Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab sədr,

əziz dostlar!

Bir daha sizin hamınızı ürəkdən salamlayır və bildirmək istəyirəm ki, son üç il ərzində Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafı üçün öz səylərini göstərmişdir. Biz təşkilatdakı fəaliyyətimizə çox böyük önəm veririk. Hesab edirik ki, təşkilatın güclənməsi, bölgədə və dünyada mövqelərinin möhkəmlənməsi hər bir üzv ölkə üçün əlavə fayda gətirə bilər.

Biz son illər ərzində regional əməkdaşlıq məsələlərinə çox böyük əhəmiyyət vermişik. İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələri birgə tarix birləşdirir, mədəniyyət birləşdirir. Bizim aramızda ənənəvi olaraq, çox güclü əlaqələr mövcud olmuşdur və indiki mərhələdə, xüsusilə dünyanı iqtisadi və maliyyə böhranı bürüdüyü bir vaxtda regional əməkdaşlıq, iqtisadi təşəbbüslər, inteqrasiya məsələləri xüsusi önəm daşıyır. Biz öz tərəfimizdən bu istiqamətdə addımlarımızı davam etdirməyə hazırıq və xüsusilə siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsində maraqlıyıq. İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələr arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və elə etməliyik ki, üzv ölkələr iqtisadi sahədə də bizim potensialımızdan maksimum dərəcədə istifadə edə bilsinlər. Azərbaycan öz tərəfindən bu istiqamətdə önəmli addımlar atır. Son üç il ərzində bizim sədrliyimiz altında İqtisadi Əməkdaşlıq Təşkilatında müxtəlif təşəbbüslər irəli sürülmüşdür. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə bölgədə enerji, nəqliyyat və digər sahələrdə çox önəmli addımlar atılmışdır. Azərbaycan enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verməkdə davam edir. Bizim təşəbbüsümüzlə bölgədə yaradılmış yeni enerji infrastrukturu enerji təhlükəsizliyi məsələlərinə, ikitərəfli və çoxtərəfli əlaqələrin güclənməsinə xidmət göstərir. Bu baxımdan biz həm neft-qaz kəmərlərini sadalaya bilərik, eyni zamanda, elektrik enerjisi sahəsində qonşu ölkələrlə çox uğurlu və qarşılıqlı surətdə faydalı layihələrin gerçəkləşməsini qeyd edə bilərik. Enerji məsələləri bu gün dünya miqyasında gündəliyin ön sıralarındadır. Bizim ölkələrimizdə mövcud olan böyük təbii enerji resursları dövlətlərimizin milli maraqlarına xidmət göstərməlidir. Ölkələrimizin milli maraqlarını müdafiə etməlidir və əlbəttə ki, regional əməkdaşlıq məsələlərinə də bunun çox böyük təsiri olmalıdır. Biz bu sahədə öz səylərimizi əlaqələndirilmiş şəkildə davam etdirməliyik.

Nəqliyyat sahəsində Azərbaycanın və bizimlə qonşu ölkələrin təşəbbüsü ilə çox önəmli dəmir yolu layihəsi icra olunur. Tikilən bu dəmir yolu Avropanı Asiya ilə birləşdirəcəkdir. Hazırda Türkiyə, Gürcüstan və Azərbaycan birlikdə bu layihəni icra edir, ancaq şübhə etmirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu işə başlayandan sonra regionun digər ölkələri də bu imkanlardan istifadə edəcəklər. Çünki bu, həm iqtisadi cəhətdən çox sərfəlidir, eyni zamanda, bizim aramızda olan dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəkdir.

Bütövlükdə biz iqtisadi sahədə üzv ölkələrin potensialından maksimum dərəcədə səmərəli istifadə etməliyik. Qarşılıqlı ticarəti təşviq etməliyik. Elə etməliyik ki, öz ticarət əməliyyatlarımızı daha çox üzv ölkələrlə aparaq. Azərbaycan bu istiqamətdə öz səylərini göstərir.

Deyə bilərəm ki, ölkəmiz son beş il ərzində iqtisadi inkişaf baxımından çox uğurla addımlamışdır. Son beş ildə Azərbaycanda ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artmışdır. Bu nailiyyətlər bizə imkan verib ki, yoxsulluğun səviyyəsini kəskin şəkildə aşağı salaq. Beş il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enmişdir. Biz növbəti illərdə də çalışacağıq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal rolumuzu davam etdirək və əminəm ki, gələcəkdə biz bunun gözəl nəticələrini görəcəyik.

Bütün vacib olan investisiya, inteqrasiya, iqtisadi əməkdaşlıq, regional əməkdaşlıq məsələlərini daha da uğurla həll etmək üçün bölgədə sülh, əmin-amanlıq olmalıdır. Əfsuslar olsun ki, biz bunu hələ ki, görmürük. Müxtəlif təhlükələr, müxtəlif risklər, çağırışlar mövcuddur və bəzi hallarda onlar nəinki azalmır, hətta artır. Eyni zamanda Azərbaycanın son 20 il ərzində üzləşdiyi böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətidir. Bu siyasət nəticəsində və Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qovularaq, qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altına düşmüşdür və bu işğal indi də davam edir. Bu, həm Azərbaycan üçün böyük problemdir, həm də bölgədə təhlükəsizlik tədbirlərinin güclənməsinə böyük maneçilik törədir. Eyni zamanda, bu, böyük ədalətsizlikdir. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi müdafiə olunur, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında 4 qətnamə qəbul edilmişdir. Ancaq Ermənistan buna məhəl qoymur. Düz bir il bundan əvvəl BMT-nin Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı qətnamə qəbul edilmişdir. İslam Konfransı Təşkilatı çərçivəsində çox mühüm və ədalətli qərarlar qəbul olunmuşdur. Həmçinin digər təşkilatlarda da. Ancaq əfsuslar olsun ki, bu diplomatik səylər hələ ki, nəticəyə gətirib çıxarmır. Biz bu ədalətsizliklə barışa bilmərik. Mən xüsusilə bütün səsvermələrdə Azərbaycan mövqeyini, haqq-ədaləti dəstəkləyən bütün ölkələrə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu münaqişə öz həllini tapandan sonra bölgədə tamamilə yeni vəziyyət yaranacaq, əməkdaşlıq üçün, işbirliyi üçün yeni imkanlar açılacaqdır.

Eyni zamanda, biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan digər ölkələrin üzləşdiyi problemlərə də çox fəal münasibətimizi bildirməliyik. Azərbaycan beynəlxalq tədbirlərdə üzv ölkələrin milli maraqlarının müdafiəsi üçün həmişə öz səsini ucaldıb, səsvermədə həmişə həmrəylik göstəribdir. Həm İqtisadi Əməkdaşlıq Təşkilatı, həm də İslam Konfransı Təşkilatı çərçivəsində həmrəylik məsələlərinə həmişə böyük həssaslıqla yanaşıbdır. Azərbaycan bundan sonra da həmişə dost, qardaş ölkələrə siyasi dəstəyini göstərməkdə davam etməyə hazırdır.

Mən bu fürsətdən istifadə edərək, bütün üzv ölkələrin dövlət, hökumət başçılarına, nümayəndə heyətlərinin başçılarına bir daha hörmət və ehtiramımı bildirmək istəyirəm. Əziz dostum, qardaşım, İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejada növbəti illərdə təşkilatın idarə edilməsində uğurlar arzulayıram. Əminəm ki, İqtisadi əməkdaşlıq Təşkilatı gələcək illərdə öz mövqelərini daha da möhkəmləndirəcəkdir və bu, bilavasitə hər bir üzv ölkənin milli maraqlarına cavab verir.

Sağ olun.

Pakistan Prezidenti Asif Əli Zərdari İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrdə 800 milyon əhalinin yaşadığını xatırladaraq, müxtəlif məsələlərin həllində bu potensialdan səmərəli istifadə etməyin əhəmiyyətindən danışdı. O, dünya maliyyə böhranının üzv ölkələrə təsirini azaltmaq məqsədi ilə ticarət əlaqələrinin gücləndirilməsini və təşkilat çərçivəsində vahid bank sisteminin yaradılmasını təklif etdi.

Tacikistan Prezidenti Emoməli Rəhmon qlobal böhran şəraitində keçirilən sammitin xüsusi əhəmiyyəti olduğunu vurğuladı, problemin həlli üçün görülməsi vacib olan tədbirlərdən danışdı. Tacikistanın dövlət başçısı azad ticarət zonalarının yaradılması təklifi ilə çıxış etdi.

Türkiyə Prezidenti Abdullah Gül təşkilat çərçivəsində səmərəli işbirliyinin iqtisadi böhranın yaratdığı çətinliklərin aradan qaldırılmasına kömək göstərə biləcəyini dedi. Abdullah Gül üzv ölkələrin fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın sədrliyi dövründə İƏT ölkələri arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün çox böyük addımlar atıldığını, eyni zamanda, bu cür tədbirlərin davam etdirilməsinin zəruriliyini bildirdi.

Türkiyə Prezidenti dedi ki, Dağlıq Qarabağın işğalı nəticəsində yaranan terror, silahların və narkotik maddələrin qeyri-qanuni ticarəti, insan alveri kimi problemlər regional əməkdaşlığa əngəl törədir, bölgədə və dünyada sülhə təhlükə yaradır.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov üzv ölkələrin enerji sahəsində əməkdaşlığını genişləndirmək zərurətindən danışdı.

Qazaxıstanın Baş naziri Kərim Məsimov, Qırğızıstanın Baş nazirinin birinci müavini Omurbek Babanov, Özbəkistan Senatının sədri İlgizar Sabirov üzv ölkələrin tərəqqisi naminə təşkilatın fəaliyyətini daha da təkmilləşdirmək barədə fikirlərini söylədilər.

Zirvə görüşündə qonaq qismində iştirak edən İraq Prezidenti Cəlal Tələbani, Suriyanın vitse-prezidenti Faruk Şəraa, Qətər Dövlətinin əmiri Həməd bin Xəlifə Al Tani İqtisadi Əməkdaşlıq Təşkilatının fəal rolundan və ölkələrinin bu quruma üzv dövlətlərlə əlaqələri genişləndirməkdə maraqlı olduqlarını bildirdilər.

BMT Baş Məclisinin sədri Migel d’Eskoto Brokkman və İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə uğurlar arzuladılar.

İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə görüşünün iki ildən sonra Pakistanda keçirilməsi qərara alındı.

Zirvə görüşünün yekunlarına dair Tehran Bəyannaməsi qəbul olundu.

                                              X X X

Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də vətənə qayıtmışdır.

Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək