Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

Cənab Prezident!

Belə bir əhəmiyyətli tədbirin Ukraynada təşkil olunmasına və

qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Mən artıq dünəndən buradayam, Ukraynaya rəsmi səfərim uğurla keçir və müzakirə olunan məsələlər arasında enerji təhlükəsizliyinə mühüm yer ayrılmışdır. Hesab edirəm ki, bir il bundan öncə, yəni başladığımız dövrə nəzər salsaq, qısa müddət ərzində bir çox nailiyyətlərin əldə olunduğunu deyə bilərik. Krakovda keçirilən ilk sammitdən sonra biz tərəfdaşlığımızı, regional əməkdaşlığı gücləndirmək məqsədi ilə əməli işlər görürük və bu gün, həmin vaxtdan bir il keçdikdən sonra artıq biz Xəzər dənizi, Qara dəniz və Baltik dənizi enerji dəhlizi haqqında danışırıq. Bu, təkcə bizim nailiyyətimiz deyil. Artıq bu istiqamətdə əməli addımlar atılıb, sənədlər imzalanıbdır. Bu gün imzalanacaq və qəbul olunacaq sənədlər bu layihələrimizin həyata keçirilməsi üçün güclü bünövrə olacaqdır.

Azərbaycan əvvəldən enerji təchizatının şaxələndirilməsi siyasətinin tərəfdarı olubdur. Neft və qaz hasil edən bir ölkə kimi biz çoxşaxəli boru kəmərləri infrastrukturunun olmasında maraqlıyıq, həmçinin tranzit ölkələrin və istehlakçıların ehtiyaclarına və tələbatlarına diqqətlə yanaşırıq. Çünki yalnız bütün bu üç tərəfin tarazlaşdırılmış maraqları məqsədlərimizə nail olmaq üçün maksimum səmərəliliyi təmin edə bilər. Bu gün burada hasilatçılar, tranzit ölkələr və istehlakçılar iştirak edir və hesab edirəm ki, aramızdakı tərəfdaşlıq ruhu enerji təhlükəsizliyi məsələlərinin necə həll olunmasının yaxşı nümunəsidir.

Azərbaycan böyük neft və qaz ehtiyatlarına malikdir. Beynəlxalq hesablamalara görə, bu ehtiyatlar bizə ən azı 100 il üçün yetərlidir. Hazırda Azərbaycanda neft hasilatı artmaqdadır və onu daha da yüksəltmək üçün bu sahəyə böyük həcmdə sərmayələr qoyuruq. Bu il neft hasilatı 50 milyon ton, gələn il isə 60 milyon tondan artıq olacaqdır. Ümumiyyətlə, biz artıq kəşfiyyat, hasilat və nəql ilə bağlı bütün əsas layihələrimizi həyata keçirmişik. Müasir və səmərəli infrastruktur yaratmışıq. Artıq bu gün Azərbaycan nefti dünya bazarlarına üç istiqamətdə nəql olunur. Kəmərlərdən ikisi Qara dənizə, biri isə Aralıq dənizinə gedir.

Bu yaxınlarda Azərbaycan Dövlət Neft Şirkəti gürcüstanlı tərəfdaşları ilə birgə Qara dəniz sahilində böyük neft terminalının açılışını edibdir. Azərbaycan Dövlət Neft Şirkəti bu layihəyə təqribən 400 milyon dollar həcmində sərmayə qoyubdur. Bu, haqqında danışdığımız infrastruktur layihələrinin mühüm hissəsidir və şübhəsiz ki, enerji sahəsində regional əməkdaşlıq işinə xidmət edəcəkdir.

Artıq neçə ildir ki, biz Odessa-Brodı-Plotsk-Qdansk layihəsini dəstəkləyirik və bildiyiniz kimi, bu məsələ, bəlkə də, on il olar ki, müzakirə prosesində olubdur. Müzakirələr bəzən daha fəal aparılıb, lakin indiyədək bu istiqamətdə heç bir əməli addım atılmayıbdır. Qrupumuzun bütün iştirakçılarının səylərini, xüsusilə də Polşa Prezidenti, dostum cənab Kaçinskinin Krakov sammitinin keçirilməsi üçün təşəbbüsünü qeyd etmək istərdim. O zaman ola bilsin ki, qısa bir vaxt ərzində planlarımızın həyata keçirilməsi haqqında müzakirələr aparacağımızı qabaqcadan görə bilməzdik.

Mən bütün iştirakçılar arasında olan dostluq və tərəfdaşlıq ruhunu yüksək qiymətləndirirəm. Biz dost ölkələrik. Azərbaycan daim özünün böyük enerji ehtiyatlarından güclü tərəfdaşlıq qurmaq üçün istifadə edibdir. Biz heç vaxt bundan kiməsə qarşı istifadə etməmişik. Yalnız qarşılıqlı əməkdaşlıq naminə istifadə etmişik. Belə demək mümkündürsə, qrupumuzun nümunəsi bütün beynəlxalq ictimaiyyət üçün yaxşı bir mesajdır ki, enerji təhlükəsizliyi məsələlərinə necə yanaşılmalıdır. Bu istiqamətdə biz səylərimizi davam etdirəcəyik.

Ötən gün mən dostum, Ukrayna Prezidenti Yuşşenko ilə Odessa-Brodı kəmərindən sınaq nəqlinin başlanılması ilə bağlı müzakirələr apardıq. Biz bu müzakirələri davam etdirəcəyik və ümidvarıq ki, bu yayın ortalarına kimi müəyyən təşəbbüslər olacaqdır.

Azərbaycan, eyni zamanda, mühüm qaz ixracatçısına çevrilibdir. Biz böyük qaz yataqları kəşf etmişik və hesablamalara görə, ehtiyatlar minimum 2 trilyon kubmetrdir. Qazın nəql olunması üçün bizim infrastrukturumuz artıq mövcuddur. Biz Türkiyəyə və Gürcüstana qaz nəql edirik. Hələ ötən il Azərbaycan qazı, ilk dəfə olaraq, Avropa İttifaqı bazarına - Yunanıstana daxil olubdur. Biz istehlakçılarımızın coğrafi ərazisinin genişlənməsinə ümid edirik. Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik və mən burada dostumuz Pibalqsı görməkdən məmnunluğumu bildirirəm. İki il öncə Azərbaycan və Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb və bu, əlaqələrimizin inkişafı üçün güclü zəmindir.

Biz artıq neft və qazın nəqlinin şaxələndirilməsinə nail olmuşuq. Azərbaycan neftini beynəlxalq bazarlara nəql edə biləcək üç, qazı nəql edə biləcək isə dörd kəmərimiz var. Lakin biz əlavə imkanları da axtarırıq. Biz geniş enerji tərəfdaşlığına töhfə vermək üçün ciddi çalışırıq, çünki indi enerji təhlükəsizliyi ölkənin milli təhlükəsizliyi deməkdir.

Xarici siyasətimizdə enerji amili əhəmiyyətli yer tutur və bir daha demək istərdim ki, biz resurslarımızdan güclü tərəfdaşlığın qurulması və eyni zamanda, ölkəmizin inkişaf etdirilməsi üçün istifadə edirik. Biz təbii ehtiyatları insan kapitalına çeviririk. Son illər ərzində Azərbaycanın əsas sərmayələr yatırdığı sahələr insan kapitalı - təhsil, səhiyyə, infrastruktur, regional layihələrdir. Ümumi daxili məhsulumuzda çox böyük artım var. Son 4 il ərzində Azərbaycanda ümumi daxili məhsulun artımı 96 faiz təşkil edibdir. Neftin qiymətlərinin artması ilə bizim əlavə maliyyə imkanlarımız yaranmışdır. Bütün bunlar müsbət elementlərdir. Biz bu sahədə maksimum şəffaflığa nail olmuşuq. Ötən il BMT Azərbaycan Dövlət Neft Fondunu şəffaflığa görə yüksək mükafata layiq görübdür. Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən biridir və bu proqramı fəal şəkildə icra edirik. Bu gün Azərbaycanın enerji inkişafına istənilən nöqteyi-nəzərdən yanaşsaq, görərik ki, neft və qaz ölkə əhalisinin rifahına xidmət edir. Neft və qaz gəlirləri ölkəmizdə ədalətli şəkildə bölünür və bu, gələcək nailiyyətlərimizin əsas səbəbidir.

Bir daha vurğulamaq istərdim ki, biz tərəfdaşlığın bu çərçivəsinə sadiqik, bu formatda artıq üçüncü dəfədir görüşürük. Mən çox şadam ki, qrupumuz getdikcə genişlənir. Əminəm ki, bu meyil davam edəcək, başladığımız proses uğurla davam etdiriləcək və planlaşdırdığımız işlərin həyata keçirilməsi ilə nəticələnəcəkdir.

Bir daha təşəkkür edirəm və sammitin işinə uğurlar arzulayıram.

X X X

Digər dövlət başçıları da çıxış edərək, müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər.

Sonra sammitin sənədləri imzalandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək