Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Cənab Prezident, bütün nümayəndə heyətimizin üzvlərinə göstərilən qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu gün bizim aramızda çox geniş fikir mübadiləsi aparılmışdır. Bütün məsələlər - həm ikitərəfli əməkdaşlıq məsələləri, iqtisadi məsələlər, həm də regional məsələlər mehribanlıq şəraitində müzakirə olunmuşdur. Bizim aramızda siyasi dialoq son illər ərzində çox sürətlə inkişaf edir. İkitərəfli görüşlərimiz, qarşılıqlı rəsmi səfərlər, beynəlxalq konfranslardakı əməkdaşlığımız Litvanı Azərbaycanla daha da sıx birləşdirir. Biz buna çox sevinirik. Biz ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət veririk. Bu əhəmiyyətin təzahürüdür ki, qısa müddət ərzində hər iki ölkədə səfirliklərimiz işə başlayıbdır. Bizim siyasətçilərimiz, parlament üzvləri, iş adamları bir araya gəlirlər, müzakirələr aparır, gələcək perspektivlər haqqında öz fikirlərini söyləyirlər.

Siyasi əlaqələr güclü olduqda, əlbəttə ki, bütün başqa sahələrdə də işlər sürətlə getməlidir. Siyasi münasibətlər bütün başqa münasibətlərə güclü təkan verir. Biz çox istəyirik ki, iqtisadi əlaqələr siyasi əlaqələrin səviyyəsinə qalxsın. Hələlik bu, belə deyildir. Bunun da müəyyən təbii səbəbləri var. Ancaq əminəm ki, keçirilən biznes forumun nəticələri iqtisadi əlaqələrin güclənməsinə çox böyük təkan verəcəkdir. Bunu etmək üçün çox böyük potensial var. Hər iki ölkənin iqtisadi uğurları göz qabağındadır. Hər iki ölkədə çox əsaslı və ciddi, cəsarətli iqtisadi islahatlar həyata keçirilib və indi də davam etdirilir.

Bizim iqtisadiyyatımız şaxələnib, özəl sektorun xüsusi çəkisi kəskin şəkildə artıbdır. Sovet ittifaqı dağılanda həm Litvada, həm də Azərbaycanda özəl sektor, faktik olaraq, mövcud deyildi. İndi Azərbaycan iqtisadiyyatının tam əksəriyyəti - 81 faizi özəl sektordadır. Bu, bizim üçün çox böyük nəticədir, çox böyük nailiyyətdir. İqtisadi islahatların həyata keçirilməsi, iqtisadiyyatın liberallaşması, dünya iqtisadiyyatına inteqrasiya, Avropa İttifaqı ilə əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin inkişafı bizə imkan verir ki, iqtisadi islahatlarda çox böyük nailiyyətlər əldə edək.

Azərbaycan qədim neft diyarıdır, neft ölkəsidir. Dünyada sənaye üsulu ilə neft ilk dəfə Azərbaycanda hasil edilmişdir. Dəniz neft yataqlarından da neft ilk dəfə Azərbaycanda çıxarılmışdır. Bu gün Azərbaycan nefti müstəqil ölkəmizin inkişafına xidmət göstərir. Biz neft strategiyasını elə həyata keçiririk ki, Azərbaycanın maraqları tam şəkildə təmin olunsun. Azərbaycandan dünya bazarlarına çıxan üç neft və bir qaz kəməri çəkilib və onlar fəaliyyət göstərir. Biz bu gün Prezident Adamkusla enerji sahəsində əməkdaşlıq haqqında çox geniş fikir mübadiləsi aparmışıq. Əminəm ki, gələn ay Vilnüsdə keçiriləcək energetika sammitinin də bu baxımdan çox önəmli rolu olacaqdır. Azərbaycan neft-qaz hasilatını artıraraq, həm özünü enerji resursları ilə tam şəkildə təmin edir, həm də Avropa və dünya üçün çox etibarlı tərəfdaşa çevrilibdir. Bu sahədə bizim siyasətimiz tam açıqdır və bütün bu vaxta qədər gördüyümüz işlər öz səmərəsini veribdir. Elə bir layihə olmayıb ki, biz onu icra etmək istəyək, amma buna nail ola bilməyək. Yəni bizim artıq çox gözəl təcrübəmiz var. Biz istəyirik ki, bu sahədə səylərimizi birləşdirək və bundan sonra Litva ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq münasibətləri yeni səviyyəyə qalxsın. Bunun üçün imkanlar var. Əminəm ki, Azərbaycanda neft-qaz hasilatı artdıqca, biz Baltik dənizi bazarlarına da çıxacağıq. Mövcud infrastruktur və gələcək infrastruktur layihələrinin həyata keçirilməsi bu imkanları yaradacaqdır.

Siyasi iradə var, siyasi niyyətlər var. Avropa İttifaqı ilə Azərbaycan arasında keçən ilin sonunda enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bu da münasibətlərin çox gözəl çərçivəsidir. Bir sözlə, biz bu məsələyə çox ciddi yanaşırıq və əminəm ki, birgə səylərlə istəyimizə nail olacağıq.

Bugünkü forumda Azərbaycandan qeyri-neft sektorunu təmsil edən iş adamları iştirak edirlər. Bu bizim üçün çox vacibdir, çünki istəyirik ki, iqtisadiyyatımız neft-qaz amilindən asılı olmasın. Neft amilindən asılılıq bizə imkan verməyəcək ki, iqtisadiyyatımız çoxsahəli şəkildə inkişaf etsin. Məhz buna görə, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi, xarici investorlar üçün çox gözəl mühitin yaradılması, investisiyaların qorunması və şəffaflıq bizim üçün prioritet məsələlərdir. Biz görürük ki, Azərbaycanda qeyri-neft iqtisadiyyatı ildən-ilə çox sürətlə artır. Son üç il yarım ərzində ölkəmizdə təxminən 600 min yeni iş yeri yaranmışdır ki, onların da mütləq əksəriyyəti qeyri-neft sektorunda açılmışdır. Azərbaycanda yeni müəssisələr, dünya səviyyəli şirkətlər yaranır. Biz özəl sektoru dəstəkləyirik, hər il dövlət tərəfindən ona çox əlverişli və güzəştli kreditlər verilir. Həm də Dövlət İnvestisiya Şirkətinin xətti ilə Azərbaycana yüz milyon dollar həcmində investisiya qoyuluşu nəzərdə tutulubdur. Fürsətdən istifadə edib Litva iş adamlarını bu imkanları nəzərdən keçirməyə dəvət edirəm. Çünki Dövlət İnvestisiya Şirkəti xarici investorlarla birlikdə, Azərbaycan üçün lazım olan və iqtisadi cəhətdən səmərəli olan layihələr üzərində işləyəcəkdir.

Mən ümid edirəm ki, bugünkü biznes forumu və iş adamları arasında yaranan əlaqələr imkan verəcəkdir ki, yaxın zamanlarda bizim aramızda ticarət dövriyyəsi də artsın. İndiki səviyyə, əlbəttə ki, bizi qane edə bilməz.

Hər iki ölkənin potensialı daha böyükdür. Biz, gərək sadəcə olaraq, mümkün olan imkanları birgə təhlil edək, birgə fəaliyyət planı hazırlayaq. Orada əlbəttə ki, dövlət orqanları, müvafiq nazirliklər və əlbəttə ki, iş adamları öz üzərinə düşən vəzifələri icra etməlidir, çünki bizim iqtisadiyyatımız bazar iqtisadiyyatıdır. Bazar münasibətləri yeganə uğurlu prinsipdir ki, ən inkişaf etmiş ölkələrin iqtisadiyyatı bu prinsiplə idarə olunur.

Əziz dostlar, mən sizin gözəl ölkənizdə olmağımdan öz məmnunluğumu bir daha ifadə etmək istəyirəm. Şübhə etmirəm ki, bu səfərin nəticələri, imzalanmış sənədlərin icrası bizim ölkələri daha da sıx birləşdirəcək, o cümlədən iqtisadi sahədə əməkdaşlıq çox yüksək zirvələrə qalxacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Boğaziçi Universitetində “Azərbaycan Mədəni İrs Səyahəti II – Xarıbülbülün oyanışı” adlı tədbir keçirilib

Biləsuvarda VI Hind quşu festivalı təşkil olunacaq

Culfada baş verən yol qəzasında 72 yaşlı qadın ağır xəsarət alıb

Mao Nin: Üçtərəfli görüşdə liderlər dünyada sülhün qorunmasını müzakirə edəcəklər

İsmayıllının dağ kəndində qaz problemi - “Azəriqaz” məsələyə münasibət bildirdi

Avropanın beş ölkəsi Ruandada miqrantlar üçün geriqaytarma mərkəzinin yaradılmasını planlaşdırır

Samara azərbaycanlılarının dəstəyi ilə “Gənc qvardiya”nın üzvü Əli Dadaşov haqqında film çəkilib

Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO

Tramp Si Cinpin və Putinlə görüşdə Ukraynadakı müharibəni müzakirə edəcəyini bildirib

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb YENİLƏNİB

Qütb burulğanının erkən dağılması Avropa və Asiyada kəskin soyuqlara səbəb ola bilər

“Lulla”nın həmtəsisçisi: Məqsədimiz uşaqlara ana dilini sevdirməkdir

Xəzər dənizinin Azərbaycan sahilboyu ərazilərində torpaqların idarə olunması Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib

Naxçıvan Dövlət Universitetində Pakistanla birgə Kənd Təsərrüfatı üzrə Araşdırma Mərkəzi yaradıla bilər

Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi və iqtisadi əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

İƏT Nazirlər Şurasının iclasında Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətindəki səylərindən bəhs edilib

İlhan İşbaş: Azərbaycanın enerji və nəqliyyat sahəsində Avropa üçün strateji əhəmiyyəti artır

Lənkəranın tarixi, təbiəti və memarlıq incisi – Dairəvi qala

Muxtar respublikada payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb

COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət edib

Dublin görüşü Azərbaycan-Ermənistan sülh prosesinin və regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir RƏY

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Xəzər sahilinin vahid idarəetmə modeli iqtisadi səmərəlilik və ekoloji dayanıqlığı gücləndirə bilər - ŞƏRH

Məktəb direktorlarının işə qəbulu müsabiqəsində 463 namizəd uğur qazanıb

Aydın Talıbzadə: Teatrda ənənə ilə yeniliyin balansı qorunmalıdır

BMT avtonom silahların qadağan edilməsi üçün beynəlxalq müqavilənin imzalanmasına çağırıb

Nüfuzlu turnirdə avtomobil qazanan tennisçinin sürücülük vəsiqəsi yoxdur

Bakıda “X Beynəlxalq Bankçılıq Forumu 2026” keçiriləcək

COP31-də Xəzər dənizinin problemləri müzakirə olunub

Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi və ikitərəfli əməkdaşlığı müzakirə edib

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Süni intellektin cəmiyyətə təsiri və təhlükəsiz istifadəsi araşdırılır

BDU Gürcüstanın 5 universiteti ilə əməkdaşlığa başlayır

ABRSM nümayəndəsi Bakı şəhərinin musiqi və incəsənət məktəblərinə olub

Valideynlərlə əməkdaşlığa həsr olunmuş konfranslar yekunlaşıb

Qazaxıstan gələn il Çinlə üçüncü dəmir yolu sərhəd-keçid məntəqəsini açmağı planlaşdırır

Azərbaycana marağın artması ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfə ilə sıx bağlıdır - ŞƏRH

® Ədliyyə işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit

Avropa İttifaqı və FED “UniCredit”in “Commerzbank”ı satın almasına razılıq verib

Aytən Eynalova: Azərbaycanda artıq üç ildən çoxdur ki, dəstəkli məşğulluq modeli tətbiq olunur

İntellektual bölmələrdə yeni mərhələ: texnologiya peşəkarlarının potensialından daha geniş istifadə olunacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı vətəndaşların müraciətləri dinləniləcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

COP29-un prezidenti: Meşələrin qorunması gələcəyimizin təminat altına alınması deməkdir

Qara dənizdə batan gəmidə aralarında 4 azərbaycanlının da olduğu heyət üzvləri xilas edilib

Cənubi Qafqazda baş verən dəyişikliklər Avropa ilə əməkdaşlığın möhkəmləndirilməsinə zəmin yaradır – RƏY

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Akademik Əhəd Canəhmədovun elmi xidmətləri beynəlxalq mükafatla qiymətləndirilib

Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq məsələləri müzakirə edilib

“Bir pəncərə” sistemi Azərbaycanın qlobal rəqəmsal logistika mərkəzinə çevrilməsinə yeni imkanlar yaradır – ŞƏRH

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

® “Expresspay” terminallarında 500 manat üzəri nağd ödənişlərdə yenilik

Azərbaycan və ABŞ güləş federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Avropa ilə dialoqda yeni mərhələyə hazırlaşır: Bakı sammiti nə vəd edir?

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

Argentinada başına top dəyən futbolçu vəfat edib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Paralimpiya Komitəsi beynəlxalq idman seminarında təmsil olunub

Narkomanlığa qarşı mübarizədə dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı genişləndirilir

Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi təşkil ediləcək

Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşılıqlı etimad üzərində qurulub ŞƏRH

Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub

Anatomiya Muzeyinin ən qədim eksponatları: mumiyalanmış insan qalıqları

Prezident İlham Əliyevin Dublin görüşləri Azərbaycanın Avropa siyasi arxitekturasında güclənən mövqeyinin bariz nümunəsidir

Dublin Bəyannaməsinə dair şərh:Böyük Britaniya Orta Dəhlizə daha çox maraq göstərir

Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb

Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

Dublində Naxçıvan dəmir yolu layihəsinə diqqət yetirilməsi onun beynəlxalq əhəmiyyətini yenidən gündəmə gətirir - ŞƏRH

Bakıda keçiriləcək bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Azərbaycan Maskat Fəaliyyət Planı Forumunda təmsil olunub

Arif Əsədov: Futbolçu imicini qorumaq üçün doğru zamanda karyerasını bitirməlidir

AQTA-nın Məşvərət Şurasının üzvü: Pestisid və gübrələrin düzgün saxlanılması təhlükəsizlik üçün əsas şərtdir

Azərbaycanın hərbi qulluqçusu İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub

Eksternat təhsil üzrə imtahanlarda iştirak üçün sənəd qəbuluna başlanılır

SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Azərbaycan ilə Gürcüstan sərhəddə yük və sərnişin qatarlarının keçid müddətinin azaldılmasını müzakirə edib

Səhnəyə həsr olunan 30 ilin təntənəsi: “Leyli və Məcnun” operası yubiley işığında

Güləş İrsi və İcması Komitəsinin növbəti iclası olub

4SİM sənaye müəssisələrini texnoloji və yaşıl transformasiya mövzusunda bir araya gətirib

BMU tələbələrinin komandası NASA hakatonunda birinci yeri tutub

Rektor: BDU Gürcüstan universitetlərində Azərbaycan dilinin tədrisinə dəstək verməyə hazırdır

BDU-da Azərbaycan Televiziyasının xüsusi auditoriyası açılacaq

Yeni “25-ci kadr” platformasında “Qızıl Ayı” mükafatlı film təhlil olunub

Nicat Dadaşov: “25-ci kadr”ı Bakının daimi intellektual kino məkanına çevirməyi hədəfləyirik

Nazir Emin Əmrullayev Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Yaxın iki günün hava proqnozu açıqlanıb VİDEO

Yaxın iki günün hava proqnozu açıqlanıb VİDEO

Elçin Babayev: Gürcüstan və Azərbaycan universitetləri arasında əməkdaşlıq institusional səviyyəyə yüksəlir

Daşa həkk olunan yaddaş: heykəltaraş Tamerlan Mirzəliyevlə yaradıcılıq və milli dəyərlər barədə söhbət

“Ömür elə uzun deyil ki, onun çoxunu yuxuda keçirəsən”: Səməd Vurğun Rəsul Rzanın xatirələrində