Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Çox sağ olun, cənab Prezident.

Hörmətli cənab Prezident,

Hörmətli xanımlar və cənablar,

Əvvəlcə, cənab Prezident, gözəl ölkənizə səfər etmək üçün mənə göndərdiyiniz dəvətə, mənə, o cümlədən nümayəndə heyətimin üzvlərinə göstərilmiş qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Mən Azərbaycan Prezidentinin İsveçrəyə ilk rəsmi səfərini ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış mühüm addım hesab edirəm. Münasibətlərimiz çox uğurla inkişaf edir. Bu ilin əvvəlində biz Sizinlə Davosda görüşdük və maraqlı müzakirələrimiz oldu. Bu gün isə, biz dialoqumuzu davam etdiririk.

Bu dialoq bir çox sahələri əhatə edir. Artıq bir çox yaxşı nəticələr vardır və bu, gələcəkdə də belə ola bilər. Münasibətlərimizin gələcəyi çox perspektivlidir. Qeyd etmək istərdim ki, son bir neçə il ərzində əlaqələrimiz dinamik şəkildə inkişaf etmişdir. Prezidentlərin səfərləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, İsveçrə və Azərbaycan parlamentlərində dostluq qruplarının yaradılması, İsveçrədə Azərbaycanın Mədəniyyət Günləri ikitərəfli əlaqələrin çox mühüm elementləridir.

İsveçrə bizim üçün yaxın tərəfdaş, dost ölkədir. Bu gün, cənab Prezident, yaratdığınız mühit əsl dostluq mühitidir. Biz ikitərəfli əlaqələrə aid bir çox mühüm məsələləri müzakirə etdik. Onların inkişaf yollarını araşdırdıq. İsveçrə və Azərbaycanda qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi apardıq. Ticarət dövriyyəmiz sürətlə artır. Beynəlxalq maliyyə böhranına baxmayaraq, iqtisadi münasibətlərimiz uğurla inkişaf edir.

Bu gün biz regional inkişafın mühüm məsələlərini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdik. Mən cənab Prezidentə danışıqlar prosesində baş verən son hadisələr haqqında məlumat verdim.

Enerji əməkdaşlığımıza aid məsələləri cari ilin əvvəlində müzakirə etmişdik. Bu mövzu bu gün və sabah da nəzərdən keçiriləcəkdir. Bu sahədəki əlaqələrimizin böyük potensialı vardır. Avropada enerji təhlükəsizliyi ilə bağlı ümumi baxışlarımız mövcuddur. Nəhəng neft və qaz ehtiyatlarına malik olan Azərbaycan öz enerji daşıyıcılarını Avropadakı tərəfdaşlarına tezliklə çatdırmağa hazırdır. Bu məsələdə ölkələrimizin qarşılıqlı maraqları “Cənub dəhlizi” adlanacaq yeni nəql marşrutunun formalaşmasına yardım edə bilər.

Əminəm ki, gələn illər ərzində münasibətlərimiz uğurla inkişaf edəcəkdir. Onlar bir çox sahələrdə öz əksini tapacaqdır. Çünki bunun üçün hər bir şərait vardır. Siyasi iradə, güclü siyasi təmaslar, iqtisadiyyatlarımızın bir-birinə cəlbedici olması və münbit sərmayə şəraiti mövcuddur. Müstəqil siyasətə qəti sadiqliyimiz, müstəqil siyasəti aparmaq bacarığı, coğrafi mövqeyimiz, xalqlarımızın və ölkələrimizin rifahı naminə daha sıx əlaqələri qurmaq arzusu vardır.

Mən aparılmış müzakirələrdən çox məmnunam. Bir neçə saatlıq söhbətimiz oldu. Görüşümüz olduqca faydalı idi. Bu görüş danışıqların ənənəvi mövzusu olan məsələlərə diqqət yönəltməyə və gələcəkdə həll edəcəyimiz yeni vəzifələrə nəzər salmağa imkan verdi.

Cənab Prezident, dəvətinizə və qonaqpərvərliyinizə görə bir daha minnətdaram.

X X X

Şahin Cəfərov (AZƏRTAC-ın müxbiri): Sualım hər iki Prezidentədir. İki ölkə arasında hansı qeyri-enerji layihələri həyata keçirilə bilər?

Hans-Rudolf MERTS: Əvvəlcə, qeyd etmək lazımdır ki, Azərbaycan bizim üçün mühüm enerji mənbəyidir. Bu, ən mühüm mənbələrdən biridir. Demək olar ki, təchiz edilən həcm o qədər çox deyildir. Lakin bu, sabit təchizat mənbəyidir. Çünki bu sahədə əlaqə qurulan ölkə sabit və addımları gözlənilən ölkə olmalıdır. Azərbaycan həmin ölkələrdən biridir. Azərbaycan İsveçrə üçün enerji təchizatçısı ola bilər. Təbii ki, biz enerjinin nəqli yolları məsələsini həll etməliyik. Bəzi məsələlər vardır ki, onlar hələ də həll olunmayıb. Məsələn, Azərbaycandan Aralıq dənizinə gedən boru kəməri. Bu sahədə Türkiyə ilə də razılıq olmalıdır ki, layihə davam etdirilsin. Bununla belə, biz əminik ki, çıxış yolu tapılacaqdır.

Digər tərəfdən, İsveçrə alternativ enerji texnologiyalarını ixrac edə bilər. Bu sahə İsveçrədə yüksək səviyyədə inkişaf etmişdir. Belə texnologiya Azərbaycan tərəfindən istifadə edilə bilər. Hesab edirəm ki, Azərbaycan böhrandan sonrakı vəziyyət haqqında düşünməlidir, çünki neft ilə qaz vaxt keçdikcə tükənəcəkdir. Ölkəmiz bu sahədə Azərbaycanı dəstəkləyə bilər. Öz növbəmizdə isə, biz enerji daşıyıcılarına çıxış əldə etməkdə çox maraqlıyıq. Hesab edirəm ki, bu cür mübadilə istənilən vaxt çox cəlbedici ola bilər.

İlham ƏLİYEV: Gələcəkdə enerji sektorunda qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu vacib məsələ üzərində işləmək üçün imkan vardır. Azərbaycan artıq bir neçə müddətdir ki, öz enerji resurslarını müxtəlif boru kəmərləri şəbəkəsi ilə ixrac edir. Dünya və Avropa bazarlarına çıxış bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki biz bunun sayəsində böyük enerji potensialımızdan istifadə edə biləcəyik. İsveçrə ilə ikitərəfli əsaslarla müzakirə etdiyimiz enerji əməkdaşlığının xüsusi yeri vardır. Bu cür məsələləri biz hər zaman görüşəndə nəzərdən keçiririk. Hesab edirəm ki, qonşu ölkələrlə bütün tranzit məsələlərinin həlli Azərbaycana böyük həcmdə enerji resurslarını Avropa bazarlarına çıxarmaq imkanı yaradacaqdır və bunu etməklə biz ixrac marşrutlarımızı, Avropa isə, təchizat yollarını müxtəlifləşdirəcəkdir. Bu, birmənalı şəkildə xeyir gətirən haldır və qarşılıqlı surətdə faydalıdır. Planlaşdırdığımız bütün işləri yerinə yetirmək məqsədi ilə biz öz tərəfdaşlarımızla həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla işimizi davam etdirəcəyik.

Qeyri-neft sektoruna gəldikdə, ölkələrimizin şirkətləri maraq göstərir ki, sərmayələr qoysun və birgə biznes yaratsın. Biz İsveçrənin “Holsim” qrupunun Azərbaycanın qeyri-enerji sektoruna böyük yatırımlarında maraqlıyıq. Hazırda, bu şirkət ölkəmizdə yeni sement zavodunu tikməkdədir. Bu məsələ yanvar ayında cənab Prezidentlə görüşümüz zamanı müzakirə olunmuşdur. Mən Bakıda tikiləcək yeni sement zavodunun təməlqoyma mərasimində iştirak etməkdən məmnun oldum. Zavodun tikintisi artıq başlanıb. Çox vacibdir ki, sərmayələr yaxşı nüfuza malik olan və beynəlxalq səviyyədə tanınan şirkət tərəfindən qoyulur. Bu, beynəlxalq maliyyə böhranı ili sayılan 2009-cu ildə qeyri-enerji sektoruna qoyulan sərmayədir. Bu, onu göstərir ki, Azərbaycan nəinki enerji sektorunda, o cümlədən qeyri-enerji sahəsində fəaliyyət göstərən şirkətlər üçün cəlbedici ölkə olaraq qalır. Azərbaycan sərmayədarları müxtəlif sahələrə dəvət etmək və onlar üçün mümkün qədər ən yaxşı şərait yaratmaqda maraqlıdır. Hesab edirəm ki, bu nümunə şirkətlərimizin müxtəlif sahələrə marağına müsbət təsir göstərəcək və gələn illər ərzində biz bir neçə oxşar layihənin şahidi olacağıq.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb