Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
- Hörmətli xanım Merkel!
Hörmətli mətbuat nümayəndələri!
Bu gün biz çox səmərəli və işgüzar şəraitdə geniş fikir
mübadiləsi aparmışıq. İkitərəfli münasibətlərdə bizim əlaqələrimiz günü-gündən güclənir. Siyasi əlaqələr möhkəmlənir, iqtisadi sahədə birgə layihələr həyata keçirilir. İnsan haqları, Azərbaycanda demokratiya proseslərinin geniş şəkildə güclənməsində birgə səylərimiz müzakirə olunmuşdur.
Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan münasibətləri və əlbəttə ki, bölgədə mövcud olan təhlükələr və münaqişələr danışıqlar mövzusu olmuşdur. Azərbaycan Avropa İttifaqının yeni qonşuluq siyasətinin iştirakçısıdır və ümid edirik ki, növbəti 5 il ərzində proqramın icrası nəticəsində Azərbaycanda bütün sahələrdə mövcud olan meyarlar Avropa İttifaqının meyarlarına yaxınlaşacaqdır. Keçən ilin noyabr ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanmışdır. Əminəm ki, bundan sonra Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq daha da möhkəmlənəcəkdir. Azərbaycanda çox zəngin təbii ehtiyatlar var, nefti, qazı var. Təbii ehtiyatlarımızı dünya və Avropa bazarlarına çatdırmaq üçün artıq neft kəməri və qaz kəməri tikilib istifadəyə verilibdir. Düşünürəm ki, bu kəmərlərin fəaliyyəti nəticəsində Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxacaqdır.
Eyni zamanda, Avropa İttifaqı Cənubi Qafqazda mövcud olan separatist meyillər nəticəsində yaranmış münaqişələrə də öz münasibətini bildirib və bu münasibət də müsbətdir. Əminəm ki, Avropa İttifaqının bu məsələlərlə məşğul olması münaqişələrin həllinə öz töhfəsini verəcəkdir.
Hörmətli xanım Merkel, Sizə bu dəvətə görə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu səfərdən sonra Almaniya-Azərbaycan münasibətləri daha da sürətlə inkişaf edəcəkdir.
X X X
Sonra Prezident İlham Əliyev və xanım Angela Merkel jurnalistlərin suallarına cavab verdilər.
- Mənim sualım cənab Prezidentə və xanım Kanslerədir. Azərbaycan-Almaniya iqtisadi əlaqələrindən razısınızmı? Ölkələr arasında ticarət dövriyyəsinin artımı gözlənilirmi? Ümumiyyətlə, Almaniya şirkətləri gələcəkdə Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoya bilərmi?
ANGELA MERKEL: İqtisadi sahədə ölkələrimiz arasındakı əlaqələr bizi çox qane edir. Alman firmalarının Azərbaycanda fəaliyyəti çox hiss olunur. Mən ümid edirəm ki, alman firmaları Azərbaycan iqtisadiyyatına daha da çox investisiya qoyacaqdır. Hazırda Azərbaycanda çoxlu sayda Almaniya şirkətləri fəaliyyət göstərir və biz danışıqlarımız zamanı qeyd etdik ki, onlar Azərbaycanda yeni infrastrukturların yaradılmasına öz töhfələrini verə bilər.
İLHAM ƏLİYEV: Mən əlavə edə bilərəm ki, Azərbaycanda çox gözəl investisiya mühiti var. Son 10 il ərzində ölkəmizə 30 milyard dollardan çox sərmayə qoyulmuşdur. Alman şirkətləri çox yüksək nüfuza malikdir. Onlar bizim üçün çox əlverişli tərəfdaşdır. Almaniyanın böyük şirkətləri Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. Əminəm ki, mənim səfərim çərçivəsində keçiriləcək Almaniya-Azərbaycan biznes forumu daha yeni müqavilələrin yaranmasına gətirib çıxaracaqdır. Bu sahədə bizim əməkdaşlığımız sürətlə irəliyə gedir.
- Hörmətli xanım Merkel və cənab Prezident, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz köməyini necə göstərə bilər?
ANGELA MERKEL: Hazırda neft kəmərləri tikilir. Məsələn, bu kəmərlər Ukrayna və Polşadan Avropa istiqamətinə çəkilir. Həmçinin Azərbaycan qazı kəmərlə Yunanıstana keçəcəkdir. Bununla da Avropanın bir hissəsi neft və digər enerji daşıyıcıları alacaqdır. Ancaq ümumiyyətlə, bu sualı iqtisadiyyatla məşğul olan şəxslərə vermək lazım idi. Biz siyasətçilər bu məsələ ilə məşğul deyilik.
İLHAM ƏLİYEV: Mən əlavə edə bilərəm ki, Azərbaycan artıq öz neft-qaz strategiyasını davam etdirir, Azərbaycan neftini və qazını dünya və Avropa bazarlarına çıxaran neft-qaz kəmərləri tikilib istismara verilibdir. Texniki cəhətdən hətta bu il Azərbaycan qazı Avropa İttifaqının bazarlarına çatdırıla bilər.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Ordubadda yasa gedərkən qəzaya düşən şəxslərin adları məlum olub - YENİLƏNİB VİDEO

Ordubadda yasa gedərkən qəzaya düşən şəxslərin adları məlum olub - YENİLƏNİB VİDEO

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq