Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Təşəkkür edirəm, cənab Baş nazir.

Mənim Yunanıstana dövlət səfərim başa çatır və deyə bilərəm ki, səfərin nəticələri çox uğurlu olmuşdur. Səfər zamanı həm ikitərəfli sənədlərin imzalanması, həm də aparılan danışıqlar nəticəsində Yunanıstanla Azərbaycan bir-birinə daha da yaxın olmuşdur. Bizim aramızda çox yüksək siyasi dialoq aparılır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və şübhə yoxdur ki, bu səfər əlaqələri daha da möhkəmləndirəcəkdir.

Eyni zamanda iqtisadi sahədə, mədəni sahədə bizim böyük planlarımız var. Bu gün keçiriləcək müştərək forum biznes strukturlarına da imkan verəcək ki, bu gözəl siyasi əlaqələrin olmasından onlar da faydalansınlar. Çünki biznes strukturları, adətən, siyasi cəhətdən məqbul olan yerlərə getməyə daha çox üstünlük verirlər.

Yunanıstan-Azərbaycan münasibətləri isə bu gün tərəfdaşlıq xarakteri daşıyır və biz çox istəyirik ki, bu münasibətlərimizi daha da yüksək pilləyə qaldıraq. Bu gün biz bölgədə yaranmış vəziyyət, xüsusilə mövcud olan təhlükələr haqqında da fikir mübadiləsi apardıq.

Mən cənab Baş nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan mövqeyini bir daha bildirdim. Söylədim ki, bütün başqa münaqişələr kimi, bu problem də yalnız və yalnız ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalıdır, beynəlxalq hüquq normalarına əsaslanmalıdır.

Əlbəttə ki, bizim münasibətlərimizin hərtərəfli inkişafı üçün enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Cənab Baş nazirin qeyd etdiyi kimi, bu sahədə artıq çox gözəl nəticələr vardır. Yunanıstan Avropa İttifaqının üzvü olan ilk ölkədir ki, Azərbaycan qazı bu ölkəyə nəql edilir. Bir ildən bir az çox müddət ərzində biz bunu edirik. Çox istəyirik ki, gələcəkdə ikitərəfli əsasda Yunanıstanla Azərbaycan arasında qaz sahəsində əməkdaşlıqda daha da böyük nailiyyətlərə çataq. Bunu etmək üçün bütün imkanlar var. Azərbaycanın zəngin qaz ehtiyatları, mövcud olan boru kəmərləri və Azərbaycan qazına Avropada, o cümlədən Yunanıstanda olan tələbat - bütün bu amillər birlikdə və eyni zamanda, tranzit məsələlərinin tezliklə həll olunması, əminəm ki, bu sahədə uzunmüddətli və qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmlənməsində daha da müsbət rol oynayacaqdır.

Bununla bərabər, bir daha demək istəyirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində öz rolunu oynamağa davam edəcəkdir. Biz buna hazırıq, bunu etməyə başlamışıq. Avropada enerji təhlükəsizliyi məsələlərinin həlli üçün Yunanıstan-Azərbaycan əlaqələrinin çox böyük əhəmiyyəti var.

Mənə və nümayəndə heyətinə göstərilən gözəl münasibətə, böyük qonaqpərvərliyə görə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu fürsətdən istifadə edərək, Baş naziri Azərbaycana dəvət etmək istəyirəm ki, biz münasibətlərimizi bundan sonra da uğurla irəliyə aparaq.

Təşəkkür edirəm.

X X X

Sonra Prezident İlham Əliyev və Baş nazir Kostas Karamanlis jurnalistlərin suallarına cavab verdilər.

- Mənim sualım cənab Prezidentə və cənab Baş nazirədir. Bildiyimiz kimi, iki ölkə arasında enerji sahəsində yaxşı əməkdaşlıq var. Bəs qeyri-enerji sektorunda əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

KOSTAS KARAMANLİS: Hesab edirəm ki, münasibətlərimizin xüsusiyyəti ondan ibarətdir ki, biz hər bir sektorda əməkdaşlıq edəcəyik. Prezident Əliyev və mən bəyan etdik ki, iqtisadi sahədə münasibətlərimiz yaxşı səviyyədədir və bir çox sahələr var ki, orada da əməkdaşlıq aparıla bilər. Təbii ki, enerji əsas sahələrdən biridir. Lakin biz bununla məhdudlaşmalı deyilik. İqtisadi əməkdaşlıq üçün digər sektorlar da var. Hazırda biz lazımi hüquqi çərçivəni yaratmışıq və keçiriləcək biznes forumu çərçivəsində iqtisadi münasibətlərimiz üçün daha geniş imkanlar açılacaqdır.

İLHAM ƏLİYEV: Bu səfər çərçivəsində əməkdaşlığın bütün aspektləri müzakirə edildi və şübhəsiz ki, qeyri-enerji sektorunun inkişafı üçün lazımi tədbirlər görülməlidir. Bunun üçün artıq çox geniş hüquqi baza var və şübhə yoxdur ki, biznes aləminin bir-birinə yaxın olması və müştərək layihələrdə iştirakı bizim ümumi münasibətlərimizə çox müsbət təsir edəcəkdir.

Bildiyiniz kimi, qeyri-neft sektorunun inkişafı Azərbaycanda son illər ərzində prioritet vəzifədir, bu sahəyə çox böyük investisiyalar yatırılır. Biz daha böyük sayda yunan şirkətlərini Azərbaycanda görmək istəyirik, investorlar kimi, servis şirkətləri, yəni podratçılar kimi görmək istəyirik. Bizim müxtəlif sahələrdə yaranmış imkanlarımız bütün yunan şirkətlərinə də açıqdır.

Bu məsələnin daha da dərindən təhlili üçün, əlbəttə ki, müvafiq tədbirlər görülməlidir. Biznes forumunun keçirilməsi biznes aləmini bir-birinə daha da yaxınlaşdıracaqdır. Ümid edirəm ki, bu biznes forumunun nəticəsində real konkret layihələr üzə çıxacaqdır. Onu da demək istəyirəm ki, artıq Azərbaycan şirkətləri də xarici ölkələrə sərmayələrin qoyulmasına başlamışlar. Son iki il ərzində xaricə bir neçə milyard dollar həcmində Azərbaycan sərmayələri qoyulmuşdur. Əlbəttə ki, Yunanıstanla bu sahədə işləmək bizim üçün də çox vacib olacaqdır.

Ona görə də hesab edirəm ki, biz enerji və qeyri-enerji sektorlarını bir-birindən ayırmamalıyıq. Onların bəzi hallarda birgə fəaliyyəti, yaxud da ki, bir yerdə olan layihələr daha da böyük uğurlara gətirib çıxarır.

- Azərbaycan qazının alınması ilə bağlı danışıqlarda hər hansı bir dəyişiklik varmı? İkincisi, Yunanıstan bir çox səylər göstərir ki, cənubdan da qaz alsın.

KOSTAS KARAMANLİS: Bilirsiniz, hazırda Yunanıstan ilə Azərbaycan arasında gedən bu danışıqlar bizim siyasətimizə heç bir vəchlə dəyişiklik gətirmir. Azərbaycandan təbii qazın ikitərəfli və yaxud çoxtərəfli əsaslarla alınması, bunun mövcud olan boru kəməri ilə həyata keçirilməsi də həmişə bizim prioritetimiz və siyasətimizin mərkəzində olubdur. Biz - Prezident Əliyev və mən bu məsələni və Türkiyə-Yunanıstan-İtaliya boru kəməri məsələsindəki irəliləyişi müzakirə etdik. Hesab edirəm, bu, bizim birgə Avropa məqsədlərimizin ayrılmaz bir hissəsidir ki, Cənubi Avropa dəhlizi yaradılsın, bu dəhliz Xəzər dənizindən başlasın. Ona görə biz, sözün əsl mənasında, real tələbatlara cavab vermək istəyirik. Avropa İttifaqının maraqlarını nəzərə alaraq, qaz tələbatına cavab vermək istəyirik.

Türkiyə ilə münasibətlərimizə gəldikdə, biz çox yaxşı işləyirik ki, əsas layihələr irəlilədilsin və enerji resursları Avropaya çatdırılsın.

- Mənim sualım cənab Prezidentə və Baş nazirədir. Hər iki ölkə qarşılıqlı tranzit imkanlarını necə dəyərləndirir? Çünki ölkələrimiz strateji mövqeyə və böyük iqtisadi potensiala malikdir.

KOSTAS KARAMANLİS: Yunanıstan artıq bir sıra sazişlər imzalayaraq Cənubi Avropa regionunda bir enerji qovşağına çevrilmişdir. Bu sahədə biz daim işləyirik. Hesab edirik ki, bu, bizim marağımızdadır və eyni zamanda, region dövlətlərinin, misal üçün Azərbaycanın da marağındadır. Ümumiyyətlə bütün Avropa İttifaqının marağındadır. Biz buna nail olmaq istəyirik.

İLHAM ƏLİYEV: Bu gün, əlbəttə ki, iki ölkənin tranzit imkanları da müzakirə olundu. Bu sahədə əməkdaşlıq üçün çox yaxşı imkanlar vardır. Azərbaycan həm enerji resurslarının hasilatçısı, həm də tranzit ölkə kimi öz funksiyalarını yerinə yetirməyi davam etdirmək əzmindədir. Yunanıstanla Azərbaycan arasında enerji sahəsində olan əməkdaşlıq çərçivələri bu iki məsələni özündə ehtiva edir. Biz qaz sahəsində Yunanıstanla çoxtərəfli və ikitərəfli əsasda əməkdaşlıq etmək fikrindəyik. Bunu reallaşdırmaq üçün artıq ciddi ikitərəfli danışıqlar gedir.

Çoxtərəfli və ikitərəfli formatların fərqi ondan ibarətdir ki, mənim fikrimə görə, ikitərəfli əsasda biz daha da qısa müddət ərzində qaz anlaşmasına nail ola bilərik. Hər halda, bu iki formatı paralel şəkildə apararaq, həm ikitərəfli münasibətlərdə, həm də digər tərəfdaşlarımızla münasibətlərimizdə elə etməliyik ki, hasilatçı ölkələrin, tranzit ölkələrin və istehlakçıların birgə fəaliyyəti təşkil olunsun və onların müştərək maraqları qorunsun. Əgər hər bir layihə üçün, xüsusilə enerji layihəsi üçün üç önəmli komponenti komanda şəklində bir araya gətirə bilsək, demək, biz öz istəyimizə tezliklə nail olacağıq.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub