmişdir.

Cənab Prezident!

Bu gün Azərbaycan, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan quruculuğu konsepsiyası əsasında inkişaf edir. Məhz o sağlam təməl üzərində Sizin rəhbərliyiniz altında müasir, iqtisadi və siyasi cəhətdən güclü Azərbaycan qurulur. Həyata keçirdiyiniz uğurlu siyasət respublikamızın hər yerində olduğu kimi, Zaqatalada da öz bəhrəsini verir. Rayonumuzda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Birbaşa Sizin tapşırığınız və dəstəyinizlə tikilən Olimpiya İdman Kompleksi, hörmətli Mehriban xanımın qayğısı sayəsində Heydər Əliyev Fondunun vəsaiti hesabına şəhər 1 nömrəli orta məktəbinin əsaslı şəkildə yenidən qurulması və ucqar Faldarlı kəndində 240 yerlik yeni məktəb binasının tikintisi gənc nəslin sağlamlığına və təhsilinə verdiyiniz dəyərin ən parlaq təcəssümüdür.

Balakən Rayonu İcra Hakimiyyətinin başçısı ASİF MƏMMƏDOV regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq rayonda görülən tədbirlərdən, çatışmazlıqlardan, həlli vacib olan məsələlərdən danışdı.

- Möhtərəm cənab Prezident, Sizin fərmanınızla təsdiq edilən Dövlət proqramının icrası bölgələrdə iqtisadiyyatın dinamik inkişafına təkan vermişdir ki, bunun da ən bariz nümunəsi yeni açılan iş yerləridir. Dövlət proqramının qəbulundan sonra keçən dövr ərzində Balakən rayonunda 1697 daimi, 1500-dək müvəqqəti və mövsümi iş yerləri açılmışdır.

Sizin köməyinizlə 2005-ci ildə rayonda 1 elektron ATS, 5 poçt binası, 2 məktəb binası tikilmiş, əlillər və şəhid ailələri üçün 8 mənzilli yaşayış binasının inşasına başlanılmışdır. Lakin bununla belə, rayonda yeni iş yerlərinin açılması, xüsusilə abadlıq və quruculuq sahəsində xeyli iş görülməli, bir sıra problemlər öz həllini tapmalıdır.

Möhtərəm Prezident, Sizin bu bölgəyə gəlişiniz insanlarda xoş əhval-ruhiyyə yaratmaqla yanaşı, bizim fəaliyyətimizə də böyük təkan verəcəkdir. Balakənlilər adından Sizi əmin etmək istərdim ki, qısa müddət ərzində rayonda köklü dəyişikliklər ediləcəkdir. Balakənə növbəti səfərinizdə inanılmaz dəyişikliklərin şahidi olacaqsınız. Sizi əmin edirik ki, Balakənin respublikanın ən sabit, iqtisadi cəhətdən inkişaf etmiş rayonuna çevrilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

Qax Rayonu İcra Hakimiyyətinin başçısı ABBAS GÖYÜŞOV rayonun sosial-iqtisadi həyatının müxtəlif sahələrində əldə edilən nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışdı:

- Cənab Prezident, rayonun təhsil sisteminin daha da yaxşılaşdırılması məqsədi ilə Dövlət proqramında nəzərdə tutulmuş bütün tədbirlər cari ildə tamamilə yerinə yetiriləcəkdir. 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına respublikada tikilən 132 orta məktəb binasından biri bizim rayondadır. Bu il də Fondun hesabına iki, dövlət vəsaiti hesabına bir, Yaponiya səfirliyinin vəsaiti hesabına bir məktəb binasının tikilməsi nəzərdə tutulmuşdur.

Zati-aliləri, rayonumuzun flora və faunasının zənginliyi, coğrafi şəraiti, tarixi və mədəniyyət abidələrinin çoxluğu turizm üçün geniş imkanlar açır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət proqramında nəzərdə tutulmuş istiqamətlərdən biri Şəki-Qax-Zaqatala turizm marşrutudur. Onun icrasını təmin etmək məqsədi ilə rayonumuzda sahibkarlar tərəfindən İlisu kəndi ərazisində “Uludağ”, “Yaşıl park”, “Güləşçi”, “İlisu”, “Ulu” pansionat və istirahət mərkəzlərinin birinci hissələri tikilmiş, Qaşqaçay, Ləkit, Zərnə kəndlərində də turizmin inkişafı üçün lazımi işlər görülməkdədir.

İcra hakimiyyətinin başçısı rayonda mövcud olan çatışmazlıqlardan danışaraq dedi ki, möhtərəm Prezident, şəhərə yeni su xətti çəkilmişdir. Ancaq keçən əsrin 60-70-ci illərində çəkilən yeraltı su boruları hazırda çürüdüyünə görə, əhalini içməli su ilə tam təmin edə bilmirik. Bu, həmin dövrdə çəkilmiş kanalizasiya xəttinə də aiddir.

Möhtərəm cənab Prezident, Qax kənd təsərrüfatı rayonudur, burada əhalinin əsas məşğuliyyəti bağçılıq və tərəvəzçilikdir. 2005-ci ildə 6 min tondan çox fındıq yığılmış, əhali bu sahədən 12 milyon ABŞ dollarınadək vəsait əldə etmişdir. Keçən il rayonumuzda 400 ədəd minik maşını qeydiyyata alınmışdır. Ancaq bağçılıq və tərəvəzçilikdə vəziyyət yaxşı deyil, rayonda hər il min tonlarla məhsul məhv olur. Bu sahəyə iqtisadi inkişaf, kənd təsərrüfatı nazirlikləri, digər əlaqədar qurumlar kömək etsələr, respublika, habelə xarici iş adamları cəlb olunarsa, həm işsizliyin ləğvinə, həm də əhalinin sosial-rifah halının yaxşılaşmasına çox böyük təsiri olar.

X X X

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər