Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli xanım Prezident!

Hörmətli dostlar!

Mənə və nümayəndə heyətinə Latviyada göstərdiyiniz qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu səfər Latviya-Azərbaycan münasibətlərinin tarixində Azərbaycan Prezidentinin Latviyaya ilk səfəridir. Mən çox şadam ki, səfər çox uğurla keçir.

Siz qeyd etdiyiniz kimi, artıq bizim münasibətlərimizi müəyyən edən bir sıra ikitərəfli sənədlər imzalanmışdır. Sənədlərin bir hissəsi Sizin Azərbaycana səfər etdiyiniz vaxt, keçən ilin oktyabr ayında imzalanmışdır. Bu gün isə digər sənədlər imzalanmışdır. Beləliklə, demək olar ki, bütün sahələrdə bizim münasibətlərimizi müəyyən edən hüquqi baza mövcuddur. Biz Latviya ilə münasibətlərə çox böyük önəm veririk, çox istəyirik ki, münasibətlər daha da sürətlə inkişaf etsin. Xanım Prezident, Sizin Azərbaycana keçən il etdiyiniz tarixi səfər bu münasibətlərin yeni mərhələsini açdı. Bugünkü səfər isə bu münasibətləri daha da möhkəmləndirəcəkdir. Mən şübhə etmirəm ki, yaxın gələcəkdə bizim aramızda həm siyasi, həm iqtisadi, həm sosial, həm də bütün başqa sahələrdə münasibətlər daha da yüksək pilləyə qalxacaqdır. Biz bunu çox istəyirik, arzulayırıq. Latviya bizim üçün dost ölkədir.

Sabah Riqada Latviya-Azərbaycan biznes forumu keçiriləcəkdir. Azərbaycandan çox böyük nümayəndə heyəti - iş adamları, biznesmenlər gəlmişdir. Əminəm ki, onların əlaqələri də ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır.

Azərbaycanda siyasi, iqtisadi islahatlar uğurla həyata keçirilir. Biz əminik ki, Avropa Birliyi ilə münasibətlərimiz bundan sonra Azərbaycanda bütün sahələrdə irəliləyişə, tərəqqiyə gətirib çıxaracaqdır. Biz Avropaya inteqrasiya siyasətimizə sadiqik. Avropa Birliyi ilə Azərbaycan arasında başlanan yeni qonşuluq proqramı bizim qarşımızda yeni imkanlar, yeni üfüqlər açır. Latviyanın Azərbaycanı daim dəstəkləməsi də çox əlamətdar hadisədir. Bu dəstəyə görə mən Sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Şübhə etmirəm ki, növbəti beş ildə Avropa Birliyi ilə Azərbaycan arasında yeni qonşuluq proqramının həyata keçirilməsi nəticəsində bizim münasibətlərimiz daha da möhkəmlənəcəkdir.

Latviyanın uğurları bizi çox sevindirir. Latviya artıq öz doğma Avropa ailəsinə qayıtmışdır. Həm NATO-nun, həm də Avropa Birliyinin üzvüdür. Bu, Latviya üçün tarixi nailiyyətdir və Latviyanın dostları kimi, bizi çox sevindirir. Mən əminəm ki, Azərbaycanın Avratlantik məkana inteqrasiyası məsələlərində Latviya indiki kimi, daim bizim yanımızda olacaq, öz dəstəyini əsirgəməyəcəkdir.

Mən bir daha demək istəyirəm ki, son müddət ərzində bizim münasibətlərimiz yeni mərhələyə qalxmışdır. Müstəqillik bərpa olunandan sonra ilk illərdə bizim aramızda o qədər də intensiv dialoq aparılmırdı. Amma keçən il xanım Prezidentin səfərindən sonra bu münasibətlər çox intensiv xarakter almışdır. Qısa müddət ərzində Azərbaycanın Latviyadakı səfirliyi işə başladı. Artıq birbaşa təyyarə reysləri açılmışdır və bütün başqa sahələrdə münasibətlər uğurla inkişaf edəcəkdir.

Bizə göstərdiyiniz səmimi münasibətə, qonaqpərvərliyə görə, Azərbaycana verdyiniz dəstəyə görə, o cümlədən beynəlxalq təşkilatlarda Latviyanın Azərbaycanı dəstəkləməsinə görə öz adımdan və nümayəndə heyəti adından bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirirəm ki, bizim aramızdakı münasibətlər gələcəkdə getdikcə inkişaf edəcək və iki xalqın maraqlarına cavab verəcəkdir.

Bir daha Sizə təşəkkür edirəm.

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

- Mənim sualım Latviya Prezidentinədir. Məlum olduğu kimi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və Dağlıq Qarabağda separatçı rejimin qurulması nəticəsində regionda sabitlik pozulub və Azərbaycanın Avropa strukturlarına inteqrasiyası baxımından ciddi problemlər yaranıbdır. Avropa ailəsinin bir üzvü kimi Latviyanın bu münaqişənin həlli ilə bağlı mövqeyi nədən ibarətdir?

VAYRA VİKE-FREYBERQA: Latviyanın mövqeyi aydındır və Avropa Birliyinin ümumi mövqeyinə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi bir sıra qətnamələrə uyğundur. Mən Azərbaycanı tərəfdaşlıq planı barədə Avropa Birliyi ilə razılığa gəlməsi münasibətilə sizi təbrik etmək istəyirəm. Həmin planda bir neçə çox vacib fundamental xarakterli prinsiplər öz əksini tapıbdır. Sənədin preambulasında Avropa Birliyinin hörmət etdiyi və dəstəklədiyi ərazi bütövlüyü prinsipi bir daha vurğulanır. Hesab edirəm ki, bu, Azərbaycan üçün çox vacibdir.

Eyni zamanda, həmin sənəddə Birləşmiş Millətlər Təşkilatının və ATƏT-in qəbul etdiyi qətnamələrə də istinad olunur. Latviya həmin ümumi mövqeyi tam dəstəkləyir. Biz hesab edirik ki, münaqişənin yenidən başlanması imkanlarını azaltmaq üçün digər ölkələr bu problemə davamlı diqqət yetirməlidir. Biz dövlətlərin suverenliyi tətbiq edilən öz milli ərazisinin bütövlüyünün qorunması, həmin dövlətlərdə yaşayan çoxsaylı milli azlıqlara yüksək səviyyəli muxtariyyətin təmin edilməsi üzərində düşünməliyik.

Hesab edirəm ki, bu cür yanaşma həmin məsələdə tətbiq edilə bilər. Bu cür yanaşmadan dünyanın bir sıra digər yerlərində istifadə olunmuşdur. Əminəm ki, hər iki tərəfin siyasi iradəsi əsasında və ikitərəfli dialoqun intensiv qaydada davam etdirilməsini nəzərə alaraq və eyni zamanda Avropa Birliyi kimi təşkilatın dialoqda bir vasitəçi və tərəfdaş kimi səylərindən istifadə edərək, bu məsələyə eyni prinsiplə yanaşmaq olar. Təbii ki, Avropa Birliyinin bir üzvü kimi Latviya Birliyin tutduğu mövqeyi tam və qəti şəkildə dəstəkləyir.

- Sualım hər iki prezidentədir. Siz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı səsvermə prosesini müzakirə etdinizmi? Sizin rəyiniz necədir?

VAYRA VİKE-FREYBERQA: Biz bu məsələni müzakirə etmədik, lakin mən namizədliyimi dəstəklədiyinə görə Azərbaycana və təbii ki, BMT-nin Təhlükəsizlik Şurasına, onun beş daimi üzvünə minnətdaram. Bu məsələdə xüsusi imtiyazlar var və hesab edirəm ki, səsvermə kifayət dərəcədə aydın xarakter almışdı. Bizim əlavə bir neçə günümüz var və gəlin yeni baş katibin seçilməsinin rəsmi təsdiqlənməsini gözləyək.

İLHAM ƏLİYEV: Xanım Prezident qeyd etdiyi kimi, Azərbaycan Latviya Prezidentinin namizədliyini dəstəkləyir və bu məsələni biz fikir mübadiləsi zamanı müzakirə etdik. Bu, həmçinin rəsmi sənədlərdə öz əksini tapıbdır. Prinsip etibarilə, hesab edirik ki, Birləşmiş Millətlər Təşkilatındakı islahatlar həmin təşkilatın gələcək inkişafı üçün çox vacibdir. Bu, xüsusən də, qəbul olunmuş qətnamələrin və qərarların həyata keçirilməsinə aiddir. Bəzi hallarda qəbul edilmiş qərar və qətnamələr həyata keçirilmir. Bizim misalımızda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın zəbt olunmuş ərazilərindən işğalçı qoşunların çıxarılmasını tələb edən dörd qətnaməsindən söhbət gedir. Bu tələbə baxmayaraq, on ildən artıqdır ki, həmin qətnamələr yerinə yetirilməyibdir. Ona görə də vacibdir ki, BMT-də qətnamələrin icrası ilə bağlı mexanizmlər, eləcə də qətnamələri və beynəlxalq hüququn əsas normalarını pozan dövlətlərə qarşı sanksiyaların tətbiq edilməsi alətləri mövcud olsun.

Biz xanım Prezident ilə Ermənistan-Azərbaycan danışıqlarının hazırkı durumunu müzakirə etdik və mən xanım Prezidentə aparılan müzakirələr və Azərbaycanın mövqeyi haqqında məlumat verdim. Biz Azərbaycanın mövqeyini dəstəklədiyinə və onu qəbul etdiyinə görə Latviyaya çox minnətdarıq. Dünyadakı bütün münaqişələr kiminsə arzu və ya istəklərinə yox, yalnız hamılıqla tanınmış beynəlxalq hüquq norma və prinsiplərinə əsasən öz həllini tapmalıdır. Həmin beynəlxalq hüquq normaları Ermənistandan tələb edir ki, işğal etdiyi ərazilərdən dərhal çıxsın, etnik təmizləmə siyasətinə son qoyulsun və bir milyon qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması mümkün olsun.

Ümidvaram ki, biz beynəlxalq ictimaiyyətin, o cümlədən artıq bu prosesin bir hissəsi olan və qonşuluq siyasətinə başlamış Avropa Birliyinin birgə səyləri nəticəsində Cənubi Qafqazda uzunmüddətli və sarsılmaz sülhə nail olacağıq.

- Mənim sualım hər iki prezidentədir. Latviya ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanmışdır. İqtisadi layihələrin həyata keçirilməsi üçün hansı konkret perspektivləri görürsünüz?

VAYRA VİKE-FREYBERQA: Biz iki ölkənin ümumi maraqlarına aid olan bir çox məsələləri müzakirə etdik. Təbii ki, burada ilk növbədə, Azərbaycanın Avropa Birliyi üçün enerji daşıyıcılarının alternativ təchizatçı kimi çox mühüm rolu nəzərdə tutulur. Biz neftin və qazın nəqlinin yeni, şaxələnmiş marşrutlarını yüksək dərəcədə alqışlayırıq. Azərbaycan qazının Avropaya çatdırılması məqsədi ilə onun Yunanıstan ərazisindən keçməsi bizim üçün vacibdir. Biz öz enerji mənbələrimizi şaxələndirməliyik. Hesab edirik ki, təchizatçılar və istehlakçılar arasında münasibətlərin bazar iqtisadiyyatı və azad rəqabət əsasında tarazlı şəkildə olması da vacibdir. Yalnız bir təchizatçının olması qeyri-tarazlı vəziyyət yaradır və təzyiq aləti kimi istifadə edilir. Bu, arzuolunmazdır.

Digər nailiyyətlər də var. Ölkələrimizi bir-birinə bağlayan birbaşa hava uçuşları mövcuddur.

Çox qısa müddət ərzində ticarət dövriyyəsinin iki dəfə artması faktı xüsusi qeyd olunmalıdır, bu, malik olduğumuz potensialı nümayiş etdirir. Nəhayət, Azərbaycanın nəzərdə tutduğu layihələrin genişləndirilməsi və Baltikyanı ölkələrin də eyni imkanlarının olması ölkələrimiz arasında yerüstü nəqliyyat və hava nəqliyyatı vasitəsilə əlaqələrin artmasına xidmət edəcəkdir. Riqa logistika, maliyyə və nəqliyyat mərkəzi kimi Bakıya bənzərdir, çünki sizin də paytaxt şəhəriniz öz regionunda eyni rolu oynayır. Hər iki ölkə informasiya texnologiyaları sahəsində tədqiqat işlərinə başlamışdır. Təhsil sahəsində çalışırıq ki, cəmiyyətimizin hər bir üzvünə internet çıxışı təmin edilsin. Bütün bu məqsədlər eynidir. Bu gün apardığımız müzakirələrdə və nazirlərimizin davam etdirəcəyi danışıqlarda biz həyata keçirilə biləcək və hər iki ölkə üçün qarşılıqlı surətdə faydalı olacaq xüsusi və konkret əməkdaşlıq layihələrinə diqqət yetirəcəyik.

İLHAM ƏLİYEV: Biz iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etdik və ikitərəfli iqtisadi əlaqələrin çox yaxşı gələcəyinə dair yekdil fikirdəyik. Ümid edirik ki, bu sahədə hökumətlərarası komissiyanın birgə fəaliyyəti çox faydalı olacaqdır. Komissiya iki tərəfin işgüzar dairələrinin bir-birini daha yaxşı tanımasına, ümumi təmasların qurulmasına və birgə iqtisadi fəaliyyətin aparılması üçün müxtəlif imkanların araşdırılmasına yardım edəcəkdir.

Latviya və Azərbaycan çox sürətlə inkişaf edən ölkələrdir. Ölkəmizdə ÜDM-in artımı Avropada və ümumiyyətlə, dünyada ən yüksək göstəricilərdən biridir. Bu onu göstərir ki, ölkələrimizdə iqtisadi islahatlar siyasəti çox uğurludur və eyni zamanda, birgə biznesin aparılması üçün yeni imkanlar açır. Azərbaycanda çox yaxşı sərmayə mühiti var və müxtəlif sahələrdə sərmayədar, podratçı və tərəfdaş kimi bizim ölkədə işləmək arzusunda olan Latviya şirkətlərini salamlayırıq.

Eyni zamanda, enerji inkişafı sahəsində Azərbaycan son illər ərzində böyük irəliləyiş əldə etmişdir və bu gün Avropanın enerji təhlükəsizliyi baxımından vacib ölkəyə çevrilir. Uzun illər ərzində biz Avropa və beynəlxalq ictimaiyyətin çox etibarlı tərəfdaşı olmuşuq və hazırda, istifadə edilən bütün enerji infrastrukturunu nəzərə alaraq, Azərbaycan ikitərəfli münasibətlərdə daha fəal olmağa çalışır.

Azərbaycandan Latviyaya gəlmiş iş adamlarından ibarət geniş nümayəndə heyəti və onun biznes forumda iştirakı ikitərəfli iqtisadi əlaqələrə verdiyimiz böyük diqqətin və Azərbaycanın özəl sektorunun işbirliyi qurulmasında maraqlı olmasının göstəricisidir.

Latviyada artıq Azərbaycan səfirliyinin fəaliyyətə başladığını nəzərə alaraq, hesab edirəm ki, o, potensial biznes təmasları üçün bələdçi rolunu oynaya bilər. Biz hökumətlərarası komissiyanı yaratmışıq və o, gündəlik əsaslarla iqtisadi fəaliyyəti tənzimləyəcəkdir. Bununla belə, fürsətdən yararlanmaq üçün özəl sektordan ötrü çox yaxşı imkanlar yaranacaqdır. Özəl sektor və sərmayələr, adətən, ölkələr arasında çox güclü siyasi və dost münasibətlərin olduğu təqdirdə həmin ölkələrə gedir. Bu sözləri Latviya və Azərbaycana şamil etmək olar. Bizim aramızda çox yüksək səviyyədə siyasi təmaslar, qarşılıqlı anlaşma, dəstək və dostluq münasibətləri var. Bu, geniş iqtisadi əməkdaşlıq üçün yaxşı əsasdır. Əminəm ki, gələn illər ərzində bu sahədə biz birlikdə yeni çox işlər görəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tbilisidə Azərbaycanın ali təhsil müəssisələrinin sərgisi açılıb

Alimlərin yeni ixtirası neft hasilatını 3 dəfə artırır

Faiq Qarayev U-16 millisinin üzvləri ilə görüşüb

Dünyada şirin su ehtiyatları azalır, süni yağış texnologiyalarına tələbat artır

Konstitusiya Günündə evinin nömrəsini çəkdi, Milli Dirçəliş Günündə Xocavəndə köçdü

Nazir Rəşad Nəbiyev Sabirabadda vətəndaşlarla görüşüb

Səməd Vurğunun yazdığı məktub gənc şairin taleyini necə dəyişib?

“Birtipli mədəniyyət axınlarına qarşı durmağın yeganə yolu milli-mənəvi dəyərlərə sahib çıxmaqdır” – Gəncədə “Mənəvi dəyərlər” günü

Azərbaycanın enerji və nəqliyyat strategiyası beynəlxalq mövqeyini möhkəmləndirən əsas amillərdəndir - ŞƏRH

Roma Papası ABŞ-də aralıq seçkilərindən sonrakı dövrdə sülhə və birliyə çağırıb

Dünya Bankı COP31-də iqlim və iş yerləri proqramına 17,6 milyard dollar ayırdığını elan edib

Laosun “Ruh şəhəri” – Budda parkından FOTOREPORTAJ

ABŞ səfirliyi Britaniyadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək

Avrokomissiya Çexiyanı yüksək miqrasiya riski zonası kimi qiymətləndirib

“Barselona”nın sabiq futbolçusu: Təkcə “Sabah”ın deyil, digər klubların da Kataloniya təmsilçisi ilə oyunda şansı çox deyil – EKSKLÜZİV

Azərbaycanın kikboksinq məşqçisi Avropa çempionatında ikinci dəfə ilin ən yaxşısı seçilib

Deputat: Avropanın təhlükəsizliyində və geosiyasi gələcəyində Azərbaycanın rolu həlledicidir

AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlığı genişləndirir

Şura: Din xadimlərinin dövlət qulluğuna qəbuluna dair yeni məhdudiyyət tətbiq edilməyib

Kiyevə ballistik raketlər atılıb, körpülər sıradan çıxıb -  Hadisə yerindən REPORTAJ  VİDEO

Kiyevə ballistik raketlər atılıb, körpülər sıradan çıxıb - Hadisə yerindən REPORTAJ VİDEO

Dünya çempionatında iki şahmatçımız iştirak edəcək

Xocavənddə daha 48 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

UNEC ilə Gürcüstanın 6 universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

İqlim dəyişiklikləri və su qıtlığı Mahmudçalada flaminqoların sayını azaldıb - FOTOLAR VİDEO

İqlim dəyişiklikləri və su qıtlığı Mahmudçalada flaminqoların sayını azaldıb - FOTOLAR VİDEO

Milli Kitabxanada “Xalq rəssamı Lətif Kərimov – 120” adlı sərgi açılıb

Britaniyada sığınacaq müraciəti rədd edilən şəxslər öncədən xəbərdarlıq edilmədən deportasiya olunacaqlar

İtaliya çempionatında qayda pozuntularının sayı azalıb

COP31-dəki Azərbaycan pavilyonu bayrağımızın rəngləri ilə xüsusi diqqət çəkir VİDEO

COP31-dəki Azərbaycan pavilyonu bayrağımızın rəngləri ilə xüsusi diqqət çəkir VİDEO

Nazirlik rəsmisi: Respublika üzrə 2026–2030-cu illərdə 32 milyondan çox tingə ehtiyac yaranacağı gözlənilir

Bu gün Azərbaycan millisi İraqla qarşılaşacaq

Macarıstanda avroya keçid qiymətlərin kəskin artımına səbəb olmaya bilər

Ekspertlər: Tələb və təklif balansındakı dəyişmələr neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərir

Azərbaycanda sertifikatlı ting istehsalının genişləndirilməsi və bağçılıqda keyfiyyətə nəzarətin gücləndirilməsi prioritetdir

Sərdar Hacıyev: Fermerlərin bilik və bacarıqlarının artırılması Dövlət Proqramının əsas istiqamətlərindəndir

“Kəpəz” – “Qarabağ” oyunu üçün 1 günə 8400 bilet satılıb

Qubada müasir bağçılıq və tingçilik təlimləri başladı: Beynəlxalq təcrübə yerli fermerlərlə bölüşülür

Qazlaşdırılmayan kəndlərin sakinləri qış üçün odunu necə və haradan əldə edə bilərlər?

Vyanada Azərbaycan icmasının yeni hədəfləri müzakirə olunub

Marin Lö Pen: Prezident seçilsəm, Ukraynaya maliyyə yardımını dayandıracağam

Alman ekspert: Azərbaycan iqtisadi və geosiyasi baxımdan Aİ üçün vacib ölkəyə çevrilib

Cənubi Koreya 1 trilyon dollarlıq ixrac göstəricisinə yaxınlaşır

Rəqəmsal dövrdə informasiya təhlükəsizliyi: QHT-lərin qarşısında duran yeni çağırışlar

Faiq Quliyev: Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsili prioritet istiqamətlərdəndir

Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır

Polşa ilə hərbi tibb sahəsində əməkdaşlıq inkişaf etdirilir

Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər

DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb

Fərid Şəfiyev: Azərbaycan və Əfqanıstan arasında münasibətlər dərin tarixi köklərə malikdir

Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir

Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub

YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünü xilas ediblər VİDEO

YPX Alayının əməkdaşları səhhəti pisləşən əcnəbi sürücünü xilas ediblər VİDEO

Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Yohan Vadeful: Almaniya Azərbaycanla münasibətlərini yeni, strateji əsas üzərində qurub

Elxan Abdullayev: Millimizə görə ili pozitiv notlarla başa vururuq

İrlandiyalı boksçu 3 aylıq komadan sonra vəfat edib

Moskva aeroportları dron hücumları səbəbindən gecə boyu işləməyib

Sofi Bine: Emmanuel Makronun onillik hakimiyyəti fəlakətli dövr olub

Sabahın hava proqnozu açıqlanıb  VİDEO

Sabahın hava proqnozu açıqlanıb  VİDEO

Vergi ödəyicilərinə mərkəzlərdə 752 mindən çox xidmət göstərilib

Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik

INRAIL layihəsi dayanıqlı nəqliyyat modelinin formalaşdırılması baxımından regional əhəmiyyət daşıyır

Siyasi elmlər doktoru: Dublin görüşləri Azərbaycanın Avrasiyanın geosiyasi xəritəsində artan rolunu təsdiqləyib

Türk ekspert: Azərbaycanın enerji və nəqliyyat bağlantıları Avropa ilə Asiya arasında iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ələyəzdə hərbi kilsə

Alıcılıq qabiliyyətinin azalması fransızların qida vərdişlərini dəyişdirib

Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır VİDEO

Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır VİDEO

FIFA-ya keçiriləcək prezident seçkilərində Canni İnfantinonun əsas rəqibi bəlli olub

UNESCO: Süni intellekt çatbotları iqlim dəyişmələri üzrə elmi faktlardan imtina edə bilər

Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır VİDEO

Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır VİDEO

Böyük Britaniya səfiri: Strateji Tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək VİDEO

Böyük Britaniya səfiri: Strateji Tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək VİDEO

BMU ilə Gürcüstanın nüfuzlu universitetləri arasında memorandumlar imzalanıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Anemiya ilə mübarizədə xalq təbabətinin unudulmuş reseptləri

Astarada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur VİDEO

Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur VİDEO

Xocalıda yeni tut bağları salınıb FOTOLAR

Fransanın Aİ-dən çıxmasının riskləri: “Frexit” ölkəyə nə vəd edir?

Astanada Çingiz Aytmatovun irsi və türk xalqlarının ədəbi əlaqələri müzakirə olunub

Nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcmi açıqlanıb

Türk professor: Azərbaycanın COP31-də geniş pavilyonla təmsil olunması bizim üçün çox dəyərlidir

Avstraliyada görmə qabiliyyətini bərpa edə biləcək süni buynuz qişa hazırlanır

Baş prokuror Kamran Əliyev Buenos-Ayresdə beynəlxalq prokurorluq əməkdaşlığının inkişafından danışıb

Azərbaycanlı həkimin yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib

Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək VİDEO

Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək VİDEO

NBA-da güc reytinqi yenilənib: “San-Antonio Spörs” liderliyini qoruyub

® Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Bakı şəhərində qışa hazırlıq tədbirləri görülür VİDEO

Bakı şəhərində qışa hazırlıq tədbirləri görülür VİDEO

Susanna Useinova: Özbək rəqsi xalqın özünəməxsus dilidir

Gənclər Kitabxanasında Milli Dirçəliş Gününə həsr olunmuş silsilə materiallar hazırlanıb

Ordubadda baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb

“Qobustan” jurnalının yeni nömrəsi təqdim edilib

® Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olunub

Amerikanın iri data mərkəzləri atmosferə Danimarkanın emissiyasına bərabər karbon qazı buraxır

Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur  - MÜSAHİBƏ VİDEO

Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur  - MÜSAHİBƏ VİDEO

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir

® “PAŞA Holdinq”in dəstəklədiyi startap Qazaxıstan bazarına çıxır

Çinin “Mengxiang” qazma gəmisi yeni dünya rekordu müəyyən edib

Rəsədxana: Geomaqnit qasırğası gözlənilir