Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, məni Rumıniyaya dəvət etdiyinizə görə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz təşəkkürümü bildirirəm. Rumıniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir və bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə, deyə bilərəm ki, son illər ərzində görülmüş işlərin məntiqi nəticəsidir. Mən əminəm ki, bu gün imzalanmış bütün sənədlər gələcək əməkdaşlığın uğurlu inkişafı üçün də yaxşı əsas yaradır. İkitərəfli münasibətlərin inkişafı üçün çox gözəl imkanlar, çox böyük potensial vardır və biz gələcək illərdə bu potensialdan səmərəli şəkildə istifadə edəcəyik.

Bu gün həm təkbətək görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə bütün vacib məsələlər müzakirə edildi və gələcək əməkdaşlıq haqqında çox vacib qərarlar qəbul edildi. Siyasi əlaqələr, qeyd etdiyim kimi, çox yüksək səviyyədədir. Əminəm ki, iqtisadi sahədə yeni, gözəl layihələr icra olunacaqdır. Neft-qaz sahəsində əməkdaşlıq uğurludur və bu əməkdaşlığın gələcəyi daha da uğurlu olacaqdır. Azərbaycanın çox zəngin neft-qaz yataqları vardır və Azərbaycanın resursları dünya və Avropa bazarlarına uğurla çıxarılır. Əgər tezliklə tranzit ölkələrlə beynəlxalq təcrübəyə əsaslanmış müqavilələr imzalanarsa, gələn ildən başlayaraq Azərbaycan qazı Avropa İttifaqının bazarına çıxarıla bilər.

Enerji resurslarının şaxələndirilməsi həm istehlakçılar, həm də istehsalçılar üçün vacibdir və bizim maraqlarımız bu işdə üst-üstə düşür. Əminəm ki, Nabukko və digər layihələr uğurla icra olunacaqdır. Neft-qaz sahəsində əməkdaşlıq, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Memorandumda da öz əksini tapıb və Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə enerji amili çox mühüm yer tutur. Mən fürsətdən istifadə edərək, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafında xüsusi rol oynadığına görə Rumıniyaya və cənab Prezident, şəxsən Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

Eyni zamanda, Siz qeyd etdiyiniz kimi, bütün dondurulmuş münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq prinsiplərin rəhbər tutulması və ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılması mövqeyi çox böyük əhəmiyyətə malikdir və buna görə mən Sizə minnətdaram. Dünyada bütün məsələlər, o cümlədən münaqişələr ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Əminəm ki, əgər bütün tərəflər beynəlxalq hüquq normalarına riayət etsələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli həll oluna bilər və Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçı qüvvələrdən tezliklə təmizlənə bilər.

Cənab Prezident, göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram və əminəm ki, gələcək əməkdaşlığımız da çox uğurlu olacaqdır.

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar:

YUNİS ORUCOV (Azərbaycan Televiziyası): Mənim sualım Rumıniya Prezidentinədir. Cənab Prezident, Siz bu gün azərbaycanlı həmkarınızla strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannaməni imzaladınız. Sizcə bu sənəd ikitərəfli münasibətlərimizə hansı töhfəni verəcək? Bu sənədin ümumilikdə perspektivlərini nədə görürsünüz? Təşəkkür edirəm.

TRAYAN BESESKU: Bildirmək istəyirəm ki, bizim strateji tərədaşlıq haqqında bu cür razılaşmamız cəmi iki ölkə ilə vardır. Yəni, bu strateji tərəfdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə aparılır. Onlardan biri Birləşmiş Ştatlar, ikincisi isə Fransadır. Mən bununla bağlı qeyd etmək istəyirəm ki, bu gün cənab Prezidentlə imzaladığımız bu bəyannamə əsasında, o cümlədən digər mühüm razılaşmaları nəzərə alaraq, bundan sonra bizim hökumətlərimiz iki ölkə arasında qəbul olunacaq siyasi qərarların həyata keçirilməsi üzrə planı tərtib edəcəklər. Bir növ yol xəritəsi. Bu yol xəritəsinin gələcəkdə həyata keçirilməsini təhlil etdikdən sonra biz belə bir qənaətə gələcəyik ki, atılmış bu addımlar uğurlu oldu, yoxsa yox?!

Mən burada həddindən artıq nikbin sözlərlə çıxış etmək istəməzdim. Sadəcə, deyə bilərəm ki, bu gün Prezident Əliyevlə bizim imzaladığımız strateji tərəfdaşlıq haqqında bu bəyannamədə əks olunmuş müddəalar bir növ göstərici, bələdçi xarakteri daşıyır. Qeyd etmək istəyirəm ki, həmin sənəddə əks olunmuş müddəalar çox real müddəalardır və onlar hər iki ölkənin milli maraqlarına, o cümlədən Avropa İttifaqının maraqlarına uyğun gəlir. Hesab edirəm ki, əgər biz həmin prioritetləri həyata keçirə bilsək, iki ölkə arasında strateji tərəfdaşlıq böyük uğura çevriləcəkdir. Eyni zamanda, orada təcəssüm olunmuş prinsipləri Rumıniya nəinki öz milli maraqları prizmasından görür, eyni zamanda, Rumıniya hesab edir ki, bu sənəd Avropa İttifaqının enerji və xarici siyasətinə də töhfə verir, Avropa İttifaqının Qara dəniz regionundakı, o cümlədən “Şərq tərəfdaşlığı” təşəbbüslərinə də xidmət edir.

Çox sağ olun. Mən bir daha Prezident Əliyevə bu bəyannaməni imzaladığına görə minnətdarlığımı bildirmək istəyirəm.

MÜXBIR (Rumıniya): Mənim sualım Prezident Əliyevədir. Siz mətbuat üçün bəyanatınızda Azərbaycanın neft və qaz ehtiyatlarının daşınmasında tranzit məsələlərini də qeyd etdiniz. Mən bilmək istərdim, Sizin fikrinizcə, Nabukko layihəsinin həyata keçirilməsi Konstansa-Triest layihəsinin reallaşmasına nə kimi töhfə verə bilər?

İLHAM ƏLİYEV: Bilirsiniz, bizim təcrübəmiz onu göstərir ki, Azərbaycan tərəfindən irəli sürülmüş və həyata keçirilmiş layihələr gələcəkdə başqa layihələrin icrasına da gətirib çıxarır. Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bir sözlə, əgər bu dəhliz açılmasaydı, yəqin ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də tikilməzdi. Əgər Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilməsəydi, bu gün Nabukko haqqında, ümumiyyətlə, söhbət aparmağa dəyməzdi. Çünki Nabukko layihəsinin icrası ancaq Azərbaycanın bu gün mövcud olan qaz infrastrukturunu işə salması ilə bağlıdır. Beləliklə, biz görürük ki, bir uğurlu layihə o biri layihənin icrasına gətirib çıxarır. Şübhə yoxdur ki, əgər Nabukko layihəsi uğurla icra olunarsa, regionda şaxələndirmə məqsədilə tikiləcək digər kəmərlərin inşasına da gətirib çıxaracaqdır. Bugünkü danışıqlarda həm Nabukko layihəsi, eyni zamanda, Konstansa-Triest layihəsi müzakirə olundu. Azərbaycan tərəfi hər iki layihəyə öz dəstəyini vermişdir və mən bu gün də bunu bir daha təsdiq etdim.

TRAYAN BESESKU: İcazənizlə, mən bu cavaba da əlavə olaraq öz şərhlərimi vermək istərdim. Azərbaycanın Dövlət Neft Şirkəti Avropa İttifaqı ölkələrində öz fəaliyyətini Rumıniya vasitəsilə genişləndirmək fikrindədir. Burada, bu layihənin həyata keçirilməsində Dövlət Neft Şirkəti hesab edir ki, Konstansada hazırda xam neftin saxlanılması üçün bizim tutumların genişləndirilməsi imkanı mövcuddur. Dövlət Neft Şirkəti bu sahədə işləmək arzusunu bildirmişdir. Beləliklə, Dövlət Neft Şirkəti öz resurslarını mövcud iki mümkün yol ilə nəql edə biləcəkdir. Bu yollardan bir variant o ola bilər ki, Azərbaycan Dövlət Neft Şirkəti Kontansada özü, yəni artıq tranzit olunmuş enerji daşıyıcılarının emalı üzrə Rumıniyadakı emal zavodlarında emal prosesləri ilə özü məşğul ola bilər və bunu rumın həmkarları ilə həyata keçirə bilər. Bu, birinci variant. İkinci variant isə Dövlət Neft Şirkəti Konstansa vasitəsilə, Konstansada xam neftin saxlanılma tutumu həcminin daha da artırılması yolu ilə tranzit edib, daha sonra isə onu Triestə istiqamətləndirə bilər.

Eyni zamanda bildirmək istəyirəm ki, Gürcüstanda - Supsa limanında böyük bir terminal vardır. Hazırda həmin terminalda yüksək tonnajlı tankerlər lövbər sala bilir. Mən şəxsən özüm xam neftin həmin tankerlərə doldurulmasını görmüşəm. Xam neft həmin tankerlərlə Bosfor və Dardanel boğazlarından keçməklə Avropa bazarlarına çatdırılır. Hesab edirəm ki, bu da düzgün bir yoldur.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ordubadda mikroavtobus aşıb, 11 nəfər xəsarət alıb

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub