Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
-Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu mənim Litvaya ilk rəsmi səfərimdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Son illər ərzində iki ölkə arasında münasibətlər çox sürətlə inkişaf edir. Biz Sizinlə son bir il ərzində bir neçə dəfə görüşmüş, müxtəlif məsələləri - həm ikitərəfli münasibətlərin inkişafını, həm də regional məsələləri, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri müzakirə etmişik. Biz müzakirə olunan bütün məsələlərə vahid mövqedən yanaşırıq.

Biz bu gün Sizinlə söhbət əsnasında çox çalışırdıq ki, hansısa problem yaradan məsələləri tapaq, amma xoşbəxtlikdən, buna müvəffəq olmadıq. Əminəm ki, gələcəkdə də bizim aramızda münasibətlər ancaq və ancaq yüksələn xətlə davam edəcəkdir. Biz çox güclü tərəfdaşlıq etmək niyyətindəyik. Bu gün bu tərəfdaşlığın əsas konturları müəyyən olunubdur. Avropa İttifaqı-Azərbaycan münasibətlərində biz Litvanın və cənab Prezident, şəxsən Sizin dəstəyinizi həmişə hiss etmişik. Azərbaycanın Avratlantik inteqrasiya arzularının həyata keçirilməsində də biz Litvanın mövqeyinə həmişə söykənirik. Bilirik ki, həm Avropa İttifaqında, həm də NATO-da Siz ölkəmizi dəstəkləyirsiniz və məhz bunun nəticəsində NATO ilə Azərbaycan arasında münasibətlər çox yüksək pilləyə qalxıbdır. Biz artıq fərdi tərəfdaşlıq planının icrası ilə məşğuluq. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər isə hazırda “Yeni qonşuluq siyasəti” proqramı çərçivəsində həll olunur. Bununla bərabər, keçən ilin sonunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanmışdır. İndiki zəmanədə bizim bölgəmizdə və Avropa qitəsində enerji məsələləri gündəliyin ön planına çıxır. Əlbəttə ki, neft-qaz hasil edən ölkə kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini verir və bundan sonra da verəcəkdir. Bu gün biz Sizinlə bu məsələləri çox geniş şəkildə təhlil və müzakirə etdik, gələcək əməkdaşlıq perspektivlərini də müəyyən etmişik.

Fürsətdən istifadə edərək, məni Vilnüsdə keçiriləcək energetika sammitinə dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Gələn ayda da böyük məmnuniyyətlə Sizin gözəl ölkənizə səfər edəcəyəm. Şübhə etmirəm ki, Vilnüs sammiti bütün bu vaxta qədər bu məsələlərlə bağlı müzakirələrimizə, məsələlərin həllinə çox böyük dəstək olacaqdır.

Azərbaycan öz siyasətini çox açıq şəkildə aparır. Bizim Avratlantik inteqrasiya arzularımız çox açıq şəkildə bəyan olunur. Bu sahədə ölkəmiz artıq böyük uğurlar əldə edibdir. Bizim ölkə kimi, sizin ölkəniz də vaxtilə bir ölkədə, bir ittifaqda yaşamışdır. Sizin uğurunuz, qısa müddət ərzində həm NATO-ya, həm Avropa İttifaqına üzv olmağınız bizə imkan verir ki, təcrübənizi dərindən öyrənək və öz proqramlarımızı buna uyğun şəkildə müəyyən edək.

Bizim aramızda iqtisadi əlaqələr genişlənir. Bu gün və keçən il Sizin Azərbaycana səfəriniz zamanı imzalanmış sənədlər, demək olar ki, əməkdaşlığın bütün sahələrini əhatə edir. Artıq Litvanın Azərbaycanda, Azərbaycanın isə Litvada səfirlikləri də təsis olunmuşdur. Bu da qarşılıqlı marağın təzahürüdür və onu göstərir ki, biz ikitərəfli münasibətlərin inkişafına çox böyük diqqət veririk. Əminəm ki, səfirliklər iki ölkənin daha da yaxınlaşmasına öz töhfələrini verəcəklər.

Bu gün başqa məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilmişdir. Bizim imzaladığımız Birgə Bəyannamədə həm Litvanın, həm Azərbaycanın mövqeləri əks olunmuşdur. Ədalətli, beynəlxalq hüquq normalarına söykənmiş mövqeyə görə mən Azərbaycan dövləti tərəfindən Sizə bir daha təşəkkür etmək istəyirəm. Əminəm ki, geniş beynəlxalq diqqətin nəticəsində, beynəlxalq hüquq normalarının bərpası nəticəsində bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.

Hörmətli cənab Prezident, məni ölkənizə dəvət etdiyinizə və göstərilən diqqətə görə Sizə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu səfər və gələcək əməkdaşlığımız ölkələrimizi daha da yaxınlaşdıracaqdır. Bizim aramızda əməkdaşlıq daha da yüksək pilləyə qalxacaqdır.

Təşəkkür edirəm.

X X X
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Mənin sualım hər iki dövlət başçısınadır. Həm Azərbaycanın, həm də Litvanın strateji coğrafi mövqeyini nəzərə almaqla nəqliyyat və tranzit imkanlarından qarşılıqlı istifadə perspektivlərini necə görürsünüz?

İLHAM ƏLİYEV: Bizim əməkdaşlığımız müxtəlif sahələri əhatə edir. Əlbəttə ki, nəqliyyat məsələlərinə də böyük diqqət veririk. Bütövlükdə bu gün Xəzər dənizi, Qara dəniz, Baltik dənizi əməkdaşlığı yeni pilləyə qalxır. Azərbaycanın iştirak etdiyi transmilli layihələrdə - istər enerji, istərsə də nəqliyyat layihələrində, əlbəttə ki, bu bölgənin birləşməsi və regional əməkdaşlığın artması məsələləri də öz həllini tapır.

Dəmir yolunun tikintisi Azərbaycanı Avropa ilə birləşdirəcəkdir. Bildiyiniz kimi, yaxın vaxtlarda biz Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlayacağıq. Bu tikinti başa çatandan sonra Azərbaycan vasitəsilə Asiyanı Avropa ilə birləşdirən yeni dəmir yolu, Yeni İpək yolu olacaqdır.

Nəqliyyat məsələləri, adətən, enerji məsələləri ilə bağlı olur. Bu sahədə də böyük perspektivlər var. Enerji daşıyıcılarının nəqli məsələləri gündəlikdə mühüm yer tutur. Neft-qaz hasil və ixrac edən çox mühüm ölkə kimi Azərbaycan əlbəttə ki, nəqliyyat infrastrukturunun möhkəmlənməsinə də çox böyük diqqət göstərir. Bu yaxınlarda Azərbaycanda yeni böyük nəqliyyat infrastrukturu layihələri öz həllini tapacaq, yeni dəniz limanı tikiləcəkdir. Yeri gəlmişkən demək istəyirəm ki, sabah mən Klaypeda şəhərinə səfər edəcək və orada nəqliyyat infrastrukturu ilə, limanla tanış olacağam. Bu sahədə əməkdaşlıq üçün çox böyük imkanlar var və biz bu imkanları nəzərdən keçiririk.

VALDAS ADAMKUS: Sadəcə, bunu əlavə edə bilərəm ki, cənab Prezidentin dediyi kimi, mən də məmnunam ki, Prezident Əliyev sabah Klaypedaya səfər edəcək və bu imkanlardan necə istifadə edildiyini şəxsən özü görəcəkdir.

Bakı-Odessa-Brodı-Qdansk layihəsi təbii ki, bir neçə ildən sonra baş tutacaqdır. Həmin strateji xəttin tikintisinə başlanılacaq, kəmər nefti Litvaya çatdıracaqdır. Lakin biz bu məsələyə realist baxımdan yanaşmalıyıq.

SUAL: Sualım Azərbaycan Prezidentinədir. Cənab Prezident, Azərbaycanın Odessa-Brodı-Qdansk boru kəmərinin çəkilməsində gələcək iştirakı ilə bağlı Litva tərəfinə hər hansı zəmanət verdinizmi? Həmin boru kəməri ilə hansı həcmdə Azərbaycan nefti nəql oluna bilər?

İkinci sualım isə Litva Prezidentinədir. Bilirik ki, Azərbaycan nə NATO-nun, nə Avropa İttifaqının üzvüdür. Litva Dağlıq Qarabağ probleminin həllində iştirak etmir. Deyə bilərsinizmi, Litva bu məsələdə Azərbaycana necə yardım edə bilər?

İLHAM ƏLİYEV: Krakovda keçirilmiş son enerji sammitində həmin məsələlər müzakirə edildi. Bundan başqa, Odessa-Brodı-Qdansk boru kəməri layihəsi bir neçə il ərzində nəzərdən keçirilmişdir. Azərbaycanda hasilatın cari həcmi yeni variantlar və nəqliyyat yolları üzərində düşünməyə imkan yaradır. Azərbaycan hazırda gündə 1 milyon barrel nefti hasil edir və bu, mövcud olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin buraxıcılıq qabiliyyətinə tam bərabərdir. Biz hasilatın artımını planlaşdırırıq. Bu səbəbdən də yeni bazarlar bizim üçün çox cəlbedicidir. Hazırda Azərbaycan neftini nəql etmək üçün bizim üç boru kəmərimiz var: onlardan ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Əlbəttə, Ukrayna, Polşa və Baltikyanı ölkələrin bazarları bizim üçün olduqca cəlbedicidir. Krakovdakı ötən zirvə görüşü zamanı biz gələn ay keçiriləcək növbəti sammit üçün ideya və təkliflərin hazırlanması ilə məşğul olacaq işçi qrupunun yaradılması barədə razılığa gəldik. Hesab edirəm ki, geniş müzakirələr zamanı bizim iqtisadi ölçülər haqqında artıq hazır ideyalarımız olacaqdır. Biz bu layihəyə olduqca güclü siyasi dəstəyi veririk. Lakin eyni zamanda, biz çox əlverişli iqtisadi mühit yaratmalıyıq ki, Azərbaycan neftinin həmin boru kəməri vasitəsilə nəqli faydalı olsun. Bu, mümkündür. Mütəxəssislərimiz həmin nəqliyyat yolunun imkanlarını lazımi dərəcədə nəzərdən keçirirlər. Əminəm ki, gələn aylar və görüşlər ərzində bizim bu məsələ ilə bağlı daha çox ideyalarımız olacaqdır. Bu gün həmin marşrutla nəql olunacaq Azərbaycan neftinin həcmi haqqında bir söz demək çətindir. Bir daha qeyd edirəm ki, bizim hasilatı artırmağa potensialımız var. Lakin biz onu o vaxt artıra bilərik ki, nefti nəql etməyə imkanlarımız da olsun. Ölkəmiz hər tərəfdən quru sərhədləri ilə əhatə olunub, yəni bizim dəniz yolu ilə beynəlxalq bazarlara çıxışımız yoxdur.

Əgər münasib daşıma təklifi olarsa, əlbəttə ki, biz onda hasilatı artıracağıq. Bu hasilat tərəfdaşlarımızın ehtiyaclarını ödəyəcək və Baltik dənizi bazarlarına çıxış əldə etmək imkanı yaradacaqdır.

VALDAS ADAMKUS: Dağlıq Qarabağa aid sual verilmişdir. Mənə belə gəlir ki, bu məsələ hazırda kiçik və böyük dövlətlərin diqqət mərkəzindədir. Səylər göstərilir ki, bu münaqişə aradan qaldırılsın və regionda sabitlik bərqərar olunsun. İndi Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatlarda bu məsələnin həllinə diqqət yetirirlər. Biz bu məsələ haqqında kifayət qədər danışdıq. Əgər beynəlxalq tərkibdə bizim vasitəçiliyimizə ehtiyac olarsa, bu rolu üzərimizə götürməyə hazırıq və vasitəçi kimi fəaliyyət göstərə bilərik. Bu, Dağlıq Qarabağ məsələsinə aiddir. Biz bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevlə bu barədə danışdıq. Azərbaycan Respublikası bu məsələnin prinsipial şəkildə həllinə sadiqdir və biz erməni tərəfindən onların cavabını gözləyirik.

Neftlə bağlı sualınıza gəldikdə, Prezident çox aydın və düzgün formada cavab verdi ki, neftin nəqli məsələsi nəzərdən keçirilə bilər və artıq Azərbaycan buna hazırdır. Azərbaycan bunu edərsə, Avropaya daha da yaxınlaşacaqdır. Təbii ki, Litva regiona xam neftin nəql olunacağı marşrutlara qoşulmağa çalışacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub