Azərbaycan plovu Ukrayna süfrəsində
Bakı, 11 oktyabr (AZƏRTAC). AZƏRTAC Ukraynanın “Seqodnya” nəşrinə istinadla xəbər verir ki, Donetskdəki Azərbaycan həmyerlilər birliyi oktyabrın 9-da milli mətbəximizin nümunələrindən ibarət əsl bayram süfrəsi açmışdır. Bayramın bəzəyi isə Azərbaycan mətbəxinin şah əsəri - plov olmuşdur.
Bayramın keçirildiyi restorana gələn qonaqları Azərbaycan milli geyimində qızlar qarşılamışlar. Qonaqlara Xəzər dənizinin məhsulları - qızardılmış nərə, qırmızı və qara kürü, digər ləziz qəlyanaltılar təklif olunmuşdur. Usta aşpazın hazırladığı “şah” plovu isə qonaqlar alqışlarla qarşılamışlar.
Aşpaz Mütəlib Novruzov demişdir ki, 27 kiloqram plovu təxminən 12 saata bişirmişdir. Bunun üçün ona 7 kiloqram düyü, 7 kiloqram ət, 64 lavaş, 10 kiloqram quru meyvə, 3 kiloqram kərə yağı lazım olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]