Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Hörmətli Dmitri Anatolyeviç!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Mən Rusiya Prezidentini Azərbaycanda bir daha ürəkdən salamlamaq istərdim. Biz Rusiya Prezidentinin rəsmi səfərinə çox böyük əhəmiyyət veririk. Əminik ki, bu səfər Rusiya ilə Azərbaycan arasında dostluq, mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəkdir.

Biz çox səmərəli danışıqlar apardıq, ikitərəfli məsələlərin, regional əməkdaşlıq, beynəlxalq münasibətlər məsələlərinin çox geniş spektrini müzakirə etdik. Məmnuniyyətlə qeyd etmək istərdim ki, gündəliyin bütün bəndləri üzrə bizim mövqelərimiz üst-üstə düşür.

Rusiya ilə Azərbaycan arasında münasibətlərin formatı genişlənir və zənginləşir. Biz siyasi müstəvidə fəal əməkdaşlıq edirik, iqtisadi əlaqələrimiz, əmtəə dövriyyəsi artır, onun strukturu, nəqliyyat və humanitar sahələrdə, təhlükəsizliyin təmin edilməsi və regionumuzda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində əməkdaşlıq yaxşılaşır. Bunlar daim müzakirə edilən məsələlərin heç də tam siyahısı deyildir.

Bu gün çox mühüm sənədlər imzalanmışdır, onlar gələcəkdə əməkdaşlığımızın inkişaf istiqamətlərini müəyyən edəcəklər. İmzalanmış sənədlər arasında mən Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında birgə Bəyannaməni xüsusi qeyd etmək istərdim. Bu Bəyannamənin adı çox şeydən xəbər verir. Biz bir-birimizi dost ölkələr, bir-birini strateji tərəfdaş adlandıran ölkələr hesab edirik. Bu, sadəcə, rəsmiyyət deyil, bizim münasibətlərimizin mahiyyətini əks etdirir.

Bu münasibətlərin möhkəm təməli, dərin tarixi var və bu gün onlar dostluq, mehriban qonşuluq, hüquq bərabərliyi və qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Bəyannamə ikitərəfli əməkdaşlığımızın bütün sahələrini əhatə edir və çox sevindirici haldır ki, Azərbaycanda bir nömrəli məsələ sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də bu Bəyannamədə öz əksini tapmışdır. Həmin sənəddə deyilir ki, münaqişə beynəlxalq hüququn prinsip və normaları əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in qərarları əsasında, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun olaraq həll edilməlidir. Biz bu mövqeyinə görə Rusiyaya təşəkkür edirik. Əminik ki, bu mövqe, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin həllində fəal iştirakı öz səmərəsini verəcəkdir.

Bu gün biz ənənəvi və potensial enerji əməkdaşlığı məsələlərini fəal müzakirə etdik. Elektrik energetikası sahəsində əməkdaşlığın zəngin tarixi və yaxşı perspektivləri var, neft-qaz sahəsində əməkdaşlıq da tarixi nailiyyətlərə əsaslanır və bu gün biz qarşılıqlı maraq doğuran, karbohidrogen ehtiyatlarından maksimum səmərə ilə istifadə olunmasına xidmət edəcək yeni layihələri nəzərdən keçiririk.

Xəzər dənizinin statusunun tənzimlənməsi ilə bağlı məsələlər də ölkələrimizi birləşdirir. Biz həm Qafqazda, həm də Xəzərdə qonşuyuq. Regionda proseslərin inkişafı və iqtisadi inteqrasiya məsələləri xeyli dərəcədə bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsindən asılıdır.

Bizim münasibətlərimizin humanitar formatı genişlənir. Bu gün mən Dmitri Anatolyeviçə dedim ki, Azərbaycanda təhsilin rus dilində aparıldığı 300-dən çox məktəb var. Onlardan 19-u xalis rus məktəbidir, həmin məktəblərdə tədris yalnız rus dilində aparılır. Bu yaxınlarda Azərbaycanda Moskva Dövlət Universitetinin filialının yaradılması haqqında qərar qəbul edilmişdir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır, burada rus dilində çoxlu qəzet nəşr edilir. Başqa sözlə desək, Azərbaycanın rusdilli vətəndaşlarının hərtərəfli inkişafı üçün zəruri olan bütün işlər görülür. Buna görə də əməkdaşlığın humanitar formatı, təbii ki, münasibətlərimizdə mühüm yer tutur. Biz gələcəkdə də bu əməkdaşlığı yeni formalarla və yeni layihələrlə zənginləşdirmək üçün səy göstərəcəyik.

Bir sözlə, ikitərəfli münasibətlərimiz haqqında və onların burada, Qafqazda oynadığı rol haqqında çox danışmaq olar. Mən sizin vaxtınızı almaq istəmirəm. Onu demək istəyirəm ki, müzakirə edilən bütün məsələlər barədə bizim qarşılıqlı anlaşmamız var, nailiyyətləri və ən başlıcası, gələcək perspektivləri ümumi mövqedən qiymətləndiririk. Əminəm ki, səfər uğurlu başladığı kimi, uğurlu da davam edəcək və münasibətlərimizin daha da inkişaf etdirilməsi və dövlətlərimizin daha da yaxınlaşması işində çox mühüm addım olacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib