Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

- Nazirlər Kabinetinin bugünkü toplantısı üçüncü rübün və bütövlükdə doqquz ayın yekunlarına həsr olunur. Yekunlar onu göstərir ki, ilin əvvəlindən iqtisadiyyatda müsbət meyillər daha da güclənmişdir və qarşıda duran bütün vəzifələr real nəticələrdə öz əksini tapır. Ümumi daxili məhsul təxminən 22 faiz, sənaye istehsalı 28 faiz artmış, inflyasiya 12 faiz olmuşdur. İnflyasiyanın artımı bizi ən çox narahat edən məsələdir. Ona görə də görülən tədbirlərin nəticəsində inflyasiyanın səviyyəsi aşağı düşməyə başladı. Ümid edirəm ki, ilin sonuna qədər bu daha da düşəcək və gələn il inflyasiyanın normal çərçivədə saxlanması təmin olunmalıdır.

Bu müddət ərzində orta əmək haqqı 22 faiz, əhalinin pul gəlirləri 21 faiz artmışdır. Yəni bu onu göstərir ki, əhalinin real gəlirləri artmışdır, özü də çox böyük sürətlə.

Makroiqtisadi göstəricilər hər bir ölkənin iqtisadiyyatının vəziyyətini müəyyən edən amillərdir. Əlbəttə ki, makroiqtisadi göstəricilərin bu səviyyəsi ölkədə gedən real proseslərə güclü təsir göstərir. Bizim vəzifəmiz məhz bundan ibarətdir ki, uğurlu iqtisadi inkişafımız Azərbaycanın hər bir vətəndaşının, hər bir ailənin həyatında öz əksini tapsın.

Ümumiyyətlə, əgər biz başqa ölkələrin iqtisadi inkişafına nəzər salsaq görərik ki, Azərbaycan iqtisadi inkişaf sürətinin artımına görə lider dövlətdir. Bunu həm biz deyirik, həm də ən mötəbər maliyyə qurumları bunu etiraf edirlər.

Dünyada başqa bir ölkə yoxdur ki, onun iqtisadiyyatı 9 ayda 22 faiz artsın. Gələn illərdə bu artım daha sürətlə gedəcəkdir.

Artıq gələn ilin büdcəsi müzakirə olunubdur, büdcə xərcləri 4 milyard dollara çatacaqdır. 2005-ci ildə bizim büdcəmiz 2,2 milyard dollar, 2004-cü ildə 1,5 milyard dollar, 2003-cü ildə 1 milyard dollar təşkil etmişdir. Üç il ərzində büdcə xərclərimiz 3 dəfə artıbdır. Hansı ölkədə iqtisadiyyat və ümumiyyətlə real işlər belə sürətlə irəliləyir. Əlbəttə bu, bir tərəfdən onu göstərir ki, Azərbaycanda 1990-cı illərin ortalarında başlanmış iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Digər tərəfdən, iqtisadi islahatların davam etdirilməsi bu gün real nəticələrə gətirib çıxarıbdır.

Büdcə xərcləri təxminən 70 faiz artmışdır. Əlbəttə ki, büdcəmizin artması iqtisadiyyatımızın bütün sahələrinə, sosial məsələlərin həllinə də kömək göstərəcəkdir. Biz bu məsələyə çox böyük diqqət yetiririk. Bildiyiniz kimi, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayı hələ də kifayət qədər yüksəkdir. Bu şəraitdə yaşayan insanların sayı ildən-ilə azalır. İlin əvvəlində 49 faizdən 40 faizə düşmüşdür, yəqin ki, ilin sonuna qədər bu rəqəm daha da aşağı olacaqdır. Amma Azərbaycan kimi ölkədə bütövlükdə yoxsul, işsiz adam olmamalıdır. Regional proqramların icrası bunu təmin edəcəkdir. 2005-ci ilin əvvəlindən ölkədə 133 min yeni iş yeri açılıbdır və bütövlükdə son iki il ərzində açılan yeni iş yerlərinin sayı 311 minə bərabərdir. Bu, həm də onu göstərir ki, əgər iki ildə 311 min iş yeri açılıbdırsa, bizim bəyan etdiyimiz proqram, yəni 5 il ərzində 600 min iş yerinin açılması, yerinə yetiriləcəkdir. Yeni iş yerlərinin açılması, əlbəttə, həm sosial məna daşıyır, həm də bunun iqtisadi mənası çox böyükdür. Hər bir yeni iş yerinin açılması yeni müəssisənin, fabrikin, zavodun açılması deməkdir. Bütün sahələrdə uğurlu inkişaf var. Sənaye istehsalı artır, sosial məsələlərə daha çox diqqət göstərilir, kənd təsərrüfatının inkişafı üçün lazımi addımlar atılmışdır. “Aqrolizinq”in yaranması bu istiqamətdə atılmış çox mühüm addımdır. Artıq “Aqrolizinq” xətti ilə Azərbaycana böyük həcmdə kənd təsərrüfatı texnikası gətirilir, gübrələr gətiriləcəkdir. Sahibkarlara və fermerlərə ayrılmış kreditlərlə yanaşı, bu, kənd təsərrüfatının inkişafını çox sürətlə təmin edəcəkdir.

Bildiyimiz kimi, sahibkarlığın inkişafına da böyük diqqət göstərilir. Çünkü Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə sadiq olan bir ölkədir. Azərbaycanda ümumi daxili məhsulun tam əksəriyyəti özəl sektorun fəaliyyəti hesabına formalaşır. Dövlət və hökumət sahibkarlığın inkişafı üçün əlindən gələni edir. Bir tərəfdən, güzəştli şərtlərlə verilən kreditlərin həcmi artır, gələn il bu kreditlərin həcmi təxminən 100 milyon dollar təşkil edəcəkdir. Digər tərəfdən, sahibkarlara dövlət tərəfindən, şəxsən Prezident tərəfindən verilən dəstək, əlbəttə ki, onların işini yüngülləşdirir. Qanunsuz yoxlamaların və digər xoşagəlməz halların da azalması müşahidə olunur.

Hər bir ölkənin iqtisadi inkişafı üçün infrastrukturun möhkəmlənməsi çox önəmli məsələdir. Azərbaycanda bu istiqamətdə də böyük işlər aparılır, yeni avtomobil yolları, o cümlədən kənd yolları salınır, elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıbdır. Mənim bölgələrə çoxsaylı səfərlərim bunu bir daha göstərir. Hər yerdə mən mütləq bu məsələlərlə maraqlanıram və eşidirəm ki, ilin əvvəlindən bu günə qədər rayonlarda, kəndlərdə, demək olar ki, elektrik enerjisində problem yoxdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, qış mövsümündə də bu problem yaranmasın. Bu istiqamətdə böyük addımlar atılıb, təxirəsalınmaz tədbirlər görülübdür. Artıq yeni kiçikhəcmli elektrik stansiyalarının quraşdırılmasına başlanmışdır və gələn ilin sonuna qədər 50-dən çox stansiya tikiləcəkdir. Beləliklə, digər başqa stansiyaların tikintisi ilə bərabər, Azərbaycanda elektrik enerjisinə olan tələbat tamamilə ödəniləcəkdir.

Özümüzün qaz hasilatımız artır, eyni zamanda “Çıraq” və “Azəri” yataqlarından çıxarılan səmt qazının həcmi də artır. İdxal da artır və bu məsələ də öz həllini tapmalıdır. “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətinin yaradılmasının başlıca məqsədi ondan ibarət olmuşdur ki, Bakıda və Azərbaycanın digər böyük şəhərlərində istilik sistemi bərpa edilsin. Hamımız bilirik kİ, uzun illərdir bu sistemdə vəziyyət ürəkaçan deyildir. Bir çox yerlərdə istilik sistemi tamamilə ləğv edilibdir və bəzi hallarda sakinlər qızdırıcı batareyaları da kəsib atıblar. İndi biz bunların hamısını bərpa edirik. “Azəristiliktəchizat”ın yaradılmasından məqsəd budur. Artıq ilk vəsaitlər ayrılıbdır. Gələn il daha da böyük həcm ayrılacaqdır. Qarşıya məqsəd qoyulubdur ki, gələn ilin sonuna qədər Bakı şəhərinin bütün hündürmərtəbəli evlərinin istilik sistemi bərpa edilsin. Ondan sonra digər şəhərlərin istilik sistemi bərpa olunmalıdır. Belə texnologiyalar var, biz bunların hamısını bilirik, vəsait də ayrılacaqdır.

Azərbaycanın uğurlu neft strategiyası da icra olunur. Heydər Əliyevin təşəbbüsü ilə inşasına başlanmış və onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurlu tikintisi bizim böyük nailiyyətimizdir. Bu, tarixi əhəmiyyətli bir layihədir və son illər ərzində görülmüş işlər bu əfsanəni reallığa, gerçəkliyə çevirdi. Bir neçə aydan sonra biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini qeyd edəcəyik. Artıq kəmər işə düşməmiş, Azərbaycan böyük həcmdə neft gəlirləri əldə edir. İndi Neft Fondunda 1 milyard dollardan çox vəsait var. Valyuta ehtiyatımız da bu qədərdir. Gələn illərdə bu vəsait artacaqdır. Çox rəmzi xarakter daşıyan budur ki, neft hasilatından əldə edilmiş gəlirlər, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətindən əldə edilən gəlirlər su kəmərinin çəkilişinə qoyulur. Bildiyiniz kimi, şimal-qərb zonasından Bakıya yeni su kəməri çəkiləcək, bu məsələ bir müddət bundan əvvəl geniş müzakirə olundu.

İlkin işlər görülməyə başladı və ümid edirəm ki, iki il ərzində Bakının su problemi tamamilə aradan qaldırılacaqdır. Bu, real işlərin nəticəsidir. Heydər Əliyevin neft strategiyasının, onun tərəfindən Azərbaycanda başlanmış və bütün istiqamətlərdə uğurla davam edən inkişafın nəticəsidir. Neft kəməri həm iqtisadiyyatımızı gücləndirəcək, həm də sosial problemlərin həllinə kömək göstərəcəkdir. Artıq mən qeyd etdim, sosial məsələlərin həlli bizim üçün başlıca vəzifədir. Minimum əmək haqqının bir neçə dəfə artırılması bizim niyyətimizi ifadə edir. Minimum əmək haqqı oktyabrın 1-dən 150 min manata gəlib çatıbdır. Ancaq, əlbəttə ki, bu bizi tam qane edə bilməz. Çünkü 150 min manat o pul deyil ki, insanlar bununla normal yaşaya bilsinlər. Bunları biz bilirik. Biz gələcəkdə də minimum əmək haqqının artırılmasına baxacağıq, bunu edəcəyik.

Ancaq, əlbəttə ki, bu məsələyə baxanda mütləq makroiqtisadi sabitlik məsələlərinə də baxılmalıdır. Əmək haqlarının kəskin şəkildə artımı inflyasiyaya gətirib çıxara bilir, əslində gətirib çıxarmışdır. Azərbaycanda inflyasiya heç vaxt 2-3 faizdən çox olmamışdı. Son illər ərzində inflyasiya gəldi çıxdı 15 faizə. İndi biz bunu endirdik 12 faizə. Daha da endirəcəyik. Bunun ən başlıca səbəblərindən biri də odur ki, Azərbaycanda əmək haqları çox sürətlə artır. Biz bunu edirik və etməliyik. Çünki Azərbaycan vətəndaşları yaxşı yaşamalıdırlar. Amma bütün başqa amillər də nəzərə alınmalıdır. Tələbələrin təqaüdləri 2,5 dəfə artırılıb, digər sosial ödəmələr artırılıbdır. 2006-cı ildən başlayaraq yeni pensiya sistemi tətbiq olunmağa başlayacaqdır. Bu, çox mütərəqqi sistemdir və əlbəttə ki, bu sahədə də islahatların aparılması zəruridir.

Ən çətin vəziyyətdə yaşayan qaçqın və köçkün soydaşlarımızın problemlərinin həlli üçün lazımi addımlar atılır. Bildiyiniz kimi, Prezident seçkiləri ərəfəsində mənim tərəfimdən bəyan edilmişdir ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb, yəqin bu gün bu barədə məlumat veriləcəkdir. Qaçqınların, köçkünlərin müvəqqəti olaraq normal şəraitlə təmin edilməsi bizim hamımızın vəzifəsi və borcudur.

Büdcə artdıqca, əlbəttə, milli ordunun xərcləri də artır. Biz müharibə şəratində yaşayan ölkəyik və şübhəsiz ki, bu sahəyə diqqət daha yüksək olmalıdır. Bu artım bəzi dairələri, xüsusilə xarici dairələri narahat edir. Çünki hərbi xərclərimiz 2004-cü ildə 170 milyon dollar, 2005-ci ildə 300 milyon dollar olub, 2006-cı ildə isə 600 milyon dollar təşkil edəcəkdir. Amma buna biz ümumi kontekstdə baxmalıyıq. Əgər ümumi büdcəmiz təxminən iki dəfə artırsa, əlbəttə, digər bütün xərclər də iki dəfə artmalıdır. Əgər bizim büdcəmiz 5-6 milyard dollara çatacaqsa, əlbəttə ki, ordunun xərcləri də və başqa xərclər də proporsional qaydada artırılacaqdır. Bu, heç kimi narahat etməməlidir. Bu, bizim suveren haqqımızdır. Biz öz müdafiə potensialımızı gücləndiririk. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini sülh yol ilə həll etmək istəyirik və bütün siyasətimiz bunu ifadə edir.

Əgər Azərbaycan 10 ildən artıqdır ki, sülh danışıqlarına sadiqdirsə, danışıqlar aparırsa, bu, onu göstərir ki, sülh danışıqlarına üstünlük veririk. Amma bununla yanaşı, ordu potensialının gücləndirilməsi çox vacibdir. Biz bunu edirik, bundan sonra da edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımlı danışıqlar aparılır. Əfsuslar olsun ki, danışıqların hələ ki, nəticəsi yoxdur, ancaq danışıqlar müsbət istiqamətdə inkişaf edir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variantlar, ümumiyyətlə, müzakirə olunmur.

Bir sözlə, bir daha demək istəyirəm ki, bütün sahələrdə, istiqamətlərdə bizim siyasətimiz öz nəticələrini verməkdədir. Problemlər də var və az deyildir. Bunları bilirik, həll etməyə çalışırıq. Bugünkü toplantı bizə görülən işlər haqqında məlumat əldə etmək üçün imkan yaradacaqdır. Eyni zamanda, mövcud problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır, onu da biz müzakirə edəcəyik.

İndi isə söz verilir Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO