Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Əziz dostlar, sahibkarlar!

Doğrudan da bu gün çox gözəl bir gündür. Biz növbəti dəfə görüşürük və bu gün bu bölgədən olan sahibkarlara yeni kreditlər də veriləcəkdir. Bu, çox gözəl bir ənənədir. Artıq bir neçə ildir ki, Azərbaycanın dövlət büdcəsindən ayrılmış vəsait ölkəmizdə sahibkarlığın inkişafına xidmət edir. Əlbəttə, biz sahibkarlığın inkişafına geniş kontekstdə baxırıq. Sahibkarlığın təşviqi, sahibkarlar üçün əlverişli şəraitin, gözəl sərmayə mühitinin yaradılması, yersiz yoxlamalardan sizi qorumaq, Azərbaycanda sahibkarlardan ötrü sözün əsil mənasında gözəl şərait yaratmaq bizim üçün əsas, prioritet məsələlərdir. Ancaq bununla yanaşı, əlbəttə, ilkin kapital olmadan hansısa bir işi başlamaq çətindir, yaxud da ümumiyyətlə mümkün deyildir. Özü də nəzərə alsaq ki, Azərbaycan ancaq son 15 il ərzində müstəqil respublika kimi yaşayır. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tətbiq edilir, amma nə qədər ki, tam bərqərar olunmayıb, əlbəttə, ilkin kapital mövzusu aktuallaşır. Kreditlərin güzəştli şərtlərlə verilməsi bu məqsədi güdür. Həm bu ilkin kapital çox təmiz kapital olur, heç kimdə şübhə doğurmur, eyni zamanda, dövlət öz tərəfindən sahibkarlara köməyini göstərir.

Bildiyiniz kimi, ayrılan məbləğlər ildən-ilə artır. Bu ilin büdcəsindən təxminən 100 milyon dollar həcmində kreditlər ayrılacaqdır. Biz gələn il bunu artıracağıq. Bildiyiniz kimi, biz bu kreditlərin həcmini ildə təxminən 2 dəfə artırırıq. Bizim iqtisadi potensialımız möhkəmləndikcə, büdcəmiz artdıqca, əlbəttə, bu məqsədlərə ayrılan vəsaitlər də artacaqdır. Birinci mərhələdə biz çalışırdıq ki, ayrılan kreditlərin həcmi çox böyük olmasın, yəni çox sahibkarı əhatə etsin. Ancaq indi görürük ki, Azərbaycanın inkişafı yeni yanaşmalar tələb edir və az vəsaitlə böyük işlər görmək mümkün deyildir. Ona görə biz kreditlərin yuxarı həddini qaldırdıq. Biz başlayanda bu, təxminən 100 min dollar təşkil edirdi. İndi 3 milyona yaxındır və böyük layihələr həyata keçirmək mümkündür. Sadəcə olaraq, siz gərək öz layihələrinizi təqdim edəsiniz, onları əsaslandırasınız. Əlbəttə, texniki-iqtisadi əsaslandırma böyük layihələr üçün nəzərdə tutulmalıdır və müvafiq banklar vasitəsilə bu kreditlər veriləcəkdir. Sahibkarlığın inkişafı hər bir ölkənin inkişafında ən mühüm rol oynayır.

Bizdə özəlləşdirmə prosesi daha da sürətlə getməlidir. Özəl sektor daha da sürətlə formalaşmalıdır. İndi ümumi daxili məhsulda özəl sektorun payı 75 faizdir. Bu, yüksək göstəricidir. Amma daha da yüksək ola bilər. Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, harada inkişaf var, uğur var. O ölkələrdə ki, birinci növbədə, özəl sektor inkişaf edir və ikinci növbədə, kiçik və orta sahibkarlıq inkişaf edir. Dünyanın ən inkişaf etmiş ölkələrinin iqtisadiyyatında ən böyük çəkiyə malik olan məhz kiçik və orta sahibkarlıqdır. Azərbaycan bu yolu tutubdur.

Əlbəttə ki, ölkəmizdə genişmiqyaslı layihələr - ölkəmiz üçün, bölgə üçün, dünya üçün əhəmiyyətli neft-qaz layihələri, digər böyük infrastruktur layihələri həyata keçirilir. Kənd təsərrüfatında artıq böyük müəssisələr tikilir, istifadəyə verilir. Bu yaxınlarda bölgənin ən müasir, ən böyük şəkər zavodu tikilib istifadəyə verilmişdir. Bütün bunlar böyük investisiya tələb edən müəssisələrdir.

Ancaq bununla yanaşı, kiçik və orta sahibkarlığın inkişafı hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün lazımdır. Bunun həm böyük iqtisadi mənası var, eyni zamanda, sosial mənası var. Çünki biz xalq üçün işləyirik, xalq üçün çalışırıq. Biz istəyirik ki, sahibkarlara köməyimiz, eyni zamanda, ölkədə mövcud olan sosial problemləri də həll etsin, işsizlik, yoxsulluq aradan qaldırılsın. Siz müəssisələrinizdəki işçilərə yüksək maaş verəsiniz. Azərbaycanda minimum əmək haqqı ildən-ilə qalxır və qalxacaqdır. Siz də buna hazır olmalısınız. Vaxt gələcək, Azərbaycanda minimum əmək haqqı yüksək olacaqdır. Siz də məcbur olub o minimum əmək haqqını işçilərə verməlisiniz. Bu, eyni zamanda, ölkənin sosial problemlərini həll edir. Siz də buna maraqlısınız, biz də maraqlıyıq. Biz dövlət kimi, siz sahibkarlar kimi. Çünki insanların alıcılıq qabiliyyəti artdıqca, sizin istehsal etdiyiniz məhsullar daha da sürətlə satılacaqdır. Siz öz sahələrinizi genişləndirəcəksiniz, daha da çox vergi ödəyəcəksiniz. O vergilər büdcəyə daxil olacaq, yeni infrastruktur layihələri icra olunacaqdır.

Mən bu gün Şəkidə elektrik stansiyasının tikintisi ilə tanış oldum. Böyük bir region üçün layihədir. Bütün regionu elektrik enerjisi ilə təmin edəcəkdir. Elektrik enerjisinin olmadığı yerdə heç bir müəssisəni genişləndirmək, yaratmaq mümkün deyildir. Əgər elektrik enerjisi fasilələrlə verilirsə, əgər məhdudiyyət qoyulursa, heç bir müəssisəni inkişaf etdirmək mümkün deyildir. Şəki elektrik stansiyası bütün bölgəyə xidmət edəcək, Şəki, Oğuz, Zaqatala, Qax, Balakən rayonlarını enerji ilə təmin edəcəkdir. Eyni zamanda digər bölgələrə, elektrik enerjisi daha böyük həcmdə veriləcəkdir.

Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Sahibkarlara yaxşı şərait yaradır. Bilirsiniz ki, mənim sahibkarlarla görüşlərim tez-tez olur. Həmişə mən öz dəstəyimi verirəm. Bütün icra orqanlarına, xüsusilə yerli icra orqanlarına tapşırıram ki, sahibkarlara mane olmasınlar. Əksinə, kömək etsinlər, problemlərini həll etsinlər. Çünki bizim ölkəmizin gələcəyi bunu tələb edir. Ölkəmizin inkişafı ancaq bu yolla təmin oluna bilər. Kreditlər ayrılır, dövlət tərəfindən yeni infrastruktur yaradılır. İndi magistral yollar, kəndarası yollar salınır - bütün bunlar həm də sahibkarlığa xidmət edir.

Bu diyar çox gözəl diyardır, çox zəngin, füsunkar təbiəti var. Turizmin inkişafına böyük diqqət göstərilməlidir. Amma yol yoxdursa, turizmi inkişaf etdirmək mümkün deyildir. Bu yolu siz tikə bilməzsiniz. Bu, sizin işiniz deyil, bunu dövlət etməlidir və edir. Sizə vəsait ayrılır, bundan sonra da ayrılacaqdır. Yəni sahibkarlara yaxşı şəraitin yaradılması bizim üçün əsas məsələlərdən biridir. Sizdən də tələb olunur ki, öz işinizlə, əməyinizlə ölkə iqtisadiyyatına töhfə verəsiniz. Yaxşı, müasir tələblərə cavab verən müəssisələr yaradasınız, onları yaxşı işlədəsiniz, işçilərə yaxşı əmək haqqı verəsiniz. Onların iş şəraiti yaxşı olmalıdır, məişət problemləri də həll edilməlidir. Azərbaycanda biznesin aparılması yüksək səviyyədə olmalıdır. Bunu dünyada mövcud olan meyarlar tələb edir. Biz isə istəyirik ki, Azərbaycan müasirləşsin, dünyanın ən qabaqcıl texnologiyaları ölkəmizdə tətbiq olunsun. Azərbaycanda yaradılan yeni müəssisələr dünya standartlarına cavab versin. Məhsullar daxili tələbatı ödəsin və əgər keyfiyyət imkan verərsə, xaricə də ixrac olunsun.

Azərbaycanın çox gözəl gələcəyi var. Bizim təbii sərvətlərimiz iqtisadiyyatımıza böyük dəstəkdir, böyük təkandır. Belə gözəl şəraitdən istifadə etmək lazımdır. Prezident sahibkarları dəstəkləyir. İcra orqanlarına tapşırıq vermişəm ki, heç bir müdaxilə etməsinlər, əksinə, kömək etsinlər.

Büdcəmiz ildən-ilə artır, kreditlərin həcmi də artır. Bilmirəm, hansı başqa ölkədə sahibkarlara yardım məqsədi ilə büdcədən xüsusi vəsait ayrılır. Mən bilmirəm, bəlkə haradasa var, amma hər halda, bu, kütləvi xarakter daşımır. Yerli infrastrukturun yaranması da sizə, elə bil ki, yeni şərait yaradır. Siz də bütün bu gözəl imkanlardan istifadə etməlisiniz və yeni müəssisələr, fabriklər, zavodlar tikməlisiniz. Əgər haradasa sizi sıxışdırırlarsa, sizə imkan vermirlərsə və ya süni maneələr yaradırlarsa, yaxud da kimsə biznesinizə şərik olmaq istəyirsə, siz gərək susmayasınız. Siz gərək öz səsinizi qaldırasınız, fəal olasınız, müvafiq orqanlara müraciət edəsiniz. Əgər onlardan cavab gəlməsə, mənə müraciət edin. Mən sizin arxanızda durmuşam, sizi dəstəkləyirəm və siz də bu gözəl imkanlardan istifadə etməlisiniz.

Mən şübhə etmirəm ki, Azərbaycanın davamlı iqtisadi inkişafı çox uğurlu olacaqdır. Bütün imkanlar var, regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir, sahibkarlıq inkişaf edir. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan sahibkarları daha da böyük nailiyyətlər qazanacaqlar və doğma Vətənimizi inkişaf etdirəcəklər. Bu işdə sizə uğurlar arzulayıram.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev regiondan olan 11 sahibkara kreditlərin ayrılması barədə Sahibkarlığa Kömək Milli Fondunun qərarını təqdim etdi.

Görüşdə müvəkkil bankların rəhbərləri də iştirak edirdilər.

Sahibkarlar adından çıxış edən Kifayət Niftəliyeva dövlətimizin başçısının Şəki-Zaqatala iqtisadi zonasının iş adamları ilə keçirdiyi bu görüşün ölkədə sahibkarlığın inkişaf etdirilməsi baxımından son dərəcə əhəmiyyətli olduğunu bildirdi. O, yerli sahibkarların yalnız Azərbaycan dövlətinə və şəxsən Prezidentə arxalandıqlarını, onlara göstərilən etimadı isə faydalı sahibkarlıq fəaliyyətləri ilə doğruldacaqlarını bildirdi.

Dövlətimizin başçısı görüşə yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub VİDEO

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub