Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Hörmətli xanımlar və cənablar,

Əziz dostlar,

Bu gün ölkəmizin mədəni həyatında çox əlamətdar, gözəl bir gündür. Bu gün, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günündə Bakı Musiqi Akademiyasının binasının təmirdən sonra açılışını qeyd edirik. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Üzeyir bəyin ölməz, unudulmaz əsərləri Azərbaycan xalqının qəlbində yaşayır və əbədi yaşayacaqdır. Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir. Onun yaradıcılıq irsi, ictimai fəaliyyəti Azərbaycanın mədəni həyatının inkişafında çox böyük rol oynamışdır. Azərbaycanın dövlət himni öz musiqisi ilə, öz əzəməti ilə fərqlənir. Mən çox şadam ki, bu gözəl gündə biz sizinlə birlikdə Bakı Musiqi Akademiyasının, demək olar, yeni həyatının başlanmasını qeyd edirik.

Bildiyiniz kimi, bir il bundan əvvəl bu binanın əsaslı təmiri haqqında mənim tərəfimdən Sərəncam imzalanmışdı və cəmi bir il ərzində bina, demək olar ki, tamamilə yenidən qurulub. Öz memarlığını, tarixi simasını saxlamaqla, bina tamamilə müasirləşibdir. Bu gün akademiya ilə tanış olarkən bir daha gördüm ki, burada ən yüksək standartlar tətbiq edilib, ən gözəl şərait yaradılıbdır. Əlbəttə, burada işləyənlər üçün və oxuyanlar üçün böyük əhəmiyyət kəsb edən odur ki, çox gözəl musiqi alətləri artıq vardır. Əminəm ki, bütün görülən işlər Azərbaycanın musiqi mədəniyyətinin inkişafı üçün də öz müsbət rolunu oynayacaqdır.

Azərbaycanın çox zəngin və böyük musiqi ənənələri vardır. Biz öz musiqimizlə fəxr edə bilərik. Azərbaycanın bir ölkə kimi, müstəqil ölkə kimi yaşaması və inkişafı, dünya miqyasında şöhrəti o cümlədən Azərbaycanın musiqi mədəniyyəti ilə də sıx bağlıdır. Xalqımız uzun illər, demək olar ki, əsrlər boyu müstəqillikdən məhrum idi. Biz başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq öz milli ənənələrimizi saxlamışıq, qorumuşuq, milli-mənəvi dəyərlərimizi qorumuşuq. Mən tam əminəm ki, bu işdə əsas rol oynayan bizim mədəniyyətimiz olubdur. Musiqimiz, ana dilimiz, ədəbiyyatımız olub ki, Azərbaycan, azərbaycanlılar öz milli xüsusiyyətlərini qoruya, saxlaya bilmişdir. Bu gün biz müstəqil ölkə kimi inkişaf edərkən, əlbəttə, çox istəyirik ki, ölkəmizin inkişafı çoxşaxəli olsun. Biz iqtisadi cəhətdən çox sürətlə inkişaf edirik. Azərbaycanda siyasi proseslər çox müsbət istiqamətdə gedir. Bütövlükdə, cəmiyyətdə yaranmış gözəl ab-hava Azərbaycanın ümumi inkişafını təmin edir və gələcəkdə də təmin edəcəkdir.

Əlbəttə ki, belə bir gözəl şəraitdə, dövlətin artan imkanları sayəsində biz həyatımızın bütün sahələrinin inkişafı üçün əməli-praktik tədbirləri görməliyik. İlk növbədə, qeyri-maddi dəyərlərin qorunmasına, inkişafına daha da böyük diqqət göstərməliyik. Bakı Musiqi Akademiyasının əsaslı təmiri, deyə bilərəm ki, yenidən qurulması bunun əyani sübutudur, son illər ərzində Azərbaycanda aparılan siyasətin bir parçasıdır.

Azərbaycanın çox gözəl perspektivləri var. Biz uğurla inkişaf edirik və öz problemlərimizi özümüz həll edirik. Azərbaycanın zəngin təbii ehtiyatları, çox bilikli kadr potensialı, coğrafi vəziyyəti və ölkədə gedən müsbət proseslər, cəmiyyətdə həmrəyliyin möhkəm olması - bütün bu amillər Azərbaycanda həm sabitliyin qorunmasına, möhkəmlənməsinə şərait yaradır, həm də uğurlu inkişafın gələcək addımlarını müəyyən edir.

Bizim ölkəmiz hərtərəfli inkişaf edir, bütün problemlər öz həllini tapır və mən çox istəyirəm ki, biz qarşıda duran bütün vəzifələri daha da tezliklə icra edək. Mən əminəm ki, Azərbaycanın zəngin mədəni irsi, çox gözəl mədəni ənənələri yaşayacaq və gənc nəsil bu ruhda tərbiyə olunacaqdır. Bizim indi əsas vəzifələrimizdən biri ondan ibarətdir ki, Azərbaycanda yetişən gənc nəsil həm bilikli, savadlı olsun, həm də peşəkar, vətənpərvər olsun və gələcək illərdə Azərbaycan etibarlı əllərdə olsun. Bütün dövrlərdə. Çünki bugünkü gənclər bir müddətdən sonra ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edəcəklər, onların qərarlarından ölkəmizin taleyi asılı olacaqdır. Elə etməliyik ki, Azərbaycanda yetişən gənc nəsil bütün bu sadaladığım parametrlərə uyğun olsun. Bunu etmək üçün, əlbəttə ki, təhsil məsələlərinə biz çox böyük diqqət göstərməliyik.

Bakı Musiqi Akademiyası həm mədəniyyət ocağı, həm də təhsil ocağıdır. İki vacib istiqaməti özündə birləşdirir və hər iki istiqamətdə Azərbaycan dövlətinin çox ciddi, düşünülmüş və konkret proqramları vardır.

Azərbaycanın artan imkanlarını, ilk növbədə insan kapitalının möhkəmlənməsinə yönəldirik. İndi təhsil məsələlərinə ayrılan xərclər büdcəmizin böyük hissəsini təşkil edir və ildən-ilə bu xərclər artır. Azərbaycanda məktəb tikintisi geniş vüsət almışdır. Son 4-5 il ərzində 1400 yeni məktəb tikilibdir. Demək olar ki, yeni tikilmiş bütün məktəblərdə kompyuterləşmə məsələləri öz həllini tapıbdır. Əgər beş il bundan əvvəl 1000 şagirdə 1 kompyuter düşürdüsə, bu gün 29 şagirdə 1 kompyuter düşür. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim uşaqlarımız kiçik yaşlarından yeni texnologiyalara bələd olacaqlar. Onlar daha da bilikli, dünyaya açıq olacaqlar, dünyada gedən prosesləri izləyəcəklər. Dünyada mövcud olan bütün yenilikləri öyrənəcəklər. Hər halda, belə imkan yaranacaq və onlar orta məktəbi bitirərkən artıq öz hazırlıq səviyyəsinə görə daha da peşəkar ola bilərlər. Ali məktəbin əlbəttə ki, bu işlərdə rolu daha da vacibdir ki, insanın formalaşması daha çox ali məktəb divarları arasında başlayır. Azərbaycanda ali məktəblərdə aparılan islahatlar, təhsilin keyfiyyətinin təkmilləşlməsi, əlbəttə ki, bizi çox sevindirir. Ancaq təbii ki, daha da böyük işlər görmək lazımdır. Əminəm ki, Azərbaycanda bu istiqamətdə aparılan siyasətin davam etməsi nəticəsində biz bütün bu məqsədlərə çatacağıq. Azərbaycan gəncləri həm mənəvi cəhətdən, həm fiziki cəhətdən, həm də peşəkarlıq baxımından ən yüksək meyarlara uyğun olacaqlar.

Hər bir ölkənin inkişafı, əlbəttə ki, müxtəlif amillərlə ölçülür. Burada həm iqtisadi potensial rol oynayır, ölkələrin coğrafi mövqeyi, siyasi proseslərin müsbət istiqamətə yönəldilməsi və həm də, əlbəttə ki, hər bir ölkənin mədəni həyatı, mədəni irsi və potensialı böyük rol oynayır. Ölkələr haqqında dünyada yaranan fikirlər xeyli dərəcədə onların mədəni həyatının zəngin olmasından asılıdır. Biz bunu bilirik. Bu, belə sahədir ki, bunu gizlətmək mümkün deyildir. Bəzi hallarda dünyada gedən proseslər və siyasi addımlar, eyni zamanda, kütləvi informasiya vasitələrində Azərbaycan haqqında verilən məlumatlar həqiqəti əks etdirmir. Dünya ictimaiyyəti üçün aydın deyil ki, bizim ölkəmiz son dörd il ərzində dünya miqyasında iqtisadi inkişaf baxımından birinci ölkədir. Dünya Bankının hesablamalarına görə, bu il Azərbaycan islahatların aparılması sahəsində birinci ölkədir. Ancaq ölkəmizin mədəni həyatı, ölkəmizdə güclü kadrların mövcudluğu, peşəkar ifaçıların, mədəniyyət xadimlərinin fəaliyyəti, əlbəttə ki, daha da çox diqqəti cəlb edir. Biz çalışmalıyıq ki, Azərbaycanı dünya birliyinə lazımi səviyyədə təqdim edək. İstəyirik ki, bizi tanısınlar, daha da yaxından tanısınlar. Buna nail olmaq üçün, şübhəsiz, mədəniyyət xadimlərinin fəaliyyətindən çox şey asılıdır.

Bu gözəl fürsətdən istifadə edib bir də demək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti kimi mən Azərbaycanın mədəni həyatının inkişafı üçün, mədəniyyətlə bağlı bütün tədbirlərin görülməsi üçün bundan sonra da öz səylərimi göstərəcəyəm.

Bu gün bu işlər çox geniş vüsət alıbdır. Azərbaycanda, demək olar ki, bütün teatrlar təmir olunur, yenidən tikilir, bütün muzeylərdə təmir-bərpa işləri aparılır. Bütün bu işlər ən yüksək səviyyədə görülür. Yəni bizim istəyimiz odur ki, Azərbaycanda mədəniyyətlə bağlı olan bütün işlər, bütün tikinti işləri ən yüksək dünya standartlarına cavab versin və biz buna nail oluruq.

Biz hələ bu işin əvvəlindəyik, başladığımız böyük quruculuq, abadlıq işləri yəqin ki, bu il və gələn il başa çatacaqdır. Ondan sonrakı illərdə mədəniyyətlə bağlı bütün infrastruktur obyektləri yeniləşməlidir, yenidən tikilməlidir və ən qabaqcıl dünya standartlarına uyğunlaşdırılmalıdır.

Necə ki, bu gün deyə bilərəm, Bakı Musiqi Akademiyası gözəllik baxımından, memarlıq baxımından və təchizat baxımından Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada işləmək də, oxumaq da xoşdur. Həm müəllimlər, həm də tələbələr üçün çox gözəl şərait yaradılıbdır.

Doğma Bakımızın siması dəyişir, bütün tarixi binalar təmir olunur. Bilirsiniz ki, bununla bağlı bir müddət əvvəl mən xüsusi Sərəncam imzalamışdım və Bakıdakı bütün tarixi binaların yeniləşdirilməsi, bərpası və original formaya çatdırılması işində artıq böyük nailiyyətlər var və bu proses davam edir. Mən bilirəm ki, Bakı sakinləri bu işləri çox böyük sevinclə qarşılayırlar, hər birimiz buna sevinirik. Tarixi binaların təmirindən sonra yeniləşən simaları hər bir Bakı sakinini sevindirir.

Bir sözlə, mədəniyyətin inkişafı ilə bağlı çox işlər görülübdür. Azərbaycan dövləti ölkəmiz üçün vacib olan bu sahəyə bundan sonra da lazımi diqqət göstərəcəkdir. Dövlət Azərbaycanın mədəni həyatının daha da inkişafı üçün öz işini davam etdirəcəkdir.

Əziz dostlar, bu gözəl hadisə münasibətilə mən bir daha sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm. Bakı Musiqi Akademiyasının bütün kollektivinə yeni uğurlar və yeni qələbələr arzulayıram.

Sağ olun.

X X X

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor FƏRHAD BƏDƏLBƏYLİ mərasimdə çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Çox hörmətli Mehriban xanım!

Siz Üzeyir bəyin ocağına xoş gəlmisiniz. Biz bu gün doğrudan da xoşbəxtik, ona görə ki, bu gün bizim üçün əziz bir gündür. 1995-ci ildə ulu öndərimiz Heydər Əliyev xüsusi Fərman imzalayıb və bu gün - 18 sentyabr həmişə Üzeyir musiqi günü kimi bütün Azərbaycanda qeyd edilir.

O ki qaldı, bu binaya - bu, bizim evimizdir. Təsəvvür edin, hamımız, burada oturanlar 5 yaşından bu binaya gəlirik, çünki Bülbül adına məktəb vaxtilə burada yerləşirdi. Ona görə bura bizim üçün çox əzizdir.

Üzeyir bəyin ocağı yaşayır. İndi bu ocaqda Azərbaycanın ən görkəmli bəstəkarları, ifaçıları toplaşıblar, Siz onların hamısını tanıyırsınız. Onlar Prezident təqaüdçüləridir. Bizdə 20 nəfər Prezident təqaüdçüsü var. Mən bilmirəm, hansı təhsil ocağında bu qədər Prezident təqaüdçüsü var? Müəllimlərimiz can-başla işləyirlər, son on ildə beynəlxalq müsabiqələrdə 1-ci, 2-ci, 3-cü yerləri tutan, laureat, diplomant adına layiq görülən neçə-neçə tələbəmiz olmuşdur.

Mən adları demək istəmirəm, amma cənab Prezident, çox istərdim ki, Sizin Sərəncamınızı yerinə yetirən ən yüksək vəzifəli şəxslərdən tutmuş, fəhlələrə qədər hamıya ürəkdən minnətdarlığımı bildirəm. Çünki onlar qışın soyuğunda, yayın istisində gecə-gündüz işləyiblər, çalışıblar ki, məhz 18 sentyabra qədər işi qurtarsınlar. Biz çox xoşbəxtik ki, buna nail ola bildik.

Mən çox danışmaq istəmirəm. Sadəcə, demək istərdim, biz xoşbəxtik ki, Sizin yanınızda çiyin-çiyinə Mehriban xanım var. Musiqimizin təbliği sahəsində Mehriban xanımın xüsusi xidmətləri var. Dünən onun son layihələrini, möhtəşəm “Üzeyir dünyası” və “Muğam ensiklopediyası” layihələrinin təqdimatı oldu. Uşaqların və gənclərin simfonik orkestri Parisdə, YUNESKO-da çıxış etdi. Biz hamımız o məşhur konsertə baxırdıq.

Ulu öndərimizin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri hamımızın yadındadır. Bu konserti izləyərkən, avropalıların bizim uşaqlarımızı ayaq üstə alqışladığını görəndə, biz həqiqətən də çox xoşbəxt idik. Ona görə də Mehriban xanım, bu layihələrə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Heydər Əliyev Fondunun prezidenti kimi siz böyük işlər görmüsünüz. Bu, ancaq musiqiyə aiddir. Mən hələ təhsili demirəm, o qədər məktəblər tikilir, o qədər kompyuterlər alınır. Yəni indi şagirdlər, tələbələr üçün, müəllimlər üçün hər cür şərait var. Ona görə sizə dərin minnətdarlığımı bildirmək istərdim.

Cənab Prezident, həmişə Siz gələsiniz. Ulu öndərimiz bu binaya bir neçə dəfə gəlmişdi. Məhz Heydər Əliyevin sayəsində Rostropoviç yenidən Bakıya gəldi, burada müntəzəm ustad dərsləri keçdi.

Mən Sizi ürəkdən salamlayıb yenə deyirəm: “Üzeyir bəyin ocağına xoş gəlmisiniz!”

Çox sağ olun.

X X X

Sonda akademiya tələbələrinin, Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin və italiyalı qonaq Cüzeppe Talemonun ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndi.

Prezident İlham Əliyev təhsil ocağının kollektivinə bir daha uğurlar arzuladı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb