Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Cənab Prezident, mən ilk növbədə, Sizi və nümayəndə heyətinin bütün üzvlərini Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz!

Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən bilirəm ki, Siz bu günlərdə çox gərgin fəaliyyətdəsiniz, bu bölgəyə səfər edirsiniz. Əlbəttə ki, Rumıniya kimi ölkənin dövlət başçısının bölgədə yaşanan böhranlı vəziyyətlə bağlı atdığı addımlar çox müsbət qiymətləndirilir.

Biz bu gün ikitərəfli münasibətləri geniş şəkildə müzakirə etdik və bir daha məmnunluq ifadə etdik ki, Rumıniya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edir, bu əlaqələr dostluq zəminində qurulubdur. Rumıniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur və o vaxtdan bu günə qədər bütün sahələrdə əməkdaşlıq inkişaf etmişdir.

Bizim qarşılıqlı səfərlərimiz, müxtəlif dövlət və hökumət üzvlərinin səfərləri, artan iqtisadi imkanlar, enerji sahəsində apardığımız danışıqlar və nəzərdə tutulmuş praktik addımlar, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirir. Siyasi münasibətlər çox yüksək səviyyədədir. Biz bunu həmişə qeyd etmişik. Mən bu gün də qeyd etmək istəyirəm ki, Rumıniyanın bütün prinsipial mövqeyi, xüsusilə bölgədə mövcud olan münaqişələrlə bağlı prinsipial mövqeyi bizdə, Azərbaycanda çox yüksək qiymətləndirilir.

Beləliklə, çox möhkəm zəmində, siyasi əlaqələrin möhkəm olduğu halda, əlbəttə ki, birgə layihələrin icra olunması da asanlaşır. Biz indi enerji sahəsində əməkdaşlığın yeni mərhələsindəyik. Bildiyiniz kimi, Rumıniya ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq davam edir və biz yeni layihələr haqqında fikirləşirik. Eyni zamanda, Xəzər dənizi-Qara dəniz əməkdaşlığının möhkəmləndirilməsi işində birgə səylərimizi davam etdiririk. Rumıniya-Azərbaycan əməkdaşlığı Xəzər dənizi-Qara dəniz əməkdaşlıq məsələlərinə çox böyük töhfədir. Deyə bilərəm ki, bir çox hallarda həlledici məsələdir.

Enerji təhlükəsizliyi məsələləri son illər ərzində gündəlikdə idi. İndi bu məsələlər daha da ciddiləşir. Həm enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələsi daha da ciddiləşir, həm də enerji infrastrukturunun təhlükəsizliyinin təmin olunması məsələləri ön plana çıxır. Azərbaycan öz tərəfindən üzərinə düşən öhdəliklərini yerinə yetirir. Bizim enerji siyasətimiz bölgədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın və dostluğun möhkəmlənməsinə yönəldilibdir. Bu uğurlu enerji siyasəti həm ölkə iqtisadiyyatı üçün çox böyük dəstəkdir, həm də bizim xarici əlaqələrimizin inkişafında mühüm rol oynayır. Biz bütün enerji təşəbbüslərimizin uğurla davam etdirilməsi üçün gələcəkdə də əlimizdən gələni edəcəyik və Azərbaycanın iqtisadi maraqlarını təmin etməklə, Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün səylərimizi davam etdirəcəyik.

Bütün bu başlanmış layihələri uğurla davam etdirmək və yeni layihələri başlamaq üçün bölgədə sabitlik olmalıdır. Bölgədə sabitliyin mövcudluğu başlıca şərtdir. Əlbəttə ki, son günlər ərzində Gürcüstanda yaşanan olaylar bizi çox narahat edir. Biz istəyirik ki, tezliklə vəziyyət sabitləşsin, normal vəziyyət, sabitlik bərpa olunsun və münaqişəyə qədərki vəziyyət bərpa edilsin.

Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Biz hesab edirik ki, münaqişələr - Cənubi Qafqazda və Moldovada mövcud olan münaqişələr yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Mən bu barədə bir dəfə demişəm və bir daha demək istəyirəm ki, bu münaqişə bizi narahat edir. Çünki biz bu bölgədə yerləşirik. Həm Rusiya, həm də Gürcüstan bizim qonşularımızdır. Hər iki qonşu ilə Azərbaycanın tarixi münasibətləri vardır. İndiki zamanda bizim münasibətlərimiz çox müsbətdir, çox yaxındır. Hər iki ölkə ilə Azərbaycan dostluq və strateji tərəfdaşlıq haqqında sazişlər imzalayıbdır. Hər iki ölkə ilə bizim enerji sahəsində əməkdaşlığımız var. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk kəmərləri bizim enerji daşıyıcılarının Gürcüstan, Rusiya və Türkiyə ərazisi ilə dünya bazarlarına çıxarılması üçün tikilib, nəzərdə tutulub və bu gün uğurla fəaliyyət göstərir. Hər iki ölkə ilə ticarət əlaqələrimiz möhkəmlənir, ticarət dövriyyəsi ildən-ilə artır. Həm Gürcüstanda, həm də Rusiyada çoxlu azərbaycanlı yaşayır və əlbəttə ki, onların normal, təhlükəsiz yaşaması, həyatı bizi biganə qoya bilməz.

Bütün bunlar bir daha onu göstərir ki, bu münaqişənin tezliklə başa çatmasında biz çox maraqlıyıq. İstəyirik ki, bizim üçün dost olan ölkələr bir-biri ilə də normal münasibətlərini saxlasınlar, pozulmuş münasibətlər bərpa olunsun. Əminəm ki, bölgədə yaşayan bütün xalqlar öz tarixi məsuliyyətini dərk edərək, Cənubi Qafqazda və bütövlükdə Qafqaz bölgəsində təhlükəsizliyin möhkəmlənməsi üçün öz səylərini göstərməlidir.

Bu istiqamətdə Rumıniyanın atdığı addımları biz çox yüksək qiymətləndiririk. Bu vaxta qədər verdiyi bəyanatlar və atdığı addımlar çox müsbətdir. Sizin bölgəyə səfəriniz də onu göstərir ki, Siz də bu məsələyə çox ciddi yanaşırsınız və biz bunu çox yüksək qiymətləndiririk.

Mən yalnız ona təəssüf edirəm ki, Sizin səfəriniz çox qısamüddətli olmuşdur. Amma bu da təbiidir, çünki Siz bir-iki gün ərzində bir neçə ölkəyə səfər edirsiniz. Əminəm ki, növbəti səfərlər də uğurlu olacaqdır.

Sizə və bütün Rumıniya xalqına yeni-yeni uğurlar arzulayıram.

Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb