Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ NİTQİ

Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, təbiidir ki, birinci növbədə, öz sərhədlərinin mühafizəsini təmin etməli idi. Çünki hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. O zamandan indiyə qədər xeyli vaxt keçibdir. Sərhəd xidmətinin, - indi biz buna Azərbaycan Dövlət Sərhəd Xidməti deyirik, - Sərhəd Qoşunlarının yaranması prosesi gedibdir. Ancaq, təəssüflər olsun ki, bu iş ilk vaxtlar istənilən səviyyədə aparılmayıbdır. Bunun müəyyən obyektiv səbəbləri var. Biz keçmişdə müstəqil dövlət olmamışıq, sərhədi mühafizə etmək təcrübəmiz olmayıbdır. Baxmayaraq ki, Azərbaycan SSRİ-nin tərkibində başqa ölkələrlə böyük sərhədə malik idi, amma bu sərhəd Sovetlər İttifaqının Sərhəd Qoşunları tərəfindən mühafizə edilirdi. Hərbi hissələrin tərkibi də Sovet dövlətinin siyasəti ilə əlaqədar olmuşdur.

Birincisi, yerli kadrlardan ya istifadə olunmurdu, ya da çox az istifadə olunurdu. İkincisi də Azərbaycandakı sərhəd dəstələrində həqiqi hərbi xidmətə çağırılanların əsas hissəsi başqa xalqların nümayəndələrindən ibarət idi.

Mən özüm sərhəd məntəqəsində doğulmuşam, uşaqlığımı orada keçirmişəm, böyümüşəm və sərhədin nə olduğunu o vaxtdan bilirəm. Ancaq bilirsiniz ki, sonra mənim iş fəaliyyətim təhlükəsizlik orqanlarında keçibdir. Bu da, təbii ki, sərhəd məsələləri ilə çox sıx əlaqədə olubdur. Ona görə də mən bu fikirləri təkcə ayrı-ayrı mənbələrdən alınan biliklər əsasında yox, özümün on illərlə apardığım müşahidələr nəticəsində deyirəm.

Bütün bunlar da ona gətirib çıxarmışdı ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman bizdə milli sərhəd xidməti zabitləri, peşəkar sərhədçilər olmayıbdır. Yaxud da, çox az olubdur. Onu da deyim ki, olanda da, sovet dövründə onları ikinci, üçüncü dərəcəli işlərə təyin edirdilər.

Mən Azərbaycanda uzun illər təhlükəsizlik xidmətinin rəhbəri olmuşam və ondan əvvəl də müxtəlif vəzifələrdə işləmişəm. Biz o vaxtlar inciyirdik ki, nə üçün azərbaycanlılardan sərhədlərdə, sərhəd qoşunlarında istifadə olunmur, çalışırdıq ki, heç olmasa sərhəd xidmətində olan azərbaycanlıları oradan-buradan tapıb gətirək ki, Azərbaycan sərhədlərində xidmət etsinlər. Biz buna müəyyən qədər nail olurduq. Ola bilər, indi sizin içərinizdə də keçmiş işçilərdən belələri var. Deyəsən, Xəlilov da onlardandır.

İNAYƏT XƏLİLOV \Sərhəd Qoşunlarının Baş qərargah rəisi vəzifəsini icra edən, general-mayor\: Bəli, cənab Prezident.

HEYDƏR ƏLİYEV: Əyləş. Ancaq bunları vəzifəcə çox yuxarıya qaldırmaq mümkün deyildi. Mən o vaxt artıq Dövlət Təhlükəsizliyi Komitəsinin başçısı kimi yox, uzun illər respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyim zaman yenə də bu məsələ ilə məşğul olurdum. Yeganə ona nail olduq ki, mən Azərbaycanda bir sərhəd dəstəsinə çox böyük çətinliklə Mustafa Nəsirovu rəis təyin elətdirə bildim. Bir müddət ondan sonra da mən vəsatət qaldırdım, ona general rütbəsi verildi. İndi o, ilk azərbaycanlı sərhədçi general hesab olunur. Mən eşidirəm ki, o, bunu orada-burada böyük iftixar hissi ilə deyir.

Görürsünüz, XX əsrdə 70 il Sovetlər İttifaqının tərkibində olmuşuq, amma nəyə nail olmuşuq? Mən bütün bunları ona görə deyirəm ki, müəyyən qədər əsaslandırım, bizdə sərhəd xidməti peşəsi olmayıbdır.

İkinci tərəfi də demək istəyirəm. O illərdə bizim gənclər, nədənsə, bu peşəyə o qədər meyl göstərmirdilər. Bu da bizə çətinliklər yaradırdı. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmizdə sərhəd xidməti orqanları tədricən yaranmağa başladı. Təəssüflər olsun ki, ilk illərdə bu iş nəinki zəif gedibdir, hətta hesab edirəm ki, 1990-cı illərin əvvəllərindəki hərc-mərclik, hakimiyyətsizlik, özbaşınalıq sərhəd dəstələrinin təşkil olunmasına da öz mənfi təsirini göstəribdir.

Təsadüfi deyil ki, vaxtilə SSRİ sərhəd dəstələrində qulluq etmiş bəzi zabitlər, sonra müstəqil dövlətin sərhəd dəstələrində xidmət edərkən vəzifələrini yaxşı apara bilməyiblər, yaxud da çox hallarda bundan sui-istifadə ediblər. Siz bunu bilirsiniz. Bəlkə də, məndən yaxşı bilirsiniz. Mən bunun üzərində dayanmaq istəmirəm. Ancaq bu fikri burada ona görə səsləndirirəm ki, keçmişin o mənfi hallarından ciddi nəticə çıxarmaq lazımdır.

Əvvəl sərhəd qoşunları Azərbaycanda müstəqil yaranıbdır. Bir müddətdən sonra Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verilibdir. Sərhəd dəstələri çox illər Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstəriblər. Ancaq mən bu sahəyə xüsusi əhəmiyyət verərək, bir neçə ay bundan öncə qərar qəbul etdim, Fərman verdim, onu Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi müstəqil xidmətə çevirdim və ona da Dövlət Sərhəd Xidməti adı verdik. Təbiidir, bu, sizin işlərinizin daha da uğurla aparılmasına kömək edir və edəcəkdir. Ancaq eyni zamanda bu, sizin üzərinizə çox böyük məsuliyyət də qoyur. Əgər əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin tərkibində idinizsə, deyirdiniz ki, nazirlik bunu etdi, ya bunu etmədi. Amma indi hər şey sizin əlinizdədir və hər şeyə siz cavabdehsiniz, siz məsuliyyət daşıyırsınız.

Güman edirəm, ötən illərdə sərhəd xidmətində də müəyyən qədər keyfiyyət dəyişikliyi əmələ gəlibdir. Yəni loru dildə desək, bir az çıxdaş olubdur. Kim bu sənəti sevir, kim bu sənətə yararlıdır - yəqin onlar indi sizdə daha çox yer tuturlar. Kimsə, sadəcə, hərbi xidmət edib özünü dolandırmaq istəyirsə, belə adamlar sərhəd xidmətində lazım deyillər.

Bütün bunları nəzərə alaraq, mən 10 ilə yaxın Azərbaycan Prezidenti olduğum dövrdə ilk dəfədir Sərhəd Xidmətinin rəhbər heyəti ilə görüşürəm, sizi buraya dəvət etmişəm. Mən sizin işləməyiniz üçün bütün şəraiti yaratmışam. Əsasnaməniz təsdiq olunub, ştatınız müəyyən edilib, nə qədər lazımdırsa vəsait ayrılmışdır. Yəni Azərbaycan sərhədlərini etibarlı qorumağınız üçün dövlət tərəfindən bütün imkanlar, bütün şərait yaradılıbdır. Əvvəlkinə nisbətən indi sizdən daha çox tələb etməyə haqqım var. Mən hələ nəzərə alıram ki, indi 10 il keçsə də hələ demək olmaz ki, sərhəd xidməti tamamilə təkmilləşibdir. Bu xidmətin özünün xüsusiyyətləri var. Bu, Silahlı Qüvvələrin başqa növlərindən fərqlidir və onu da bilin ki, keçmişdə, Sovetlər İttifaqında sərhəd qoşunları SSRİ-nin bütün Silahlı Qüvvələri içərisində ən yüksək səviyyəli hərbi hissələr hesab olunurdu. Sərhəddə xidmətə hər adamı göndərmirdilər.

Məsələn, SSRİ vaxtı hər il milyonlarla gənc orduya səfərbər olunurdu. Biz özümüz Azərbaycanda hər il 70 min gənci həqiqi hərbi xidmətə göndərirdik, özü də iki illiyə.

Ancaq onların içərisindən fiziki nöqteyi-nəzərdən daha sağlam, bilik nöqteyi-nəzərindən daha hazırlıqlılarını seçirdilər. Həm də baxırdılar ki, ailələrində hakimiyyətə qarşı mənfi münasibət göstərənlər və s. olmasın. Çünki o vaxt hesab edilirdi ki, müharibə hər gün olmur. İkinci Dünya müharibəsi oldu, qurtardı, sonra nə vaxt müharibə olacaqsa, olacaqdır. Ancaq sərhəd qoşunları daim ön xəttə gedir.

Məsələn, ordunun müəyyən hissələri sərhəddən 100 kilometr, 200 kilometr aralıda yerləşir ki, hansısa bir dövlət tərəfindən hücum olsa, qarşısını alsın. Amma bilavasitə sərhəddə sərhəd qoşunları yerləşir. Demək, ölkənin müdafiəsini birinci növbədə sərhəd qoşunları öz üzərinə götürür. Ona görə də onlara xüsusi qayğı göstərirdilər. Yenə də deyirəm, ancaq oraya əsgərləri seçib göndərirdilər. Onların arasında çox ciddi ideoloji iş aparılırdı. Bunlar keçmişin təcrübələridir.

Amma fərqi yoxdur, o vaxt ölkəmizi Sovet İttifaqı qoruyurdu, indi müstəqil Azərbaycan dövləti qoruyur. Biz ölkəmizi sərhədlərimizdə qoruyuruq. Niyə qoruyuruq?! Düzdür, bizim dost ölkələrlə sərhədlərimiz var. Rusiyadır, Gürcüstandır, İrandır - bunlarla bizim düşmənçiliyimiz yoxdur. Bizim indi müharibə apardığımız, müharibə vəziyyətində olduğumuz həmsərhəd ölkə Ermənistandır. Orada da sərhəd qoşunları durmur, bizim ordu durur. Demək, sizin vəzifəniz bu sahələri mühafizə etməkdir. Bu sahələri mühafizə edəndə də nəzərə almaq lazımdır ki, dost dostdur, amma indi dostun içində də, - mən hakimiyyəti demirəm, ayrı-ayrı təbəqələrdə, - müxtəlif fikirli adamlar var.

Beynəlxalq terrorizmi götürək. Hər bir ölkəni beynəlxalq terrorizmdə günahlandırmaq olmaz ki? Amma sərhədlər lazımi səviyyədə qorunmasa, beynəlxalq terrorizmin qüvvələrinin hər bir ölkədən keçmək imkanı var.

Məsələn, Amerikada baş vermiş 11 sentyabr terror hadisələrindən sonra biz dərhal Amerika Birləşmiş Ştatları ilə birlikdə antiterror koalisiyasına qoşulduq və bu koalisiyada fəaliyyət göstəririk. Biz beynəlxalq terrorizmlə bütün sahələrdə mübarizə aparırıq və bundan sonra da aparacağıq. Amma nə təminat var ki, beynəlxalq terrorizmin ayrı-ayrı qüvvələri ya bizim ölkədə öz terror əməliyyatlarını həyata keçirmək üçün, yaxud da buradan tranzit kimi istifadə edib, başqa ölkələrə, Avropaya, Qərb ölkələrinə getmək üçün qonşu Gürcüstandan, İrandan, yaxud da Rusiyadan Azərbaycana keçməsin? Ona görə də sərhəd qoşunlarının vəzifəsi çox məsuliyyətlidir və dövlət üçün çox əhəmiyyətlidir.

Bəzən məndə belə təsəvvür yaranır: indiyə qədər də bizim sərhədçilərin bəziləri hesab edir ki, onların vəzifəsi təkcə ondan ibarətdir ki, qaçaqmalçını buraxmasın, nə bilim, sənədi düz olmayan adamı buraxmasın. Yox, elə deyil. İndiki dünyada, son iki ildə əmələ gəlmiş vəziyyətdə beynəlxalq terrorizmlə, bütün təxribatçı qüvvələrlə mübarizə ön plandadır və bu mübarizədə ən ön sırada sərhəd qoşunları durur. Mənim dediklərimi anlayırsınızmı?!

Məhz buna görə də, - baxmayaraq ki, bu gün işlərim çoxdur, proqramım da çox gərgindir, sizdən sonra xarici ölkələrin nümayəndələri ilə iki böyük görüşüm də olacaq, - öz fikirlərimi çatdırmaq üçün sizi buraya dəvət etdim. Baxmayaraq ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə dəfələrlə - bu vəzifəyə təyin olunanda da, ondan sonra da demişəm.

Bilirəm ki, siz bu günlərdə ilin yekunlarını müzakirə etmisiniz. Çox yaxşı, bəlkə də mənim dediyim bu fikirləri də istifadə etmisiniz, buna da şübhə etmirəm. Ancaq mən istədim ki, siz Ali Baş Komandanın, Prezidentin fikirlərini eşidəsiniz. Özü də kiminsə vasitəsilə yox, bilavasitə eşidəsiniz, əməli işinizdə daim rəhbər tutasınız və öz işlərinizi bu istiqamətdə qurasınız.

Başqa problemlər də var. Məsələn, qaçaqmalçılıqla mübarizə. Bu da çox ciddi məsələdir. Çünki biz ölkəmizin iqtisadiyyatını qorumalıyıq. Ölkəmizin iqtisadi potensialını artırmaq üçün biz çox böyük səylər qoyuruq. Mal istehsal edirik, xaricə göndəririk, xaricdən mal alırıq, ticarət dövriyyəsi gedir. Bunların da nəticəsində biz gömrük rüsumları alırıq. Gömrük rüsumları bizim dövlət büdcəmizin formalaşmasının mühüm bir hissəsini təşkil edir. Əgər bizdə istehsal olunan və xaricə göndərilən mal gömrük rüsumundan yayınacaqsa, hansısa sərhədçinin cibinə bir az pul qoyaraq keçəcəksə, onda siz bizim iqtisadiyyatımıza zərbə vurursunuz. Çünki məsuliyyət daşıyan sizsiniz.

Eyni zamanda, xaricdən gələn mal. Xaricdən gələn hər bir malın müəyyən gömrük rüsumları var, onlar verilməlidir. Əgər verilməsə, buraxılmamalıdır. Ona görə verilməlidir ki, yenə də deyirəm, biz gəlirlər əldə etməliyik. Əgər biz gəlir əldə etməsək, məvacibi sizə haradan verəcəyik?! Elə bilirsiniz o pullar göydən tökülür?! Sizin aldığınız məvaciblər, sizin maddi-texniki təminatınız - bunların hamısı üçün, xalqımızı yaşatmaq üçün, xalqın rifah halını yüksəltmək üçün biz gecə-gündüz çalışırıq və bunun da əsası iqtisadiyyatdır. İqtisadiyyatda da mal dövriyyəsi, ticarət dövriyyəsi birinci yerdə durur. Bunun düzgün aparılması sizdən, sərhədçilərdən də asılıdır. Əgər siz şəxsi mənafeyinizi dövlət mənafeyindən üstün tutsanız, qaçaqmalçı sizin cibinizə pul doldurub dövlətə zərbə vurarsa, onda sizin özünüzə zərbə dəyəcəkdir.

Mən demirəm ki, bütün qaçaqmalçılar elə sizin vasitənizlə keçirlər. Yox, amma sizin səhlənkarlığınız, qaçaqmalçıların qarşısını yaxşı almamağınız və başqa səhvləriniz, təbii ki, bu cür ciddi nöqsanlara gətirib çıxarır. Bu nöqsanlar sizin də işinizdə, gömrük orqanlarının da işində var və bunlar çox ciddi nöqsanlardır. Mən sizdən birinci növbədə tələb edirəm ki, bu nöqsanlara da son qoyasınız.

ELÇİN QULİYEV: Cənab Ali Baş Komandan, aydındır.

HEYDƏR ƏLİYEV: Mənim sizə deyəsi sözlərim çoxdur. Ancaq indi istərdim görüm, siz nə demək istəyirsiniz. Buyurun. 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib